1 / 25

Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyi : Problemlər və Perspektivlər

Dünya Bankının Nəqliyyat Qrupu 16 aprel 2010. Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyi : Problemlər və Perspektivlər. XÜLASƏ. Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyinə ümumi baxış Dünya Bankının yardım proqramı Imkanlar v ə Perspektivlər. Yol şəbəkəsi. Yol şəbəkəsi

ganya
Télécharger la présentation

Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyi : Problemlər və Perspektivlər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Dünya Bankının Nəqliyyat Qrupu 16 aprel 2010 Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyi: Problemlər və Perspektivlər

  2. XÜLASƏ • Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyinə ümumi baxış • Dünya Bankının yardım proqramı • Imkanlar və Perspektivlər

  3. Yol şəbəkəsi • Yol şəbəkəsi • Yol şəbəkəsinin ümumi keyfiyyəti zəifdir • Yollara iri həcmli investisiya qoyuluşu həyata keçirilir: 2005-2009-cu illərdə təxminən 3.8 milyard ABŞ dolları

  4. Nəqliyyat vasitələrinin sayının artması • Nəqliyyat vasitələrinin ümumi sayı 937 000 (2009) • Hər 1 000 nəfərə 81 şəxsi minik avtomobili (2008) • 2000-2009-cu illərdə nəqliyyat vasitələrinin sayının artım tempi 113% təşkil etmişdir

  5. Ölüm halları və bədən xəsarətləri • 2009-cu ildə 2792 yol-nəqliyyat hadisəsi nəticəsində 930 nəfər həlak olmuş və 3044 nəfər bədən xəsarəti almışdır

  6. Ölümlə nəticələn qəzalar – digər ölkələrlə müqayisə Mənbə: Dünya Bankı (2005) Yol hərəkəti təhlükəsizliyinin ən yüksək səviyyədə olan ölkələrlə müqayisədə, Azərbaycanda ölümlə nəticələnən qəzaların sayı hər 100 min nəfərə təxminən 2 dəfə və hər 10 min nəqliyyat vasitəsinə təxminən 5-10 dəfə yüksəkdir.

  7. Yollarla bağlı ümumi problemlər • Yolların aşağı keyfiyyəti • Yol hərəkətinin idarə edilməsi ilə bağlı məsələlər • Yol nişanları və yolların markalanmasının lazımi səviyyədə olmaması • Avtobuslar/mikroavtobuslar xahiş ilə istənilən yerdə saxlaya bilər • Yol tikinti sahələrində yol hərəkətinin idarə olunmasının aşağı səviyyədə olması • Yaşayış yerlərində piyadalar üçün keçidlərin çatışmazlığı - piyadalar istənilən yerlərdə, hətta hərəkətin sürəti yüksək olan yollarda yolu keçə bilərlər

  8. Şəhərin kənarında yeni yol hissəsi: ayırıcı zolaqlar işarələnməyib və yol çiyini yoxdur

  9. Yol tikintisi zamanı yol hərəkətinin lazımi səviyyədə idarə olunmaması

  10. Qanunlar və onların icrası • Mövcud qanunlar mükəmməl olmasa da, onların tam icra olunması yol hərəkəti təhlükəsizliyinin artırılmasına imkan verər • İcra • Sürət həddi ilə bağlı tələblərin icrası üzrə iş yol polisi tərəfindən hal-hazırda aparılmaqdadır -sürət həddinin aşılmasını qeyd edən kameralar və radarlar • Təhlükəsizlik kəmərləri ilə bağlı tələblərin icrasının lazımi səviyyədə təmin olunmaması • Avtomobillərdə uşaq oturacaqları ilə bağlı tələblər yoxdur • Piyadaların davranışı ilə bağlı tələblər lazımi səviyyədə icra olunmur • Avtobus sürücülərinin davranışı ilə bağlı tələblər lazımi səviyyədə icra olunmur

