1 / 10

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU :

heath
Télécharger la présentation

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Yeni doğulmuş balaların fizioloji xüsusiyyətləri və onların xəstəlikləri Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Yeni doğulmuş körpələrin xəstəlikləri. • 2.Göyərmə və ağarma. • 3. Yeni doğulmuş balada ilk nəcisin ləngiməsi. • 4.Göbəyin iltihabının müalicəsi. • 5.Göbəyin yırtığı. • 6.Yeni doğulmuş balaya qulluq. • 7.Yeni doğulmuş balada anus dəliyinin olmaması. • 8.Yeni doğulmuş balaya ağız südünün verilməsi.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zveryeva, I.I.Rodin - Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.

  4. Yeni doğulmuş balaların fizioloji xüsusiyyətləri və onların xəstəlikləri • Bala doğulan gündən köbəyinin düşməsinədək olan dövrdə yeni doğulan adlanır. Gündəlik təcrübələr göstərir ki, yeni doğulmuş balalar müxtəlif səbəblərdən asılı olaraq ən çox doğulduğu 5-10 gün ərzində tələf olur. Bu dövrdə yeni dlğulmuş balalar xarici təsirlərə qarşı müqavimət göstərə bilmir. Belə ki, yeni doğulmuş körpənin orqanizmində xarici təsirlərə qarşı müqavimət quvvəsi zəif olur. Bala böyüdükcə müqavimət qüvvəsi tədricən inkişaf edir. Xarici təsirlərə ancaq sağlam doğulmuş balalar uyğunlaşa bilir və sürətlə inkişaf edir. Balanın sağlam doğulması ata-ananın düzgün seçilməsindən, həmçinin boğazlıq dövründə saxlanması və yemləndirilməsindən çox asılıdır.boğaz heyvan aldığı yemi özü və balası üçün sərf edir, həmdə doğandan sonra süd vermək üçün ehtiyat toprlayır. Boğazlıq və çətin doğum zamanı anna orqanizmində ümumi xəstəlik və nöqsanlar olduqda, yeni doğulmuş balalar zəif doğulur və onlarda bir sıra xəstəliklər təsadüf edilir.

  5. Ballada tənəffüs pozğunluqları-Asphyxia neonatorum. • Təzə doğulmuş balalarda tənəffüs pozğunluqları çox baş verir (ən çox buzovlarda). Təzə doğulan bala balalıqda və ya çətin doğumlar zamanı boğula bilər. • Etiologiya. Belə halın başlıca səbəbi bala balalıqda olarkən tənəffüs yollarına balaətrafı mayenin dolması, köbəyin vaxtından əvvəl qopması, dolaşması və ya əzilməsi, ananın çoxlu qan itirməsi, zəhərlənməsi anna ilə əlaqəsi kəsilməsi və s. • Kliniki nişanələri. Yeni doğulmuş heyvana asfiksiya kliniki əlamətlərinə görə iki şəkildə olur: 1-göyərmə; 2- ağarma. • Göyərmə formada tənəffüs pozğunluğu baş verdikdə balanın görünən selikli qişaları göy rəng alır, tənəffüs zəifləyir xırıltılı olur, nəbiz zəifləyir, öskürür, ağzına selik yığılır və s. belə hal xəstəliyin yüngül forması adlanır. Xəstəliyin ağır formasında ballada heç bir həyat nişanəsi olmur, zəif ürək tonları eşidilir.

  6. Müalicəsi. Dərhal balanın ağız-burun yollarının selik və balaətrafı maye qalığından təmizləmək, ona süni tənəffüs vermək və dərisini qurutmaq lazımdır. Buzovun asfikasiyası müşahidə edildikdə onu arxası üstə elə fiksasiya etməliyik ki, başı bir qədər aşağıda dursun. Bu zaman balaya soyuq su içirmək və ya naşatır spirt iylətmək və s yardım göstərmək olar. • Yeni doğulan balada ilk nəcisin bayıra çıxmaması, ləngiməsi. (qəbizlik). • Boğazlığın ikinci yarısında embrionun bağırsağında ilk nəcis (mekoniya) deyilən kütlə toplanır. Bala sağlam doğulduqda, vaxtında ağız südü əmmədikdə həmin nəcis bayıra çıxmır. • Etiologiyası. Yeni doğulmuş bala lazımi qədər və keyfiyyətli ağız südü əmmədikdə, ilk nəcis quru olduqda, bağırsaqların atoniyası zamanı və bala zəif olduqda ilk nəcisin bayra çıxması ləngiyir. • Kliniki əlamətləri. Belə balalar tez-tez qarınlarına baxır, yatır-qalxır, belini donqar tutur, ayaqlarını yerə vurur, anasını əmmir, get-gedə zəifləyir və zəhərlənmə (inkoksisemiya) nəticəsində tələf olur. • Diaqnozu. Düz bağırsaqan nəcis kütləsinin toplanması barmaqla müayinə olunduqda asan hiss edilir. • Müalicəsi. Düz bağırsağa 0,5 litr sabunlu su yeridərək barmaqla bərk nəcisi oradan çıxarmalı. Bunu 2-3 saatdan sonra təkrar etmək olar. Daxilə ağız südü, gənəgərçək yağı (50q) və Qlanber duzu (50,0-75 q) verdikdən sonra bağırsaqların peristaltikasını artırmaq üçün qarnını massaj etməli. Balanın qarnına isti qızdırıcı yaxşı nəticə verir.

