1 / 21

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsə

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası. Mühazirə III Mövzu: Azərbaycan torpaqlarının müasir ekoloji problemləri. P l a n: 1.Meşə biogeosenozlarına insanın müdaxiləsi.

santo
Télécharger la présentation

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsə

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Kənd Təsərrüfatı NazirliyiAzərbaycan Dövlət Aqrar UniversitetiTorpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası Mühazirə III Mövzu: Azərbaycan torpaqlarının müasir ekoloji problemləri

  2. P l a n: 1.Meşə biogeosenozlarına insanın müdaxiləsi. 2.Respublika torpaqlarının eroziyaya uğraması. 3.Azotun ,,torpaq-gübrə-bitki“ sistemində dövranı. 4.Yeraltı sərvətlərdən istifadənin ekoetikası.

  3. Azərbaycan torpaqlarının müasir ekoloji problemləri Bu gün bəşəriyyət qarşısında duran qlobal problem- lərin kəskinliyi artdıqca onların yeni tərzdə qavranıl- ması və həlli yollarının tapılması da mürəkkəbləşmiş- dir. Bu qlobal problemlərdən biri də dünyanın ekoloji durumudur. İnsanlığa getdikcə daha çox aydın olur ki, min illər ərzində təbiətdən istifadədə mövcud olmuş ənənəvi baxışlar, üsullar qaldıqca yaxınlaşmaqda olan ekoloji böhranın qarşısını almaq nəinki mümkün ol- mayacaq, onun sürətlə artan dağıdıcı təsiri qlobal sosi- al-iqtisadi inkişafda da özünü göstərəcəkdir.Akademik Həsən Əliyev (1983) bu haqda yazmışdır:

  4. Cəmiyyətin sürətli inkişaf etdiyi və böyük texniki qüvvəyə malik olduğu indiki dövrdə ləbiətlə insan arasındakı münasibət tamamilə pozulmuş və təhlükəli hal yaranmışdır. Hətta son zamanlar təbiətin istismarı elə bir dərəcədə qüvvətlənmişdir ki, təbii sərvətlər gözlənildiyindən daha tez tükənməyə başlamışdır. Keçən əsrin ortalarında elmi-texniki inqilabın insan cəmiyyətinə sürətlə daxil olması və ,,təbiətdən mərhəmət gözləməyin, onu özünüzə tabe edin“ süarı altında təbiətə iri miqyaslı müdaxilənin başlanması qlobal ekologiyada böhranı sürətləndirərək, onun fəsadlarını lokal və regional səviyyələrdən qlobal səviyyəyə çatdırmışdır;

  5. su və atmosfer hövzələrinin çirklənməsi, planetimizin ağ ciyərləri» sayılan tropik meşələrin məhv edilməsi, ozon bacasının genişlənməsi ilə bağlı problemlər, qlobal iqlim dəyişmələri, qlobal səhralaşma, qlobal biomüxləlifliyin azalması arzuolunmaz həddə çatmışdır. Son on illiklərdə onlarla bitki və heyvan növlərinin, nadir landşaft və eko- sistemlərin yer üzündən silinməsi getdikcə daha böyük miqyas almağa başlamışdır. Tədqiqatlar göstərir ki, hər gün bu canlıların təxminən 100 növü məhv olur. Lakin onların məhvi bir çox hallarda insanlardan xəbərsiz baş verir.Bu itkilərin gələcəkdə biosfer üçün törədəcəyi təhlü- kə hələ öyrənilməmişdir. Lakin bir həqiqət məlumdur ki, bəşəriyyət bu itkilərdən gələcəkdə olduqca böyük əziyyət- lər çəkməli olacaqdır.

  6. Azərbaycanın əlverişli iqlim "şəraiti, zəngin bitki örtüyü, saf suları və münbit torpaqları hələ çox qədim zamanlardan insanları özünə cəlb etmişdir. Yüz illərlə bu diyarın torpaqları əkilmiş, biçilmiş, otarılmış və neçə-neçə insan nəslini öz qoynunda bəsləmişdir. Bununla belə, aparılan tədqiqatlar göstərir ki, XIX əsrin ortalarına kimi Azərbaycanın əksər təbii ekosistemləri və landşaft kompleksləri özünün ilkin, antropogendən əvvəlki formalarını qoruyub saxlamışdı.Azərbaycanın təbii sərvətləri arasında meşə örtüyünün xüsusi yeri vardır.Digər təbii komplekslərlə müqayisədə respublikamızın meşəsi insanın müdaxilə- sinə daha çox məruz qalmışdır.