  11. M4 – Bakı şəhərinin yaxınlığında: tənzimlənməyən avtobus dayanacağı və yolu keçən piyadalar

  12. Piyadanın təhlükəli davranışı

  13. Yol infrastrukturu • Yol şəbəkəsinin ümumi keyfiyyətinin aşağı olması – M-yollarının yalnız 45%-i, R-yollarının yalnız 30%-i və örtüklü Y-yollarının yalnız 16%-i yaxşı vəziyyətdədir. • Təhlükəsiz yol prinsiplərinin layihələndirmədə tətbiq olunmaması • Yüksək sürətli yollarda sürətin artırılması və azaldılması üçün zolaqların yetərli olmaması • Yolun ortasında və kənarında yerləşən qəza baryerlərinin və məhəccərlərin lazımi qədər olmaması • Yolu keçən heyvanlardan yolu qorumaq üçün hasarların olmaması və ya yetərsiz olması

  14. Bakı-Ələt yolu: geriyə dönmə üçün çoxlu yer var, lakin əksəriyyəti nişanlanmayıb və ya yüksək sürətli yol üçün adekvat həndəsi ölçülər təmin olunmayıb

  15. Yol kənarı məhəccərlərin təhlükəsiz qaydada quraşdırılmamasının nəticələri

  16. İnəyin ayırıcı zolağa çıxması

  17. AİDİYYƏTİ TƏRƏFLƏR YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASI DÖVLƏT SİYASƏTİ VƏ QANUNVERİCİLİK Daxili İşlər Nazirliyi Nəqliyyat Nazirliyi QHT-lər Dövlət Yol Polisi Azəryolservis ASC Yol istifadəçiləri Yerli İcra Hakimiyyəti Orqanları Yol Təhlükəsizliyi Şöbəsi (AYS) MƏKTƏBLƏR • Bələdiyyələr Təhsil Nazirliyi SÜRÜCÜLÜK MƏKTƏBLƏRİ UNİVERSİTETLƏR Maliyyə Nazirliyi Səhiyyə Nazirliyi XƏSTƏXANALAR VƏ XİLASETMƏ XİDMƏTLƏRİ SIĞORTA ŞİRKƏTLƏRİ Yol hərəkəti təhlükəsizliyi -İnstitusional mexanizmlər (i)

  18. Yol hərəkəti təhlükəsizliyi -İnstitusional mexanizmlər (ii) • Yol hərəkətinin təhlükəsizliyi üzrə Dövlət Komissiyası • Dövlət Yol Polisi – əsas cavabdeh orqan • Nəqliyyat Nazirliyi və Azəryolservis ASC yol hərəkəti təhlükəsizliyi ilə bağlı məsələlərdə məhdud iştiraka malikdir • Yol hərəkəti təhlükəsizliyi üzrə təsdiq olunmuş Strategiyanın və ya Tədbirlər Planının olmaması

  19. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi – Dünya Bankının proqramının məqsədləri • Yol şəbəkəsinin vəziyyətinin yaxşılaşdırılması • Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı fəaliyyətlərə ayrılan vəsaitin artırılması (cəmi investisiyaların 10%-nə qədər) • Yol hərəkəti təhlükəsizliyi strategiyasının və tədbirlər planlarının hazırlanmasına və icrasına dəstək • Bütün yol layihələri üzrə yol təhlükəsizliyi auditləri • Yolların təhlükəli hissələrinin müəyyən edilməsi və əlaqədar tədbirlərin görülməsinin təkmilləşdirilməsi • Müvafiq normativ və tənzimləyici çərçivələrin yaradılmasına yardım • Yol polisinin potensialının gücləndirilməsi və peşəkar inkişafı

  20. Dünya Bankının Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dəstəyi 1-ci mərhələ – Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli Siyasət • Magistral Yol Layihəsi (2009-cu ildə başa çatdırılıb) • Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli Siyasət sənədinin ilk layihə variantı hazırlanmışdır (Finnroad) • Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı əsas sahələri əhatə edir • Aidiyyəti təşkilatlar arasında lazımi səviyyədə əlaqələndirmənin olmaması səbəbindən sənəd layihəsi Hökumət tərəfindən təsdiq olunmamışdır

