1 / 30

Dumanın proqnozu

MİLLİ AVİASİYA AKADEMİYASI. Dumanın proqnozu. Mühazirəçi: İsmayilova İ.E. Atmosferin aşağı təbəqəsində su buxarının kondensasiyası nəticəsində görünüş məsafəsi 1000 m-dən az olarsa, bu meteoroloji hadisəyə duman deyilir. İntensivliyinə görə dumanlar 4 tipə bölünürlər:

lefty
Télécharger la présentation

Dumanın proqnozu

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MİLLİ AVİASİYA AKADEMİYASI Dumanın proqnozu Mühazirəçi: İsmayilova İ.E.

  2. Atmosferin aşağı təbəqəsində su buxarının kondensasiyası nəticəsində görünüş məsafəsi 1000 m-dən az olarsa, bu meteoroloji hadisəyə duman deyilir. İntensivliyinə görə dumanlar 4 tipə bölünürlər: • zəif dumanlar – görünüş məsafəsi 500-1000 m; • mülayim dumanlar – görünüş məsafəsi 200-500 m; • güclü dumanlar - görünüş məsafəsi 50-200 m; • çox güclü dumanlar – görünüş məsafəsi 50 m-dən az.

  3. Dumanların əmələ gəlməsinin sinoptik şəraiti çox müxtəlifdir. Havanın soyuması nəticəsində yaranan dumanlar aşağıdakılardır: • Radiasiya dumanları; • Advektiv dumanlar; • Qarışıq (advektiv-radiasiya) dumanlar. Dumanların əmələ gəlməsinə hava şəraiti (buludluq, külək, havanın rütubətliyi, şaquli temperatur qradiyenti), səthin vəziyyəti və relyefin xüsusiyyətləri və s. təsir göstərir.

  4. Duman şəraitinin proqnozu əsas etibarilə iki temperaturun proqnozuna əsaslanır: duman əmələgəlmə temperaturu (Tt), havanın minimal temperaturu (Tmin). Duman əmələgəlmə temperaturu minimal temperaturdan böyük olarsa hava proqnozunda duman gözlənilməlidir. Tt  Tmin  

  5. Radiasiya dumanlarının proqnozu

  6. Radiasiya dumanlarının yaranmasının əsas səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin radiasiya soyuması nəticəsində havanın temperaturunun aşağı düşməsidir. Radiasiya dumanlarının yaranması üçün əlverişli şərait: • Aydın və ya az buludlu hava şəraiti; • Zəif külək (3-4 m/san-dən zəif); • Soyuq havanın toplanmasını təmin edən çökək relyef. Radiasiya dumanlarının şaquli qalınlığı bir neçə metrdən bir neçə on metrə qədər, bəzən isə 100-200 m-ə qədər çata bilir.

  7. N.V. Petrenko metodu ilə radiasiya dumanlarının proqnozu N.V. Petrenko duman əmələgəlmə temperaturunun təyini üçün aşağıdakı tənliyi təklif etmişdir: Tt = Td - Tt burada, Td – ilkin anda şeh nöqtəsinin temperturu, Tt – dumanların əmələ gəlməsi üçün lazım olan soyuma temperaturudur. N.V. Petrenko duman əmələgəlmə temperaturunu müəyyən etmək üçün qrafik təklif etmişdir.

  8. Radiasiya dumanlarının proqnozu üçün operativ metodlar Şəkil 1. Radiasiya dumanlarının proqnozu üçün qrafik.

  9. Şəkil 2. N.V. Petrenko metodu ilə radiasiya dumanlarının proqnoz qrafiki. 1 – çən xətti, 2 – zəif duman xətti, 3 – güclü duman xətti.

  10. Advetkitv dumanların proqnozu

  11. Sinoptik şəraitin proqnozunda soyuq səth üzərinə isti və rütubətli havanın adveksiyası proqnozlaşdırılırsa advektiv advektiv dumanları gözləmək mümkündür. Advektiv dumanlar bir qayda olaraq, qışda və ilin keçid vaxtlarında havanın nəzərə çarpacaq dərəcədə isinməsi zamanı yaranırlar. Advektov dumanların yaranması üçün ümumi şərtlər aşağıdakılardır: • Yer səthində şeh nöqtəsi çatışmazlığının temperaturu çox böyük olmamalıdır (d3°C şəraitində adətən, dumanlar yaranmırlar); • Yer səthində küləyi sürəti 8 m/s-dən çox olmamalıdır.

