240 likes | 694 Vues
TEXN O LOGİYA. Müəllim: Cabayeva Nailə Zahid qızı Məktəb: Sum qayıt şəhər 34 saylı tam orta məktəb Sinif: VI Tarix: 09/04/2014. MÖVZU:. Tərəvəz yeməklərinin hazırlanma texnologiyası. Standart.
E N D
Müəllim: Cabayeva Nailə Zahid qızı Məktəb: Sumqayıt şəhər 34 saylı tam orta məktəb Sinif: VI Tarix: 09/04/2014
MÖVZU: Tərəvəzyeməklərinin hazırlanma texnologiyası
Standart 1.2.1. Məmulatın hazırlanması üçün iş yerini təşkil edir. 1.3.1. Verilmiş materiallardan 2-3 komponentdən ibarət məmulat hazırlayır. 1.3.2. 2-3 komponentdən ibarət məmulat hazırlayarkən tərtibat bacarığı nümayiş etdirir. 1.3.3.Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
Məqsəd 1.2.1. Salatların hazırlanması üçün iş yerini təşkil edir. 1.3.1. Verilmiş tərəvəzlərdən 2-3 komponentdən ibarət salatlar hazırlayır. 1.3.2. 2-3 komponentdən ibarət salatlar hazırlayarkən tərtibat bacarığı nümayiş etdirir. 1.3.3.Qrup tərkibində müxtəlif salatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
İnteqrasiya Təsviri incəsənət • 2.2.1. Məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir. • Salatların üzərində tərtibat bacarıqları nümayiş etdirir Həyat bilgisi • 4.1.1. Sağlam həyat tərzinin əsas şərtlərini fərqləndirir. • Tərəvəzlərin insanın sağlamlığına təsirini izah edir • 4.2.1. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarını fərqləndirir. • Salat hazırlayarkən təhlükəsiz iş qaydalarını fərqləndirir
İş forması: 1. Böyük qrupda iş 2. Kiçik qruplarda iş
İş üsulu 1. Beyin həmləsi 2. Müzakirə 3. Təqdimat
Resurslar Rəngli şəkillər Plakatlar İKT İş vərəqləri Dərslik Qaynadılmış çuğundur Qoz ləpəsi 1 diş sarımsaq Qaynadılmış kök Sürtgəc, taxta,bıçaq
Dərsin gedişi: Motivasiya
1.Bunlardan hansı tərəvəzlərdir? 2.Bu tərəvəzlərdən hansı salatın hazirlanmasında istifadə edirlər ? 3.Tərəvəzlərin insan orqanizminə xeyri nədir?
Tədqiqat sualı Tərəvəzlərdən yeməklərin hazırlanması texnologiyası necədir?
Tətqiqatın aparılması: Dərslik üzrə mətnin oxunuşu təşkil edilir.Şagirdlər 2 qrupa bölünür. Qruplara iş vərəqləri paylanır. Sağlam həyat Bacarıqlı əllər
Sağlam həyat Tərəvəzlərin saxlanması zamanı hansı qaydalara riayət etmək lazımdır? Tərəvəzlərin isti emalının əsas üsulları hansılardır?
Bacarıqlı əllər 1.Tərəvəzlərin ilkin emalı hansı mərhələlərdən ibarətdir? 2. Salatların hazırlanması hansı mərhələlərdən ibarətdir?
Məlumat mübadiləsi Tapşırıq həyata kecirildikdən sonra hər qrup öz iş vərəqini asır və öz işini təqdim edir.
Məlumat müzakirəsi 1.Hansı tərəvəz bitkilərini tanıyırsınız? 2.Hansı tərəvəz bitkiləri ədviyyat şəklində istifadə edilir? 3.Tərəvəzlərdən hansı salatlar hazırlanır?4.Azərbaycanda hansı tərəvəzlər yetişdirilir? 5.Sizə tərəvəzlərin hansı isti emal üsulları məlumdur? 6.Salatları hazırlayarkən hansı ardıcıllığa riayət etmək lazımdır?
Ümumiləşdirmə və nəticə Tərəvəzləri +1C –dən +3C-yə qədər temperaturda qaranlıq yerdə saxlamaq lazımdır. İsti emal zamanı tərəvəzlərdə C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə edilməməlidir. Tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır. Şorbalar üçün nəzərdə tutulmuş soğan, yerkökü, cəfəri, kərəviz tərəvəzləri qaynatmazdan əvvəl yağdda qızartmaq lazımdır.
Yaradıcı tətbiqetmə: Qruplara “Kök” və “Çuğundur” salatını hazırlamağı tapşırıram. İşə başlamamışdan əvvəl iş yerini necə hazırladıqlarını yoxlayır və bıçaqdan, sürtgəcdən istifadə edərkən təhlükəsizlik qaydalarını xatırladı-ram.Sanitariya-gigiyena qaydalarına əməl etməyi tövsiyə edirəm.
Qiymətləndirmə Qrup Meyar
DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN !