1 / 14

FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Tulyaremiya və psevdotuberkulyoz ”

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Tulyaremiya və psevdotuberkulyoz ”

ziv
Télécharger la présentation

FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Tulyaremiya və psevdotuberkulyoz ”

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİEPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “Tulyaremiya və psevdotuberkulyoz” MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010

  2. PLAN • Tarixi məlumat • Xəstəliyin törədicisinin bioloji xüsusiyyətləri • Epizootoloji məlumatlar • Patogenez • Xəstəliyin gedişi və kliniki əlamətləri • Patoloji –anatomiki dəyişikliklər • Diaqnoz • Təfriqi diaqnoz • Müalicə • İmmunitet • Profilaktika və mübarizə tədbirləri.

  3. Istifadə olunan ədəbiyyatlar • R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi epizootologiya”. Bakı, Maarif, 1990. • R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”. Bakı, Maarif, 1998. • Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”., 2006. • R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev, İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002. • Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.

  4. TULYAREMIYA (Tularemia) • Tulyaremiya-təbiiocaqlı infeksion xəstəlik olub, hemorroci septisemiya, bədən temperaturasının yüksəlməsi, ishal, limfadenit (limfa düyünlərinin zədələnməsi), boğaz heyvanlarda bala salma və eləcə də mərkəzi sinir sisteminin funksional fəallığının pozulması simptomlarının meydana çıxması ilə səciyyələnir. Tulyaremiya fakultativ transmissiv infeksion xəstəlikdir. • Tarixi məlumat. Kole və Hapin ilk dəfə ABŞ-nın Kaliforniya ştatının Tulyare vilayətində xəstəliyi qeydə alaraq onun törədicisini ayırmışlar və xəstəliyin törədicisi B.Tularense adlandırılmışdır. 1912-ci ildə Mak-Koy və Gepin amili xəstə sümbülqranlardan ayırmağa nail olmuşlar. Keçmiş SSRI-də bu xəstəliyin törədicisi su siçovullarından əldə olunmuşdur. K.A.Dorofeyev (1947) törədicinin taksonomiyasının öyrənilməsin-də böyük xidmətlər göstərmişdir. Tulyaremiya törədicisinin əsas Bioloji xüsusiyyətlərinin tətqiq olunması E.Fransisin adı ilə bağlıdır ki, amil onun şərəfinə olaraq Fransisella tularensis adlandırılır. • Tulyaremiya Amerika, Avropa və Asiya ölkələrində (Şimal yarımkürəsində) geniş yayılmışdır. Bu xəstəliyə əsasən iri çay hövzələrinədə (vadi), su siçanlarının geniş yayıldığı ərazilərdə, eləcə də gəmiricilərin artıb çoxalma intensivliyi yüksək olan rayonlarda daha çox təsadüf olunur. Turyaremiyaya qoyunçuluq, donuzçuluq və həmçinin xəz dərili vəhşi heyvanlar saxlanan təsərrüfatlarda daha çox rast gəlinir. Kənd təsərrüfatı heyvanlarında xəstəliyin öyrənilməsi K.A.Dorofeyev, A.A.Avrorov, Q.V.Paşovun adı ilə bağlıdır.

