1 / 15

Mövzu : “BIOLOJI AMILLƏRIN MIKROORQANIZMLƏRƏ TƏSIRI (ANTIBIOTIKLƏR VƏ BAKTERIOFAQLAR)”

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Fakültə : Baytarlıq təbabəti və əczaçılıq Kafedra : Epizootologiya, mikrobiologiya və parazitologiya Fənn : Baytarlıq mikrobiologiyası “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası. Mövzu :

Télécharger la présentation

Mövzu : “BIOLOJI AMILLƏRIN MIKROORQANIZMLƏRƏ TƏSIRI (ANTIBIOTIKLƏR VƏ BAKTERIOFAQLAR)”

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIFakültə: Baytarlıq təbabəti və əczaçılıqKafedra: Epizootologiya, mikrobiologiya və parazitologiyaFənn: Baytarlıq mikrobiologiyası“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası Mövzu: “BIOLOJI AMILLƏRIN MIKROORQANIZMLƏRƏ TƏSIRI (ANTIBIOTIKLƏR VƏ BAKTERIOFAQLAR)” Mühazirəçi: dos. Ələsgərov Z.Ə. Gəncə- 2009

  2. PLAN • 1.Antibiotiklər haqqında təlim • 2. Antiböiotiklərin mənşəyi • 2.1. Mikrob mənşəli antibiotiklər. • 2.1.1. Köbələklərin əmələ gətirdiyi antibiotiklər • 2.1.2. Aktinomisetlərin əmələ gətirdiyi antibiotiklər • 2.1.3. Bakteriya mənşəli antibiotiklər • Heyvan(toxuma) mənşəli antibiotiklər • Bitki mənşəli antibiotiklər • 2. Antibiotiklərin heyvandarlıqda tətbiqi. Antibiotiklərin təsir mexanizmi. • 3. Bakteriofaqlar və onların tətbiqi

  3. Ədəbiyyat siyahısı • 1.R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986. • 2.R.A.Qədimov “K/t heyvanları və quşlarının infeksion xəstəliklərinin bakterioloji diaqnoz üsulları”,Bakı, Azərnəşr, 1984 • 3.V.N.Kislenko,N.M.Koliçev “Baytarlıq mikrobiologiyası və immunologiya”.Moskva, “Kolos”- 2006 • 4. V.N.Kislenko “Baytarlıq mikrobiologiyası və immunologiyasından praktikum.Moskva, “Kolos”,2005

