1 / 70

2009-CU İ L İ N YEKUNLARI VƏ 2010-CU İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ. 2009-CU İ L İ N YEKUNLARI VƏ 2010-CU İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR. MİSİR MƏRDANOV Azərbaycan Respublikasının təhsil naziri. KO LLEG İ YA İ CLAS I. 5 fevral 2010-cu il. İLİN MÜHÜM HADİSƏLƏRİ.

Télécharger la présentation

2009-CU İ L İ N YEKUNLARI VƏ 2010-CU İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 2009-CU İLİN YEKUNLARI VƏ 2010-CU İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MİSİR MƏRDANOV Azərbaycan Respublikasının təhsil naziri KOLLEGİYA İCLASI 5 fevral 2010-cu il

  2. İLİN MÜHÜM HADİSƏLƏRİ BİZ MADDİ DƏYƏRLƏRİMİZİ, İQTİSADİ POTENSİALIMIZI İNSAN KAPİTALINA ÇEVİRMƏLİYİK. İLHAM ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

  3. İLİN MÜHÜM HADİSƏLƏRİ • 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur.Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətqabiliyyətliliyinə görə dünyada 51-ci, MDB məkanında 1-ci yerdə olmuşdur. • Ümumi daxili məhsul 9,3 faiz artmışdır. • Sənaye istehsalı 8,6 faiz artmışdır. • Kənd təsərrüfatı istehsalı 3,5 faiz artmışdır. • 2008-ci ildə inflyasiya 21 faiz təşkil etmişdisə, 2009-cu ildə inflyasiyanın səviyyəsi 1,5 faiz olmuşdur. • Azərbaycana 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunun 7,3 milyardı daxili sərmayələrdir.

  4. İLİN MÜHÜM HADİSƏLƏRİ • Azərbaycanda irimiqyaslı layihələrin təməli qoyulmuş, yaxud icra edilmişdir: • Xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun təməli qoyulmuşdur. Bu müəssisəyə qoyulacaq investisiyaların məbləği təxminən 400 milyon dollar səviyyəsindədir. • Ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyulmuşdur. Zavoda qoyulacaq investisiyalar təxminən 400 milyon dollar səviyyəsindədir. • “Sumqayıt texnopark”ın müəyyən hissəsi artıq istifadəyə verilmişdir və nəhəng tikinti-quraşdırma işləri davam etdirilir. Orada ən azı 10 nəhəng zavod qurulacaq, investisiyaların həcmi ilkin hesablamalara görə 100 milyon dollar təşkil edəcəkdir.

  5. İLİN MÜHÜM HADİSƏLƏRİ • 2009-cu ildə valyuta ehtiyatları artmış, 20,4 milyard dollar təşkil etmişdir. • Regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam etmiş, 2009-cu ildə 74 min yeni iş yeri açılmışdır. Son 6 il ərzində 840 min iş yeri açılmışdır. • Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. • 2008-ci illə müqayisədə2009-cu ildə yoxsulluq səviyyəsi 13,2 faizdən 11 faizə düşmüşdür. • 2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri yaradılmış, “Sumqayıt”, “Şahdağ” böyük elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. • 2009-cu ildə xarici siyasət sahəsində çox vacib addımlar atılmış, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində müəyyən irəliləyiş olmuşdur.

  6. İLİN MÜHÜM HADİSƏLƏRİ • Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. • Dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəbini İlham Əliyevin proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər. • Təsadüfi deyildir ki, yalnız təhsil sahəsində 16 dövlət proqramı həyata keçirilir.

  7. İLİN MÜHÜM HADİSƏLƏRİ • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev il ərzində yeni tikilən, əsaslı təmir və bərpa edilən təhsil müəssisələrində olmuş, müəllimlər, şagirdlər və valideynlərlə görüşmüş, təhsil sistemi qarşısında mühüm vəzifələr qoymuşdur. • 2009-2010-cu dərs ilinin ilk günündə ölkə Prezidenti İlham Əliyev Elitar gimnaziyanın (41 nömrəli məktəb) əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.