  5. Xəstəliyin törədicisi. (Francisella tularensis)-Francisella Dorofeyev cinsindən olub, 2 biovariantı mövcuddur. Tulyaremiya bakteriyaları 0,2-0,7 mkm ölçüyə malik olan, olduqca xırda, kokka bənzər və çöpəbənzər hüceyrələrdən ibarətdir. Köhnə külturalardan hazırlanmış yaxmalarda amil əsasən kokka bənzər formada müşahidə olunur. Xəstəlik törədicisi hərəkətsiz, Qram mənfidir. Orqanizmin daxili mühitində adətən zərif kapsula əmələ gətirir. Amil Anilin boyaları ilə yaxşı boyanır, spor əmələ gətirmir, Boyanma zamanı polixromaziya (uc hissələri yaxşı boyanır) müşahidə olunur. • Tulyaremiya bakteriyaları üçün polimorfizm xüsusiyyəti xarakterikdir. Onlar qantelə bənzər, 0,1-0,2 mkm ölçüyə malik olan çox kiçik kokka bənzər, iri şarabənzər formalarda ola bilirlər. Bəzən hazırlanmış yaxmalarda çöpəbənzər və uzunluğu 8 mkm-ə qədər olan sapşəkilli formalarda müşahidə olunur. Xəstəlik törədicisinin submikroskopiki quruluşunun öyrənilməsi, sitoplazmanın qranulyar, nukleoidin isə bakteriya hüceyrəsinin mərkəzində yerləşməsini göstərir. • F.Tularensis aerob, adi qida mühitlərində kulturalaşmayan, 370C temperaturada zəngin vitaminli, ödlu qida mühitlərində (pH 6,7-7,4 60 hissə öd, 40 hissə isə 0,85%-li NaCl olan spesifik qida mühitlərində) 2-14 sutka müddətində inkişaf edərək artıb çoxalır və zərif ərp formalı kaloniyalar əmələ gətirir. Amilin yetişdirilməsi üçün ən məqsədyönlü qida mühiti sistinli aqar (tərkibində 0,05-0,1% sistin və 1% qlükoza olan) qida mühiti sayılır. Törədicinin biokimyəvi xüsusiyyətləri qeyri-stabildir. Xəstəlik törədicisi kulturalaşma zamanı indol əmələ gətirmir, turşu əmələ gətirməklə qlukoza, maltoza, levoloza, mannozanı fermentasiyaya uğradır. Ekzotoksin ifraz etmir. Amilin virulentliyi vi-antigeni ilə bağlıdır.

  6. Davamlılığı. Törədici nisbətən davamlı olmaqla qliserində 240 gün, taxılda 130 gün, suda və ölmüş gəmiricilərin cəsədində 90 gün, torpaqda 10 gün, aşağı temperatura şəraitində 3 aydan çox müddətdə, dondurulmuş ətdə isə 93 günə qədər yaşama qabiliyyətini saxlayır. Günəşin düz düşən şüalarının təsiri altında 30 dəqiqəyə, 600C temperatura həddində 5-10 dəqiqə müddə-tində inaktivləşir. Kimyəvi dezinfeksiyaedici maddələrdən 3%-li lizol məhlulu, eləcə də 3%-li krezol məhlulu törədicini bir neçə dəqiqəyə öldürür. • Epizootoloci məlumatlar. Başlıca olaraq xəstəliyə dovşanlar, siçanlar, su siçovulları, ondatralar, qunduz, vəhşi quşlar, amfibiya və balıqlar tutulurlar. Xəstəliyə pişik və itlər nisbətən az həssaslıq göstərirlər. • Təbii şəraitdə insanlarda xəstəliyə həssaslıq çox yüksəkdir. Insanlarda xəstəliyə tutulma–törədici ilə sirayətlənmiş gənələrin, ağcaqandların dişləməsi zamanı, həmçinin zədələnmiş dəri örtüyü vasitəsilə törədicinin orqanizmə daxil olması zamanı baş verə bilir. Törədici aerogen yolla da orqanizmə daxil ola bilir və yoluxma baş verir. • Kənd təsərrüfatı heyvanları isə xəstəliyə az həssaslıq göstərir. Yoluxma əsasən gəmiricilər vasitəsilə həyata keçir. Cavan fərdlər, yaşlılara nisbətən xəstəliyə daha çox həssaslıq göstərək yoluxur. Laboratoriya təcrübə heyvan-larından ağ siçan və hind donuzları xəstəliyə daha çox həssasılıq göstərir. Xəstəliyə yoluxma törədici ilə çirklənmiş yem nümunəsi və su ilə, aspirasion və transmissiv yollarla baş verir. Tulyaremiya ilin yay aylarında daha çox müşahidə olunur ki, bu da həşəratların və eləcə də gəmiricilərin fəallaşması ilə sıx sürətdə bağlıdır. Xəstəliklə yoluxma etimalının dərəcəsinə görə, heyvanlar 3 qrupda birləşdirilir. • I qrup – dovşanlar, su siçovulu, dağ siçanı və çöl siçanları. • II qrup- sümbulqranlar, kirpilər, boz və qara siçovullar. • III qrup- yırtıcı heyvanlar (bu heyvanlarda infeksion proses adətən latent formada gedir).

