1 / 37

ADİU-646 Hüseynova Nuranə M üəl. Elşən BAĞIRZADƏ

Fənn: Beynəlxalq iqtisadi münasibətlər Mövzu: Beynəlxalq iqtisadi münasibətlər sistemində kapital ixracı. ADİU-646 Hüseynova Nuranə M üəl. Elşən BAĞIRZADƏ. Beynəlxalq iqtisadi münasibətlər sistemində kapital ixracı. Kapital ixracının nəzəri-metodoloji əsasları;

baris
Télécharger la présentation

ADİU-646 Hüseynova Nuranə M üəl. Elşən BAĞIRZADƏ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Fənn: Beynəlxalq iqtisadi münasibətlərMövzu: Beynəlxalq iqtisadi münasibətlər sistemində kapital ixracı ADİU-646 Hüseynova Nuranə Müəl. Elşən BAĞIRZADƏ

  2. Beynəlxalq iqtisadi münasibətlər sistemində kapital ixracı • Kapital ixracının nəzəri-metodoloji əsasları; • Kapitalın beynəlxalq miqrasiyasının mahiyyəti və səbəbləri; • Ölkələrin kapitalın beynəlxalq hərəkətində iştirakı; • Valras qaydası; • Kapital ixracının əsas formaları; • Birbaşa xarici investisiyalar; • Portfel investisiyaları; • Ədəbiyyat.

  3. I. Kapital ixracının nəzəri-metodoloji əsasları. • Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. • Kapitalın beynəlxalq hərəkəti xarici iqtisadi əlaqələr seqmentində mərkəzi yer tutur. O, bu əlaqələrin digər formalarının inkişafını müəyyən edir. • Kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir.

  4. Kapitalın beynəlxalq hərəkəti ölkələrarası xarici iqtisadi və siyasi əlaqələrin güclənməsi ilə nəticələndiyi, ölkələrin xarici ticarət dövriyyəsinin artırdığı, iqisadi inkişafı sürətləndirdiyi və istehsalın həcmini artırdığı üçün dünya təsərrüfatının inkişafında mühüm rol oynayır. • Kapital ixracı istehsal olunan əmtəələrin dünya bazarında rəqabət qabiliyyətinin artmasına, idxalatçı ölkələrin texniki potensialının yüksəlməsinə, ölkədə məşğulluğun artmasına gətirib çıxarır.

  5. Hazırda kapitalın beynəlxalq hərəkətinin həcmi və əhəmiyyəti elə bir səviyyəyə gəlib çatıb ki, bu prosesə beynəlxalq iqtisadi münasibətlərin xüsusi bir forması kimi baxmaq olar. Kapital ixracının bütün formalarının müasir artım templəri əmtəə ixracının və ÜDM-nin artım templərini üstələyir.

  6. Kapital ixracının təkamül yolu:

  7. Kapital ixracıkapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.

  8. İqtisadi subyektləri kapital ixracını həyata keçirməyə sövq edən məqsədəuyğun səbəblər mövcuddur ki, bunlar da aşağıdakılardır:

  9. İqtisadi xarakterli faktorlar Siyasi xarakterli faktorlar

  10. II. Kapitalın beynəlxalq miqrasiyasının mahiyyəti və səbəbləri Dünya təsərrüfatının müasir inkişaf mərhələsində təkcə kapital ixracından danışmaq kifayət deyil. XX əsrin 50-60-cı illərindən etibarən indiyə qədər davam edən kapitalın beynəlxalq hərəkətinin təkamülünün üçüncü mərhələsində baş verən prosesləri “kapitalın beynəlxalq miqrasiyası” termini daha aydın əks etdirir ki, bunun da bir neçə səbəbi var: • Birincisi, kapital ixracını təkcə sənayecə inkişaf etmiş ölkələr deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr həyata keçirirlər. • İkincisi, ölkələr eyni zamanda həm kapital ixracatçısı, həm də idxalatçısı kimi çıxış edirlər. • Üçüncüsü, kapital ixracı öz həcminə görə kapitalın əks hərəkətini (kreditə görə faizlər, sahibkar mənfəəti, səhmlərə görə dividendlər formasında) meydana gətirir.

  11. Kapitalların miqrasiyasının əsas səbəbləri kimi aşağıdakıları xüsusi olaraq göstərmək olar:

  12. XX əsrin sonuna dünya təsərrüfatında miqrasiya edən kapitalın 60%-dən çoxu özəl subyektlərə - korporasiyalara, transmilli şirkətlərə, banklara, sığorta, investisiya şirkətlərinə, pensiya fondlarına məxsus idi. Sənayecə inkişaf edən ölkələr arasında miqrasiya edən kapitalın 80%-i özəl kapitaldır və onun həcmi getdikcə artır.

  13. III. Ölkələrin kapitalın beynəlxalq hərəkətində iştirakı Ölkənin kapitalın beynəlxalq hərəkətində iştirakının əks olunduğu göstəricilər: Nisbi göstəricilər Mütləq göstəricilər

  14. Mütləq göstəricilər: • Kapital ixracının həcmi; • Kapital idxalının həcmi; • Kapitalın idxal-idxal saldosu; • Ölkədə xarici kapitallı müəssisələrin sayı; • Onlarda məşğul olanların sayı və s.

  15. Nisbi göstəricilər: • Kapitalın idxal əmsalı (Kid) – xarici kapitalın (XK) ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətini əks etdirir: Kid= XK/ÜDM100% • Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir: Kix=İK/ÜDM100% • Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal: Ke=XK/T(K) 100% Ke-ehtiyac əmsalı; T(K)-ölkədə kapitala olna tələb.

