160 likes | 481 Vues
AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Doğum prosesi, balanın balalıqda doğumqabağı yerləşməsi
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Doğum prosesi, balanın balalıqda doğumqabağı yerləşməsi Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009
MÜHAZIRƏNIN PLANI • 1.Doğumun başlanması. • 2. Doğum haqqında nəzəriyyələr. • 3.Balanın balalıqda doğum qabağı • 4.Çanağın quruluşu • 5. Doğumun yaxınlaşmasını göstərən əlamətlər. • 6. Doğumun gedişi • 7.Doğum şöbələrinin təşkili.
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zverueva, İ.İ.Rodin- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.
Doğum prosesi – (puerperia) • Normal fizioloji proses olub, yaşamaq qabiliyyətinə qadir olan tam yetişmiş balans, bala ətrafı mayelər və pərdələrin balalıqdan kənar edilməsinə doğum prosesi deyilir. • Kənd təsərrüfatı heyvanlarında doğumun başlanması və gedişi bütün anna orqanizmi xüsusilə neyro-humoral sistemlə olduqca əlaqədardır. Doğum prosesində qarın boşluğunun daxili təzyiqi, balalıq əzələlərinin yığılıb-açılması və doğulan bala fəal iştirak edir. Doğumun başlanması və gedişi bir sıra alimlərin diqqətini cəlb etmişdir. • Müxtəlif nəzəriyyələr vardır: • Balalıq divarının qıcıqlandırılması və ya təzyiq nəzəriyyəsi. • Bu nəzəriyyəni irəli sürənlər belə güman edirlər ki, bala inkişaf etdikcə boğazlığın sonunda balaətrafı mayelərin miqdarı azalır, bala hərəkət etdikdə balalıq divarındakı sinir uclarına təzyiq edir, onları qıcıqlandırır. Bu təsirlər nəticəsində balalıq əzələləri yığılır, boğazlıq və nəhayət balanı balalıqdan kənar edir.
Balalıq əzələlərinin hiperemiya və hipertrofiya nəzəriyyəsi • Belə güman edirlər ki, boğazlığın sonunda balalıq əzələləri qanla həddən artıq təchiz edilir, nəticədə əzələ lifləri qızarır (hiperemiya əmələ gəlir) və şişir (hipertrofiya baş verir). Balalıq əzələləri artıq böyüyə bilmir, yığılma və boşalma başlayır və bunun da nəticəsində bala kənar olur. • «Yabancı cisim» nəzəriyyəsi. • Bala boğazlığın sonunda öz inkişafını bitirir, anna bətnindən ayrılır və orqanizm üçün «yabancı cisim» olduğundan balalıqdan kənar olur. • Zəhərlənmə (toksikoz) nəzəriyyəsi. • Boğazlığın sonunda qida və oksigen çatışmamazlığı nəticəsində bala orqanizmində xüsusi zəhər (anafilaktik zəhər) əmələ gəlir, bu balalıq əzələlərinə təsir edir, onları qıcıqlandırır və bala kənar olur. • Balalıq «mərkəzinin» oyanması nəzəriyyəsi. • Doğumun başlanmasını uzunsov beyində yerləşən balalıq mərkəzinin oyanması ilə izah edirlər. Guya bala tam yetişdikdə spesifik kimyəvi maddə buraxır ki, bu da balalıq mərkəzinə təsir edir, onu oyadır bala balalıqdan kənar olur.
Hormonal nəzəriyyə • Doğumun başlanmasını bir sıra hormonların (ptitrim, Sarı cismin hormonu, oksitosin və s.) balalıqda təsiri ilə izah edirlər. • Doğum kənd təsərrüfatı heyvanlarında əksərən axşam və ya gecə başlayır ki, bu da beyin qabığının bu vaxt bir çox təsirlərdən azad olmasıdır. • Balanı balalıqda doğumqabağı yerləşməsi. • Normal və çətin doğumları bilmək üçün bir sıra anlayışlar təklif edilmişdir: 1). Vəziyyət; 2). Mövqe; 3). Söykənmə; 4). Balanın hissələrinin balalıqda yerləşməsi. • Balanın onurğasının ananın onurğasına olan nisbətinə vəziyyət deyilir. Balanın onurğası (fəqərə sütunu) ananın onurğasına paralel olursa, bu düzünə və ya düz vəziyyət adlanır. • Normal doğum zamanı bala düzünə vəziyətdə doğulur. Balanın onurğası ananın onurğasına perpendikulyar olarsa eninə vəziyyət və balanın onurğası ilə anna onurğası arasında iti bucaq əmələ gələrsə, çəpinə vəziyyət adlanır. Hər iki vəziyyətdə doğumun gedişi pozulur, doğum çətinləşir və təcili mamalıq yardımı tələb edilir.