  7. Göbəkdən qan axması- Ompnalorrnaçia • Göbəkdən qan axmasına bütün heyvanların balalarında müşahidə edilir, ancaq qulunlarda daha çox təsadüf edilir. Çünki qulun boğulduqda ciyənin qan dammarı burularaq qarın boşluğuna dartılır. • Etiologiyası. Adətən buzov doğularkən, onun ağırlığı nəticəsində göbək ciyəsi dartılaraq qırılır və həmin nahiyənin dammar və toxumaları sürətlə qısalır. Təzə doğulmuş balalarda ən çox venoz qan axıntısı təsadüf edilir, damcı-damcı olur. Tək-tək hallarda isə arterial qan axıntısı olur bu sürətlə axır. Göbək ciyəsini iti bıçaqla kəsdikdə də qan axıntısı olur. • Müalicəsi. Ilk növbədə qan axmasının səbəbini aradan qaldırmalı. Bala çoxlu qan itirmişsə, venasına fizioloji məhlul və ya anasının qanına yeritməli. Balanın tənəffüsü pozulmuşsa, onu tənzim etməli. Tənəffüs normaya düşdükdə qan axıntısı da dayanır, yenə də qan axarsa, onu steril ipək sapla bağlamaq lazımdır.

  8. Göbəyin iltihabı-ompnalitis. • Göbəyin iltihabına yeni doğulmuş balaların hamsında təsadüf edilir. Qan axma qulunlarda tələfata səbəb olur. • Etiologiyası- Normal halda yeni doğulmuş balanın göbək ciyəsi quru nekroza uğrayır və 10-14 gündən sonra quruyub düşür. Yerləri çirkli olduqda buzovlar biri-birinin göbəyini əmdikdə göbək nahiyəsinə mikroorqanizmlər düşərək onun iltihabına səbəb olur. • Kliniki əlamətləri.Göbəyin damarları iltihaba tutulduqda xəstəlik bir neçə gündən sonra başlayır. Göbək nahiyəsi bərk ağrılı olur, belini əyri tutur, yemdən imtina edir. • Müalicəsi. Göbəyin damarları iltihaba tutulduqda dezinfeksiya edib kamfora və ya xloraminlə kompress qoyulur. Abses deşildikdən sonra yara nahiyəsini dezinfeksiya edib, onun kənarlarına yod çəkməli və ora komfara hopdurulmuş tanpon qoymalı. Qanqrenoz iltihab baş verdikdə, iltihab nahiyəsini karbol turşusu və ya argentium-nitrat ilə yandırmaq lazımdır. • Yara nahiyəsinə ağ streptosid səpmək də pis olmaz.

  9. Uraxusu fistulası- uracnus patens- (göbəyin yırtığı) • Bala doğulduqdan sonra göbəyin inkişaf etməsinə baxmayaraq göbəkdən sidik axarı qapanmır. Bu xəstəlik upaxusun fistulası adlanır. Bu xəstəlik tək-tək hallarda qurunlarda təsadüf edilir. Başqa heyvanlarda isə çox nadir hallarda müşahidə olur. • Etiologiyası. Normal göbək ciyəsi qırıldıqdan sonra burularaq qarın boşluğuna dartılıb, sidik axarını qapayır. Uraxus qaldıqda sidik kisəsindən qələm sidik göbək ciyəsini isladır. • Xəstəliyin kliniki əlamətləri və gedişi. • Balanın göbək nahiyəsindən damla-damla sidik axır. Beləliklə, bayıra çıxan sidik göbək nahiyəsini yaş saxlayır, nəticədə sidiklə qıcıqlanan dəridə ilk növbədə dermatit, daha sonra isə göbək nahiyəsində fleqmona baş verir. • Müalicəsi. • Göbək nahiyəsini təmizləyib dezinfeksiya etdikdən sonra göbək ciyəsinin qalığını bağlamaq lazımdır. • Göbək nahiyəsini argentum-nitrat ilə yandırmaq ora ixtiol naftalan nefti streptosid və s. məlhəmləri sürtmək yaxşı nəticə verir.

  10. Anadangəlmə anus dəliyinin və düz bağırsaq çıxarının olmaması-ATRESIA ANO; ETRESTI • Anadangəlmə anus dəliyinin və düz bağırsağın çıxarının olmaması bütün heyvanlarda rast gəlinir, ancaq çoşkalarda daha çox olur. Anus dəliyi olmadıqda onun yeri dəri ilə örtülür. Düz bağırsağın çıxarı olmadıqda isə onun çıxarı bütöv olur. Anus dəliyi olmadıqda o nahiyəyə nəcis toplanır, ona görə həmin nahiyə qabarıq şəkil olur. Düz bağırsağın çıxarının bağlı olmasını əllə hiss etmək olur. • Müalicəsi. Ancaq cərrahi yolla aparılır. Cərrahi əməliyyat nə qədər tez aparılarsa, heyvan sağalması üçün bir o qədə yaxşıdır. Anus dəliyi xaçvari kəsilir, sonra həmin kəsiyin kənarları qayçı ilə götürülür. Sonra düz bağırsağın qurtaracağının selikli qişasının dəriyə tikirlər. Əgər düz bağırsağın qurtaracağı bağlı olarsa o zaman bağlı anus dəliyini xasvari kəsirlər. Bundan sonra düz bağırsağın uc hissəsini ətraf toxumalardan ayıraraq anus dəliyinə yaxınlaşdırıb onun dərisinə bir neçə tikiş qoymaqla tikirlər. • Daha sonra isə düz bağırsağın bağlı hissəsini kəsib nəcisdən təmizləyirlər. • Düz bağırsağın bağlı ucu çanaq boşluğunun lap dərinliyində yerləşdikdə və onu anusa doğru çəkmək mümkün olmadıqda, paçaarası nahiyədən çıxarıb dəriyə tikmək olar.

More Related