1 / 22

Buludluq və yağıntı

MİLLİ AVİASİYA AKADEMİYASI. Buludluq və yağıntı. Mühazirəçi: A.X. Hacıyev. Buludların yaranma şəraiti.

romeo
Télécharger la présentation

Buludluq və yağıntı

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MİLLİ AVİASİYA AKADEMİYASI Buludluq və yağıntı Mühazirəçi: A.X. Hacıyev

  2. Buludların yaranma şəraiti Bulud – yer səthindən müəyyən hündürlükdə havada asılı vəziyyətdə olasu damcıları və/və ya buz kristallarının toplusuna (su buxarının kondensasiya və/vəya sublimasiyasının məhsulu) deyilir. Buludlar vacib hava elementləridir. Onlar su buxarının kondensasiyası və sublimasiyasına səbəb olanb mürəkkəb termodinamik proseslər nəticəsində yaranırlar və bu proseslərin gözlə görünən nəticələridirlər. Buludların xarici görünüşü, forması, aşağı sərhəddinin hündürlüyü, şaquli və üfüqi ölçülərinə görə bilavasitə onların yaranması səbəblərini bilmək və onlarda uçuş şəraitini haqda fikir söyləmək olar. Buludun yaranması üçün aşağıdakı şərtlər ödənməlidir: havanın kifayət qədər rütubətli olması, qalxan hərəkətlər və kondensasiya nüvələri (hiqroskopik toz tüstü və s. hissəcikləri). Qalxan rütubətli havada su buxarının kondensasiyasına gətirib çıxaran temperaturun adiabatik düşməsi buludların yaranmasının əsas səbəbidir. Qalxan hərəkətin növündən asılı olaraq su buxarının kondensasiya və sublimasiyası nəticəsində müxtəlif fiziki xüsusiyyətlərə (mikrostruktur,sululuq) malik müxtəlif formalı buludlar yaranır.

  3. Buludların mikrostrukturu Buludların mikrostrukturu dedikdə onların daxili fiziki quruluşu başa düşülür: bulud elementlərinin faza vəziyyəti, vahid həcmdə bulud hissəciklərinin sayı. Başqa sözlə, buludlar müxtəlif ölçüyə, yerləşmə və sıxlıq strukturuna malik su damcıları və buz kristallarından ibarət olurlar. Mikrofiziki vəziyyətin xarakteri buludların yaranma şəraitindən asılı olub, bulud daxilində uzun müddətli uçuş zamanı təyyarələrə böyük təsir göstərir. Bulud hissəciklərinin ölçüləri bir neçə millimetrdən bir neçə santimetrə qədər ola bilir.

  4. Buludların təsnifatı Beynəlxalq təsnifata əsasən 10 əsas bulud növü frqləndirilir:

  5. Su buxarının kondensasiyası və buludluğun əmələ gəlməsi Atmosferdə qalxan hərəkətlər olduqda və hündürlükdən asılı olaraq havanın temperaturu düşdükdə su buxarının kondensasiyası baş verir. Qalxan hərtəkətlərsu buxarını atmosferin aşağı hissəsindən daha soyuq yuxarı hissəsinə qaldırır və bu, kondensasiya və buludluğun əmələ gəlməsinə səbəb olur. Şaquli sürətin diapozonu kifayət qədər böyükdür. İrimiqyaslı şaquli sürət atmosferdə daim mövcuddur və sm/s silsiləli xarakterik qiymətlərə malikdir. Konvektiv axınlar hər zaman və hər yerdə baş vermirlər. Konvektiv axınlarda şaquli sürət saniyədə bir neçə on metrə çata bilir. Onların yaranması olduqca güclü xarakter daşıyır.

  6. Burağan, qasırğa kimi hadisələr də konvektiv təbiətə malik atmosfer hadisələridir. Onlar yer səthi yaxınlığında alçaq təzyiq sahəsinə malik olurlar. Bunun nəticəsində böyük miqdarda kondensasiya istiliyinin ayrılmasına səbəb olan güclü şaquli hərəkətlər formalaşır ki, bunlar qalxan hərəkətləri daha da gücləndirir. Dağlar üzərində yaranan nazik bulud təbəqəsi

  7. Konvektiv buludluğun inkişafıGüclü konvektiv buludlar adətən şaquli termik dayanıqsızlıq olduqda yaranırlar. Bu buludlarda sürəti saniyyədə bir neçə metrdən onlarla metrə çatan havanın şaquli hərəkətləri müşahidə olunur. Yer stəhində şaquli temperatur qradiyenti və həhhən artıq qızmış sahələrin olması bu prosesin yaranmasında əhəmiyyətli rola malikdir.