Balanın belinin ananın qarın divarına olan nisbətinə mövqe deyilir. Balanın belinin ananın yuxarı qarın divarına yuxarı mövqe, aşağı qarın divarına aşağı mövqe, yan qarın divarına, yan mövqe deyilir. Normal doğum bala yuxarı mövqeydə olmalıdır. • Balanın başının və çanağının ananın çanağına olan vəziyyətinə söykəniş deyilir. Balanın başı ananın çanağının çıxışına yönələrsə baş söykəniş, balanın çanağı ananın çanağı çıxışına yönələrsə, çanaq söykəniş adlanır. Əksərən bala baş söykəniş halında doğulur. • Balanın ətrafları, başı və quyruğunun öz bədəninə olan nisbətinə hissələr yerləşməsi deyilir. • Çanağın qurluşu. • Doğum prosesinin gedişi, onun asan və çətin keçməsi doğum yolu ilə sıx əlaqədardır. Doğum-sümük-bağ əsası və yumşaq hissədən-balalıq boynu, balalıq yolu və cinsiyyət şırımından ibarətdir. Kənd təsərrüfatı heyvanlarında çana qiki adsız sümüyün birləşməsindən əmələ gəlir, bu sümükdən qalça, qasıq və oturaq sümüklərdən təşkil olunur. Doğumla çanağın bir sıra sahə və xətləri olduqca sıx əlaqədardır. 1). Çanağın qırışı; 2). Çanağın boşluğu; 3). Çanağın çıxışı; 4). Çanağın şaquli diametri. Çanaq yuxarda Oma və quyruq fəqərələri ilə həmsərhəddir. • Dişi heyvanlarda çanağın qurluşu, erkəklərə nisbətən fərqlənir.
Çanağın ölçülməsi nelvimetirya, adlanır. Pelvimetriyadan təbabətdə geniş istifadə edilir və əvvəlcədən doğumun necə keçəcəyi müəyyən edilir. • Inəklərdə doğum zamanı çanaq eninə genişlənir ona görədə inəklərdə doğum çətin olur. • Doğumun yaxınlaşdığını göstərən əlamətlər. • Heyvanlarda boğazlığın son ayında, xüsusilə doğuma bir neçə gün qalmış aydın nəzərə çarpan bir sıra dəyişikliklər əmələ gəlir ki, bunlarda doğumun yaxınlaşdığını göstərir. • 1). Adı çanağın «doğum çanağı» halına keçməsi, doğuma 2-3 gün qalmış çanaq bağları yumşalır, uzanır və s. • 2). Xarici cinsiyyət dodaqlarının şişməsi, böyüməsi və onun dərisi üzərində qırışıqların itməsi. • 3). Süd vəzilərinin tədricən böyüməsi, qızarması və doğuma 2-3 gün qalmış, ağız südünün əmələ gəlməsi. Bəzən pis yemləməm nəticəsində ilkinə doğar düyələrdə ağız südü əmələ gəlmir. • Doğuma 12-50 saat qalmış ümumi bədən temperaturu 0,4-1,20 aşağı enir.
