1 / 29

I M ÖVZU: İQTİSADIN ON PRİNSİPİ Dr . Elşən BAĞIRZADƏ “Mikro iqtisad” d ərsi

I M ÖVZU: İQTİSADIN ON PRİNSİPİ Dr . Elşən BAĞIRZADƏ “Mikro iqtisad” d ərsi A zərbaycan Universiteti. 1 Giriş. 1. İ qtisadın on prinsipi. İqtisadiyyat (economy) . . . .

emilie
Télécharger la présentation

I M ÖVZU: İQTİSADIN ON PRİNSİPİ Dr . Elşən BAĞIRZADƏ “Mikro iqtisad” d ərsi

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. IMÖVZU: İQTİSADIN ON PRİNSİPİ Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti

  2. 1 Giriş

  3. 1 İqtisadın on prinsipi

  4. İqtisadiyyat (economy). . . . . .İqtisadiyyat (economy)qədim Yunan sözü olub “ev təsərrüfatını idarə edən” və ya “ev təsərrüfatının idarə edilməsi” mənasını daşıyır.

  5. İQTİSADIN ON PRİNSİPİ • Ev təsərrüfatı və iqtisadiyyat müxtəlif qərarlarla üzləşir: • Kim işləməlidir? • Hansı məhsuldan, nə qədər istehsal edilməlidir? • İstehsalda hansı resurslardan istifadə edilməlidir? • Məhsullar hansı qiymətlə satılmalıdır?

  6. İQTİSADIN ON PRİNSİPİ Cəmiyyət və resursların məhdudluğu: • Resurslar məhdud və ya qıt olduğundan cəmiyyətresurslarının idarə edilməsi əhəmiyyətdaşıyır. • Qıtlıq (Scarcity). . . cəmiyyətin məhdud resurslara malik olmasından irəli gələrək arzu etdiyi bütün əmtəə və xidmətləri istehsal edə bilməməsidir.

  7. İQTİSADIN ON PRİNSİPİ İqtisad (Economics)cəmiyyətin qıt resurslarını necə idarə etdiyini öyrənir.

  8. İQTİSADIN ON PRİNSİPİ • İnsanlar necə qərar verir. • İnsanlar seçimlərlə (tradeoffs) üzləşirlər. • Bir şeyin dəyəri onu əldə etmək üçün imtina etdiklərimizdir. • Rasional insanlar marjinalı fikirləşir. • İnsallar stimullara cavab verir.

  9. İQTİSADIN ON PRİNSİPİ • İnsanlar öz aralarında necə münasibət qurar. • Ticarət hər kəsə fayda gətirə bilər. • Bazar çox vaxt iqtsiadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur. • Hökumətlər bəzən iqtisadi fəaliyyətlərin nəticələrini yaxşılaşdıra bilər.

  10. İQTİSADIN ON PRİNSİPİ • İqtisadiyyatın ümumi fəaliyyətinə təsir göstərən güclər və meyllər: • Həyat standartı ölkənin istehsalından asılıdır. • Hökumət hədsiz pul kəsdiyi zaman qiymətlər yüksəlir. • Cəmiyyət qısa müddətli dövrdə inflyasiya ilə işsizlik arasında seçimlə üzləşir.

  11. Prinsip 1: İnsanlar seçimlərlə üzləşir. “Pulsuz qəlyanaltı kimi bir şey yoxdur!”

  12. Prinsip 1: İnsanlar seçimlərlə üzləşir. Biz əsasən bir şeyə sahib olmaq üçün digər şeydən imtina edirik. • Silahlar və yağ • Ərzaq və geyim • Boş vaxt və iş • Səmərəlilik və bərabərlik Qərar vermə bir məqsədlə bu məqsədə zidd olan digər bir məqsəd arasında seçim etməyi zəruri edir.

  13. Prinsip 1: İnsanlar seçimlərlə üzləşir. • Səmərəlilik və Bərabərlik • Səmərəlilik (Efficiency)cəmiyyətin malik olduğu məhdud resurslarla mümkün olan ən çoxu əldə etməsidir. • Bərabərlilik (Equity)resurslardan əldə edilən faydaların cəmiyyət üzvləri arasında ədalətli şəkildə bölüşdürülməsidir.

  14. Prinsip 2: Bir şeyin xərci onu əldə etmək üçün imtina vəya fəda etiklərimizdir. • Qərar vermə alternativlərin fayda (benefits) və xərclərinin (costs) müqayisə edilməsini tələb edir. • Kollecə, yoxsa işə getmək? • Oxumaq, yoxsa gəzməyə çıxmaq? • Məktəbə getmək, yoxsa yatmaq? • Alternativ dəyər (opportunity cost)bir şeyi əldə etmək üçün fəda və ya imtina etdiyimizin dəyəridir.

  15. Prinsip 2: Bir şeyin xərci onu əldə etmək üçün imtina vəya fəda etiklərimizdir. LA Laker basketbol ulduzu Kobe Bryant kollecə getməkdənsə profesional idmanı seçmiş və bu ona milyonlarla dollar qazandırmışdır.

  16. Prinsip 3: Rasional insanlar marjinalı fikirləşir. • Marjinal dəyişmələr (Marginal changes)kiçik ölçülü olur, mövcud fəaliyyət planını dəyişdirə bilir. İnsanlar marjinal xərc və faydaların müqayisəsi əsasında qərar verir.