  8. MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI

  9. MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI

  10. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları:

  11. İLİN MÜHÜM HADİSƏLƏRİ • “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli Fərmanı imzalanmışdır. • Qanunun icrasının təmin olunması məqsədilə Təhsil Nazirliyi tərəfindən 35 adda sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir: • Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları. • Məktəbə hazırlığın təşkili qaydaları. • Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları. • Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi. • Azərbaycan Respublikasının ümumi təhsil sahəsində dövlət təhsil standartları və proqramları (kurikulumları). • Azərbaycan Respublikası ümumtəhsil internat məktəbinin nümunəvi Nizamnaməsi.

  12. İLİN MÜHÜM HADİSƏLƏRİ Formal təhsilin təşkili qaydaları. Ümumi təhsil haqqında dövlət sənədləri və onların verilməsi qaydaları. Ümumi orta və tam orta təhsil səviyyələrini başa vurmayan şəxslərə arayışın verilməsi qaydaları. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydası. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti və bir səviyyədən digər səviyyəyə keçid qaydaları. Ümumi orta və tam orta təhsil haqqında sənədlərin nümunələri. Ümumi orta təhsili başa vurmayan şəxslərə veriləcək arayışın nümunəsi. Təhsil müəssisələrində işçilərin həftəlik iş vaxtı barədə normalar. Ali təhsil pilləsinin dövlət standartları və proqramı. Ali təhsil müəssisələrinin nümunəvi Nizamnaməsi. Orta ixtisas təhsili müəssisəsinin nümunəvi Nizamnaməsi. Orta ixtisas təhsilinin dövlət standartı və proqramı. Ali və orta ixtisas təhsili pilləsində formal təhsilin təşkili qaydaları.

  13. İLİN MÜHÜM HADİSƏLƏRİ Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normaları. Orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normaları. Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması qaydası. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunəsi və onların verilməsi qaydası. Orta ixtisas təhsili haqqında diplomun nümunəsi və onun verilməsi qaydaları. Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası.

  14. İLİN MÜHÜM HADİSƏLƏRİ Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında. Əlavə təhsilin (ixtisasartırma təhsilinin) məzmunu, təşkili və ixtisasartırma təhsili almış şəxslərə müvafiq sənədin verilməsinə dair qaydalar. Pedaqoji işçilərin həftəlik və illik dərs yükü barədə normalar. Təhsil müəssisələrində çalışan işçilərə elmi dərəcələrə və elmi adlara görə əlavələrin ödənilməsi haqqında. İlk peşə - ixtisas təhsili müəssisələrinin nümunəvi Nizamnaməsi. İlk peşə - ixtisas təhsili haqqında dövlət sənədlərinin nümunəsi və onların verilməsi qaydaları. Azərbaycan Respublikasının ilk peşə ixtisas təhsilinin dövlət standartı və proqramı.

  15. İLİN MÜHÜM HADİSƏLƏRİ Nazirlər Kabinetinə təqdim edilmiş sənədlərdən 6-sı təsdiq olunmuşdur: • Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında. Nazirlər Kabinetinin 22.12.2009-cu il tarixli 195 №-li qərarı. • Məktəbə hazırlığın təşkili Qaydaları haqqında. Nazirlər Kabinetinin 08.01.2010-cu il tarixli 4 №-li qərarı. • Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması Qaydası. Nazirlər Kabinetinin 14.01.2010-cu il tarixli 8 №-li qərarı.

  16. İLİN MÜHÜM HADİSƏLƏRİ • Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyət növlərinin müəyyən edilməsi haqqında. Nazirlər Kabinetinin 19.01.2010-cu il tarixli 10 №-li qərarı. • Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında. Nazirlər Kabinetinin 19.01.2010-cu il tarixli 14 №-li qərarı. • Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydasının təsdiq edilməsi haqqında. Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli 12 №-li qərarı.

  17. İLİN MÜHÜM HADİSƏLƏRİ 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilmiş, il çərçivəsində təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.

