1 / 61

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. Mövzu 6. Həqiqi göbələklər aləmi (Fungi, Mycota, Mycetalia) Zygomycota şöbəsi, şöbəyə daxil olan sinif və sıraların səciyyəsi. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. P L A N.

dunne
Télécharger la présentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU

  2. Mövzu 6. Həqiqi göbələklər aləmi (Fungi, Mycota, Mycetalia) Zygomycota şöbəsi, şöbəyə daxil olan sinif və sıraların səciyyəsi • Kənd təsərrüfatı elmləri doktoru, • professor İbrahim Cəfərov

  3. P L A N Zygomycota şöbəsi Zygomcetes sinfi Trichomycetes sinfi

  4. Əsas ədəbiyyatlar 1.İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, 323 s. 2. Все о грибах / М.В.Горленко, Н.В.Гарибова, И.И.Сидирова и др. М.: Лесн. Пром. Сть., 1986, 280 с. 3.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с. 4.Гарибова Л.Б., Лекомцева С.Н. Основы микологии. М.: 2005, 220 с.

  5. Köməkçi ədəbiyyatlar 1.İbarhim Cəfərov Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s. 2.Джеффри Кибби Атлас грибов. Санкт-Петербург: Амфора, 2009, 269 с. 3.Грибы /пер. с. итал. Ф.Двин. М.: Астрель, 2009, 384 с.

  6. Zygomycotaşöbəsi Vegetativ bədən –buğumsuz mitseldir Hüceyrə divarı: əsas komponentlər- xitin və xitozan Qamçı mərhələsi yoxdur

  7. Qeyri-cinsi çoxalma – endogen sporlarla sporlar sporangi sporangidaşıyan

  8. Cinsi proses - ziqoqamiya Əks işarəli “+” və “-” bir-birinə qarşı gedən mitsellərdən şişlər yaranır Qametangiyadan əsas mitseli aralayan arakəsmə formalaşır

  9. Cinsi çoxalma - ziqoqamiya Qametangilər mayalanır və ziqotanı əmələ gətirir ziqota suspenzorlar Ziqota sıx örtüklə örtülür, bu isə onu əlverişsiz mühit şərairindən qoruyur ziqota (ziqosporlar)

  10. Müxtəlif ziqosporlar

  11. Müxtəlif ziqosporlar

  12. Ziqomikota şöbəsi özündə iki sinfə mənsub (Zygomycetes, Trichomycetes) • 500-dən artıq növü birləşdirir. Demək olar ki, onların hamısı yerüstü orqanizmlərdir: əsasən torpaq saprotrofları, az dərəcədə həşərat, onurğasızlar, göbələklər, ali bitkilər, istiqanlı heyvanlar və insanların parazitləridir.

  13. Zygomycetes sinfi Zygomycota şöbəsi • Trichomycetes sinfi

  14. Zygomcetes sinfi

  15. Mucorales sırası Növlərin sayına (400-ə qədər növ) görə ən iri sıradır, özündə torpaq saprotroflarını birləşdirir, onlar adətən becərilmiş torpaqlarda külli miqdarda əmələ gəlir, üzvi maddələrin dövranında fəal iştirak edirlər.

  16. Qeyri-cinsi çoxalma endogen sporangisporlar, az halda konidilərlə həyata keçirilir. sporangi sporangispor

  17. Mucor mitseli substrata daxil olur (torpaq, bitki qalıqları, çörək, tərəvəz kimi ərzaq məhsulları) hava mitselindən ibarət boztəhər örtük formalaşır.

  18. O, adətən rəngsiz hiflərdən ibarətdir, güclü budaqlanır, arakəsmələri yoxdur. Bəzi növlər qocalan zaman və ya maye mühitdə süni becərdikdə arakəsmə əmələ gəlir. Sonuncu halda mitsel adətən ayrı-ayrı hüceyrələrə parçalanır, onlar isə sonra öz növbəsində tumurcaqlanma ilə çoxalırlar Mucor racemosus

  19. sporangilər sporlar Rhizopus cinsinin növləri də təbiətdə kifayət qədər geniş yayılmışdır, onlar üçün qalın hava hifləri, stolonların əmələ gəlməsi xarakterikdir. Stolonlar substratın üzərində yerləşir. Substratla stolonlar toxunduğu yerdə rizoidlər əmələ gəlir, substrata daxil olur. sporangidaşıyan inkişaf edən sporlar stolon rizoidlər