  7. Patogenez. Xəstəliyin törədicisi alimentar, aerogen, transmissiv yollarla orqanizmə daxil ola bilir və yoluxma baş verir. Amil orqanizmə həmçinin tamlılığı pozulmuş dəridən və eləcə də selik qişalar vasitəsilə (xüsusilə gözün selikli qişası) daxil ola bilir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, F.Tularensis əsasən retikulo –endoterial elementlərlə zəngin olan orqan və toxumalarda intensiv olaraq çoxalır. Törədicinin kontakt və transmissiv yolla daxil olması zamanı (yoluxma zamanı) müxtəlif limfa düyünlərinin şişkinləşməsi, alimentar yolla daxil olma zamanı udlaqda şişkinlik, aerogen-aspirasion yolla daxil olma zamanı bronxların və ağ ciyərlərin zədələnməsi-patologiyası baş verir. • Gedişi və kliniki əlamətləri. Xəstəliyin inkubasiya dövrü heyvanlarda 4-12 gün, insanlarda isə 1 gündən 3 həftəyə qədər davam edə bilir. Təbii olaraq xəstəliyin törədicisinə ən çox qoyunlar, donuzlar, dəvələr, it və pişiklər, meşə və ev siçanları, ondatralar, dovşan və çiçovullar, laboratoriya heyvanlarından ağ siçan və hind donuzları həssaslıq göstərirlər. Atlar da bu xəstəliyə yoluxur. Xəstəliyə tutulmuş fərdlərdə ümumi zəiflik olmaqla, daxili bədən temperaturası 410C-dək yüksəlir və qızdırma 2-3 gün davam edir. Xəstəliyə tutulmuş fərdlərdə, qanda hemoqlobinin miqdarı kəskin olaraq aşağı düşür və buna görə də görünən selik qişaların rənginin solğunlaşması nəzərə çarpır. Səthi limfa düyünlərində böyüumə, ishal və arıqlıq müşahidə olunur. • Tulyaremiya kənd təsərrüfatı heyvanlarında septiki formada özünü biruzə verir, dərialtı limfa düyünləri böyüyür. Xəstəlik zaman iri buynuzlu hyevanlarda mastit, atlarda abort xarakterik əlamətlər sayılır.

  8. Patoloji-anatomiki dəyişikliklər. Xəstəlik nəticəsində dərinin bəzi yerlərində qan sağıntıları, yaralar və nekroz ocaqları müşahidə olunur. Səthi limfa düyünləri böyüyərək, onlarda irinli-iltihabi proses formalaşır. Qara ciyər və dalaq ciddi patologiyaya məruz qalmaqla böyüyür, bunlarda nekroz ocaqları görünür. Bəzən quzularda fibrinozlu plevrit, qara ciyərdə venoz durğunluq, dalağın həcmcə böyüməsi müşahidə olunur. Quşlarda dalaq, qara ciyər hiperemiyalı olmaqla, həcmcə böyüyür və bəzən xırdla nekroz ocaqlarına rast gəlinir. • Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün Epizootoloci məlumatlar və kliniki nişanələr nəzərə alınaraq, dəqiq araşdırma Bakterioloci, seroloci və allergiya sınaqları əsasında həyata keçirilir. • Patoloji material. Heyvan diri ikən böyümüş limfa düyünlərindən punktat, atılmış bala, balaətrafı pərdə (cift), sidik, nəcis; heyvan öldüklən sonra isə dalaq, qaraciyər, böyrəklər, böyümüş limfa düyünləri, yaxud heyvanların bütövlükdə cəsədi müayinə məqsədilə laboratoriyaya göndərilir. Nəzərdə tutulan vaxt ərzində Patoloji materialı göndərmək mümkün olmadıqda nümunə 30%-li qliserin məhlulu, yaxud steril vazelin yağı ilə parafin qarışığında (25 ml vazelin yağı+ 2,5 ml parafin) konservləşdirilməlidir. Laboratoriyaya qəbul olunmuş Patoloji nümunə müayinə olunan zaman mikroskopiya, təmiz kulturanın alınması və Bioloji sınaqdan istifadə olunur. Mikroskopiya məqsədilə orqan və toxumalardan hazırlanmış yaxmalar Qram və Romanovski-Gimza üsulları ilə boyanır. Romanovski-Gimza boyası ilə törədici adətən çəhrayı-mavi rəngdə, bir qayda olaraq bipolyar boyanır. • Laboratoriyada diaqnostika məqsədilə törədicini kulturalaşdıran zaman Mak-Koy, Frensis (ət peptonlu aqarda 1%-li pepton, 0,5%-li NaCl, 0,1%-li sistin+1%-i qlükoza), Yemelyanov (ƏPA-ra 0,1%-li sistin və 1%-li qlükoza əlavə olunur) qida mühitlərindən istifadə olunur. • Bioloji sınaq məqsədilə laboratoriya heyvanlarından ağ siçan və hind donuzları, Patoloji materialdan hazırlanmış suspenziya ilə 0,5 ml dozada dərialtına yoluxdurulur. Əgər Patoloji materialda F.tularensis vardırsa, ağ siçanlar 3-4 günə (bəzən 8-12 günə), hind donuzların isə 4-5 gün müddətinə ölür. • Xəstəliyin diaqnozunda seroloci reaksiyalardan AR, PR və NR-dan istifadə olunur. AR qoyulan zaman antigen məqsədilə Mak-Koy qida mühitində formalaşan 2 günlük kulturadan istifadə olunur. AR-da diaqnostik titr 1:25 və 1:50 hesab edilir. • Tulyaremiyanın diaqnozunda allergiya sınağından müvəfəqiyyətlə istifadə olunur.