Doğumun gedişi. • Doğum prosesində bütün orqanizmi iştirak edir. Doğumun gedişi ananın ümumi gücü, yaşı, balanın erkək və ya dişi, tək və ya əkiz olması və ananın yemləmə və saxlama şəraiti ilə əlaqədardır. Doğum aktını 3-əsas dövrə bölürlər: • 1). Hazırlıq dövrü və ya balalıq boynunun açılması; • 2). Balanın kənar edilməsi; • 3). Ciftin kənar edilməsi. Hər dövrün özünə münasib gücənmələri, yəni hazırlıq və ya açıcı gücənmələr, qovucu və cift gücənmələri vardır. • Hazırlıq dövrü. • Bu zaman anna heyvan, cüsusilə onun doğum, yolu balanın kənar olması üçün hazırlanır. Doğum yolunda sürüşgənlik yaranır, gücənmələr qısa onların arasındakı dincəlmə müddəti uzun (20-30 dəqiqəyədək) olur. Gücənmələrin təsiri nəticəsində balaətrafı kisə yırtılır və balaətrafı mayelərin əksər hissəsi kənar olur. Bu dövrdə anada narahatlıq başlayır, ancaq çox şiddətli olmur. Bununla da heyvanda hazırlıq dövrü bitir və balanın kənar edilməsi dövrü başlayır. • Balanın kənar olması dövrü. • Bu dövrdəki qovucu gücənmələr balanın kənar olmasına xidmət edirlər. Onlar qüvvətli, aralarındakı dincəlmə müddətləri isə olduqca qısa (1-3-saniyə) olur. Bu zaman heyvanda narahatlıq yatır-xalxır, belini əyir, qarına baxır, inildəyir, şiddətli sancı olur. Bala əvvəl vaginaya, sonra isə xaricə kənar edilir.
Ciftin kənar edilməsi dövrü. • Bu dövrün gücənmələri bala kənar edildikdən sonra başlayır və qısa olur. Bu dövrün gücənmələri ciftin kənar olmasına xidmət edir. Bala kənar olduqdan sonra balalıq boşluğu kiçilir, bundan sonrakı gücənmələr nəticəsində cift kənar edilir. Ciftin kənar edilməsi ilə heyvanda doğum prosesi bitmiş olur. • Aparılan bir çox müşahidələr göstərir ki,normal doğum zamanı bala əksərən düzünə vəziyyətdə, yuxarı mövqedə baş söykənişində kənar olur. • Kənd təsərrüfatı heyvanlarında doğum prosesinin xüsusiyyətləri. • Kənd təsərrüfatı heyvanlarında doğumun gedişinin bir sıra xüsusiyyətləri vardır. • Inəklərdə çanağın qurluşu. • Balanın başının böyük olması, doğum zamanı çətin olur. Çətin doğumlar ən çox inəklərdə olur. Çanaq uzuna genişlənir. Balalıq boynunun açılması və ya hazırlıq dövrü 6-12-saat davam edir. Balanın kənar edilməsi 3-saat bəzən 6-saat davam edir. Ciftin ayrılması 6-12 saat çəkir. • Camışlarda doğum inəklərə nisbətən asan keçir. • Qoyunlarda çanağın qurluşu. • Hazırlıq dövrü 3-300-saatadək, əksərən 4-5 saat davam edir. Əkizlik zamanı ikinci bala 15-45-dəqiqəyədək asanlıqla kənar edilir. • Keçilərdə hazırlıq dövrü. 4-8 saat, balanın kənar edilməsi 4-saat, ciftin ayrılması isə 2-saat davam edir.
Donuzlarda çanağın qurluşu və balanın yerləşməsi. • Hazırlıq dövrü əksərən 3-4 saat, balaların kənar edilməsi isə 2-6 saat davam edir. Bəzən donuzlar balalarını bərk tullayırlar və yeyirlər. Odur ki, doğum prosesinin gedişində nəzarət etmək, heyvanın yanında su saxlamaq və ananı vaxtında sulamaq lazımdır. • Madyanlarda Hazırlıq dövrü bir neçə saatdan 1-2 günədək davam edir. Bu dövrdə madyan nisbətən narahat olur. Balanın kənar olması dövrü 5-30 dəqiqə davam edir. • Itlərdə. Hazırlıq dövrü orta hesabla 6-saat (3-10 saat) davam edir. Balaların kənar edilməsi onların sayından asılı olaraq 1-8 saatda olur. Cift bala ilə birlikdə kənar olur. • Dovşanlarda. Doğum 5-dəqiqədən 1 saatadək davam edir. Nadir halda2-gün davam edə bilir. Belə halda balaların bir qismi birinci gün, digər qismi isə 2-ci gün kənar olur. • Doğum zamanı anna və balaya qulluq. • Heyvanların əksəriyyətində doğum gecə və ya səhərə yaxın olur. Doğumun keçməsi nəzarət altına alınmalıdır. Doğum normal keçərsə heç bir əməliyyat aparılmamalıdır. Doğum zamanı anna çox enerji itirdiyindən bədənin müqaviməti azalır və doğum yoluna infeksiyanın düşməsi üçün şərait yaranır. Bala kənar edildikdən 1-2 saat sonra heyvana ilıq su, arpa unundan hazırlanmış horra (bir dəfə duz qatmaq) verilməldidir. Sonra döşəməni təmizləmək, arxa hissəsini ilıq su ilə yumaq yaxşı ot, kəpək vermək lazımdır.