  4. BİOLOJİ AMİLLӘRİN TӘSİRİ • Bioloji amillәrin tәsiri dedikdә müxtәlif növ canlıların hәyat-fәaliyyәti mәhsullarının mikroorqanizmlәrin inkişafına mәnfi tәsir göstәrmәsi nәzәrdә tutulur. Müxtәlif növ canlıların hәyat fәaliyyәti mәhsullarının mikroorqanizmlәrin inkişafına mane olmasına bioloji amillәrin tәsiri deyilir. • Belә xüsusiyyәt mikroorqanizmlәrdә dә vardır. Bәzi növ mikrobların hәyat-fәaliyyәti zamanı әmәlә gәlәn mәhsul orada olan başqa mikrobların inkişafını dayandırır. Mәsәlәn, süd-turşusu bakteriyaları çürüdücü bakteriyalarla birlikdә inkişaf etdikdә çürüdücülәr hәyat-fәaliyyәtindәn qalır. İlk dәfә İ.İ.Meçnikov bu növ mikroblar arasında olan antoqonistliyi müşahidә etmişdir. O, insanların bağırsağında çürüdücü bakteriyaların inkişafının qarşısını almaq üçün süd turşusu bakteriyalarından istifadә etmәyi mәslәhәt görmüşdür. Bir çox patogen mikrobların inkişafına bağırsaq çöplәrinin müәyyәn növlәrinin ifrazatı (kolisin) mәnfi tәsir edir. • Müxtәlif növ çürüdücü bakteriyaların ifrazatı qarayara mikrobunun inkişafını dayandırır. Buna görә dә qarayaradan ölmüş heyvanın cәmdәyindә çürüdücü bakteriya olduğundan onu yarmadan basdırırlar ki, çürümә prosesindә inkişaf edәn çürüdücü bakteriyalar qarayara mikroblarını mәhv etsin. • Kif köbәlәklәri vә şüalı köbәlәklәrin dә ifraz etdiyi mәhsullar, bir çox mikrobların inkişafına mәnfi tәsir edir. 1872-ci ildә V.A.Manassein vә A.Q.Polotebnov ilk dәfә olaraq kif köbәlәklәrinin antibakterial tәsirә malik olduğunu müәyyәn etmişlәr. Belәliklә dә, antibiotik haqda olan tәlimin әsası qoyulmuşdur. • Mikrobların әmәlә gәtirdiyi antibakterial maddәlәr antibiotik adlanır. Bitkilәr dә antibakterial maddә ifraz edir. Bunlar fitonsid adlanır. İnsanların vә heyvanların ağız suyunda, qan serumunda, südündә vә toxumalarının mayelәrindә dә mikrobları mәhv edәn maddәlәr vardır. Mikroblara antibakterial tәsir edәn bioloji amillәrdәn biri dә faqlardır. Onlar viruslara aid olub, mikroblara mәhvedici tәsir köstәrir. • Canlıların antibakterial xüsusiyyәtә malik olan mәhsullarından, o cümlәdәn faqlardan praktikada geniş istifadə olunur.

  5. ANTİBİOTİKLӘR • Antibiotik (yun. «anti-әleyhinә», «bios» - hәyat demәkdir), kif köbәlәklәrinin, aktinomisetlәrin, bakteriyaların, bitkilәrin vә heyvanların hәyat-fәaliyyәtinin xüsusi mәhsulu olub, müәyyәn qrup mikroorqanizmlәrә qarşı, yüksәk antibakterial fәallığa malik olan maddәlәrdir. Antibiotiklәr mәnşәlәrinә görә aşağıdakı qruplara bölünür: • Kif köbәlәklәrinin ifraz etdiklәri antibiotiklәr.Penissillium kif köbәlәyi praktikada geniş istifadә olunan penisillini ifraz edir. Başqa kif köbәlәklәri dә (asperkil, mukor) antibiotik әmәlә gәtirir. Onlardan fumaqasin, aspirgilin vә klavisin praktikada istifadә edilir. • Şüalı köbәlәklәrin ifraz etdiklәri antibiotiklәr. Tibb vә baytarlıq sahәsindә әn çox şüalı köbәlәklәrin ifraz etdiklәri antibiotiklәr-streptomisin, tetrasiklin, xloromisitin, biomisin, neomisin, nistatin, streptotrisin, eritromisin vә s. tәdbiq olunur. • Bakteriyaların ifraz etdiklәri antibiotiklәr. Müxtәlif iöv bakteriyalarda antibiotik ifraz edir, lakin praktikada antibiotik әn çox yüksәk biokimyәvi xüsusiyyәtә malik olan, torpaqda qidalanan saprofitlәrdәn alırlar. Bakteriyaların ifraz etdiklәri antibiotiklәr, kif köbәlәklәri vә aktinomisetlәrin ifraz etdiklәri antibiotiklәrә nisbәtәn zәif tәsirә malikdir. Praktikada nisbәtәn әhәmiyyәtli olan qramisidin vә qramisidin C, kolisin, piosianin, subtillin, basitrasin vә polimiksindir.

