180 likes | 444 Vues
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi. Mərkəzi Kitabxana. Dünya susur, tarix susmur. 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR.
E N D
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana
31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR 1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan edilmiş, yerli əhali qətlə yetirilmişdir. Azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
Müsəlman Xeyriyyə Cəmiyyəti binasının-İsmailiyyənin (hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının binası) yandırılması
“Kaspi” qəzetinin Nikolayevski (indiki İstiqlaliyyət) küçəsindəki binası Mart hadisələrində baş vermiş qırğından sonra
Azərbaycan xalqının erməni cəlladları Stepan Şaumyan Baqdasar Avakyan Arsen Əmiryan Tatevoc Əmirov Qriqori Korqanov
Ermənilər tərəfindən qarət olunmuş, əhalisi qətlə yetirilmiş şəhər
Erməni işğalçılarına qarşı mübarizə həm şəhərlərdə, həm də kəndlərdə gedirdi