1 / 14

Riyazi operatorlar Giriş və çıxış operatorları

PASCAL`DA OPERATORLAR. Riyazi operatorlar Giriş və çıxış operatorları. Proqramlaşdırmada hər hansı əməliyyatı yerinə yetirmək üçün istifadə olunan əmrə o p e r a t o r deyilir. . Hesab operatoru. Hesab operatoru 4 əməldən ibarətdir ( toplama, çıxma, vurma və bölmə ). Toplama. +.

sun
Télécharger la présentation

Riyazi operatorlar Giriş və çıxış operatorları

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. PASCAL`DA OPERATORLAR • Riyazi operatorlar • Giriş və çıxış operatorları

  2. Proqramlaşdırmada hər hansı əməliyyatı yerinə yetirmək üçün istifadə olunan əmrə o p e r a t o rdeyilir. 

  3. Hesab operatoru Hesab operatoru 4 əməldən ibarətdir (toplama, çıxma, vurma və bölmə) Toplama + "+","-" və "*"əməllərinin nəticəsi tam və ya həqiqi ədəd olur. Ədədlər tam olduqda nəticə tam(integer), həqiqi ədədlər olduqda isə həqiqi (real)olur , "/" əməlinin nəticəsi hər zaman həqiqi (real) ədəd olur . Çıxma - Vurma * Bölmə / Ədədin bölünməsindən qalan qalıq MÜNASİBƏT İŞARƏLƏRİ • mod • operatoru = <> < > <= >= Bərabərdir Bərabər deyil Kiçikdir Böyükdür Kiçik bərabərdir Böyük bərabərdir 25 mod 2= 1 25/2=12,5 Ədədin bölünməsindən alınan qismət • div • operatoru 25 div 2= 12 25/2=12,5

  4. Riyazi ifadələrin yazılış qaydası Normal olaraq əl ilə yazılan düsturlar proqramlaşdırma dilində yazılma qaydaları var. Riyazi ifadələri kompüterin anlayacağı şəkildə yazılışı sırasında diqqət ediləcək önəmli bir nöqtə riyazi operatorların arasındakı əməllərin sırasına uyğun yazılmasıdır. PASCAL`DA YAZILIŞI RİYAZİ DİLDƏ sqrt (x+10) | 2x | abc( 2*x ) x2 sqr ( x ) sinx sin ( x ) x-y 5 (x-y)/5

  5. Dəyişənlərə qiymətin verilməsi MƏNİMSƏTMƏ OPERATORU Pascal dilində dəyişənə qiymət verərkən ":=" (iki nöqtə üst-üstə və bərabər) işarəsindən istifadə olunur. Nümunə: x dəyişəninə 2012 qiymətini verək. Var x : integer; { x dəyişənini integer tipindən tamamladıq } Begin ... x := 2012 ; (*x dəyişəninə 2012 qiymətini mənimsətdik *) x := x + 1; (* x dəyişənini 1 vahid arttırdıq *) ... End. QEYD: x:=x+1 riyaziyyatdakı kimi başa düşülmür. Pascalda solda dəyişənin adı, sağda isə ona mənimsədiləcək qiymət yazılır.

  6. Giriş və çıxış operatorları Giriş və çıxış operatorları kompüterin yaddaşı ilə digər cihazlar arasında informasiya mübadiləsini təmin edir, yəni klaviaturadan daxil edilənləri yaddaşa oxutmağa və ya yaddaşdan bir informasiyanı monitora göndərir . Çıxış operatoru Giriş opratoru

  7. Çıxıs operatoru _ Write , Writeln Nəticəni monitorda göstərir Write ()_ nəticəni cari sətirdə göstərir, WriteLn () _ nəticəni yeni sətirdə göstərir.