  6. Heyvan mәnşәli antibiotiklәr. Heyvan toxumaları bioloji cәhәtdәn antibiotiklәrә yaxın maddәlәr ifraz edir. Onlar müәyyәn növ mikroblara antibakterial tәsir göstәrir. Onlardan müxtәlif növ heyvanların eritrositindәn alınan eritrini, balıq toxumasından alınan ekmolini göstәrmәk olar. • Bitki mәnşәli antibiotiklәr. Bitkilәrin ifraz etdiklәri antibakterial maddәlәr fitonsid adlanır. Bunlar uçucu xassәyә malik olduqları üçün indiyә qәdәr tәmiz halda alınmamış vә praktikada geniş tәdbiq edilmir. Qüvvәtli bakterisid tәsirә soğan, sarımsaq, eyni zamanda xardal, aloe, qıtıqotu, gicitkәn, ardıc kolu, tozağacının tumurcuğu vә meşә-gilası malikdir. Bitkilәrin hәyat-fәaliyyәti zamanı ifraz edilәn bu maddәlәr müxtәlif tәrkiblidir (efir yağı, qlükozid, üzvi turşu, aşılayıcı maddә vә s.) Ümumiyyәtlә, antibiotiklәr kimyәvi quruluşuna vә bioloji xassәsinә görә bir-birindәn fәrqlәnir. Köbәlәklәrin ifraz etdiklәri antibiotiklәr mürәkkәb tәrkibli olub, tsiklik quruluşa malikdir, bakteriyalardan alınan antibiotiklәr polupeptid, bitkilәrdәn alınanlar isә әn çox efir yağı tәrkiblidir. Antibiotiklәr yüksәk antimikrob xüsusiyyәtә malik olub heyvan orqanizmindә fәallığını itirmәmәli vә ona zәhәrlәyici tәsir etmәmәlidir. Ümumiyyәtlә, antibiotiklәrin fәallığı orqanizmdә dәyişir. O, ya azalır, ya da makroorqanizmdә gedәn maddәlәr mübadilәsi nәticәsindә, kimyәvi tәrkibi dәyişib, antibakterial tәsirini tamamilә itirә bilir. • Antibiotiklәrin sәnayedә istehsalı zamanı, antibiotik ifraz edәn mikrob, tәrkibindә azotlu vә karbohidratlı birlәşmәlәr olan (şәkәr, qarğıdalı ekstraktı, paxla, qarğıdalı unu, kәpәk vә s.) bitki mәhsulları, mineral duzlar, bәzәn mikrobun inkişafını stimul edәn maddәlәr әlavә edilәn xüsusi tәrkibli qidalı mühitlәrdә 2-7 gün әrzindә becәrilir. Antibistik biosintez olunduqdan sonra, mühitdәn ayrılaraq, mürәkkәb biokimyәvi üsullarla tәmizlәnir. • Antibiotiklәr toz, hәb, maz, şam, suspenziya vә s. formada hazırlanır. Orqanizmdә uzun müddәt qalması üçün duyurant şәkildә dә buraxılır. Hәr seriyada buraxılan antibiotiklәr fiziki xüsusiyyәtlәrinә, toksigenliyinә, yararlılığına vә bioloji fәallığına görә yoxlanılır. Hazır antibiotiklәr Dövlәt farmakopkiyası tәlәbatına uyğun gәlmәlidir.

