1 / 15

Dünya Camalova, İTM İct İ ma İ yyətlə əlaqələr üzrə məsul şəxs

«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın icrasında şəffaflıq və hesabatlılıq. Dünya Camalova, İTM İct İ ma İ yyətlə əlaqələr üzrə məsul şəxs. Qanunvericilikdə şəffaflıq və hesabatlılıqla bağlı tələblər.

elpida
Télécharger la présentation

Dünya Camalova, İTM İct İ ma İ yyətlə əlaqələr üzrə məsul şəxs

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın icrasında şəffaflıq və hesabatlılıq Dünya Camalova, İTM İctİmaİyyətlə əlaqələr üzrə məsul şəxs

  2. Qanunvericilikdə şəffaflıq və hesabatlılıqla bağlı tələblər • “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın “Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazasının yaradılması” adlanan 3.1-ci bəndindən: • Gənclərin xarici ölkə ali məktəblərində təhsil almalarının təşkili prosesi dövlət, ictimai və özəl təşkilatların qarşılıqlı əlaqələri - sosial tərəfdaşlıq prinsipi üzərində qurulur. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almalarının maliyyələşdirilməsi mexanizmləri və təhsil alacaq gənclərin seçim meyarları şəffaflıq prinsipi əsasında müəyyənləşdirilir. Bu məqsədlə xaricdə təhsilalma prosesi ilə bağlı ildə bir dəfə müvafiq dövlət orqanları və ölkə ictimaiyyəti qarşısında geniş hesabat verilir.

  3. Qanunvericilikdə şəffaflıq və hesabatlılıqla bağlı tələblər • Proqramın 6-ci bəndində (Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi) deyilir: • “Dövlət Proqramının icrası muddətində bütuü istiqamətlər üzrə həyata keçirilən tədbirlərin yerinə yetirilmə vəziyyətinin və əldə olunan nəticələrin müvafiq göstəricilər sistemi üzrə monitorinqinin müntəzəm aparılması nəzərdə tutulur ki, bu da hər bir istiqamət üzrə işlərin gedişini izləməyə, lazım gəldikdə zəruri dəqiqləşdirmələr aparmağa və əlavə tədbirlər görməyə imkan verəcəkdir. Dövlət Proqramının icrası ilə bağlı illik hesabatlar ictimaiyyətə çatdırılır.”

  4. Qanunvericilikdə şəffaflıq və hesabatlılıqla bağlı tələblər • "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər Planında isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya və Təhsil Nazirliyinə tapşırılıb ki, mütəmadi Dövlət Proqramının icrasıına dair illik hesabatlar hazırlansın və dərc olunsun. • “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 1.7-ci maddəsində nəzərdə tutulur ki, “Proqramın icrasında şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həmin Proqram üzrə xüsusi İnternet səhifəsi yaradılır və bütün məlumatlar vaxtında və tam həcmdə orada yerləşdirilir”.

  5. Qanunvericiliyin tələblərinə əməl olunma səviyyəsi • Dövlət Proqramı ilə bağlı yaradılmış saytda www.xaricdetehsil.edu.gov.az çox az informasiya yerləşdirilib. “Normativ hüquqi sənədlər” bölməsində hətta Prezident yanında Təhsil üzrə Komissiyanın üzvlərinin siyahısı belə yoxdur. • Yuxarıdakı sənədlərdə şəffaflıq və hesabatlılıqla bağlı sadalananlara baxmayaraq, Təhsil Nazirliyi və Prezident yanında Təhsil üzrə Komissiya işini şəffaf prinsiplər üzərində qurmur. Təhsil Nazirliyinin saytının “Hesabatlar” bölməsinə yerləşdirilmiş (http://edu.gov.az/view.php?lang=az&menu=307) “Beynəlxalq əlaqələr sahəsi üzrə görülmüş işlərə dair hesabat”lar Dövlət Proqramı çərçivəsində həmin il qəbul olunmuş və bütövlükdə qəbul olunanlar barədə 2 cədvəldən və ixtisasların bölgüsünü göstərən 1 piroqdan ibarətdir. Hesabat cəmi 2 səhifədir.

  6. Qanunvericiliyin tələblərinə əməl olunma səviyyəsi • Təhsil Nazirliyinin saytında proqram çərçivəsində keçirilən müsabiqə elanları yerləşdirilsə də, müsabiqənin nəticələri, müraciət edənlərin sayı, ixtisaslar və sahələr üzrə bölgüsü, seçilənlərin və kənarda qalanların sayı barədə heç bir məlumat verilmir; • İndiyədək proqramın icrasına dair bir dəfə də olsun illik hesabat rəsmi qaydada geniş ictimaiyyətə açıqlanmayıb, kütləvi informasiya vasitələrində dərc olunmayıb. KİV-ə Proqramla bağlı məlumat yalnız jurnalistlərin sorğuları əsasında verilir.

