1 / 8

Mövzu: AVTOMOBILƏ TƏSIR EDƏN XARICI MÜQAVIMƏT QÜVVƏLƏRI

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ “ İnformatika, aqrar mühəndislik və energetika “ fakültəsi “ Maşınların istismarı və yerüstü nəqliyyat vasitələri” kafedrası Hüseynov Saləddin Qəmbər oğlu, t.e.n., dos. Fənn: “Təkərli maşınların hərəkət nəzəriyyəsi və hesabatı”.

ivana
Télécharger la présentation

Mövzu: AVTOMOBILƏ TƏSIR EDƏN XARICI MÜQAVIMƏT QÜVVƏLƏRI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ“ İnformatika, aqrar mühəndislik və energetika “ fakültəsi “Maşınların istismarı və yerüstü nəqliyyat vasitələri” kafedrasıHüseynov Saləddin Qəmbər oğlu, t.e.n., dos. Fənn: “Təkərli maşınların hərəkət nəzəriyyəsi və hesabatı” Mövzu: AVTOMOBILƏ TƏSIR EDƏN XARICI MÜQAVIMƏT QÜVVƏLƏRI Gəncə - 2010

  2. PLAN 1. DIYIRLƏNMƏ MÜQAVIMƏT QÜVVƏSI 2.HAVA MÜQAVIMƏT QÜVVƏSI 3.YOXUŞLUQ MÜQAVIMƏT QÜVVƏSI 4.TƏCILLƏNMƏ MÜQAVIMƏT QÜVVƏSI ƏDƏBİYYAT 1. E.S. MIRZƏYEV “AVTOMOBIL NƏZƏRIYYƏSI” DƏRS VƏSAITI. I HISSƏ. KIROVABAD 1982. AKTI. 105 S. 2. А.М. ГУРЕВИЧ., Е.М. СОРОКИН. “ТРАКТОРЫ И АВТОМОВИЛИ”, МОСКВА, “КОЛОС”, 1989, 479 С.

  3. AVTOMOBILƏ TƏSIR EDƏN XARICI MÜQAVIMƏT QÜVVƏLƏRI • Avtomobil, onun aparan təkərlərində yaranan toxunan dartı qüvvəsinin (PT) hesabına olaraq yerindən tərpənib, hərəkət etdikdə, ona ön tərəfdən bir neçə qüvvə təsir edərək müqavimət göstərir. Bunlar avtomobilə təsir edən xarici qüvvələr adlanırlar. Həmin qüvvələr aşağıdakılardır: • Diyirlənmə müqavimət qüvvəsi – Pf; • Hava müqavimət qüvvəsi – Pw; • Yoxuşluq müqavimət qüvvəsi – Pi; • Təcillənmə müqavimət qüvvəsi – Pj. • DIYIRLƏNMƏ MÜQAVIMƏT QÜVVƏSI • Diyirlənmə müqavimət qüvvəsi avtomobilin həm qabaq, həm də arxa təkərlərində yaranıb və istiqaməti hərəkət istiqamətinin əksinədir. • Diyirlənmə müqavimət qüvvəsi aşağıdakı səbəblərdən yaranır: • 1. Şinin deformasiyası; • 2. Yolun deformasiyası; • 3. Şinin rezin dənəciklərinin arasında əmələ gələn sürtünmə; • 4. Şin ilə yolun səthi arasında yaranan sürtünmə; • 5. Asqıların hissələri arasında yaranan sürtünmələr, ressorun vərəqləri arasında, • ressor barmaqlarında və s.