  16. IV. Valras qaydası Beynəlxalq ticarəti nəzərdən keçirərkən biz belə hesab edirdik ki, idxalın yeganə maliyyələşmə mənbəyi kimi ixrac çıxış edir və ölkə xaricdən nəyisə almaq üçün hökmən nəyisə xaricə satmalıdır. Real həyatda isə maliyyələşmənin digər, kifayət qədər əhəmiyyətli mənbəyi vardır – bu, xaricdən kapital axınıdır. Ölkə beynəlxalq borc ala və ya verə bilər, sahibkar kapitalı ixrac və idxal edə bilər. Bu baxımdan, isveçrə iqtisadçısı Leon Valrasın formalaşdırdığı qayda xüsusi əhəmiyyət kəsb edir. Onun formulu hazırda istənilən ölkənin beynəlxalq ödəmə mövqeyinin təhlili üçün istifadə edilir.

  17. Valras qaydasına görə, ölkənin idxalının dəyəri ixracın dəyərinin, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəminə bərabərdir: İM = X+NA+NR burada İM - idxal, X - ixrac, NA - aktivlərin xalis satışıdır (xaricilərə satılan və onlardan alınan aktivlərin dəyəri arasında olan fərq), NR – faizlər üzrə xalis ödəmələrdir (qoyulan kapitala görə xaricdən alınan və xaricilərə ödənilən faizlərin dəyəri arasında olan fərq).

  18. Qaydadan çıxan əsas nəticə budur: əgər bazarlardan biri tarazlıqdan çıxmışsa onda ən azı bir dənə başqa tarazlıqda olmayan bazar mövcud olmalıdır ki, birinci bazardakı qeyri-tarazlıq kompensasiya edilə bilsin. Beləliklə, Valras qanununa görə, dünya ticarətindəki disbalans ən azı kapital hərəkəti ilə kompensasiya edilməlidir. Valras qaydasına uyğun olaraq əmtəə və xidmətlərlə ticarətin balansı əks işarə ilə kapital hərəkətinin balansına bərabər olmalıdır. Əgər bu tarazlıq əldə edilmirsə qalıq səhvlər və nəzərə alınmamalarla izah edilir.

  19. Beləliklə, yuxarıdakı formuldan aşağıdakı formulu almaq olar: İM-X-NR = NA Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır:

  20. V. Kapital ixracının əsas formaları

  21. Kapitalın beynəlxalq hərəkətinin əsas formaları sahibkar və borc kapitalının ixracı və idxalıdır ki, onların da ayrıca olaraq nəzərdən keçirilməsi zəruridir:

  22. Kapitalın beynəlxalq hərəkətinin borc forması aşağıdakı əməliyyatlar vasitəsilə reallaşdırılır: • dövlət və borc kreditlərinin verilməsi; • digər ölkələrin istiqrazlarının, qiymətli kağızlarının, veksellərinin, xarici şirkətlərin trattlarının alınması; • borclar üzrə ödəmələrin həyata keçirilməsi; • banklarararsı depozitlər; • rəsmi yardımlar və s.

  23. Kapitalın beynəlxalq hərəkətinin funksional bölgüsü

  24. Kapitalın və maliyyənin hərəkəti hesabı (mln. ABŞ dolları)

  25. VI. Birbaşa xarici investisiyalar • Əmtəə istehsalından dünya təsərrüfatı mərhələsinə keçiddə əmtəənin beynəlxalq hərəkəti ilə yanaşı, onun istehsal amilləri, ilk növbədə isə birbaşa investisiyalar formasında kapitalın hərəkəti meydana gəlmişdir. • Birbaşa xarici investisiyaların əsas əlamətlərindən biri ondan ibarətdir ki, onların əsasında müəssisələr arasında uzunmüddətli işgüzar əlaqələr yaranır, investor vəsaitini qoyduğu müəssisədə qərarların qəbul edilməsində əhəmiyyətli rol oynamağa başlayır.

  26. Birbaşa xarici investisiyalar aşağıdakı əsas formalarda həyata keçirilir:

  27. Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsiri

  28. Birbaşa xarici investisiyaların mənfi effektləri

  29. VII. Portfel investisiyaları • Portfel investisiyaları bir və ya bir neçə tip qiymətli kağızlarda qoyuluşları diversifikasiya etmək üçün başqa ölkələrin iqtisadiyyatına yönəldir. • Portfel tarazlığı nəzəriyyəsinə görə, investorlar sərvətlərinin böyüklüyündən asılı olaraq, müxtəlif daşınan dəyərlərdən ibarət olan müəyyən həcmlərdə portfel investisiyaları yaradırlar. Bu zaman onlar risk və gözlənilən gəlirliliyi göz önündə saxlayırlar.

  30. Portfel investisiyasının müsbət və mənfi cəhətləri: Müsbət cəhətlər: Mənfi cəhətlər:

  31. 1993-cü ildən başlayaraq portfel investisiyalarının əhəmiyyətli artımı müşahidə olunur ki, bunu da aşağıdakı amillərin təsiri ilə izah etmək olar:

  32. Ədəbiyyat: • Prof. Dr. Halil Seyidoğlu – “Uluslararası İktisat”, teori, politika ve uygulama, İstanbul-2001; • İ.Kərimli – “Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri”, Bakı-2006; • http://en.wikipedia.org • http://www.capital-export.fr • http://www.internetretailer.com • http://www.cbar.az • vu.aseu.az

  33. ADİU-646

More Related