  7. Qanunvericiliyin tələblərinə əməl olunma səviyyəsi • Proqramın maliyyələşməsinə dair demək olar ki, bütün məlumatlar ARDNF-nin saytında, rüblər üzrə yerləşdirilir. • Oxşar proqramın – “Bolaşak”ın həyata keçirilməsinə 1993-cü ildən başlanılmış Qazaxıstanda hər il geniş hesabatlar açıqlanır. Bu tip hesabatlarda illər üzrə proqramdan yararlanmaq uçün sənəd verənləriun sayı, onlardan neçə fazinin müsabiqəni keşməsi, təhsil alanların regionlar üzrə paylanması, kənd və şəhər üzrə təsnifatı, qadın və kişi bölgüsü, valideynlərinin sosial tərkibi, iddiaçıların öz təşəbbüsu ilə daxil olanlar və ümumi müsabiqə əsasında müraciət edənlər kimi təsnifatı və sair barədə ətraflı statistik göstəricilər verilir.

  8. Layihə çərçivəsində rəsmi strukturlarla əməkdaşlıq imkanları • Layihə icra olunarkən icraçı orqanlara 13 dəfə məktub və informasiya sorğusu ilə müraciət olunub.Bunlardan 8-i Təhsil Nazirliyinə, 2-si Dövlət Neft Fonduna, hərəsinə 1- i olmaqla Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Hesablama Palatasına ünvanlanıb. • Təhsil Nazirliyi tərəfindən maarifləndirmə sahəsində əməkdaşlıq təklifi ilə müraciətimizə mənfi cavab verilib. Əsaslandırma isə Dövlət Proqramında təsbit edilmiş “sosial tərəfdaşlıq” prinsipinə zidd olaraq, proqramın icrasında QHT-lərlə əməkdaşlığın nəzərdə tutulmaması şəklində olub. • Dövlət Neft Fondu bütün sorğuları yazılı şəkildə cavablandırıb. Bundan əlavə, Fondda əlavə sualların operativ cavablandırılması üçün telefonla əlaqə imkanı da yaradılıb.

  9. Rəsmi orqanlara göndərilən informasiya sorğuları və məktublar

  10. İnformasiya sorğuları və məktubların dövlət qurumları üzrə paylanması

  11. İnformasiya sorğularının cavablandırılma vəziyyəti

  12. Sorğu və məktubların cavablandırılma vəziyyəti • Təhsil Nazirliyinə göndərilən 8 sorğu və məktubun cəmi 3-nə yazılı cavab verilib ki, onların yalnız 1-də qoyulan sualların hamısı əhatə olunub. • Nazirliyə göndərilən 2 sorğuya telefonla və şifahi cavab alınıb, 3 sorğuya, ümumiyyətlə, cavab verilməyib. • Nazirlər Kabinetinə göndərilən sorğu Təhsil Nazirliyinə yönləndirilib, sonuncudan isə suallara çox məhdud cavab verilib/ • Maliyyə Nazirliyinə göndərilən sorğu da əsassız olaraq Təhsil Nazirliyinə yönləndirilib və cavablandırılmayıb. • Hesablama Palatası sorğuya cavab verməyib. • Yalnız Dövlət Neft Fondu bütün sorğulara tam və dolğun cavab verib.

  13. Sorğu və məktubların cavablandırılma vəziyyəti

  14. Media kampaniyası • Layihə çərçivəsində media kampaniyası həyata keçirilib. Bu kampaniya çərçivəsində 6 KİV-də çalışan jurnalsitlərin proqramın icrası prosesinin müxtəlif aspektlərinə dair yazıları dərc edilib: • www.ann.azsaytında – “Безработные «возвращенцы» - 29 noyabr 2011-ci il • www.mediaforum.azsaytında “XARİCDƏ TƏHSİL: UNİVERSİTETLƏR NECƏ SEÇİLİR?” – 05 dekabr 2011-ci il • www.qafqazinfo.az saytında - “Təhsil Nazirliyi kimi seçir?”- 17 noyabr 2011-ci il tarixində • “Yeni Müsavat” - Təhsil Komissiyası dövlət başçısının təsbit etdiyi prinsipləri unudub? – 30 noyabr 2011-ci il • “Bizim yol” - “Xaricdə oxumağa dövlət senzurası” – 02 dekabr 2011-ci il • “Azadlıq” - “Xaricdə təhsil proqramına dair məlumatlar niyə gizlədilir?” – 09 dekabr 2011-ci il

  15. Diqqətinizə görə təşəkkür edirik!

More Related