1 / 17

Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu

Azərbaycan Dövlət Aqrar Universiteti İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası. METROLOGİYANIN ƏSASLARI § 4. AZƏRBAYCAN RESPUBLİKASINDA METROLOJİ FƏALİYYƏTİN HÜQUQİ ƏSASLARI. QANUN.

Télécharger la présentation

Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar Universitetiİnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası METROLOGİYANIN ƏSASLARI § 4. AZƏRBAYCAN RESPUBLİKASINDA METROLOJİ FƏALİYYƏTİN HÜQUQİ ƏSASLARI. QANUN. Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu GƏNCƏ -2010

  2. P L A N: maddələr 1 -1.5.11

  3. Ə D Ə B İ Y Y A T 1. Смитлз К. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с. 2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. – СПБ.: Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»). 3. Аристов А.И. Метрология, стандартизация и сертификация: Учебник длястад. Высш. Учеб. Даведений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.: Издательский центр «Академия», 2006. -384 с. 4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. –671 с.

  4. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qa-nun hüquqi əsaslarla müəyyən edilərək, ölçmə vasi-tələrinin işlənib hazırlanması, istehsalı, yoxlanması, sı-nağı, istismarı, təmiri, satışı, idman və ixracı sahəsində münasibətləri tənzim edir. Maddə 1. Əsas anlayışlar. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mə-naları ifadə edir: 1.01. Ölçmələr vəhdəti –ölçmələrin elə vəhdətidir ki, onların nəticələri qəbul edilmiş vahidlərlə ifadə olu-nur və ölçmələrin xətaları müəyyən edilmiş sərhədlərdə yerləşir; 1.02. Metroloji xidmət -ölçmələrin vəhdətinin təmin edilməsinə yönəldilmiş iş növləri və fəaliyyət sub-yektləridir;

  5. 1.03. Ölçmə vasitələri –ölçmələrdə istifadə edilən və normalaşdırılmış metroloji xassələrə malik olan texniki vasitələrdir; 1.04. Kəmiyyət vahidinin etalonu –ölçünün kəmiy-yətini saxlayan və bu kəmiy-yətin digər ölçü vasitələrinə ötürülməsini təmin edən xüsusi hazırlanmış və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ölçü vasitələridir; 1.05. Dövlət kəmiyyət vahidinin etalanu Azərbaycan Respublikasında kəmiyyət vahidi kimi qəbul edilmiş il-kin etalondur; 1.06. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə nor-mativ sənədlər (metroloji qayda və normalar) – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət standartları, qaydalar, tövsiyyələr, təlimatlar, həmçinin qanunvericiliyə uyğun qaydada tətbiq edilən dövlət-lərarası və beynəlxalq standartlar;

  6. 1.07. Metroloji nəzarət –müəyyən edilmiş metroloji qayda və normalara əməl edilməsinin yoxlanması məq-sədilə müvafiq icra hakimiyyəti orqanı yaxud hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən həyata keçirilən fəaliyyətdir; 1.08. Ölçü vasitələrinin müqayisəli yoxlanması ölçü vasitələrinin müəyyən edilmiş texniki tələblərə uyğun-luğunun təyin və təsdiq edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı yaxud bu səlahiyyətlər verilmiş hü-quqi şəxslərin metroloji xidmətləri tərəfindən yerinə yetirilən əməliyyatların məcmusudur; 1.09. Ölçü vasitələrinin tipinin təsdiq edilməsi haq-qında sertifikat –ölçü vasitələrinin tipinin qanunverici-liklə müəyyən edilmiş qaydada təsdiq edilməsi, müəyyən edilmiş tələblərə uyğunluğu haqqında müvafiq icra haki-miyyəti orqanı tərəfindən verilən sənəddir;