  7. Antibiotiklәrin bioloji fәallığı ona hәssas olan xüsusi mikrob ştammları ilә yoxlanır. Penisillin-209 №-li qızılı stafilokokla streptomisin-Bac.subtilis, Bac. Mycoides. E.coli, Diploc.pneuminia; levomisitin-E.coli,Diploc. Pneuminia; tetrasiklin-Microc.pyogenes, Streptoc.pyogenes Bac.subtilis vә s. ilә yoxlanılır. • Antibiotiklәrin bioloji fәallığı ona hәssas olan mikroba tәsir etdiyi әn az miqdarla ölçülüb, şәrti olaraq beynәlxalq vahidlә (BV) yaxud tәsir vahidi ilә (TV) göstәrilir. Penissillinin TV-i 0,6 mkq - benzilpenisillinin natrium duzunun tәmiz kristalıdır: streptomisinin oksitetrasiklinin, xlorotetrasiklinin vә tetrasiklinin TV-i 1 mkq-la müәyyәnlәşdirilir. • Antibiotikin miqdarı mikrobioloji vә ya fiziki-kimyәvi üsulla tәyin edilir. Antibiotiklәr mikroba tәsir mexanizmlәrinә görә bakterissid vә bakteriostatik olur. Bakterisid tәsirә malik olan antibiotiklәr-penisillin, stereptomisin, qramisidin mikrobu öldürür, bakteriostatik tәsirә malik olanlar isә (qalan antibiotiklәr) mikrobun inkişafını dayandırır. Bakterisid tәsirә malik olan antibiotiklәr zәif konsentrasiyada mikroblara bakteriostatik tәsir edir. • Antibiotiklәrin mikroba tәsir mexanizmlәri müxtәlifdir. Mәsәlәn, penisillin, hüceyrә divarının tәrkibindә olan polimerlәrin sintezinә maneçilik törәdir, zülal vә nukleoproteidlәrin mübadilәsini pozur. Streptomisin vә başqa bu sinifә aid olan antibiotiklәr, hüceyrә membranının keçiricilik xüsusiyyәtini pozur, DNT, RNT ilә birlәşәrәk zülal sintezindә genetik kodun ardıcılığını pozur.

  8. Antibiotiklә aparılan müalicәnin effekti törәdicinin antibiotikә hәssaslıq dәrәcәsindәn infeksiyanın gedişindәn, xәstәliyin dövründәn vә orqanizmin ümumi vәziyyәtindәn asılıdır. Odur ki, antibiotik sәmәrәli işlәdilmәlidir. Onunla müalicә aparıldıqda mikroorqanizmlәrin hәssas olduğu preparat seçilib, dozası düzgün müәyyәnlәşdirilmәlidir. Heyvan nәzarәt altda saxlanmalıdır, uzun müddәt eyni antibiotikdәn istifadә edilmәmәlidir, lazım gәldikdә vaxtında başqası ilә әvәz edilmәlidir. • Antibiotikin uzun müddәt işlәdilmәsi müәyyәn ağırlaşmalara sәbәb olur. Mәsәlәn, peroral olaraq verildikdә mәdә bağırsaq sistemi ancaq patogen mikrobları yox, eyni zamanda hәzm aparatında normal yaşayan vә orqanizmә müsbәt tәsir edәn mikrobları da mәhv edir -disbakterioza sәbәb olur. • Hәzm aparıcı tәbii antoqonistlәr fәallığını itirdikdә auto infeksiyada baş verә bilәr. Şәrti patogen mikroblardan-stafilikokklar, protey, maya köbәlәklәri (Candidia albicans) vә s. fәallaşa bilәr. • Orqanizmdә yalnız hәzm aparatında yox, eyni zamanda başqa orqanlarda da patoloji proseslәr baş verә bilir. Bәzi antibiotiklәr sinir sisteminә (streptomisin, neomisin qrup preparatlar), qana (biomisin uzun müddәt böyük dozalarda işlәndikdә) vә bir sıra başqa üzvlәrә toksiki tәsir göstәrir. Bәzi xәstәlәr penisillinlә müalicә olunduqda allergiya әmәlә gәlir.