  20. Rhizopusnigricans

  21. sporangi spor sporangispor stalon rizopus

  22. Rhizopusnigricans

  23. Rhizopusnigricans

  24. Rhizopusnigricans

  25. Rhizopusnigricans

  26. Rhizopus stolonifer

  27. Rhizopus stolonifer

  28. Rhizopus stolonifer

  29. Rhizopus arrhizus

  30. Mucor göbələkləri arasında insan və heyvan üçün patogen təhlükəli növlər ikidir: Mucor pusillus mərkəzi sinir sistemini və insanın eşitmə orqanlarını yoluxur Absidia corymbifera insan və heyvanlarda bronxların və ağ ciyər xəstəliklərinin törədicisidir

  31. Mucor pusillus - sporangisporları

  32. Absidia corymbifera – sporangi və sporangidaşıyanları

  33. Phycomyces cinsinin növlərində sporangidaşıyanlarla sporangilər ən iridir. Tünd, göy-yaşıl, xarakterik metal parıltısı verən sporangidaşıyanlar bu göbələklərdə 30 sm hündürlükdədir, müsbət fototropizmlə xarakterizə olunur, iri, əvvəlcə şəffaf-sarı, yetkin formasında qara sporangilərdə 70 minə qədər spor olur. Phycomyces blakesleeanus və cinsin başqa növləri biokimyəvi, genetiki, biofiziki tədqiqatlarda geniş istifadə edilir.

  34. Phycomyces blakesleeanus - sporları və sporangiləri

  35. Pilobolus cinsi Pilobolus cinsində sporangidaşıyan özünəməxsus qurulmuşdur, bu otyeyən heyvanların peyinində adi gözlə asanlıqla görünür. O substratda yuxarıya doğru böyüyür, sarıtəhər şişkinlidir. Bu trofositlər adlanır. • Sporangidaşıyan yan təpədə parlaq qovcuğa genişlənir, onun səthində qara şarabənzər azca basıq sporangi yerləşir. Turqor təzyiqinin hesabına sporangi iki metr məsafəyə atılır.

  36. Pilobolus roridus Pilobolus

  37. Thamnidium cinsi Thamnidium cinsinə daxil olan nümayəndələrdə görürük. Bu cinsin növləri koprotrofdurlar və adətən at peyinində rast gəlinir. Onlarda çox uzun sporangidaşıyanın qurtaracağında iri çoxsporlu kolonkalı sporangi yerləşir. • Sporangidaşıyanın yan budaqlarının qurtaracağında çoxsaylı kiçik sporangilər oturur, onlarda kolonka yoxdur, sporların da sayı 4-10 ədəddir.

  38. Thamnidium göbələyinin sporangidaşıyanları

  39. Chaetocladium cinsinin növləri başqa mukor göbələklərində parazitlik edir, onlarda yalnız təksporlu sporangilər formalaşır. Bu sporangiolları konidilərlə müqayisə etmək mümkündür. Həqiqi ekzogen konidilərdən onlar ikiqat örtüyə malik olmaları ilə fərqlənirlər. Chaetocladium brefeldii - sporangidaşıyan və sporangilər

  40. Endogonales sırası Endogonales sırası göbələklərində ziqota və çoxsporlu sporangi kolonkalar olmadan hiflərdən ibarət kip sarğının daxilində formalaşırlar, nəticədə meyvə bədəni sporkarplar əmələ gəlir. Onlar bir neçə mm-dən 2-3 mm-ə qədər ölçülüdür. Ən geniş yayılmış növü Endogone lactiflua məhv olmuş oduncaqda, yerə tökülən budaqlarda yaşayır. Sporkarpları sarıyabənzər olub, 1-2 sm diametrlidir.