  7. Aparılan araşdırmalar göstərir ki, yaxın keçmişdə respublika ərazisinin 30% - dən çox meşələrlə örtüldüyü halda, hazırda bu göstərici üç dəfədən də çox azalmışdır. Bəzi ədəbiyyat mənbələrində bu 10-12% və ya 1,0-1,1 mln. hektar, digərlərində isə 700-800 min hektar göstərilir. Böyük Qafqazın şimal-şərq yamacında, Qusar ovalığında massiv şəklində qalmış üçüncü dövrün relikt meşələri istisna olmaqla, respublikamızın qalan ərazilərində düzən və dağətəyi meşələr ya tamamilə qırılmış, ya da fraqmentlər şəklində qalmışdır. Vaxtilə Lənkəran vilayəti ərazisinin 60%-dən çoxunu örtən meşələr, xüsusən də Lənkəran ovalığının rütubətli və yarımrütubətli subtropik meşələri azalaraq, indi ümumi sahənin yalnız 23%-i təşkil edir.

  8. Meşə biogeosenozlarına insanın geniş müdaxiləsi meşələrin təkcə yayılma arealına deyil, onların növ tərkibinə, formasiyalararası və formasiyadaxili təbii-tarixi struktur münasibətlər kompleksinə də təsir gös- tərmişdir.Böyük Qafqaz və Lənkəran vilayətinin bəzi ərazilərində orta dağlığın fıstıq, fıstıq - vələs - palıd tərkibli meşələrinin vələs, vələs - kol qarışıqlı meşə- lərlə orta və alçaq dağlığın palıd, palıd-vələs tərkibli meşələrin isə az əhəmiyyətli ağac-kol bitkiləri ilə əvəz olunması buna bariz nümunədir. Biosferin çox vacib komponenti olan torpaq örtüyünün hava,su və bir sıra biogen elementlərinin dövranında vərezosfer qatında akumulyasiyasında rolu əvəzsizdir. Əksər canlıların həyatı, qidalanması və çoxalması torpaqla bilavasitə bağlıdır.

  9. Heç təsadüfü deyildir ki, biomüxtəlifliyin qorunmasında torpaq örtüyünə həm mühit, һəm də mühityaradan amil kimi xüsusi yer verilir. Torpağın sanitar - gigiyenik rolu da yaxşı məlumdur.Belə ki,torpaqda yaşayan bir sıra mikroorqanizmlər, bakteriya və göbələklər mühitin sağlamlaşdırılmasında, bir sıra zəhərli və zərərli maddələrin neytrallaşdırılmasında, par çalanmasında və mənimsənilməsində bilavasitə iştirak edir. Lakin torpağın bu funksiyası onun təbiiquruluşundan və torpaqəmələgəlmə proseslərinin normal gedişatından asılıdır. Bəzən təbii səbəblərdən, bəzən isə insanın təsərrüfat fəaliyyəti nəticəsində törəyən neqativ hallar, eroziya, şorlaşma, şora- kətləşmə izafi turşuluq, bataqlaşma və digər deqradasiya əla- mətləri bu funksiyanın zəifləməsinə və ya tamamilə itiril- məsinə gətirib çıxardır.

  10. Respublika torpaqlarının eroziyaya uğraması Azərbaycanın ekoloji problemləri içərisində eroziyanın xüsusi yeri vardır. Eroziya prosesinin əmələ gəlməsinə və intensiv şəkildə getməsinə səbəb olan amillərdən başlıcası insanın düzgün olmayan bəzi təsərrüfat fəaliyyətidir. Res-publikamızın əsasən orta və yüksək dağlıq, həmçinin aşağı dağlıq və dağətəyi ərazilərində düzgün aparılmayan təsərrüfat fəaliyyəti nəticəsində bitki örtüyünün məhv edilməsi, ya- macların üzüaşağı şumlanması və malqaranm sistemsiz ota- rılması eroziya proseslərinin əmələ gəlməsinə səbəb olmuş dur.Araşdırmalar göstərir ki,respublikamızda eroziyaya məruz qalmış torpaqların ümumi sahəsi 3144,7 min hektar olub, bu da respublika ərazisinin 36,4%-ni təşkil edir .Bu torpaqların 38,8% - i (1220,1 ha) zəif. 29.4% - i (924 ha) orta. 31,8% - i (1000,6 ha) şiddətli dərəcədə eroziyaya məruz qalmışdır.