  9. Təfriqi diaqnoz. Tulyaremiya, əsasən Anaplazmoz, Paratuberkulyoz, brusellyoz və koksidioz xəstəliklərindən Epizootoloci və kliniki məlumatlar, həmçinin laboratoriya və allergiya müayinələrinin nəticələrinə əsasən təfriq olunur. • Müalicə. Effektli müalicə vasitələri yoxdur. Xəstələrə antibiotiklərdən streptomisin, oksitetrasiklin tətbiq olunur. Cərrahi yolla isə zədələnmiş limfa düyünləri götürülür. • Immunitet. Tam öyrənilməyib. Xəstəlikdən sağalmış heyvanlarda immunitet yaranır. Spesifik profilaktimka məqsədilə effekli quru-diri vaksin hazırlanmışdır ki, bu da ancaq insanlara tətbiq olunur (B.Y.Elbert, N.A.Qayski-1946). Tulyaremiya əleyhi peyvənd etmək üçün, kürək nahiyyəsinin üçdə bir hissəsində dəriüstü (skarifikasiya üsulu) metodla bir dəfəlik olaraq vaksinin tədbiqi həyata keçirilir. Vaksinasiyanın nəticəsi peyvəndləmədən 5-12 gün keçmiş yoxlanılır. • Profilaktika və mübarizə tədbirləri. Qeyri-sağlam təsərrüfatlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri vaxtaşırı olaraq həyata keçirilməlidir. Epidemioloci göstəriş əsasında Planlı şəkildə əhali arasında vaksinoprofilaktika (tulyaremiyaya görə qeyri-sağlam bölgələrdə yaşayan əhali arasında) həyata keçirilməli (quru-diri tulyaremiya vaksini ilə) 5 ildən sonra revaksinasiya aparılmalıdır. • Tulyaremiyadan ölmüş heyvanlar 2 metr dərindəkdə basdırılaraq üstündən əhəngli su axıdılmalıdır. Ölmüş heyvanların gönü və dərisi günəş altında 2 ay qurudulmalıdır. Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlardan, sağlam heyvanlar ayrılaraq başqa təsərrüfatlarda yerəşdirilir. Xəstəliyə tutulmuş heyvanların ətindən istifadə etmək qəti qadağandır və həmin məhsullar utilizasiya olunur. • Qeyri-sağlam təsərrüfatlarda yem qalıqları yığılaraq yandırılır və peyin biotermiki üsullarla zərərsizləşdirilir. 3%-li lizol və krizol, 3%-li xlorlu əhəng məhlulları, 2%-li natrium qələvisi məhlulu ilə heyvan və quş saxlanan binalar, ətraf sahələr dezinfeksiya edilir.