  18. İLİN MÜHÜM HADİSƏLƏRİ Musiqi sahəsində xüsüsi istedadı olan 11 yeniyetmə və gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”nayazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusitəqaüdünə layiq görülmüşdür. “BakıDövlətUniversitetinin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanmışdır. 24 aprel 2009-cu il. Sərəncama müvafiq tədbirlər həyata keçirilmişdir. “AzərbaycanRespublikasında2009-2015-ci illərdəelmininkişafı üzrəMilli Strategiyanın həyatakeçirilməsiilə bağlıDövlətProqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalanmışdır.4 may 2009-cu il. “2009-2013-cü illərdə AzərbaycanRespublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalanmışdır.22 may 2009-cu il.

  19. İLİN MÜHÜM HADİSƏLƏRİ “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” Sərəncam.23 iyun 2009-cu il. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 13 milyon manat vəsait ayrılmışdır. “Texniki peşə təhsili müəssisələrinin maddi - texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” Sərəncam.10 sentyabr 2009-cu il. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan2 milyon manat vəsait ayrılmışdır. “Məktəbəqədər təhsilmüəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” Sərəncam.10 sentyabr 2009-cu il. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan2 milyon manat vəsait ayrılmışdır.

  20. İLİN MÜHÜM HADİSƏLƏRİ “2009-2010-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam.24 sentyabr 2009-cu il. “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam. 4 dekabr 2009-cu il. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan3 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam. 28 dekabr 2009-cu il. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan3 milyon manat vəsait ayrılmışdır.

  21. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən “Ənyaxşıümumtəhsilməktəbi” müsabiqəsinin qalibi olmuş 50 məktəbin hərbirinə 10 000 manat, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 100müəllimin hər birinə 5 000 manat məbləğində birdəfəlik pul mükafatı verilmişdir.

  22. "ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ“ MÜSABİQƏSİNİN YEKUNLARI

  23. "ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ“ MÜSABİQƏSİNİN YEKUNLARI • Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Təhsil Nazirliyi nəzdindəki lisey və gimnaziyaların, Bakı və Sumqayıt şəhərləri, İsmayıllı, Kürdəmir, Salyan rayonlarının məktəbləri daha fəal olmuşlar. • “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Naftalan şəhəri, Neftçala, Qəbələ, Daşkəsən, Gədəbəy, məcburi köçkün rayonlarından iştirak edən məktəb olmamışdır. • “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Gəncə, Şirvan şəhərləri, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Biləsuvar, Cəlilabad, Göygöl, Hacıqabul, Qax, Quba, Qusar, Sabirabad, Şəki, Tovuz, Yevlax rayonlarından iştirakçı məktəblərin heç biri mükafatlandırıcı yer tutmamışdır.

  24. "ƏN YAXŞI MÜƏLLİM“ MÜSABİQƏSİNİN YEKUNLARI

  25. "ƏN YAXŞI MÜƏLLIM" MÜSABİQƏSİNİN YEKUNLARI • “Ən yaxşı müəllim” müsabiqəsində Təhsil Nazirliyi nəzdindəki lisey və gimnaziyaların, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Bərdə, İsmayıllı, Qazax, Ağdam, Neftçala rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri daha fəal olmuşlar. • “Ən yaxşı müəllim” müsabiqəsində Naftalan və Mingəçevir şəhərləri, Cəbrayıl, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Xocavənd rayonlarından iştirak edən olmamışdır. • “Ən yaxşı müəllim” müsabiqəsində Şirvan, Ağcabədi, Ağdaş, Ağsu, Astara, Cəlilabad, Dəvəçi, Gədəbəy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Masallı, Oğuz, Qax, Qəbələ, Quba, Qubadlı, Qusar, Sabirabad, Samux, Şəki, Şəmkir, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, və Zərdab rayonlarından iştirakçıların heç biri mükafatlandırıcı yer tutmamışdır.