  41. Endogonelactiflua

  42. Entomophthorales sırası Sıranın növləri əsasən həşəratların parazitləridir, elə onun adı da buradan götürülmüşdür. Az sayda növlər papaqlar göbələklər, yosunlar və qıjıkimilərin parazitləridir. Koprofilləri də vardır. Yetkin vəziyyətdə mitsel çoxhüceyrəlidir, hüceyrələrin özü isə çoxnüvəlidir. Qeyri-cinsi çoxalma konidilər vasitəsilə həyata keçirilir, onlar fəal surətdə konididaşıyanlardan atılırlar. Sıra özündə 6-7 cinsi birləşdirən 70-ə qədər növə malikdir. Ən geniş yayılan yaxşı öyrənilən törədici “milçəklərin payız xəstəliyi”dir. Bu xəstəliyi Entomophthora muscae törədir.

  43. Entomophthora muscae

  44. Entomophthora muscae

  45. Zoopagales sırası • Torpaqda, peyində, tökülmüş yarpaqlarda yaşayan məhdud ixtisaslaşmış torpaq göbələkləri qrupudur • Torpaq amöbləri, nematod, həşəratların sürfələrinin obliqat parazitləridir. 3-4 cinsə mənsub olan 10-a yaxın növü birləşdirir. • Mitsel çox nazikdir, əvvəlcə hüceyrəsizdir, lakin tez bir zamanda çoxhüceyrəliliyə çevrilir. Hiflərin səthi yapışqanlıdır, bu hərəkətli sahib heyvanları tutmaqla əlaqədardır: nemabod, amöb və s. bütün növlərin tallomu dəyişkəndir.

  46. Harpellales sırası Yalnız bu sıranın nümayəndələrində tipik cinsi proses məlumdur. Ziqoqamiya, tipik trixosporlar (konidilər və ya birsporlu sporangiol) onlar hifə bərkidiyi yerdə bir və ya dörd sapabənzər nazik çıxıntılara malikdir. Bu çıxıntılar əvvəlcə qıvrılmış, trixosporlar yetişən zaman isə onlar açılır, çox güman ki, müvafiq heyvan tutmağa xidmət edir. Məsələn, Herpella melusinae növü. Hüceyrə divarının tərkibinə xitin və xitozan daxildir. Başqa sıraların nümayəndələrində cinsi proses güclü surətdə sadədir və iki protplastın nüvələrlə mayalanmasından keçir.

  47. Asellariales sırası Sıranın nümayəndələri qeyri-cinsi çoxalma zamanı seqment hiflərindən inkişaf edən “aptpospor” (zəncir) əmələ gətirir. Hüceyrə divarının kimyəvi tərkibi əvvəlki sıralarla oxşardır. Son illər Harpellales və Asellariales sıralarını Zygomycetes sinfinə aid edirlər (Müller, Leffler, 1995), belə olduqda Trichomycetes sinfində cəmi 2 sıra qalır Eccrinales, Amoebidales.

  48. Eccrinales sırası Sıranın növləri böyük olmayan tallom əmələ gətirir, həmin tallomu isə bağırsağa və ya buğumayaqlıların xitin örtüyünə əmziklərlə bərkiyir. Qeyri-cinsi çoxalma- endogen sporangisporlarladır (tək və ya çoxsporlu sporangilərlə). Hüceyrə divarında sellülozadır. Xitin yoxdur.

  49. Amoebidales sırası Qeyri-cinsi çoxalma üçün sporangisporlarla birlikdə ameboid mərhələ xarak-terikdir. Hüceyrə divarı qalaktozamin və qalaktandan ibarətdir. Su həşəratlarında və xərçəngəbənzərlərdə yaşayır. Endogen sporangiospor sahibin bədəninə düşərək, budaqlanmayan talloma cücərir, o isə öz növbəsində bütünlüklə sporangilərlə sporangisporlara çevrilir. Bəzən sporangidə sporun yerinə amöblər formalaşır. Onlar xaricə çıxır, sahibdə bitir, sonra hüceyrə divarını hazırlayır və onda sporangisporlar əmələ gətirir. İnkişaf tsiklində qalındivarlı istirahət sporları iştirak edir. Trixomisetlər nisbətən az öyrənilən qrupdur. Bu sinif çox zaman formal takson kimi baxılır, burada filogenetiki əlaqələri məlum olmayan orqanizmlər birləşirlər. Buna baxmayaraq, sinfin nümayəndələri 150 ildən artıqdır ki, məlumdur, lakin onların biologiyası, habelə mənşəyi qaranlıqdır.

More Related