  7. 1.0.10. Ölçü vasitələrinin müqayisəli yoxlanması hüququnun verilməsi – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müqayisəli yoxlama işlərinin yerinə yetirilməsi səlahiyyətlərinin rəsmi tanınmasıdır. 1.0.11. Ölçü kütləsinin kalibrlənməsi –dövlət metro-loji nəzarətinə aid olmayan ölçü vasitələrinin tətbiq olun-ması yararlığının müəyyən edilməsi və təsdiqi məqsədilə yerinə yetirilən əməliyyatların məcmusudur; 1.0.12. Kalibrlənmə haqqında sertifikat – kalibrlən-məni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yaxud bu sələhiyyətlər verilmiş hüquqi şəxslərin metro-loji xidmətləri tərəfindən ölçü vasitələrinin kalibrlənməsi nəticələrinin təsdiq edilməsi haqqında verilən sənəddir; 1.0.13. Ölçmələrin yerinə yetirilməsi üsulları – ölç-mələrin nəticələrinin məlum xəta ilə alınmasını təmin edən əməliyyat və qaydalardır.

  8. Maddə 2. Ölçü vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi. Ölçü vəhdətinin təmin edilməsi haqqında Azərbay-can Respublikasının qanun-vericiliyi bu qanundan ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3. Qanunun tətbiq sahəsi. Bu qanun Azərbaycan Respublikası ərazisində mül-kiyyət formasından asılı ol-mayaraq fəaliyyət göstərən müvafiq fiziki və hüquqi şəxslərə aid edilir. Maddə 4. Kəmiyyət vahidləri.

  9. 4.1. Azərbaycan Respublikasında ölçmələr zamanı beynəlxalq vahidlət sistemi-nin kəmiyyət vahidlərinin tətbiqinə müvafiq icra hakimiyyəti orqanə tərəfindən müəyyən edilmiş qaydada yol verilir. Kəmiyyət vahid-lərinin adlarını, işarələrini, ya-zılarını, həmçinin Azər-baycan Respublikası ərazisində onların tətbiq edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 4.2. İxrac edilən məhsulların, o cümlədən ölçü vasi-tələrinin xassələri və para-metrləri sifarişçinin müəyyən etdiyi kəmiyyət vahidləri ilə ifadə edilə bilər. Maddə 5. Dövlət kəmiyyət vahidləri etalonları 5.1. Ölkə daxilində ölçülərin vəhdətinin təmin edil-məsinin texniki əsaslarını dövlət kəmiyyət vahidləri etalonları təşkil edir.

  10. 5.2. Dövlət kəmiyyət vahidləri etalonları onların ölçülərinin verilmiş kəmiy-yətlərinə bütün ölçü vasitə-lərinə ötürülməsi məqsədi ilə kəmiyyət vahidlərinin tək-rarlanması və saxlanması üçün ilkin etalon kimi istifadə edilir. 5.3. Dövlət kəmiyyət vahidləri etalonları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 6. Ölçmələrin yerinə yetirilməsi üsulları. 6.1. Ölçmələr müəyyən edilmiş qaydada attestasiya olunmuş üsullara uyğun həyata keçirilməlidir. 6.2. Ölçmələrin yerinə yetirilməsi üsullarının işlənib hazırlanması və attestasiya edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyət

  11. Maddə 7. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyət Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata ke-çirilir. Maddə 8. Hüquqi şəxslərin metroloji xidmətləri 8.1. Hüquqi şəxslər ölçmələrin tələb edilən dəqiq-liyinin və vəhdətinin təmin edilməsi üzrə işlərin yerinə yetirilməsi və metroloji nəzarətin həyata keçirilməsi üçün metroloji xidmət yarada bilər. 8.2. Hüquqi şəxslərin metroloji xidmətlərinin fəaliyyətinə müvafiq icra haki-miyyəti orqanı tərəfindən nəzarət edilir. 8.3. Hüquqi şəxslərin metroloji xidmətlərinin fəaliy-yəti haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

  12. Maddə 9. Dövlət metroloji nəzarəti 9.1. Azərbaycan Respublikasında dövlət metroloji nəzarətləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; 9.2. Dövlət metroloji nəzarətinə aşağıdakılar aiddir; 9.2.1. Dövlət sınaqlarının aparılması və ölçü vasitələrinin tipinin təsdiq edilməsi; 9.2.2. Ölçü vasitələrinin, o cümlədən etalonların müqayisəli yoxlanması; 9.2.3. Ölçü vasitələrinin və ölçmələrin yerinə yetirilməsi üsullarının tətbiq edilməsinin yoxlanması; 9.2.4. Ölçü vasitələrinin istismarına, istehsalına, satışına və idxalına, ölçmələrin yerinə yetirilməsinin attestasiya edilmiş üsullarına, etalonlara, metroloji norma və qaydalara nəzarət;

