1 / 15

Fənn: Zoogigiyena M övzü: Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan

asher
Télécharger la présentation

Fənn: Zoogigiyena M övzü: Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

  2. Plan 1.Heyvandarlıqda suyun gigiyenik və təsərrüfat əhəmiyyəti 2.Suya qoyulan sanitar-gigiyeniki tələblər 3.İçməli suyun ümumi sanitariya cəhətdən qiymətləndirilməsi üsulları 4. Su mənbələri və onların xarakteristikası (yeraltı və yerüstü sular) 5.Suların fiziki, kimyəvi, bakterioloji xassələri 6.Su mənbələrinin çirklənmə yolları Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  3. Ədəbiyyat siyahısı 1.Ə.A.Əsgərov, O.M.Məmmədova.K/t heyvanlarının ümumi gigiyenası, Gəncə - 2009. 2.Ə.A.Əsgərov və başqaları.Müasir ekologiya, Bakı – 2007. 3.Ə.A.Əsgərov,M.M.Əliyev, O.M.Məmmədova. Sanitariya və zoogigiyena fənnindən metodik göstəriş. Gəncə-2005. 4. Ə.A.Əsgərov. Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə, Bakı – 1989. 5. Ə.A.Əsgərov, E.M.Hüseynov. Müasir ekologiya, Gəncə - 2004. Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  4. Heyvandarlıqda suyun gigiyenik və təsərrüfat əhəmiyyəti Su mənbələrinin patogen mikroorqanizmlər, helmint sürfələri və zəhərli maddələrlə çirklənməsinin qarşısını almaq məqsədilə çirkab sularının zərərsizləşdirilməsi, su mənbələri üzərində möhkəm nəzarətin qoyulması, sudan düzgün istifadə edilməsi, içməli suların təmizlənməsi, yaxçılaşdırılması, zərərsizləşdirilməsi və s. aiddir. Heyvandarlıq fermalarında su təchizatın mexanikləşdirilməsinin çox böyük sanitariya-gigiyenik əhəmiyyəti vardır. Su təchizatının mexanikləşdirilməsi nəticəsində əmək məhsuldarlığı artır, bütün istehsalat proseslərinin normal gedişi təmin olunur. Suyun tərkibi və keyfiyyəti onda həll olan mineral və üzvi birləşmələrin (qazlar, turşular, oksidlər, duzlar), bioloji və bakterioloji amillərdən( mikroblar, helmint sürfələri, bitkilər, ibtidai canlılar və s.) asılıdır. Müxtəlif qatışıqlar suyun fiziki, kimyəvi xassəsini və bioloji tyərkibini dəyişir, suyun bu xassələri isə onun hansı məqsədlə (texniki,təsərrüfat, içmək və s.) istifadə olunmasını müəyyən edir. Buna görə də, suyun tərkibini və xassəsini onun fiziki, kimyəvi və bakterioloji analizinə görə öyrənmək olur. Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  5. Suya qoyulan sanitar-gigiyeniki tələblər Kənd təsərrüfatı heyvanlarının və insanların sağlamlığını qorumaq üçün içməli suya müəyyən gigiyenik tələblər verilir, çünki suyun tərkibində müxtəlif mexaniki qatışıqlar, həll olmuş üzvi və qeyri-üzvi maddələr və s. ola bilər ki, bunlarda insanlarda və heyvanlarda müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur. Bundan başqa su ilə infeksion və invazion xəstəliklər, məsələn qarayara, dabaq, qızılyel, taun, brusellyoz, paratif, atların infeksion anemiyası, quşların vəbası və s. xəstəliklər yayıla bilər. Su ilə orqanizmə parazit və helmintoz xəstəliklərin törədiciləri ( yumurtaları, sürfələri, sistaları) keçə bilir. Belə xəstəlik törədicilərindən amyob dizenteriyasının(Entameoba Coli), parazit infuzorları (Bal.coli), balıqların ixtioftriozu, fassiolyoz (Fassiola hepatica), dikrosellyoz, opistorxioz, lentşəkilli