  9. Mikroorqanizmlәrin antibiotiklәr davamlılığı. Antibiotikdәn düzgün istifadә etmәdikdә mikrob onun tәsirinә uyğunlaşa bilir. Belә ki, bәzi mikroorqanizmlәrә antibiotiklәrin subbakterisid dozası ilә tәsir etdikdә, onlar hәmin antibiotikә qarşı öz hәssaslıqlarını azaldır, yaxud da tamamilә itirir. Mikrobda antibiotikә qarşı davamlılıq (rezistenlik) әmәlә gәlir. Bәzi tәsәrrüfatlarda penisillinә davamlı stafilokokk, streptomisinә davamlı vәrәm mikobakteriyalarının ştammları vә s. alınmışdır. Belә antibiotikә davamlı patogen mikrobların törәtdiklәri xәstәliklәri, müalicә edәrkәn, hәmin antibiotikdәn istifadә edilmәsi müsbәt nәticә vermәz. Qeyd etmәk lazımdır ki, davamlılıq, yalnız mikroba tәsir edәn bir antibiotikә qarşı deyil, hәmin antibiotikә bioloji xüsusiyyәtcә yaxın antibiotiklәrә qarşı da әmәlә gәlir. • Mikroorqanizmlәrdә antibiotikә qarşı davamlılığın әmәlәgәlmә mexanizmi olduqca mürәkkәbdir. Alimlәr antibiotikә uyğunlaşan mikrobda yeni adaptiv fermentin әmәlә gəlmәsini güman edirlәr. Mәsәlәn, penisillinә uyğunlaşan mikroblarda yeni bir ferment - penisillinaza fermenti ifraz olunur. Bu isә penisillini parçalayır, odur ki, preparat mikroba tәsir edә bilmir vә müalicә faydasız olur. • Mikroblarda antibiotikә qarşı rezistentlik mirobların dәyişkәnliyi ilә әlaqәdar olan proseslәrdә: mutasiya, transformasiya, transduksiya vә konyuqasiya zamanı da әmәlә gәlә bilir. Onu qeyd etmәk lazımdır ki, bәzәn mikrobda yüksәk rezistentliyә tәsadüf edilir. Bu zaman o bir neçә antibiotikә qarşı rezistent olur. • Antibiotiklәrin tәsirindәn bir sıra mikroblar dәyişәrәk, ona davamlı olan L-formaya keçir. Antibiotikә davamlı mikrobların antigen quruluşu vә fermentativ xüsusiyyәti dәyişir. Onlarda yüksәk virulentlik vә kontakiozluq әmәlә gәlir. Bәzәn antibiotikә qarşı mikrobda nәinki davamlılıq әmәlә gәlir, hәtta hәmin antibiotik olmadan mikrob yaşaya bilmir. Belә mikroblara «antibiotikdәn asılı» ştammlar deyilir. • Mikroblarda antibiotikin tәsirinә qarşı davamlılığın artma xüsusiyyәti, müәyyәn antibiotiklәrin effektini azaldır, hәtta onları sıxışdırıb sıradan çıxarır. • Antibiotikә rezistent ştammların әmәlә gәlmәsinin qarşısını almaq üçün, yoluxucu xәstәliklәrin müalicәsindә antibiotiklәrin kombinasiyasından istifadә edilir. Mәsәlәn, pensillin növbә ilә streptomisinlә, yaxud da ekmolinlә işlәdilir. Bu zaman müalicә daha da güclәnir.

  10. Antibiotikin heyvandarlıqda tәtbiqi. Antibiotiklәrdәn yoluxucu xәstәliklәrin müalicә vә profilaktikasından başqa baytarlıq sahәsindә heyvanların vә quşların inkişaf sürәtini artırmaq üçün sitmulyator kimi istifadә olunur. Bu mәqsәdlә әn çox tәmizlәnmiş antibiotiklәrdәn istifadә edilir. Bunun tәrkibindә olan vitaminlәr, amin turşuları vә mikroorqanizmlәrin metabolizm prosesi zamanı әmәlә gәlәn mәhsullar heyvan orqanizminә kompleks tәsir edir, maddәlәr mübadilәsini sürәtlәndirir, onlarda çәki artır vә qısırlıq azalır. Bu antibiotiklәrin heyvana verilmә dozası, onun diri çәkisinә әsasәn hesablanır. Onu yemә qarışdırıb heyvana verirlәr. • Hazırda stimullaşdırıcı antibiotiklәr almaq üçün geniş tәdqiqat işlәri aparılır. Pespublikamızda qrezin, vitamisin, aurikin preparatları alınmışdır. Praktikada stimulyator kimi xlorotetrasiklindәn (biomisin), oksitetrasiklindәn, yem qrezinindәn, basatrasindәn (basilixin -3) vә fenoksi-metil-penissillindәn istifadә edilir. • Antibiotiklәrin fәallığının mikrobioloji üsulla tәyin edilmәsi. Antibiotikin fәallığı kimyәvi vә bioloji üsulla yoxlana bilәr, lakin tәcrübәdә әn çox bioloji üsuldan istifadә edilir. Bu zaman inkişafda olan mikrob hüceyrәsinә antibiotiklә bilavasitә tәsir edilir. Bu mәqsәdlә maye qidalı mühitdә seriyalı (ardıcıl) durulaşdırma vә bәrk qidalı mühitdә isә diffuz üsuldan istifadә edilir.