Balanın yuxarı tənəffus yollarının selik və balaətrafı mayedən təmizləmək. • Yeni doğulmuş balanın ağızı, burunu təmiz dəsmalla silməli zəif və tənginəfəs olan balaya başı aşağı tutularaq dərhal ayaq üstə qoyulmalıdır. Lazım gələrsə süni tənəffüs vermək dərisinə bir qədər su çiləməyi məsləhət görürlər. • Balanın dərisinin qurudulması. • Bala doğulduqdan sonra soyuqdəymənin qarşısını almaq üçün onun dərisini qurutmaq lazımdır. Bir çox alimlərin fikrinə görə Balanı anası daha yaxşı qurudur. Anna Balanı yalayanda balaətrafı maye qəbul edir, ciftin ayrılmasına kömək edir. Balaətrafı mayelərin tərkibində balalıq əzələsi tonusunu artıran pituitrinə bənzər maddələrinin olmasından irəli gəlir. • Köbəyin bağlanması və təmizlənməsi. • Bala doğulduqdan sonra köbək nahiyyəsini yoxlamaq, təmizləmək və köbəyin qalığını ipək sapla bağlayaraq 1-1,5 sm aşağıdan onu kəsməyi məsləhət görürlər. Istifadə olunacaq sap, yod, lizol, kreolin və s. məhlullarla dezinfeksiya edilməlidir. Xüsusilə qulunların köbəyinin təmizlənməsinə, kəsilməsinə və dezinfeksiya edilməsinə xüsusi fikir vermək lazımdır. Onların köbək nahiyəsi daha tez mikroorqanizmlər bədənə asanlıqla keçirlər. Bunun nəticəsində qulun xəstələnir, bəzən tələf olur. Yeni doğulmuş balalarda köbəyin qalığı 7-8 gündə düşür, yeri isə epiteli toxuma ilə örtülür.
Balaya ağız südünün (molozivo) verilməsi və ya balanın mayalandırılması. • Bala doğulduqdan 45-60 dəqiqə sonra onun ayağa qalxmasına və ananı əmməsinə kömək etmək lazımdır, ona ağız südü kifayət qədər verilməlidir. Ağız südün tərkibində yeni doğulmuş balaya lazım olan bütün qida maddələri və immun cisimcikləri vardır və mədə bağırsaq fəaliyyətini nizamlayan bağırsaqlardan nəcisi (mikoniyanın) təmizlənməsinə yardım edir. Inəklərdə doğumdan 6-saat sonra ağız südünün tərkibində 9,34% zülal, 132% yağ və 4,4-dək şəkər olur. • Buzov və balaqlar ağız südü ən azı gündə 5 dəfə verilməlidir. Yeni doğulmuş balalara birinci 10 gündə yaxşı qulluq etdikdə, onlar xəstəliklərə qarşı davamlı, sağlam və gümrah olurlar. • Doğum şöbəsinin təşkili. • Doğar heyvanların saxlanma şəraitini yaxşılaşdırmaq üçün xüsusi layihə üzrə tikilmiş doğum şöbələri olmalıdır. Doğum şöbələrində anna və balalar arasında yolxucu xəstəliklərin qarşısını almaq və tələfatın azalması işinə kömək edir. Doğum şöbələri isti, təmiz, işıqlı olmalı, döşəməsi isə sürüşgən olmamalıdır. Burada mamalıq alətləri, dərmanlar, isti su, sabun və s. doğuma ən azı 10-gün boğaz heyvanı doğum şöbəsinə keçirilməlidir. Bəzi təsərrüfatlarda tövlənin bir tərəfində düzəltmək də olar. Heyvanı doğum şöbəsinə keçirməmişdən əvvəl onu müayinədən keçirməli və ətraflı yoxlanmalıdır. Doğum şöbəsində bütün sutqa ərzində daimi növbətçi olmalıdır ki, boğaz heyvana nəzarət etsin.