  4. Şəkil 9. Diyirlənmə müqavimət qüvvəsinin sxemi. ; Diyirlənmə müqavimət qüvvəsini təyin etmək üşün diyirlənmə müqavimət əmsalı adlanan kəmiyyətdən istifadə edilir. Əgər Ga– kütləsinə malik olan avtomobilin Pf – qədər diyirlənmə müqavimətinin dəf edilməsi lazım gələrsə, onda əmsalın qiyməti həmin qüvvənin avtomobilin kütləsinə olan nisbətinə bərabərdir, yəni Buradan avtomobilin diyirlənmə müqavimət qüvvəsi: Qabaq və arxa təkərlərin diyirlənmə müqavimət qüvvələri:

  5. Diyirlənmə müqavimət əmsalının qiyməti yolun örtüyündən, şinin konstruksiyasından və onların vəziyyətindən və müəyyən dərəcədə hərəkət sürətindən, yəni təkərin fırlanma sürətindən asılıdır. Şəkil 10. Şinlərin radial və tangensial deformasiyalarına aid sxem. Diyirlənmə müqavimət əmsalının qiyməti hərəkət sürətindən asılı olaraq aşağıdakı emprik düsturla təyin edilir (22 m/san – dən yuxarı). Müxtəlif yollar üçün f - əmsalının qiymətləri aşağıdakı kimidir: Asfalt – beton örtüklü yollar: -əla vəziyyətdə olan ................. 0,012...0,018 - kafi vəziyyətdə olan .............. 0,018...0,020 2) Daş döşəməli yollar .................. 0,03...0,04 3) Qraviy örtüklü yollar ................ 0,04...0,07 4) Quru torpaq yollar .................... 0,03...0,04 5) Yaş torpaq yollar ...................... 0,05...0,015 6) Qumlu yerlər: - yaş ......................................... 0,1...0,15 - quru ....................................... 0,15...0,30 səthi hamar olmayan bərk yollarda diyirlənmə müqavimət əmsalının qiyməti olduqca artır.

  6. HAVA MÜQAVIMƏT QÜVVƏSI. Aerodinamikadan məlum olduğu kimi hava mühitində cisim hərəkət etdikdə onu əhatə edən hava dənəcikləri həmin cismə müxtəlif şəkildə təsir edərək, onun irəli hərəkətinə müqavimət göstərirlər. Hava müqavimət qüvvəsi havanın sıxlığı (γ), avtomobilin xarici formasını xarakterizə edən kəmiyyəti (c), avtomobilin alın sahəsi (F) və hərəkət sürətinin kvadratı ilə düz mütənasibdir, yəni: (γ.c) – hasili hava müqavimət əmsalı adlanır. Lakin müqavimətin çox hissəsi (80% - ə qadər) avtomobilin formasından asılı olduğundan buna axıcılıq əmsalı deyilir. Yəni: k = γ.c Onda: N Şəkil 11. Hava müqavimət qüvvəsinin sxemi. Axıcılıq və hava müqavimət əmsalı – alın sahəsi 1m2 olan cismin hərəkət sürətini daim 1m/san – də saxlamaq üçün N – la tələb olunan qüvvədir. Həmin düsturda: k – axıcılıq əmsalı F – alın sahəsi (m2) va – hərəkət sürətidir, m/san.

  7. Axıcılıq əmsalının qiyməti dəqiq olaraq aerodinamik borularda təyin edilir. Indi bu sxemə nəzər salaq: Şəkil 12. Axıcılıq əmsalının qiymətinin təyin edilməsinə aid sxem. Avtomobil və ya onun modeli tərəziyə qoyulan yüklə tarazlaşdırılır, yəni: Yüngül minik avtomobilləri: F (m2) k (N.san2/m4) örtülü kuzalı 1,6...2,8 0,20...0,35 açıq kuzalı: 1,5...2,8 0,40...0,50 Yarış avtomobilləri: 1,0...1,3 0,13...0,15 Avtobuslar: 4,5...6,5 0,25...0,40 Yük avtomobilləri: 3,0...5,0 0,60...0,70 buradan Q – tarazlıq yaradan yükdür. Axıcılıq əmsalının qiyməti avtomobilin tipindən və hansı sinfə aid olmasından asılı olaraq aşağıdakı kimidir:

  8. YOXUŞLUQ MÜQAVIMƏT QÜVVƏSI. - dir. TƏCILLƏNMƏ MÜQAVIMƏT QÜVVƏSI.

More Related