1 / 9

İŞÇİLƏRİN TƏLİMATLANDIRILMASI

İŞÇİLƏRİN TƏLİMATLANDIRILMASI. İşə başlama və uyğunlaşdırma necə həyata keçirilməlidir?. GİRİŞ. TƏLİMATLANDIRILMA NƏDİR? Müəssisəyə qəbul edilən kadrların iş yerinə ya da əmək şəraitinə alışması üçün həyata keçirilən tədbirlərin məcmusudur.

mohawk
Télécharger la présentation

İŞÇİLƏRİN TƏLİMATLANDIRILMASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. İŞÇİLƏRİN TƏLİMATLANDIRILMASI İşə başlama vəuyğunlaşdırmanecə həyatakeçirilməlidir?

  2. GİRİŞ TƏLİMATLANDIRILMA NƏDİR? Müəssisəyə qəbul edilən kadrların iş yerinə ya da əmək şəraitinə alışması üçün həyata keçirilən tədbirlərin məcmusudur. Şirkətin daxili qayda-qanunları ilə tanışlıq mərhələsi çox mühüm əhəmiyyət kəsb edir.

  3. YENİ İŞÇİLƏRİN ƏSAS PROBLEMLƏRİ • Yeni işi yerinə yetirə bilməmək, cəsarətsizlik • İşlə bağlı fiziki qaydalara və əmək şəraitinə uyğunlaşa bilməmək • Fərdin xarakterinə bağlı olan nöqsanlar • Əmək şəraitinə uyğunlaşma işinin qeyri-kafi təşkili UYĞUNLAŞDIRMANIN ƏSAS YOLLARI • problemi yaradan mühiti aradan qaldırmaq • treninq və təlimatlandırma proqramları

  4. TRENİNQ VƏ TƏLİMATLANDIRMA PROQRAMLARI • Yeni əməkdaşlara şərait yaradılmalıdır ki, onlar öz maraq dairələri çərçivəsində suallar versinlər. • İşin texniki və sosial tərəfi ilə əlaqədar işçilərə geniş və anlayışlı məlumatlar verilməlidir. • İşçilərə diqqət və nəzakətlə davranılmalı, alçaldıcı və tənqidedici davranışlardan uzaq durulmalıdır. • İşçiyə verilən məlumatlarda müəssisə və işlə bağlı bütün cəhətlər öz əksini tapmalı, qeyri-müəyyənlik aradan qaldırılmalıdır.

  5. TRENINQ VƏ TƏLIMATLANDIRMA PROQRAMLARI İnsan Resursları departamenti tərəfindən hazırlanmış treninq və təlimatlandırma proqramları sosial anlaşma fəaliyyətlərinin daha da gücləndirilməsinə istiqamətləndirilməlidir. Başqa sözlə işçilər özünə və işə xas olan dəyərləri dərk etməli və normalarla yaxından tanış olmalıdırlar. TRENİNQ PROQRAMLARININ MƏZMUNU Təlimatlandırma proqramlarında təsvir olunan məlumatları əsasən 2 qrupa ayırmaq mümkündür: 1. Şirkətlə bağlı məlumatlar 2. İşlə bağlı məlumatlar

  6. TRENİNQ PROQRAMLARININ MƏZMUNU Şirkətlə bağlı məlumatlar: Şirkətin təsisçiləri, istehsal edilən məhsullar, göstərilən xidmətlər, şirkət rəhbərləri, həyata keçirilən tədbirlər, işçilərə edilən sosial güzəştlər, sağlamlıq sığortası, təhsil və ixtisaslaşma üçün təmin edilən imkanlar . Bu tədbirlər İnsan Resursları Departamentinin rəhbərliyi tərəfindən həyata keçirilir. İşlə bağlı məlumatlar: Yeni əməkdaşın iş prosesində görəcəkləri işlərlə bağlı məlumatlar verilir. Şöbə rəhbərləri işçilərin işlə bağlı suallarına aydınlıq gətirirlər. Bu tədbirləri əsasən şöbə müdirləri həyata keçirirlər.

  7. TƏLİMATLANDIRMAümumi mənzərə Şirkətə aid məlumatlar: • Şirkətin tarixi • Şirkətin strukturu • Şirkət rəhbərliyi • Şirkətin müəssisələri haqqında • Məhsul və xidmətlər • İstehsal prosesləri • Müəssisənin kadr siyasəti • Daxili nizam-intizas • Mühafizə tədbirləri İşlə bağlı məlumatlar: • İşin yerləşdiyi məkan • İşlə bağlı vəzifələr • İşin məqsədi • İşin şərtləri İşçilərə verilən imkan: • Əmək haqqı • Əmək haqqının ödənilməsi şərtləri • Təhsil və inkişaf imkanları • İstirahət vaxtları • Sosial sığorta imkanları

  8. İŞƏ BAŞLAMA VƏ UYĞUNLAŞMA TRENINQITəlimatlandırma ardıcılıq planı • 1. İşə yeni qəbul edilənlərin qarşılanması • 2. Onun, yaşı, təcrübəsi, təhsili və işi haqqındakı məlumatların gözdən keçirilməsi • 3. İşin tərif və şərtlərinin əl altında tutulması • 4. İşə yeni qəbul edilən şəxsə qayğının göstərilməsi • 5. Onun ev və nəqliyyat imkanlarının öyrənilməsi • 6. İşçinin alacağı əmək haqqı barədə məlumatın verilməsi • 7. Şirkət barəsində məlumatın verilməsi • 8. Şirkəti tanıdacaq materialın (kitabçanın) paylanması • 9. Şirkətin əsas məqsədini və fəlsəfəsinin yeni əməkdaşa izah edilməsi • 10. Şirkətin kadr siyasəti haqqında məlumatın verilməsi • 11. Şirkət binasında yerləşən şöbələrlə əməkdaşın tanış edilməsi (şirkətdaxili gəzinti)

  9. 12. Şirkətin istehsal etdiyi mal və göstərdiyi xidmətlərlə bağlı məlumatların verilməsi • 13. İşə yeni qəbul edilən əməkaşlara işləyəcəyi iş sahəsindəki vəzifələri başa salmaq • 14. Əməkdaşın şirkətdəki mövqeyinin müəyyən edilməsi • 15. Kimdən əmr alacağına və ya kimlərə əmr verəcəyinə dair təlimatlandırma • 16. İşin şərtlərinin müəyyən edilməsi • 17. İş vaxtının başlama və qurtarma müddəti barəsində məlumatın verilməsi • 18. Nahar fasilələri barəsində məlumatın verilməsi • 19. Təhlükəsizlik qaydaları və vəzifələrindən istifadə edilməsinə dair izahat işlərinin aparılmsı • 20. İcazə alma yollarının və bu barədə müraciət ediləcək şəxslərin göstərilməsi • 21. Telefondan istifadə qaydalarının göstərilməsi.

More Related