  13. 9.3. Metroloji qayda və normalara riayət edilməsini yoxlamaq məqsədilə həyata keçirilən dövlət metroloji ölçü vasitələri istifadə olunan mülkiyyət formalarından asılı olmayaraq bütün sahələrə şamil edilir. Maddə 10. Ölçü vasitələrinin dövlət sınaqlarından keçirilməsi və tipinin təsdiq edilməsi. 10.1. Dövlət metroloji nəzarətinin şamil edildiyi sa-hələrdə istismar edilən ölçü vasitələri dövlət sınaqla-rından keçirilməklə tipi təsdiq edilməlidir; 10.2. Ölçü vasitələrinin tipinin təsdiq edilməsi haq-qında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir və ölçü vasitələrinin təsdiq edilməsi haq-qında sertifikat təsdiq edilir. Həmin sertifikatın forması və qüvvədə olma müddəti müvafiq “İHO” tərəfindən müəyyənləşdirilir. Ölçü vasitələrinin təsdiq edilmiş tipi

  14. ölçü vasitələrinin dövlət reyestrinə daxil edilir. Ölçü vasitələrinin dövlət reyestrinin aparılması qaydası müvafiq “İHO” tərəfindən müəyyən edilir; 10.3. Ölçü vasitələri tipinin təsdiqi məqsədi ilə on-ların dövlət sınaqlarından keçirilməsi dövlət metroloji nəzarətini həyata keçirən müvafiq “İHO” – nın müəyyən etdiyi hallarda və qaydada aparılır; 10.4. Dövlət sınaqlarından keçirilməsi üçün ölçü vasitələrinin nümunələri nor-mativ və istismar sənədləri ilə birlikdə sınağı keçirən təşkilata təqdim etməlidir; 10.5. Ölçü vasitələrinin təsdiq edilmiş tipə uyğun-luğuna nəzarəti istehsalçıların, yaxxud istifadəçilərin yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

  15. 10.6. Tipi təsdiq edilmiş ölçü vasitələrinə və hər nüs-xəni müşaiyət edən istismar sənədlərinə müəyyən edil-miş formada ölçü vasitələri tipinin təsdiq edilməsi haq-qında damğa vurulur; 10.7. Ölçü vasitələrinin təsdiq edilməsi haqqında məlumat və onun ləğv edilməsi haqqında qərar mətbu-atda dərc olunur; 10.8. Ölçü vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçü vasitələrinin istehsalı, istismarı, satışı və idxalı qadağandır. Maddə 11. Ölçü vasitələrinin müqayisəli yoxlanıl-ması. 11.1. Dövlət metroloji nəzarətinə cəlb edilən ölçü vasitələri istehsaldan buraxıldıqda, yaxud təmir edil-dikdən sonra və istismar zamanı müqayisəli yoxlamadan keçirilməlidir.

  16. 11.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin metroloji xidmətlərinə ölçü vasitələrinin müqayisəli yoxlanması hüquqi qanunvericiliklə müəyyən edilmiş qaydada verilə bilər. 11.3. Hüquqi şəxslərin metroloji xidmətləri tərəfin-dən həyata keçirilən müqayisəli yoxlama fəaliyyətinə müvafiq “İHO” nəzarət edir; 11.4. Dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə ölçü vasitələrini istehsal, istismar yaxud təmir edən hüquqi və fiziki şəxslər ölçü vasitələrini vaxtında müqayisəli yoxlamaya təqdim etməlidirlər. 11.5. Ölçü vasitələrinin müqayisəli yoxlanmasının müsbət nəticələri müvafiq icra hakimiyyəti orqanı tərə-findən yoxlama möhürü, yaxud yoxlama haqqında şəha-dətnamə ilə təsdiq edilir.

  17. Diqqətinizə görə çox sağ olun. TƏRTİBAÇI İSMAYILOVA HİCRAN

More Related