  11. Tədqiqatlara görə dağ rayonlarında yerləşən çay hövzələri- nin suayrıcı və tranzit sahələrində mürəkkəb geomorfoloji şəraitdə torpaq örtüyünün 70-80%i eroziyaya məruz qalmışdır. Talaçay, Qurmuxçay, Şinçay, Kişçay, Dəmiraparan-çay və sair çayların hövzələrində eroziya prosesləri geniş yayılaraq torpaq səthinin yuyulması, yarğanların əmələ gəlməsi ilə müşahidə edilir. Böyük Qafqazın cənub və cənub-şərq yamaclarında əra- zinin geomorfoloji (meyilliyi) və geoloji quruluşu (ana süxur- lar),həmçinin iqlim şəraiti (quraqlıq keçən aylardan sonra yağışların leysan şəklində düşməsi) ilə əlaqədar burada erozi- ya prosesləri daha çox intensiv şəkildə təzahür edir. Hesabla- malar göstərir ki,təkcə Kişçay hövzəsində ildə ətraf ərazilər- dən yuyularaq 3,5 milyon ton torpaq tökülür. Daşqın və sellərin tez-tez baş verdiyi illərdə bu rəqəm bir qədər də artır. Digər məlumata görə isə Azərbaycan çaylarına bir ildə 48 milyon tondan çox torpaq yuyulub gətirilir. Böyük Qafqazla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ. Naxçıvan və Talış (xüsusən də Lerik rayonunun ərazisi) vilayətlərinin torpaqları da bu və ya digər dərəcədə eroziyaya məruz qalmışdır.

  12. Azərbaycan ərazisinin 20%-dən çoxunun erməni işğalçıları tərəfindən zəbt edilməsi və bu səbəbdən Laçın və Kəlbəcər yay otlaqlarının müvəqqəti itirilməsi Böyük Qafqazın yay otlaqlarında xırda buynuzlu heyvanların sayının kəskin şəkildə artmasına gətirib çıxarmış, bu da alp və subalp çəmən və çəmən - bozqır landşaft komplekslərinə. Həmçinin mezofil meşələrin yuxarı sərhəddinə yükün artmasına səbəb olmuşdur. Eroziya proseslərinin respublika miqyasında artımı təkcə insan təsərrüfat fəaliyyətləri ilə bağlamaq düzgün olmazdı.Son on illiklərdə qlobal iqlim dəyişmələrinin Azərbaycanda nəzərə çarpacaq fəsadları-temperatur və yağıntı anamaliyaları,yaz-yay yağışlarının tez -tez leysanlar şəklində düşməsi bir çox region- larda sel hadisələrinin, sürüşmə və daşqınların təkrarlığını artırmışdır.

  13. Eroziya probleminin ekoetik həlli aşağıdakı prinsiplrə əsaslanmışdır: 1.Eroziyaya qarşı təklif edilən tədbirlər sistemi (aqrotexniki, meliorativ və s) vasitəsilə aşağıdakılara əməl olunmalıdır. a. Eroziya proseslərinin öz təbii həddində sabitləşməsinə: b. torpaq zonası üçün səciyyəvi olan yüksək münbitlik göstəricilərinin reallaşmasına və torpağın ilkin ekoloji parametrlərinin bərpasına: 2.Eroziyaya qarşı görülən tədbirlər sistemi Azərbaycanın bütün regionları üçün universal səciyyə daşımamalı, yerli iqlim, relyef, torpaq və təsərrüfat fəaliyyətləri nəzərə alınmaqla layihələşdirilməlidir.

  14. Azotun „torpaq - gübrə - bitki" sistemində dövranı. Aqrokimyəvi vasitələrdən istifadənin əsas ekoetik problem- lərindən biri də qida maddələri balansının optimallaşdırılması- dır.Bu problem təsərrüfat və ya əkinçilik səviyyəsində üzvi və mineral gübrələrin bilavasitə tətbiqi ilə əlaqədardır. Azotun «torpaq-gübrə-bitki» sistemində dövranı və balansı ilə bağlı ekoetik problemlər aşağıdakı vacib istiqamətlərdə araşdırmalar aparılmasnı tələb edir: 1. Biosferdə, о cümbdən Azərbaycanın ауrı - ауrı təbii biogeosenozlarında (meşə. bozqır. yarımsəhra və s. ) azot balansının gəlir-çıxar hissəsinin kəmiyyət və keyfıyyətcə qiymətləndirilməsi;