  10. PSEVDOTUBERKULYOZ - PSEVDOTUBERKULOSIS (Rodentioz) - (Rodentiosis) • Psevdotuberkulyoz bir çox növ heyvanların və quşların infeksion xəstəliyi olub, müxtəlif orqanlarda, vərəm düyünlərini xatırladan, kazeozlu düyünlərin əmələ gəlməsi ilə xarakterlənir. Xəstəliyə insanlarda tutulur. Orqanizmin ümumi intoksikasiyası, nazik bağırsaq, qara ciyər və oynaqların zədələnməsi xəstəlik üçün səciyyəvidir. • Tarixi məlumat. Xəstəliyə dünyanın əksəriyyət ölkələrində təsadüf edilir. Xəstəliyin törədicisi ilk dəfə-(Corynebakterium (c) Psevdotuberkulosis). Qoyunlarda tuberkulyoza bənzər dəyişiklərin müayinəsi zamanı ayrılmışdır. 1891-ci ildə Prets, qoyunların şorvari kütlə ilə dolmuş şişlərindən turşuyadavamsız çöpəbənzər bakteriyaları əldə etmişdir. • 1893-cü ildə Nokard atların yaralı limfanqiti zamanı, xəstəlik törədicisini müəyyən etmişdir. 1883-cü ildə Malaşeç və Viçnar, hind donuzlarında tuberkulyoza bənzər xəstəlik zamanı, kokkabənzər bakteriyalar ayırmış və onu Tuberculose zoogleigue adlandırmışlar. • 1899-cu ildə Alman alimi Pfeyffer ilk dəfə olaraq xəstəlik törədicisini atların limfa düyünlərindən izolyasiya etmiş və onu Bacillus Psevdotuberculosis adlandırmışlar. • Xəstəliyin törədicisi uzun müddət xariçdə Pyers-Nokar çöpü adlandırılmışdır. Müasir təsnifata əsasən, Psevdotuberkulyozun törədicisi Enterobacteriacene ailəsinin, Yersinia cinsinə aid edilir.

  11. Xəstəliyin törədicisi.Bact. psevdotuberculosis rodentum adlanır. Amil qrammənfi, hərəkətli (250 C-dən yüksək olmayan temperaturda), kənarları yumru çöpşəkilli bakteriyalar olub, (0,8-1,2 x 0,5-0,8 mkm) ölçüyə malik mikroorqanizmlərdir. Törədici spor və kapsula əmələ gətirmir, bir qayda olaraq Romanovski-Gimza üsulu ilə bipolyar boyanır. Amil anilin boyaları ilə qeyri-bərabər boyanır. Aerob və Fakultativ anaerobdur. Amil adi qida mühitlərində yaxşı boy verir. • Ət peptonlu aqarda və ya ət peptonlu qanlı aqar qida mühitlərində 24 saatdan sonra, S, R və O formalı kaloniyalar formalaşır. Qanlı aqarda kiçik zonada hemoliz yaranır. • Ət peptonlu bulyonda isə əvvəlcə bulanıq, üzərində pərdə, mühitin dibində isə çöküntü baş verir. • S-formalı kaloniyalar əmələ gətirən törədicilərə endo və ekzo toksinlər mənsubdur ki, bunlarda hemolitik, piogen, dermonekrotiki, antihemolitik xüsusiyyətlərə malikdir. Amilin 6 serovarı mövcuddur. Xəstə heyvanlardan və insanlardan əsasən serovar (I)-90%; serovar (III)-9%; bəzən serovar (IV)-1% ayrılır. Digər serovarlara isə xəstələrdə təsadüf edilmir. • Törədicidə Presipitogen, allergik, komplement birləşdirici və hemaqqlütininləşdirici antigenlər mövcuddur. Hazırda bakteriya hüceyrəsindən 19 antigen kompleksi ayrılmışdır. • Müəyyən olunmuşdur ki, Psevdotuperkullyoz mikrobunun populyasiyası heterogenlik xüsusiyyətinə malikdir və 4 variandan ibarətdir ki, bunlarda toksiki, immunogenlik, virulentlik və davamlılığına görə fərqlənir. • Davamlılığı.Bact.psevdotuberculosis rodentum qurumaya davamlı olmaqla ətdə, torpaqda, nəcis və irin kütləsində uzun müddət yaşaya bilir. Amil pensillin, tetrasiklin və sulfanilamid preparatlarının təsirinə həssasdır. 2,5%-li karbol turşusu məhlulu, 0,25%-li formaldehid 1-6 gəqiqə müddətində törədicini məhv edir. 5%-li naftizol bakteriyaları 1-2 dəqiqəyə öldürür. Amil suda öz yaşama qabiliyyətini uzun müddət saxlayır. Törədici soyuducuda saxlanılan ərzaq məhsulları və bioloji substratlarda da uzun müddət yaşaya bilir.