  21. Dünya Bankının Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dəstəyi 2-ci mərhələ - İcra • İkinci Magistral Yol Layihəsi (hal-hazırda həyata keçirilir) • Yol hərəkəti təhlükəsizliyi üzrə Milli Strategiyanın və onun icrasına başlamaq üçün 5 illik Tədbirlər Planının hazırlanması • Tədbirlər Planının ilk iki ilində dərhal həyata keçirilmək üçün ən az 4 icra planının hazırlanması • Yol-nəqliyyat Hadisələri (Qəzalar) üzrə Məlumat Bazasının layihələndirilməsi və birinci fazada icrası • Yol Təhlükəsizliyi üzrə Audit Qaydalarının və Yolların Təhlükəli Hissələrinin Müəyyən Edilməsi və Əlaqədar Tədbirlərin Görülməsi üzrə Qaydaların hazırlanması və müvafiq təlimlərin keçirilməsi • Yol polisi üçün potensial quruculuğu, peşəkar inkişaf və avadanlıq təchizatı

  22. Dünya Bankının Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dəstəyi2-ci mərhələ - İcra • Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə ən əhatəli texniki yardım proqramı • Tender prosesi başa çatdırılıb və bir ay müddəti ərzində SweRoadşirkətinin (İsveç) müqavilənin icrasına başlaması gözlənilir • Dövlət Yol Polisinin və Azəryolservis ASC-nin sahibliyi və yaxşı təşkilatlararası əlaqələndirmə layihənin uğuru üçün əsas şərtlərdir

  23. Dünya Bankının Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dəstəyi 3-cü mərhələ – Magistral Yollarda Yol Hərəkəti Təhlükəsizliyi • Üçüncü Magistral Yol Layihəsi (təsdiqi 2010-cu ilin may ayına planlaşdırılır) • Magistral yolların idarə edilməsi üçün yol hərəkəti təhlükəsizliyi strategiyasının hazırlanması • Layihələrin təhlükəsizlik auditi • Tikinti zamanı yol hərəkəti təhlükəsizliyinə nəzarətin gücləndirilməsi • Bakı-Şamaxı yolunun əlavə iki zolağının tikintisi zamanı yol təhlükəsizliyinin artırılması (piyadalar üçün daha yaxşı şəraitin yaradılması, yol kəsişmələrinin təkmilləşdirilməsi və yol kənarında qəzalara qarşı baryerlər)

  24. Dünya Bankının Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dəstəyi 3-cü mərhələ – Magistral Yollarda Yol Hərəkəti Təhlükəsizliyi • Komponent Magistral Yol II Layihəsinin icrası zamanı Bakı-Şamaxı yolunda qarşıya çıxmış məsələlərə cavab olaraq hazırlanmışdır • Yol hərəkəti təhlükəsizliyi üzrə tədbirlərin 2011-2012-ci illərdə həyata keçirilməsi planlaşdırılır • Nəticələr Azərbaycanın digər yol tikintisi layihələrində tətbiq olunacaqlar

  25. Perspektivlər • Siyasi dəstək çox vacibdir • Aparıcı təşkilatların əlaqələndirilmiş səyləri • Əsas aidiyyəti təşkilatların Yol Hərəkəti Təhlükəsizliyi Strategiyasının və Tədbirlər Planının hazırlanmasında fəal iştirakı • Daimi əsasda fəaliyyət göstərən Yol Hərəkəti Təhlükəsizliyi üzrə Katibliyin Yaradılması - Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərməsi mümkündür • Katibliyin və yol hərəkəti təhlükəsizliyinə aidiyyəti olan təşkilatların əməkdaşları üçün təlim və potensial quruculuğu • Maarifləndirmə və məlumatlandırma kampaniyaları (misal üçün, təhlükəsizlik kəmərləri ilə bağlı) • Texniki yardım layihəsinin daha yaxşı nəticə verməsi üçün Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyi və AYS-də təyin olunmuş əməkdaşların layihənin icrasında fəal iştirakı

More Related