  15. 2.Azot gübrəsinin ətraf mühitdə itkisini azaltmaq və onun səmərəliliyini artırmaqdan ötrü texnoloji üsulların işlənməsi; 3.Simbiotik və sərbəst yaşayan azotfiksasiya edən mikro- orqanizimlər tərəfindən azot toplanmanın həcmini müəyyən etməkdən ötrü dəqiq metodların işlənməsi: 4.Çöl şəraitində denitrifikasiya proseslərinin öyrənilməsi və bu proseslərin kəmiyyət göstəricilərinin qiymətləndirilməsi; 5.Azot gübrələri qalıqları vasitəsilə su mənbələrinin çirk- lənməsinin qarşısını almaqdan ötrü tədbirlər sisteminin işlənməsi; 6.Ərzaq məhsullarında nitrit və nitratların toplanması üzə- rində etibarlı nəzarət və diaqnostika sisteminin yaradılması; Ətraf mühitin azot gübrələri ilə çirklənməsinin qarşının alınmasında bioloji azotun böyük rolu vardır.Yuxarıda qeyd edildiyi kimi,mikroorqanizmlərin ilk növbədə paxlalı bitkilərin kök sistemində simbioz formasmda mövcud olan azot fiksator- larının vasitəsilə bioloji azot daxil olur.

  16. XX əsrin ikinci yansından etibarən Azərbaycanda dağmə- dən və ağır sənayenin, nəqliyyatın inkişafı torpaq örtüyünə antropogen təzyiqin dəfələrlə artmasına gətirib çıxarmışdır. Nəticədə respublikada dağ-mədən işlərinin aparılması, üzvi və mineral sərvətlərin çıxarılması,emalı və nəqli zamanı münbitli- yi pozulmuş,çirklənmiş, eləcə də mədən suları ilə basdırılaraq bataqlaşdırılmış, palçıq vulkanlarının püskürmə (brekçiya) materialları ilə örtülmüş texnogen torpaqların ekoetik prob- lemləri yaranmışdır. Respublikamızda belə yerlərin ümumi sahəsi 49.6 min hekıardan çoxdur. Bunun 33.3 min hektarı neft məhsulları ilə çirklənmiş və bataqlaşmış (mədən suları altında qalmış) sahələr təşkil edir.Aparılmış tədqiqatlar göstə- rir ki, neft mədəni yerlərində yayılmış torpaqlar neftli tullan- tılarla (neft. neftli və minerallaşmış lay suları. Dərinlik-buruq süxurları kimyəvi reagentlər ) həm eninə, həm de dərinliyinə görə müxtəlif dərəcədə çirklənmişdir.

  17. Yeraltı sərvətlərdən istifadənin ekoetikası Neftli tullantıların torpaqlarının səthinə tökülməsinin müd- dəti bəzi yerlərdə aramsız,bəzi yerlərdə isə fasilələrlə olmuş- dur. Torpağa daxil olan neftli kütlənin bir hissəsi müəyyən dövr ərzində torpağın səthində qalmaqla bu və ya digər qalın- lıqda neftli kütlədən ibarət örtük əmələ gəti- rilmiş,bir hissəsi isə qravitasiya təzyiqi vasitəsilə müxtəlif dərinlikdə torpağın canına hopmuşdur. Torpağın neft və neftçıxarma məhsulları ilə çirklənmə dərəcəsindən asılı olaraq onların ətraf mühitin canlı orqanizmlərinə vurduğu ziyanın dərəcəsi də müxtəlif olmuşdur. Neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin həyata keçirilməsindən ötrü çirklənmənin dərəcəsi ilə yanaşı,onun tip, yarımtip və növlərinin müəyyənləşdiril- məsinin əhəmiyyəti böyükdür. Aparılmış tədqiqatlar (Q.Ş.Yaqubov. 2003) respub- likamızda xüsusən də Abşeron yarımadasında neft və neftçı- xarma məhsulları ilə çirklənmənin tip və yarımtip. Növlərinin olduğunu müəyyən etməyə imkan vermişdir.