  26. İLİN MÜHÜM HADİSƏLƏRİ • 2009-cu ildə ölkəmizdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə ümumilikdə 312 nəfər təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülmüşdür. O cümlədən: • “Şərəf” ordeni 4 nəfər • “İstiqlal” ordeni 1 nəfər • “Şöhrət” ordeni 20 nəfər • “Tərəqqi” medalı 115 nəfər • “Əməkdar elm xadimi” 10 nəfər • “Əməkdar incəsənət xadimi” 1 nəfər • “Əməkdar müəllim” 124 nəfər • “Əməkdar jurnalist” 5 nəfər • “Əməkdar mühəndis” 5 nəfər • “Əməkdar mədəniyyət işçisi” 1 nəfər • “Əməkdar bədən tərbiyəsi və idman xadimi” 9 nəfər • Prezidentin fərdi təqaüdü 17 nəfər

  27. İLİN MÜHÜM HADİSƏLƏRİ • Təhsil Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış İkinci Kredit Sazişi çərçivəsində TSİİL-in komponentləri və alt komponentləri üzrə işlərə başlanmışvə 2009-cu ildə nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir.

  28. İLİN MÜHÜM HADİSƏLƏRİ • 6 fevral 2009-cu il tarixdə Dünya Bankı ilə Təhsil Nazirliyi arasında “Ali təhsil layihəsi”nin hazırlanması üçün qrant sazişi imzalanmışdır. • Qrant çərçivəsində ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin yaradılması nəzərdə tutulmuşdur. Bununla bağlı beynəlxalq ekspertlərin müvafiq dövlət strukturlarının məsul nümayəndələrinin iştirakı ilə 2010-cu il yanvarın 14-də seminar keçirilmişdir. • Qrant çərçivəsində ali təhsildə innovasiya kreditlərini ayırma mexanizminin yaradılması nəzərdə tutulmuşdur.

  29. İLİN MÜHÜM HADİSƏLƏRİ 1 oktyabr 2009-cu il tarixdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi” üzrə saziş imzalanmışdır. • LAYİHƏNİN MƏQSƏDİ • Müəyyənləşdirilmiş təşkilatlarda institusional dəyişikliklərin və təlimlərin təşkili, habelə davamlı təlim sisteminin yaradılması vasitəsilə dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi.

  30. İLİN MÜHÜM HADİSƏLƏRİ 5 sentyabr 2009-cu il tarixdə Respublika təhsil işçilərinin konfransı keçirilmişdir

  31. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi keçirilmişdir. Gəncə Dövlət Universitetinin 70 illik yubileyi keçirilmişdir. Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi keçirilmişdir. Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi keçirilmişdir. Sumqayıt Dövlət Texniki Kollecinin 50 illik yubileyi keçirilmişdir. “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi keçirilmişdir. Bakı şəhəri 6 nömrəli peşə liseyinin 60 illik yubileyi keçirilmişdir.

  32. MÜHÜM GÖSTƏRİCİLƏR • Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan faktiki xərclər 2009-cu ildə 1.097 milyard manat təşkil etmişdir. • 2010-cu ildə təhsilə ayrılan xərclər 1.2 milyard manat nəzərdə tutulmuşdur. Bu da 2009-cu ilin büdcəsinə nisbətən 180 milyon manat artıqdır (10,0%). • İnvestisiyaların həcmi 2008-ci ildə 220 milyon manat, 2009-cu ildə 57.0 milyon manat təşkil etmişdir. • 2010-cu il üçün investisiya xərcləri 47,7 milyon manat müəyyənləşdirilmişdir.

  33. MÜHÜM GÖSTƏRİCİLƏR • Təhsil işçilərinin orta aylıq əməkhaqqı ilbəil artmış, 2008-ci ildə 220 manatdan 2009-cu ildə 268,5 manata yüksəlmişdir.

  34. MÜHÜM GÖSTƏRİCİLƏR Bir təhsilalana düşən xərclərin inkişaf dinamikası • Məktəbəqədər müəssisədə • Ümumi təhsil müəssisəsində

  35. MÜHÜM GÖSTƏRİCİLƏR Bir təhsilalana düşən xərclərin inkişaf dinamikası • Texniki peşə təhsili müəssisəsində • Orta ixtisas təhsili müəssisəsində

  36. MÜHÜM GÖSTƏRİCİLƏR Bir təhsilalana düşən xərclərin inkişaf dinamikası Ali təhsil müəssisəsində

  37. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Son 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir. • 31 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. • Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 6 min nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötmüşdür. • Son 20 ildə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 137 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılmışdır.