  12. Epizootoloci məlumatlar. Infeksiyanın Rezervu-arı- xarici mühitdir. Törədici fakultativ parazitdir. Infeksiyanın əsas mənbəyi xəstə qoyunlar, xəstəlikdən sağalmış heyvanlar hesab edilir. Xəstəliyə 60 növ heyvan və 27 növ quş tutulur. Təbii şəraitdə xəstəliyə ən çox qoyunlar, nisbətən az keçi, at, iri buynuzlu heyvanlar, donuz, dəvə, meymun, dovşan, hind donuzu, ev siçanları, kirpilər və digər heyvanlar həssaslıq göstərirlər. • Toyuq və göyərçinlər isə xəstəliyə həsas deyildir. Xəstəliyə tutulmuş fərdlərdən, amil, burun axıntısı, nəcis və sidik vasitəsilə xaricə ifraz edilir. Xəstəliklə yoluxma əsasən alimentar yolla (sirayətlənmiş su və yemin qəbulu zamanı) həyata keçir. Bəzi mənbələrdən əldə olunan məlumatlara törə, yoluxma aerogen (törədici ilə çirklənmiş havanın qəbulu zamanı), həmçinin zədələnmiş toxuma vasitəsilə də baş verə bilir. Lakin qeyd olan bu məsələlər sübut edilməmişdir. Xəstəlik əsasən sporodik, bəzi hallarda kiçik epizootiya halındada müşahidə edilir. Xəstəlik zamanı stasionarlıq mövcud olmaqla, xəstəlik əsasən qış aylarında baş verir. Xəstəliyin baş verməsində və yayılmasında heyvanların saxlanma şəraitinin və yemləmənin əhəmiyyəti böyükdür. • Patogenez. Orqanizmə daxil olan yersiniyalar, regionar limfa düyünlərində lokalizasiya edərək, irinli –iltihab prosesi törədir, qan dövranı sisteminə daxil olaraq orqan və toxumalara yayılır, septisemiya baş verir. Ağ ciyərdə, dalagda, yelin və nazik bağırsaqlarda irinli- nekrotiki ocaqlar yaranır, toksiki təsirlə əlaqədar olaraq Mərkəzi-Sinir sistemi zədələnir, ürək fəaliyyəti pozulur. Asfiksiya, ürək çatışmazlığı və kaxeksiya nəticəsində xəstələr tələf olur.