  18. Lakin yeraltı sərvətlərdən istifadənin ekoetikası onların istismarı zamanı aşağıdakı prinsıplərin gözlənilməsini tələb edir: I.Yeraltı sərvətlərin istismarı zamanı (açıq üsulla hasilat aparılarkən) hasilat sahəsi lalokallaşdırılmalı,tullantıların, ətraf sahələrə səpələnməsinin qarşısı alınmalı,bununla da ətraf əra-zilərin torpaq və bitki örtüyünə daha az ziyan yetirilməlidir; II.Açıq üsulla yataqların istismarı ərəfəsində üst torpaq qatı(10-30 sm )layihələşdirilmiş sahədən qazılıb çıxarılmalı,anbar- laşdırılmalı,texniki rekultivasiyasiya mərhələsi başa çatdıqdan sonra sahələrə verilməlidir.Sərvətlərin istismarı ilə yanaşı ha- silatın başa çatdığı sahədə texniki ehtiyac olarsa,bioloji rekul- tivasiya işləri paralel olaraq aparılmalı,istismarın sona çatdırıl- ması gözlənilməməlidir.

  19. Respublikamız ərazisində də radionuklidlərin təbii və süni fonu mövcuddur. Güman etmək olar ki. XX əsrin ikinci yarısından etibarən, xüsusən də 40 – 50 - ci illərdə bir sıra ölkələrdə, о cümlədən keçmiş SSRİ - də atmosfer də və yer səthində (Həştərxan vilayətində) nüvə sınaqlarının keçirilməsi, sonrakı on illiklərdə bir sıra qəza hadisələri (Çernobıl AES və s.) güclü hava axınlarının isliqamətində yerləşmiş respublika- mız ərazisində də radionuklidlərin artmasna gətirib çıxarmışdır Bir sıra tədqiqatçıların apardığı araşdırmalara {M.ƏAbdul- layev, C.Ə-Əİiyev. 1983., 1998) görə radionuklidlərin Azər- baycan ərazisində müxtəlif dərəcədə paylanmışdır, Bu maddə- lərin respublikamızın müxtəlif regionlarında artımına Çernobıl qəzasının daha böyük təsiri olmuşdur. Bunu stronsium-90 vo sezium-137 maddələri ilə aparılmış tədqiqatların nəticələri ilə sübut edir .

  20. Məruzədə Azərbaycan torpaqlarının bəzi ekoloji problemlə- rinə qısa şəkildə toxunuldu.Son illər Azərbaycan torpaqlarının ekoloji problemlərin həlli istiqamətində respublikamızda xeyli işlərin görülməsinə baxmayaraq, Azərbaycan torpaqlarının ekoloji problemləri, onların mühafizəsi və bərpası hələ də öz həllini gözləyən problem olaraq qalır. Lakin istənilən problem öz, həllini tapmayınca, о nəinki «hansısa problem»olaraq qalır, vaxt keçdikcə о öz təsirini və miqyasını genişləndirərək zahi- rən əhəmiyyətsiz görünən lokal səviyyədən qalxaraq regional və respublika miqyasında özünü göstərməyə başlayır. Ona görə də Respublikamızın digər ekoloji problemləri kimi tor- paqların müasir ekoloji problemləri də konkret tədbirlərin görülməsini tələb edir.

  21. ƏDƏBİYYAT 1.Абдуллаев M.A., Алиев Дж.А. Миграция искусственных и естественных радионук-леидов в системе почворастение. Баку, Элм, 1998. 2.Алиев Г.А. Тревожный сигнал. Баку, Азернешр. 1983. 164 с. 3.Джафаров А.Б. Модели плодородия почв под зерновые культуры в северной части Ленкоранской области. Автореф. дисс. канд. с/х. наук. Баку. 1990, 20 с. 4.Добровольский Г.В., Никитин Е.Д. Функции почв в биосфере и экосистемах // Экологическое значение почв. М.: Наука. 1990, 261 с. 5.Зоон СВ.. Травлеев А.П. Географо-генетические аспекты Почво- oбразования, эколо­гии и охраны почв. Киев. Наумова думка, 1989. 216 с. 6. Məmmədov Q.Ş. Azərbaycanm ekoetik problembri: elmi,hüquqi.aspektlər. Bakı, «Elm». 2004. 380 s. 7.Məmmədov Q.Ş.,Xəlilov M.Y. Azərbaycan meşələri. Baku «Elm», 2002,472 s. 8.Yaqubov Q.Ş. Azərbaycan Respııblikasının texnogen-pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətlər və onların rekultivasiya yolları. Bakı Vətən, 2003, 205 s.

More Related