  8. Write () WriteLn () VAR a, b, c, d: INTEGER; BEGIN a:=2; b:=0, c:=1; d:=2; WRITELN(a); WRITELN(b); WRITELN(c); WRITELN(d); END. VAR a, b, c, d: INTEGER; BEGIN a:=2; b:=0, c:=1; d:=2; WRITE(a); WRITE(b); WRITE(c); WRITE(d); END. 2012 2 0 1 2 Nəticə Nəticə Diqqət: Dəyişənlərin sayı çox olduqda çıxış operatorunun daxilində vergül qoymaqla yazılır WRITE (a, b,..., c), WRITELN(a, b,..., c) Sətir tipli yazılar isə apostrofda yazılır. WRITE ( ` Sətirlər`), WRITELN(`Sətirlər`)

  9. Giris operatoru _ Read , Readln Klaviaturadan daxil edilənləri oxuyub kompüterin yaddaşına yazır Read ()və ReadLn () operatorları icra olunduqda proqram gözlə rejiminə keçir, dəyişənləri (boşluq olmaqla) daxil etdikdən sonra ENTER düyməsi vurulur.

  10. Read () ReadLn () VAR a, b, c, d : INTEGER; BEGIN READLN (a, b, c, d) ; END. VAR a, b, c, d : INTEGER; BEGIN READ (a, b, c, d) ; END. Daxil ediləcək verilənlərin ardıcıllığı eyni sətirdə olur Daxil ediləcək verilənlərin ardıcıllığı eyni sətirdə də ola bilər, ayrı-ayrı sətirdədə ola bilər 2 0 1 2 2 0 1 2 2 0 1 2

  11. Çıxış üçün format Pascal dilində ədədləri çıxışa verilməsi üçün çıxış formatından istifadə edilir. Əgər həqiqi ədədlərdə format verilməzsə, onda eksponensional formatda olacaqdır Format ilə tam ədədlər Format ilə həqiqi ədədlər Formatsız VAR a : REAL; BEGIN a:=15.09; WRITELN(a); END. VAR a : REAL; BEGIN a:=15.09; WRITELN(‘a=’,a:5:2 );END. VAR a: INTEGER; BEGIN a:=2012; WRITELN(‘a=’,a:5); END. Nəticə Nəticə Nəticə 1.5090000000E+01 a=15.09 a=2012 Eksponensional formatda olacaqdır a:5:2 a ədədi sahəsinin eni 5, vergüldən sonra isə 2 rəqəm göstəriləcək a ədədinin sahəsinin eni 5 –dir. Ona görə əvvəldə boşluq buraxılır QEYD: Sahənin enini elə vermək lazımdır ki, ədəd tam təsvir oluna bilsin. Onluq kəsrlərdə vergül, mənfi ədədlərdə mənfi işarəsi də nəzərə alınmalıdır. Bu işarələr bir yer tutur.

  12. BAŞLANĞIC Hesablama proqramı Ədəd1, ədəd2 Topla =ədəd1 + ədəd2 Çıx = ədəd1- ədəd2 Vur= ədəd1 * ədəd2 Böl = ədəd1 / ədəd2 PROGRAM Hesablama_programi; VAReded1, eded2 : REAL; BEGIN WRITELN( ‘ Ikiededdaxiledin ‘ ); READLN ( eded1, eded2) ; WRITELN( eded1 , ’ + ‘ , eded2 , ’ = ‘ , eded1+eded2 :8:2 ); WRITELN( eded1 , ’ - ‘ , eded2 , ’ = ‘ , eded1 -eded2 :8:2 ); WRITELN( eded1 , ’ * ‘ , eded2 , ’ = ‘ , eded1*eded2 :8:2 ); WRITELN( eded1 , ’ /‘ , eded2 , ’ = ‘ , eded1/ eded2 :8:2 ); READLN; END. Topla Çıx Vur Böl SON

  13. EV TAPSIRIGI BAŞLANĞIC BAŞLANĞIC İki ədədin ədədi ortasını hesablayan proqram tərtib edin. x, y oxu x oxu Orta = ( x+y ) / 2 Modul = |x| Orta`nı yazdır Modul`u yazdır SON SON Ədədin modulunu hesablayan proqram tərtib edin.

  14. Təşəkkürlər Etibar Süleymanov Ordubad rayon Dırnıs kənd tam orta məktəbi

More Related