  12. İ.V. Koşolenko metodu ilə advektiv dumanların proqnozu Şəkil 3. Advektiv dumanların əmələgəlmə mümkünlüyü üçün İ.V. Koşolenko qrafiki

  13. N.V. Petrenko advektiv dumanların proqnozu üçün hərəkət trayektoriyasının başlanğıcında temperaturun üfüqi qradiyentini (/∆S), şeh nöqtəsi çatışmazlığını (d) və yer səthində küləyin proqnozlaşdırılan sürətini (v)nəzərə almağı təklif edir. Deyilənləri əyaniləşdirmək üçün N.V. Petrenko kompleks qrafik təklif edir. N.V. Petrenko metodu ilə advektiv dumanların proqnozu Şəkil 4. Advektiv dumanlar üçün N.V. Petreko qrafiki.

  14. Advektiv dumanların dağılma vaxtını təyin etmək və proqnozlaşdırmaq üçün aşağıdakıları bilmək vacibdir. Advektiv dumanlar: • İsti adveksiyasindan sonra dağılırlar (küləyin istiqamətinin əksinə dönməsi); • Günəşin çıxmasından sonra (temperaturun artması və yer səthinin qızması); • Yer səthinin radiasiya soyuması nəticəsində dağılırlar; • Yerüstü küləyin sürətinin 8 m/s-dən daha çox artması 1-6 saatdan sonra dumanların dağılmasına səbəb olur; • Yağıntıların düşməsi nəticəsində də advektiv dumanlar dağılırlar.

  15. Cəbhə dumanlarının proqnozu Cəbhə dumanları azhərəkətli isti cəbhələrin önündə və ilin söyuq dövründə, yaxud, azhərəkətli soyuq cəbhələrin arxasında yaranırlar. Cəbhə dumanlarının yaranmasının əsas səbəbi yağış və çiskin damcılarının buxarlanmasıdır. Bu tip dumanların fiziki mahiyyəti isə daha isti hava kütləsindən nisbətən soyuq səthə düşən yağış damcılarının kondensasiyasından ibarətdir. Stasionar cəbhələrin dumanları adətən gecə saatlarında müşahidə edilirlər.

  16. Cəbhə dumanlarının proqnozu zamanı aşağıdakıları nəzərə almaq lazımdır: • Cəbhə inversiyalarının yuxarı sərhəddində havanın temperaturu 0°C olmalıdır; • Cəbhə inversiyalarının yuxarı sərhəddində havanın temperaturu yer səthinin temperaturundan çox və ya 3°C-yə bərabər olmalıdır; • Yer səthində yağıntı zonalarından kənarda soyuq hava üçün şeh nöqtəsi çatışmazlığı 2°C-dən yuxarı olmamalıdır; • Yer səthində soyuq havada küləyin sürəti 6 m/s-dən çox olmamalıdır.

  17. Şəkil 5. Cəbhə dümanlarının proqnoz qrafiki

  18. Aşağı təbəqə buludluğunnun proqnozu

  19. Y.N. Volnovski metodu ilə aşağı buludluğun yaranma vaxtının proqnozu. Y.N. Volnovski aşağı buludluğun yaranma vaxtının proqnozu üçün aşağıdakı empirik düsturu təklif etmişdir: ∆t = a1 (100% - R0) + a2(R3 – R0) + a3 burada, ∆t = t – t0 günəşin batması ilə aşağı buludluğun əmələgəlmə anı arasında zaman intervalı; R3 və R0 – günəşin batma anında və 3 saat sonra havanın nisbi rütubətliyi;  - Günəşin batma anında küləyin istiqaməti ilə gecə saatlarında hakim külək istiqaməti arasındakı bucaq; a1, a2 a3 empirik seçilmiş əmsallar olmaqla, a1 = 0.85, a2 = 0.94, a3 = -0.06.

  20. Konvektiv buludların proqnozu Səciyyəvi konvektiv buludlar topa (Cu) və topa-yağış (Cb) buludlarıdır. Konvektiv buludların proqnozu mövcud olan və gözlənilən sinoptik vəziyyətə görə müəyyən edilir. Konvektiv buludluğun miqdarının proqnozu A.N. Moşnikov tərəfindən alınmış empirik tənlik vasitəsilə alınır: Nmax = 0,075 ∆h±1,5 burada, Nmax – gündüz saatlarında buludluğun ballarla miqdarı; ∆h – konvektiv dayanıqsız təbəqənin qalınlığıdır.

  21. Abşeron yarımadasında aşağı buludluğun proqnozlaşdırılması zamanı N.Ş. Hüseynovun təklif etdiyi metoddan istifadə etməklə yaxşı nəticələr əldə etmək mümkündür. Bu metoda əsasən Bakıda suyun temperaturu ilə Mahaçqalada (cənub istiqamətli küləklər zamanı Lənkəranda) havanın temperaturunun fərqinin Bakıda şeh nöqtəsi çatışmazlığına nisbəti (K) hesablanır: burada, K –Hüseynov parametri; - Bakıda su səthinin temperaturu ilə Mahaçqalada (cənub küləkləri üçün Lənkəranda) havanın temperaturu arasındakı fərq; (T – Td)B - Bakıda şeh nöqtəsi çatışmazlığı.