  8. Buludluğun hündürlüyünün və aşağı və yuxarı sərhəddinin xarakterinin təyini

  9. Buludun hündürllüyü dedikdə, onun aşağı sərhəddinin yer səthindən olan hündürlüyü başa düşülür. Təyyarənin buluda daxil olması öncə üfüqi, sonra maili və nəhayət şaquli görünüş məsafəsinin tədricən pisləşməsinə, sonra isə itməsinə səbəb olur. Yüksək-laylı, topa, güclü-topa və topa-yağış buludlarının aşağı sərhəddi kəskin seçilmiş olur, bu buludlara daxil olduqda yer səthini görmək mümkün olmur; təyyarə aşağı sərhəddi yuyulmuş laylı, parçalanmış-laylı, laylı-yağış, yüksək-laylı buludlara daxil olduqda görünüş məsafəsinin pisləşməsi tədricən baş verir. Buludların yuyulmuş aşağı sərhəddi buludaltı çənə keçir.200 m-dən az hündürlüyə malik buludlarda buludaltı çən yer səthinə çata bilir.

  10. Buludluğun qəfil dəyişən aşağı sərhəddi təyarənin vizual idarə olunmasına keçid üçün təhlükəlidir. Buludluqdan çıxdıqda buludluğun hündürlüyü kimi uçuş istiqamətində təyyarəçinin yerüstü oriyentirləri təyin etdiyi hündürlük qəbul olunur. Uçuş praktikası göstərir ki, təbii üfüqü itirmə səviyyəsi buludluğun aşağı sərhəddinin hündürlüyü ilə üst-üstə düşür. Buludluğun sərhədlərinin xarakterini aşağıdakı qradasiya üzrə təyin etmək lazımdır:- buludların aşağı sərhəddi hamar və ya dalğalı (enən lopalar və ya onlarsız);

  11. - buludların yuxarı sərhəddi düz, dalğalı, kələkötür, topa-yağış buludları və ya şimşək ocaqları nəzərə çarpır. Buludluqda olan zaman onun sıxlığını (sululuğunu) qiymətləndirmək lazımdır;- çox sıx – təyyarənin konturları görünmür və təyyarənin şüşəsinə su damcıları çökür; - sıx – cismin konturları qeyri-dəqiq seçirilir;- seyrək – buluddan ulduzları və ya yerüstü oriyentirləri müşahidə etmək olur.Aşağı təbəqə buludlarının yuxari sərhəddinin görünüşünə əsasən onların aşağı sərhəddi haqda fikir bildirmək olar. Buludun hamar yuxarı sərhəddi onun aşağı sərhəddinin 100 m-dən az olmasından xəbər verir. Buludun kələkötür, təpəli yuxarı sərhəddi turbulentlik və buludun 200 m-dən artıq hündürlüyə malik olmasından xəbər verir.

  12. Bulud və yağıntıların uçuş şəraitinə təsiri. Müxtəlif bulud növləri və onlardan düşən yağıntılar uçuşların həyata keçirilməsində müəyyən dərəcəddə çətinlik yarada bilirlər. Məsələn: • Aşağı təbəqə buludları aşağı hündürlüklərdə vizual uçuş zamanı görünüşü məhdudlaşdıraraq maneələrlə toqquşma riskini artırır. Həmçinin bu buludların aerodrom ərazisində olması şaquli görünüşü pisləşdirdiyindən təyyarənin enməsinə çətinlik yaradır. • Laylı-yağış buludları 500-600 m-dən bir neçə km-ə çatan qalınlığa və yüzlərlə km-ə çatan uzunluğa malik olurlar. Bu buludların soyumuş damcıları təyyarə füzelyajının soyumuş səthinə çökdükdə donurlar və bu bulularda uzunmüddətli uçuş zamanı buzbağlamaya səbəb olurlar. Məlum olduğu kimi, buzbağlama təyyarənin aerodinamik xüsusiyyətlərinin pisləşməsinə və yanacaq sərfinin artmasına səbəb olur. Həmçinin sıx buludluq və ondan düşən aramsız yağıntılaruçuşun müxtəlif mərhələlərində görünüş məsafəsini əhəmiyyətli dərəcədə pisləşdirir. Təyyarə Ns buludlarının qarışıq kristal hissəciklərinə toxunduqda elektrikləşməyə məruz qalır, bu isə təyyarənin radioəlaqə qurğularının işinə təsir edir. • Tam laylı buludluq yer səthinə qədər enərək duman əmələ gətirə bilir, soyumuş çiskin isə təyyarə konstruksiyası üzərinə çökərək buzbağlamaya səbəb ola bilir. Bulud daxilində uçuş zamanı təyyarələr turbulentliyə məruz qalır və bunun nəticəsində də sirkələnmə müşahidə olunur.