  13. Gedişi və kliniki əlamətləri. Xəstəliyin inkubasiya dövrü 9-14 gündür. Insanlarda isə bu dövr 3 gündən 10 günədək davam edir. Xəstəliyin gedişi əsasən heyvanın növündən və orqanizmin ümumi vəziyyətindən asılıdır. • Qoyunlarda xəstəlik adətən xroniki, simptomsuz keçir. Xəstələrdə səthi limfa düyünləri böyüyür, yardıqda Irin kütləsi ayrılır. Ağ ciyərlərin zədələnməsi zamanı, bronxopnevmoniya əlamətləri-öskürək, tənəffüsün tezləş-məsi və çətinləşməsi, burun axıntısı meydana çıxır. Xəstə qoyunlarda mastit qeydə alınır. Erkək fərdlərdə xayalar və xaya artımı zədələnir, orxit baş verir. Xəstələrdə pielonefrit inkişaf edir, sidik bulanlıq və tərkibində pambıqvari çöküntü olur. Septiki proses nəticəsində leykositoz, monositoz artır, hemoqlobinin kəskin azalması nəticəsində selikli qişalar solğunlaşır. • Xəstəlik zamanı, quzularda ümumi zəiflik, bədən temperaturunun yüksəlməsi, hərəkət koordinasiyasının pozulması, nəbz və tənəffüsün tezləşməsi, səthi limfa düyünlərinin böyüməsi, ishal və kaxeksiya xarakterik əlamətlər sayılır. Qoyunlarda letallıq 20%-dəkdir. • Atlarda limfa düyünlərinin zədələnməsi, gövdənin müxtəlif nahiyələrində avses və yaraların əmələ gəlməsi, madyanlarda mastit və balasalma, xarakterik əlamətlər-dəndir. Xəstəliyə tutulmuş atlarda qarın və döş boşluğunda şişkinlik, sinir oyanıqlığı da səciyyəvi əlamətlər hesab edilir. Xəstəlik zamanı qaramalda pnevmoniya simptomları, mastit və abort meydana çıxır. • Donuzlarda-sarılıq, ishal, baş və qarın nahiyələ-rində şişkinliklər meydana çıxır. • Diaqnoz. Epizootoloci xüsusiyyətlər, kliniki əlamətlər. Patoloji-anatomiki dəyişikliklər əsas götürülərək, bakterioloci müayinə əsasında xəstəliyə dəqiq diaqnoz qoyulur. Diaqnoz zamanı bəzən allergik reaksiyalardan da istifadə edilir. • Bioloji sınaq məqsədilə hind donuzları və ağ siçanlardan istifadə olunaraq, yoluxdurulur. Bu məqsədlə Patoloji-materialdan əldə edilmiş ekstrakdan təçrübə heyvanlarına inyeksiya edilir. Yoluxdurulmuş laboratoriya heyvanları bir ay müddətində ölür və Patoloji-yarma zamanı bunların daxili orqanlarında çoxlu sayda psevdotuberkulyoz düyünləri müşahidə edilir.

  14. Təfriqi diaqnoz. Psevdotuberkulyoz qoyunlarda, Tuberkulyozdan; quşlarda Tuberkulyoz, Pasterellyoz, Tif və Leykozdan; gəmiricilərdə Tulyaremiyadan, atlarda Saqqo və Epizootik limfanqitdən təfriq edilməlidir. • Müalicə. Səmərəli Müalicə vasitəsi yoxdur. Müalicə məqsədilə, abseslər yarılır, Irin kütləsi təmizlənir və oçaq antiseptiki məhlullarla yuyulur. Xəstələrə daxilə Sulfanilamid preparatları verilir, antibiotiklərdən Xloram-fenikol, neomisin, ampisillin, oksitetrasiklin, tetrasiklin, pensillin müvafiq dozalarda əzələarası yeridilir. • Immunitet. Öyrənilməmişdir. • Profilaktika və mübarizə tədbirləri. Xəstəliyin qarşısını almaq məqsədilə qeyri-sağlam təsərrüfatlardan heyvanların və yem nümunələrinin. heyvan məhsullarının çıxarılmasına icazə verilməməlidir. • Təsərrüfatda xəstələr qeydə alındıqda, xəstələr ayrılaraq izolyatorda yerləşdirilir, Müalicə aparılır diqər heyvanlar müayinədən keçirilir. • Təsərrüfatlarda sistematik olaraq deratizasiya tədbirləri həyata keçirilməli, çari dezinfeksiya aparılmalıdır. • Təsərrüfata yeni gətirilmiş heyvanlar karantində saxlanılır və onlara xüsusi nəzarət edilir. • Təsərrüfatlarda sistematik olaraq deratizasiya tədbirləri həyata keçirilməlidir. • Xəstəlik müşahidə edildikdə, heyvanlar izolyatorda yerləşdirilir müalicə aparılır, yaxud öldürülür və zərərsizləşdirilir. Digər heyvanlar isə ayda iki dəfə müayinədən keçirilir (Səthi limfa düyünləri Palpasiya edilir). • Təsərrüfatlarda normal zoogigiyeniki saxlanma şəraitinin təmin edilməsi, heyvanların yüksək qidalılıq dəyərinə malik yem normaları ilə yemləndirilməsi mühüm profilaktik əhəmiyyətə malikdir. Vaxtaşırı dezinfeksiya aparılır (1-3%-li karbol turşusu məhlulu; 0,25%-li formalin məhlulu; 1-2%-li süleymani məhlulu ilə). • Qeyd olunan profilaktik tədbirlərin plana uyğun olaraq həyata keçirilməsi, insanların təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir və bu məsələlərin həlli diqqət mərkəzində dayanmalıdır.

More Related