  22. Şimal küləkləri zamanı 6 saat müddətində buludların aşağı sərhəddinin proqnozu aşağıdakı xətti tənliklər vasitəsilə mümkündür: L = - 0,573 VM – 0,372 (TM - TB) + 0,241K + 2,627 H = 1,417( TM - TB) – 7,437 – 12,161(T - Td )M + 317, burada, VM - Mahaçqalada üfüqi görünüş məsafəsi; (TM - TB) Mahaçqala və Bakı arasında havanın temperatur fərqləri; K – Hüseynov parametri; - Bakıda suyun temperaturu ilə Mahaçqalada havanın temperaturunun fərqi; (T- Td)M - Mahaçqalada şeh nöqtəsi çatışmazlığı; L – diskriminant funksiyanın qiyməti; H – buludların aşağı sərhəddinin proqnozlaşdırılan hündürlüyü. L  0 olduqda, 300 m-dən aşağı hündürlüklü buludluq proqnozlaşdırmaq olar, əksinə, L  0 olarsa,  300 m buludluq gözləmək olmaz.

  23. Şəkil 6. Soyuq adveksiyası zamanı 300 m-dən aşağı buludluğun proqnozu üçün nomoqram.

  24. Şəkil 7. İsti adveksiyası zamanı 300 m-dən aşağı buludluğun proqnozu üçün nomoqram.

  25. Aşağı buludluq yarandıqdan sonra yaxın 3 saat ərzində buludların minimal hündürlüyünün proqnozu üçün N.Ş. Hüseynov aşağıdakı reqressiya tənliklərini tərtib etmişdir: - şimal küləkləri zamanı Hmin = (0,56H0 + 58) ±50, - cənub küləkləri zamanı Hmin = (0,76H0 + 3) ±36, burada, H0 – proqnoz tərtib olunan zaman proqnoz məntəqəsində aşağı təbəqə buludlarının başlanğıc hündürlüyü, m-lə.

  26. Buludların aşağı sərhəddinin hündürlüyünün proqnozu yarımempirik tənliklər vasitəsilə də həll edilir. Təcrübədə bu məqsədlə aşağıdakı tənliklərdən istifadə olunur: İppolitov tənliyi H = 24(100 – R) Ferrel tənliyi H = 122(T – Td)0. Hər iki tənlikdə H – buludların aşağı sərhəddinin hündürlüyü; T – yer səthində havanın temperaturu, °C-ilə, R – nisbi rütubətlik, %-lə.

  27. Atmosfer yağıntıları və oların proqnozu

  28. Yaranma şəraitindən, düşən hissəciklərin xarakterindən və yağıntının davamiyyət müddətindən asılı olaraq aşağıdakı yağıntı tipləri fərqləndirilir: • Çiskin yağıntılar – St və ya Sc buludlarından düşməklə çox kiçik su damcıları və ya qar dənəciklərindən (diametri 0,5 mm) ibarət olurlar. • Aramsız yağıntılar – Ns, bəzən isə As (ilin soyuq dövründə) buludlarından düşürlər. Su damcıları və ya qar dənəciklərinin diametri 0,5 mm olur. • Leysan yağıntılar – topa yağış (Cb) buludlarından güclü turbulentliklə əlaqədar olaraq iri su damcıları və ya qar lopaları, bəzən isə dolu şəklində düşürlər.

  29. Aviasiya Meteorologiyasında yağıntıların intensivliyi onların meteoroloji görünüş məsafəsinə göstərdiyi təsirə görə qiymətləndirilir və aşağıdakı kimi təsnif edilir: • zəif yağıntılar – görünüş məsafəsi 2000 m; • mülayim yağıntılar – görünüş məsafəsi 1000-2000 m; • güclü yağıntılar – görünüş məsafəsi 1000 m.

  30. Yağıntıların proqnozu buludluğun proqnozu ilə sıx əlaqədardır. Yağıntının növü yer səthində havanın gözlənilən temperauturu və 0°C izoterminin yer səthindən hündürlüyünü nəzərə almaqla proqnozlaşdırılır. Belə ki, 0°C izoterminin hündürlüyü 500 m-dən yuxarı və yerüstü təbəqədə havanın temperaturu +3°C-dən artıq olarsa, yalnız yağış proqnozlaşdırmaq olar. 0°C izoterminin hündürlüyü 500 m-dən aşağıda və yerüstü təbəqədə havanın temperaturu +3°C-dən az olarsa, qar və ya sulu qar proqnozlaşdırılır.

More Related