  38. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Azərbaycanda 450 000 şagird yerlik 2000-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. • Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuş, Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

  39. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası – infrastrukturun yeniləşdirilməsi nəticəsində ümumilikdə ölkə üzrə 1 050 000 şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. • Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 21-ə enmişdir.

  40. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • 450-dən çox məktəb əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. • 708məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir. • Azərbaycanda müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb müasir kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir. • 600 məktəbin istilik sistemi əsaslı təmir və bərpa edilmişdir. Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı təmir edilmişdir və hazırda istiliklə təmin olunur.

  41. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • 2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanmış, bu proses 2009-2010-cu dərs ilində I və II sinifləri əhatə etmişdir. • Yeni kurikulumların tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin edilmişlər.

  42. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • 2003-2009-cu illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik çap edilmişdir. • Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I və II sinflər üçün dərslik komplektləri (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) hazırlanmış, Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib müsbət rəy alındıqdan sonra çap edilmişdir.

  43. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə təmin edilmişdir. • Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1.4 milyon nüsxə tədris-əyani vəsait hazırlanaraq məktəblərə verilmişdir. • Məktəblərə 19 adda 351 min nüsxə xəritə verilmişdir.

  44. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edən yeni qiymətləndirmə sistemi tətbiq edilmişdir. • Təhsil tariximizdə ilk dəfə olaraq ötən dərs ilində respublikanın bütün ümumtəhsil məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilmişdir. • Nəticədə mərkəzləşləşdirilmiş buraxılış imtahanlarında əla qiymətlər almış məzunların 51 faizi 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplamışdır.

  45. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla ümumilikdə 99 medal qazanmışlar. • Əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlayır.

  46. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • 2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri respublika birinciliyi, çempionat və digər yarışlarda 287 qızıl, 194 gümüş, 1181 bürünc olmaqla ümumilikdə 1662 medal qazanmışlar. • Avropa, dünya birinciliyi və çempionatlarında və digər beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş, 60 bürünc olmaqla, ümumilikdə, 168 medal qazanmışlar. • Bolqarıstanın Varna şəhərində 2009-cu il iyun ayında keçirilmiş şahmat üzrə məktəblilərin Avropa çempionatında Azərbaycan komandası I yeri tutaraq Avropa çempionu adına layiq görülmüşdür.

  47. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Dövlət Proqramı çərçivəsində ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. • 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə qoşulmuşdur. • İnzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 40000 nəfər müvafiq treninqlərdən keçərək, İKT bacarıqlarına yiyələnmişdir. • Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmişdir. • 20 məktəb “elektron məktəb” layihəsinə qoşulmuşdur. • I-X siniflər üçün “İnformatika” dərslikləri hazırlanmış, bütün siniflərdə informatikanın tədrisinə başlanmışdır.

  48. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Təhsillə bağlı məlumat və resursların toplanması, onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Məlumat və Resurs Mərkəzi yaradılmışdır. • İctimaiyyəti təhsil sahəsindəki yeniliklərlə operativ məlumatlandırmaq və elektron tədris resurslarından istifadəni təmin etmək məqsədilə Milli Təhsil Portalı yaradılmışdır. • Təhsil sahəsində çevik idarəetmə sisteminin yaradılması məqsədilə Milli Təhsil Məlumat Bazası yaradılmışdır. • Bir şagirdə bir kompüter (1:1) konsepsiyasının reallaşdırılması məqsədilə İntel şirkəti ilə birlikdə 400 şagirdə noutbuklar verilmişdir. • “Xalq kompüteri” layihəsi çərçivəsində 5000 müəllim kompüterlə təmin olunmuşdur.

  49. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • 2005-2009-cu illəri əhatə edən Proqram başa çatdırılmış, ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilmişdir. Beləliklə, ucqar kənd məktəblərində kadra olan kəskin ehtiyac ödənilmişdir. • Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmış, Bakı şəhərində müəllimlərin işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilmişdir.

  50. SON İLLƏRDƏ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN NAİLİYYƏTLƏR • Modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasını, proqramların akkreditasiyasını, stimullaşdırıcı vasitələrin tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni ixtisasartırma təhsili modeli hazırlanmışdır.

More Related