qurdlar (Diphyllobothrium latum), yumru qurdlar tipinin bir çox nümayəndələri,trixosefallyoz (TRich.trichiurus), telşəkillilər (Dracunulus medinensis), həlqəvari qurdlar tipinin nümayəndələri və s. göstərmək olar. Suda mineral maddələrin və mikroelementlərin çoxluğu və ya azlığı insanlarda və heyvanlarda bir sıra yoluxmayan xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  6. İçməli suyun ümumi sanitariya cəhətdən qiymətləndirilməsi üsulları Hər hansı su mənbəyini və suyun keyfiyyəti iki müayinənin nəticəsinə əsasən müəyyən edilir: 1.Su mənbəsində ətraflı yerli yoluxma və ətraf mühitin analizinin verilməsi; 2.Laboratoriya, fiziki-kimyəvi və bakterioloji analizlərin nəticəsi. Yerli yoxlanışda su mənbəyinin dərinliyi, havanın vəziyyəti, yerin coğrafi quruluşu, torpağın səthi və dərin laylarının xarakteri, su mənbəyi ilə əlaqədar olan və ya onun çirklənməsinə təsir göstərən amillərlə (çirkab suları, yaşayış məntəqələri, peyin anbarları, fermalar ) münasibəti, su qurğularının vəziyyəti yoxlanılmalıdır. DÜİST 7874-73-ə görə içməli sulara mənbəyindən asılı olaraq aşağıdakı gigiyenik tələblər verilir: 1.Suda patogen mikroblar olmamalıdır; 2.1 ml suda mikroblar 100-dən artıq və koli-indeksi 3-dən artıq, koli-titri isə 300 ml-dən az olmamalıdır; 3.1 litr suda qurğuşun 0,1 mq,arsen 0,50 mq, flüor 1,5 mq, mis 3 mq, sink 5 mq, fenol 0,001 mq-dan artıq olmamalıdır. Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  7. Suda civə, barium, xrom və bu kimi zəhərli maddələr qətiyyən olmamalıdır. 4.Artezian suyunun 1 ml-də 10-100-dən artıq bakteriya, koli-titri isə 200-300 ml olmalıdır. Şaxta və açıq su hövzələrində suyun reaksiyası neytral (pH 7,07), 1 litr suda quru qalıq 600-1000 mq, nitratlar 15-20 mq, xloridlər 30-50 mq, sulfatlar 60 mq, dəmir və manqan 0,1-1 mq-dan artıq olmamalıdır. Ammonyak və nitritlərin izi olmalıdır. Su mənbələri və onların xarakteristikası (yeraltı və yerüstü sular). Su mənbələrinə atmosfer suları yerüstü sular, yeraltı sular, dəniz və okean suları aiddır. Atmosfer suyun tərkibi atmosfer havanın tərkibindən asılıdır. Bir litr atmosfer suyunda 0,8-dən 60 mq-a kimi quru qalıq olur. Təbiətdəki su mənbələri atmosfer sularından əmələ gəlir. Yerüstü sulara çay, arx, göl və gölməçə, noxur, bataqlıq suları aiddir. Çay sularında üzvü maddələr əsasən bitki mənşəli olur ki, bu sanitariya cəhətdən qorxulu deyildir. Çay suyunun kimyəvi tərkibi çayın keçdiyi yerin torpağından asılır. Ilin fəslindən, havadan, suyun kimyəvi tərkibindən və çirklənmə dərəcəsindən asılı olaraq çay suyunun bakterioloji tərkibi çox dəyişir. Göl və gölməçə suları durğun sulara aiddir. Göl sularının kimyəvi və bakterioloji tərkibi çay sularına yaxındır. Çay və göl sularına nisbətən gölməçə suları çirkli sayılır. Onlar arx, çay, bulaq və atmosfer sularından əmələ gəlir. Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  8. Istifadə üçün yararlı sulara qoyulan sanitar-gigiyenik normalar Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  9. Yeraltı sulara arteziyan, kəhriz, quyu suları və bulaqlar aiddir. Yeraltı suların mənbəyi atmosfer və yerüstü sulardır. Yeraltı sular müxtəlif dərinlikdə yerləşir müxtəlif gücə və keyfiyyətə malik olur. Onlar yerin səthi qatından keçərək torpaqaltı boşluqlara dolur, yerin altında müxtəlif arxlar və göllər əmələ gətirir. Suların fiziki, kimyəvi, bakterioloji xassələri Suyun fiziki xassələrinə temperatur, suyun şəffaflığı, rəngi, tamı aiddir. Suyun xüsusi çəkisi vahiddir. Qaynama nöqtəsi 1000-dir. Suyun qiymətləndirilməsi üçün dövlət standartlarından (DÜİST 7874-73) istifadə edilir. Temperatur suyun sanitariya-gigiyenik qiymətləndirilməsində əhəmiyyəti olmayan fizioloji amildir. Suyun şəffaflığı onun tərkibində olan üzvü və mineral mənşəli maddələrdən asılıdır. Suda belə maddələr çox olduqda su bulanıq olur. Suyun rəngi üzvi və qeyri üzvi qatışılıqlardan asılıdır. Üzvi maddələrdən əmələ gələn rəng sanitariya cəhətdən qorxulu sayılır. Içməli sular təmiz və şəffaf olmalı, saxlandlqda (24 saat) çöküntü verməməlidir. Suyun iyi onda həll olmuş üzvi və mineral mənşəli maddələrin, yosunların və digər canlıların olması ilə əlaqədardır. Suyun kimyəvi xəssələrinə görə müayinəsi onun bir sıra xüsusiyyətlərini aydınlaşdırır. Suyun tərkibi çox dəyişkəndir və torpaqla sıx əlaqədardır. Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  10. Kimyəvi tərkibinə görə su reaksiyasına, codluğuna, müxtəlif duzların olmasına görə qiymətləndirilir. Suyun reaksiyası turş, neytral və qələvi ola bilər. Suyun reaksiyası 5,5-9,5 arasında dəyişə bilər. Suyun codluğu onda kalsium, maqnezium-karbonat və sulfat duzlarının olması ilə xarakterizə edilir. Su 3 codluqda ola bilər: ümumi, müvvəqəti və daimi. Codluğu 100-yə olan sular yüngül, 10-200-də orta sular, 200-dən yuxarı olan sular çox cod sular sayılır. Suda həll olmuş qazlarla yanaşı oksigen də vardır. Suda nitratların tapılması minerallaşma prosesinin qurtarmasının göstərir. Sularda bitki makroorqanizmləri və müxtəlif mikroorqanizmlər yaşayır. Bunlar suyun biosenozu adlanır. Üzvi maddələrlə çirklənməyən və tərkibində oksigen çox olan sularda aerob mikroorqanizmlər yaşayır. Dabaq, donuzların taunu kimi xəstəliklərin yayılması su vasitəsilə olur. Dövlət standartına görə yaxşı içməli suların bir litrində 100-dən artıq bakteriya olmamalıdır. Suyun üzvi maddələrlə çirklənmə dərəcəsini və içilmə üçün yararlı olmasını təyin etmək üçün suyun koli-titri təyin edilir. Koli-titr bir bağırsaq çöpünün tapılması üçün tədqiq edilən minimal su miqdarına deyilir. Əgər suda 100-dən 400-ə kimi bağırsaq çöpü tapılsa belə sular xəstəlik törədicilərinə görə sağlam sayılır. Şübhəli suların koli-titri 1-10 ml, çirkli suların ki isə 1 ml-dən aşağıdır. Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  11. Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  12. Suyun təbii mənşəli iylərinin təsnifatı Içməli suyun iyinin gigiyenası Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  13. Su mənbələrinin çirklənmə yolları Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  14. Sularda patogen mikrobları yaşama müddəti (günlərlə) Qanın plazmasının və okean suyunun tərkibinin uyğunluğu Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

  15. Təbiətdə suyun dövranı Suya qoyulan sanitar-zoogigiyenik və ekoloji tələblər

More Related