  11. Sıravi durulaşdırma üsulu. Ştativә iki sıra 20 sınaq şüşәsi yerlәşdirilib, hәr birinә 1 ml steril ӘPB tökülür. Birinci sıradakı sınaq şüşәlәrindә standart antibiotik ardıcıllıqla durulaşdırılır. Yәni birinci sınaq şüşәsinә 1 ml antibiotik әlavә edilәrәk, ӘPB-lә qarışdırıldıqdan sonra ondan 1 ml ikinci sınaq şüşәsinә tökülür. Bu әmәliyyat sonuncu iki sınaq şüşәsinә qәdәr (onlar kontrol sınaq şüşәlәridir) davam etdirilir, axırıncı sınaq şüşәsindәn isә 1 ml. atılır. İkinci cәrgәdә dә hәmin qayda ilә antibiotik durulaşdırılır. Sonra birinci cәrgәdәki sınaq şüşәlәrinә müayinә olunan mikrob kulturası, ikinci sırada sınaq şüşәlәrinә isә hәmin antibiotikә hәssas mikrob emulsiyasından- (test - mikrob) müvafiq miqdarda əlavә edilir. Sınaq şüşәlәri termostatda 37°C-temperaturda 18-24 saat saxlanır. • Preparatın mikrob inkişaf etmәyәn әn az miqdarı, standart antibiotiklә müqayisә edilir vә riyazi üsulla hesabla-paraq, antibiotikin miqdarı müәyyәnlәşdirilir. • Diffuz üsul. Tәdqiq edilәn antibiotik steril fizioloji mәhlulla müxtәlif nisbәtlәrdә 1:10-1:1000 vә s. durulaşdırılır. Bir neçә Petri kasasında hazırlanmış ӘPA-a antibiotikә hәssas mikrob qalın әkilir. Mikrobu eyni sıxlıqda әkmәk üçün, emulsiyadan kasaya 1 ml tökülür vә o Şpatellә mühitin sәthindә bәrabәr yayılır, emulsiyanın qalığı isә pirpetka ilә sovrulub atılır. Kasa alt tәrәfdәn mumlu qәlәmlə dörd hissәyә bölünür. Hәr sahәnin mәrkәzindә aqarın sәthinә antibiotikin müxtәlif qatılığa malik olan mәhlulu ilә isladilmiş filtr kağızı (diametr 0,6 sm) yapışdırılır. Petr kasaları termostatda 37°C temperaturda 16-15 saat saxlanılır. Antibiotikin qatılığından vә fәallığından asılı olaraq, filtr kağızı әtrafında müxtәlif böyüklükdә mikroblar inkişaf etmәyәn sahә alınır. Sahә sirkul vә ya xәtkeşlә ölçülür. Tәdqiqat standart -kontrol (fәallığı mәlum) antibiotiklә paralel aparılır. • Tәdqiqat edilәn vә standart antibiotiklәrin hәr durulaşma dәrәcәsindә, onların miqdarı müәyyәn edilir. Antibiotikin fәallığı ya standart әyriyә, yaxud da xüsusi cәdvәlәәsasәn müәyyәnlәşdirilir.

  12. Mikroblarda antibiotikә rezistentliyin (davamlılığın) müәyyәnlәşdirilmәsi. Antibiotikdәn sәmәrәli istifadә edilmәdikdә, aparılan müalicә yaxşı nәticә vermir. Odur ki, müәlicәdәn әvvәl törәdicinin hәssaslığı bir neçә antibiotikә görә yoxlanır. Bu zaman patoloji materialdan ayrılan törәdicinin aqar qida mühitindәki kulturası fizioloji mәhlulla yuyularaq 1 ml-da 1mld mikrob hüceyrәsi olan emulsiya hazırlanır. Emulsiya steril şәraitdә bakterioloji kasada hazırlanmış aqar qida mühitinә eyni miqdarda әkilir. Mikrob әkilmiş kasalar 37°C temperaturda 15-30 dәqiqә termostatda saxlanaraq qurudulur. Müxtәlif antibiotik hopdurulmuş kağız disklәr (fabrikdә hazırlanan disklәrdәn istifadә etmәk daha mәslәhәtlidir) mikroblar әkilmiş qida mühitinin sәthinә yapışdırılıb, otaq temperaturunda (20°C-dәn yuxarı olmamalıdır) 2-3 saat, sonra isә termostatda 37°C-dә temperaturda 14-15 saat saxlanır vә nәticәsi yoxlanır. Antibiotikin fәallıq dәrәcәsindәn asılı olaraq disklәrin әtrafında müxtәlif diametrli steril sahәlәr әmәlә gәlir. • Mikroblar inkişaf etmәdiyi sahәnin hәcmindәn asılı olaraq, antibiotikin hәmin mikroba tәsir dәrәcәsi müәyyәnlәşdirilir. Mikrobların inkişaf etmәdiyi sahәnin hәçmi 15-25 mm olduqda, mikrob hәmin antibiotikә hәssas, 15 mm olduqda az hәssas, belә sahә heç olmadıqda isә qeyri-hәssas (hәmin antibiotikә davamlı) olur.

  13. BAKTERİOFAQLAR • Bakteriofaq xüsusi virus olub, mikrob hüceyrәsini әridir. Bu proses bakteriofagiya (yun. Phagein-yeyirәm) adlanır. 1898-ci ildә N.F.Qamaleya ilk dәfә qarayaranın törәdicisinin distil suda әrimәsini müşahidә etmiş, Bac.anthracis-in autolizisә uğradığı distil suya kimyәvi maddәlәrlә tәsir edib çöküntüsünü almışdır. O, çöküntünü hәmin mikrobun sıx emulsiyasına әlavә etdikdә, onun da tamamilәәriyәrәk şәffaflığını müşahidә etmişdir. • Fransız alimi d*Erell (d*Herell-1917) bakteriofağı geniş öyrәnmişdir. 1917-ci ildә Paster institutunun qospitalında bakterial-dizenteriyaya tutulmuş ağır xәstәnin nәcisini bulyonla qarışdırıb, şamberlan şamından (süzgәcindәn) süzmuşdür. Bulyona mikrobu әkәrәk, süzüntüdәn әlavә etmişdir. Bu dәfә mikroblar normal inkişaf etmişdir. O, xəstәnin sağalmasına az qalmış yuxarıda qeyd edilәn müayinә aparmaqla, süzüntünün, tәzә kulturada dizenteriya mikroblarını әritdiyini, eyni zamanda әridici amilin kulturadan pasaj olunduğu zaman daha da quvvәtlәndiyini müәyyәn etmişdir. Süzüntüyә keçәn bu amili «bakteriofaq»-bakteriyayeyәn adlandırmışdır. • Tәdqiqatçılar bu prosesi ancaq bakteriyalarda yox, aktinomisetlәrdә dә müşahidә etdiklәri üçün «bakteriofaq» әvәzinә “faq” termininin işlәdilmәsini mәqsәdәuyğun sayırlar.