  13. Bildiyimiz kimi, topa-yağış buludları (şimşək buludları) təyyarənin uçuşunda xüsusi təhlükə yaradır. Uçuşlara təhlükə yaradan bir sıra atmosfer hadisələri bu buludlarla əlaqədardır. Aşağıda topa-yağış buludu və onunla əlaqədar olan təhlükəli atmosfer hadisələri sxematik olaraq təsvir olunmuşdur.

  14. Cb buludları aşağıdakı təhlükəli meteoroloji hadisələrlə xarakterizə olunur: • Topa-yağış buludunun aşağı sərhəddindən yuxarı sərhəddinə qədər güclü sirkələnmə ; • Cb buludları yaxınlığında külək sürüşməsi; • Sıfır izotermindən yuxarıda bütün hündürlüklərdə intensiv buzbağlama ; • Buludda təyyarədən keçən elektrik boşalması baş verə bilər; • Leysan yağıntılaruçuş və enməyə giriş zamanı pisləşdirir, dolu isə təyyarə konstruksiyasının ayrı ayrı hissələrini zədələyə bilər; • Güclü leysan yağıntılarda uçuş zamanı (görünüş məsafəsi 1000 m-dən az) təyyarənin aerodinamik xüsusiyyətləri pisləşir. Xəbərdarlıq.Rəhbər aviasiya sənədlərinə əsasən CB buludları daxilində uçuş qadağandır. Cihazlara əsasən uçuş qaydalarına görə Cb buludlarından 15 km yan məsafədə, üzərindən isə 500 m-dən az olmayan hündürlükdə uçuşa icazə verilir. CB buludlarının altından uçuş qadağandır

  15. Müxtəlif yağıntı növlərinin yaranmas. Maye, donan və bərk yağıntılar. Yağıntıların intensivliyi. Buludluq və atmosfer yağıntılarının uçuşlara təsiri

  16. Buludlardan düşən və ya haavdan yer səthinə çökən su damcıları və ya buz kristalları yağıntı adlanır. Buludlardan düşən yağıntı atmosferdən yer səthinə gələn suyun 99 %-ni təşkil edir; havadan çökən su isə 1 %-dən azdır. Atmosfer yağıntıları maye, bərk və qarışıq olurlar.Yağıntıların əsas formaları aşağıdakılardır:Aramsız yağıntılar.Orta intensivlikli və uzun müddət yağan yağıntılardır.Aramsız yağıntılar bir qayda olaraq böyük ərazidə müşahidə olunurlar. Bu yağıntılar yağış, qar və ya sulu qar şəklində cəbhə xarakterli laylı-yağış buludlarından düşürlər. Bəzən (nadir hallarda ilin soyuq dövründə) aramsz yağıntılar yüksək-laylı buludlarda da müşahidə olunur.

  17. Leysan yağıntılar.Dayanıqsız hava kütlələri və soyuq cəbhə yağıntıları olub, topa-yağış buludlarından leysan yağış və ya qar, qar dənəsi, sulu qar və ya doluşəklində düşürlər. Çiskin və ya buz kristalları. Bu yağıntılar qalın laylı buludlardan (buz kristalları – aşağı temperaturda) düşürlər. Çiskin. – 0,5 mm ölçüyə malik çoxsaylı kiçik su damcılarından ibarət olan bircins yağıntıyağıntının intensivliyi 0,25 mm/saat-dan, su damcılarının düşmə sürəti isə 2 m/s-dən çox olmur.Yağış.0,5-0,7 mm ölçüyə malik su damcılarından ibarət yağıntı. Yağış damcılarının düşmə sürəti 4-8 m/s təşkil edi.

  18. Qar –buz kristalları və qar dənəcikləri şəklində yağıntı. 0°C-yə yaxın temperaturda100 mm-ə yaxın ölçüyə malik qar dənəcikləri formalaşır. Qar dənəciklərinin düşmə sürəti 5 m/s-yə çatır. Sovuruq - küləyin qarı sovurmasına deyilir. Bu zaman görünüş məsafəsi kəskin pisləşir. Yaranma şəraitinə görə sovuruq yerüstü və ümumi olur. Boran–qarın bilavasitə yer səthində külək vasitəsilə bilavasitə daşınmasına deyilir. Boran yerüstü sovuruğun bir növüdür.

More Related