  17. Prinsip 4: İnsanlar stimullara (incentives) cavab verir. • Xərc və ya faydalardakı marjinal dəyişmələr insanları hərəkət etməyə sövq edir (motivləşdirir). • Alternativin marjinal faydası onun marjinal xərcindən çox olduqda alternativin seçiminə qərar verilir!

  18. Prinsip 5: Ticarət hər kəsə fayda verir. • İnsanlar digərləri ilə ticarət edə bilmələrindən fayda əldə edirlər. • Rəqabət ticarətdən faydaları artırır. • Ticarət, insanların daha yaxşı çalışa biləcəkləri işlərdə ixtisaslaşmasına səbəb olur.

  19. Prinsip 6: Bazar çox vaxt iqtisadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur. • Bazar iqtisadiyyatı (market economy) çoxlu sayda firma və ev təsərrüfatlarının qarşılıqlı təsirdə olduqları əmtəə və xidmət bazarlarında verdikləri desentralizasiya xarakterli qərarlarla resursların bölgüsünü (allocate) təmin edən iqtisadiyyatdır. • Ev təsərrüfatları (households)nə satın almaq və kimi çalışdırmaqla bağlı qərar verirlər. • Firmalar (firms) kimi işə götürmək və nə istehsal etməklə bağlı qərar verirlər.

  20. Prinsip 6: Bazar çox vaxt iqtisadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur. • Adam Smith firma və ev təsərrüfatlarının “görünməz əl” (“invisible hand”) prinsipi əsasında bazar fəaliyyətlərində qarşılıqlı əlaqədə olduqlarını göstərmişdir. • Çünkü firmalar və ev təsərrüfatları alış-veriş qərarı qəbul edərkən yalnızqiymətlərə fikir versələr də, öz fəaliyyətlərinin sosial xərclərini də bilmədən hesaba alırlar. • Nəticədə, qiymətlər fəaliyyətləri nəticəsində sosial rifahı maksimumlaşdıran qərar verənlər üçün bir bələdçi rolunu oynayır.

  21. Prinsip 7: Hökumətlər bəzən bazar nəticələrini yaxşılaşdırırlar. • Bazar uğursuzluğu (market failure)bazarın resursları səmərəli bir şəkildə bölüşdürə bilməməsi nəticəsində ortaya çıxır. • Bazarın uğursuzluğu zamanı hökumət müdaxilə edərək səmərəliliyi və bərabərliyi təşviq edir.

  22. Prinsip 7: Hökumətlər bəzən bazar nəticələrini yaxşılaşdırırlar. • Bazar uğursuzluğuna aşağıdakılar səbəb ola bilər: • Xarici effekt (externality) bir fərd və ya firmanın fəaliyyətlərinin onunla əlaqəsi olmayan digərləri üzərində yaratdığı təsirdir. • Bazar gücü (market power)bir fərd və ya firmanın bazar qiymətlərinə ciddi şəkildə təsir edə bilmə bacarığıdır.

  23. Prinsip 8: Həyat standartı ölkənin istehsalından asılıdır. • Həyat standarı(Standard of living) aşağıdakı yollarla ölçülə bilər: • Fərdi gəlirlərin müqayisəsi ilə; • Milli istehsalın məcmu bazar dəyərinin müqayisəsi ilə.

  24. Prinsip 8: Həyat standartı ölkənin istehsalından asılıdır. • Həyat standartlarındakı bütün fərqliliklər ölkələrin məhsuldarlıqları arasındakı fərqlərlə izah olunur. • Məhsuldarlıq (productivity)işçi vaxtının hər saatında istehsal olunan əmtəə və xidmətlərin məcmusudur.

  25. Prinsip 9: Hökumət hədsiz pul kəsdiyi zaman qiymətlər yüksəlir. • İnflyasiya (inflation) iqtisadiyyatda məcmu qiymətlərin artmasıdır. • İnflyasiyanın bir səbəbi pul həcmindəki artımdır. • Nə vaxt hökumət dövriyyədəki pulun həcmini artırır, o zaman pulun dəyəri azalır.

  26. Prinsip 10: Cəmiyyət qısamüddətli dövrdə inflyasiya ilə işsizlik arasında seçimlə üzləşir. • Filips Əyrisi (the Phillips Curve) inflyasiya ilə işsizlik (unemployment) arasında seçimi əks etdirir: òİnflyasiyaðñİşsizlik Qısamüddətli dövrdə seçim budur!

  27. Xülasə • Fərdlər qərar vermə prosesində alternativ məqsədlər arasında seçmilə üzləşirlər. • Hər hansı bir fəaliyyətin xərci əldən çıxarılmış imkanlarla ölçülür. • Rasional insanlar qərar qəbulu prosesində marjinal xərc və marjinal faydaları müqayisə edərlər. • İnsanlar qarşılaşdıqları stimullara cavab olaraq öz davranışlarını dəyişdirirlər.

  28. Xülasə • Ticarət əsasən hər kəs üçün faydalıdır. • Bazarlar insanlar arasındakı ticarət münasibətlərinin kordinasiya edilməsində əsasən yaxşı yoldur. • Əgər bazar uğursuzluğu varsa və ya bazar nəticələri ədalətsizdirsə, hökumət potensial olaraq bu nəticələri yaxşılaşdıra bilər.

  29. Xülasə • Məhsuldarlıq həyat standartlarının sonsuz mənbəyidir. • Pulun artımı inflyasiyanın sonsuz mənbəyidir. • Cəmiyyət qısamüddətli dövrdə inflyasiya və işsizlik arasında seçimlə üzləşir.

More Related