  14. Faqın tәbiәtdә yayılması. Faq tәbiәtdә geniş yayılmışdır. Onlara insan vә heyvan orqanizmindә, onun ifrazatında, suda, torpaqda, muzey kulturasında, ümumiyyәtlә, harada ona hәssas mikrob varsa, orada rast gәlinir. Spesifik faqlar insan vә heyvan orqanizmindәn toyuq bağırsağı möhtәviyyatından süddәn, meyvә-tәrәvәzdәn vә s.-dәn patogen mikroblara aid olan faqların mәnbәyi xәstә insanlar vә heyvan, bakteriyadaşıyan vә rekonvalessentlәrdir. Xәstә insan vә heyvanlarda faq ancaq bağırsaqdan yox, sidikdәn, qandan, bәlqәmdәn, tüpürcәkdәn, burun axıntısından, irindәn vә s. alınır. Hazırda, demәk olar ki, bütün patogen mikroblardan (bağırsaq qrupu bakteriyalardan, mikrobakteriyadan, korinoebakteriyadan, otereptokokslardan, stafilokoklardan, sarsindәn, spor әmәlә gәtirәn bakteriyalardan vә aktinomisetdәn) vәәksәr saprofitlәrdәn faq almaq mümkündür. Hәlәlik maya vә kif köbәlәklәrindәn faq almaq mümkün olmur. • Bakteriofaqın tәcrübәdә tәdbiqi. Faqda yüksәk spesifiklik olduğu üçün bakteriyaların fәrqlәndirilmәsindә vә indikasiyasında geniş istifadә edilir. • Faqdan bir çox xәstәliklәrin (salmonellyoz, kolibakterioz, qara yara, brüselloz, pasterelloz vә s.) diaqnostikasında istifadә edilir. • Faq vasitәsilә müxtәlif obyektlәrdә -suda, heyvan ifrazatlarında, yeyinti mәhsullarında vә s. patogen mikrobların olması müәyyәnlәşdirilir (indikasiya edilir). Bu zaman faqın titrinin artma reaksiyasından istifadә edilir. Bunun üçün müayinә edilәn su vә ya başqa materiala, müәyyәn qәdәr indikator-faq әlavә edilir. O, spesifik olduğu üçün, yalnız mühitdә olan hemoloji bakteriyalarda çoxalacaqdır. Belәliklә dә, mühitdә-faqın titrinin artması, orada faqa aid olan bakteriyaların olmasını göstәrәcәkdir.

  15. Faqın titrinin artma reaksiyasından istifadә edәrәk, suda vә başqa substratlarda dizenteriyanın, salmonellyozun, qızılyelin törәdicilәrini indikasiya edir. Laboratoriyada patogen mikrobların tipinin müәyyәnlәşdirilmәsindә faqlardan geniş istifadә edilir (qarın yatalağı, dezinteriya, qızıl yel törədicilәri, stafilokokslar vә s). Faqdan istifadә etmәklә infeksiya mәnbәyini vә onun yayılma yollarını müәyyәnlәşdirmәk olur ki, bunun da epidemioloji, hәm dә epizootoloji әhәmiyyәti vardır. • Praktikada bir çox infeksion xәstәliklәrin müalicә vә profilaktikasında faqdan müvәffәqiyyәtlә istifadә edilir. Tibbdә, faqın tez tәsir göstәrmәsi, asan qәbul edilmәsi (bağırsaq infeksiyaları zamanı ağızdan qәbul edilir) vә tamamilә qorxusuz olması ilәәlaqәdar olaraq, ondan geniş miqyasda istifadә olunur. • Baytarlıqda buzovların, donuzların, qoyunların salmonellyozu vә kolibakteriozu xüsusәn cücәlәrin pullorozu zamanı faqoterapiyadan istifadә edilir. Onu da qeyd etmәk lazımdır ki, faqın sudan, torpaqdan alınmasının sanitar cәhәtdәn dәәhәmiyyәti böyükdür. Müәyyәn növ faqın hәr hansı bir obyektdәn әldә edilmәsi orada ona hәssas olan mikrobun (mәsәlәn, qarayara, paratif, bağırsaq çöplәri vә s.) olmasını göstәrir.

More Related