1 / 66

Gəncə, Qax, Zaqatala, Naxçıvan MR Şərqi Avropa ölkələri, İran, Türkiyə, Gürcüstan

Gəncə, Qax, Zaqatala, Naxçıvan MR Şərqi Avropa ölkələri, İran, Türkiyə, Gürcüstan.

billie
Télécharger la présentation

Gəncə, Qax, Zaqatala, Naxçıvan MR Şərqi Avropa ölkələri, İran, Türkiyə, Gürcüstan

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Gəncə, Qax, Zaqatala, Naxçıvan MR • Şərqi Avropa ölkələri, İran, Türkiyə, Gürcüstan • Patogenin sporları piknidlərdə həyatilik qabiliyyətlərini 2-3 il və daha artıq saxlayır, asanlıqla suda və üzümün təzə yaralarında 15-33°C temperatur həddində cücərir, göbələk sporlarının cücərməsi üçün optimal temperatura 22-27°C, rütubətli hava şəraitində patogen 3-5 gün müddətində gilələrin 30-60%-ni sirayətlənir • Sirayətlənmiş salxımlarda əvvəlcə sarı, sonra qonur, bənövşəyi haşiyəli ləkələr müşahidə edilir, yoluxmuş gilələr qonurlaşır, bişmiş görkəm alır, sonra büzüşür və quruyurlar

  2. Üzümdə bakterial xərçəng - Agrobacteriumtumefaciens(Smith et Townsend) Conn. Təsnifatdayeri: Qrammənfiaerobçuğuqlarqrupu, Rhizobiaceaefəsiləsi, Agrobacteriumcinsi Müasiradı: Rhizobiumradiobacter Biolojiqrupu: Fakültətiv parazit

  3. Xəstəlik üzüm tənəyinin kök boğazında, calaq vurulan hissədə, gövdədə fırlar, şişlər formasında əmələ gəlir. • Şamaxı, Tovuz, Samux, Göy-göl • Bakteriyanın inkişafı üçün optimal temperatur 25-30°C-dir 50-52°C-də məhv olurlar • Üzümlüklərdə bakterial xərçəng xəstəliyinə qarşı kimyəvi və bioloji tədbirlər səmərəli deyildir. Bakteriyadan azad əkin materialının alınması, öz kökləri üzərində bitən üzüm bağlarının salınması önəmlidir • Xəstə bitkilərdə böyümənin gecikməsi, kiçik, xlorozlu yarpaqlar müşahidə edilir • Qış şaxtalarına qarşı dözümsüzdürlər və tezliklə zədələnirlər

  4. 14.2 Çiyələk bitkisinin xəstəlikləri • Çiyələyin ağ ləkəliyi – Mycosphaerella • fragariae Sacc. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Loculoascomycetes sinfi, Dothideales sırası, Mycosphaerellaceae fəsiləsi, Mycosphaerella cinsi Bioloji qurpu: Fakültətiv parazit

  5. Yarpaq, saplaq, çiçəkdaşıyan və çiyələk bitkisinin meyvə ayaqcıqlarında əmələ gəlir. Cavan yarpaqlarda həlqəvi nazik haşiyəsiz qəhvəyi ləkələr formalaşır. Bu ləkələr sonra qovuşaraq daha iri ləkələrə çevrilirlər. Güclü yoluxmuş çiçəkdaşıyanlar qəhvəliləşirlər, nazilirlər və yerə doğru əyilirlər. Daha yaşlı yarpaqlar tez yoluxurlar. Xəstəlik törədicinin kisə və konidi mərhələləri vardır. Xəstəlik törədicinin konidi mərhələsi Hyphomycetes sinfinin Hyphomycetales sırasından olan Ramularia tulasnei Sacc. göbələyidir. Yazda və yayda yarpağın alt və üst tərəflərində ləkədə ağızcıq vasitəsilə göbələk konidi mərhələsini əmələ gətirir, onun köməyi ilə yayılır.

  6. Gəncə-Qazax, Düzən Qarabağ, Dağlıq Şirvan, Şəki-Zaqatala • Göbələyin sporları 8-30°S temperatur • Optimal temperatur 20-23°S • 85%-dəsı yuxarı nisbi rütubətdə cücərirlər • Damcı su olarsa, cücərmə daha tez olur • Bu xəstəliyin təsirindən məhsul itkisi 15%-ə qədər çatır • Xəstəliklə bütün sortlar yoluxurlar • Yarpaqların əmələ gəlməsinin başlanğıcında 3-4%-li • bordo mayesi ilə qabaqlayıcı çiləmə aparılır • Çiləmələrdə 0,2-0,5%-li kaptan, 0,2%-li euparen, 1%-Ii • bordo mayesindən istifadə edilir

  7. Çiyələyin unlu şehi- Sphaerotheca macularis Magn. f. fragarie Yakz. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Euascomycetes sinfi, Erysiphales sırası, Erysiphaceae fəsiləsi, Sphaerothecacinsi Bioloji qrupu: Obliqat parazit

  8. Bitkinin bütün yerüstü orqanları, xüsusilə yarpaqları yoluxurlar. Sirayətlənmiş yarpaqların kənarları qayıq formasında bükülür. Yarpağın alt tərəfində, bəzən isə üst tərəfdə zərif nazik ağ örtük əmələ gəlir və örtük zoğ, çiçək və toxumluqda da formalaşır. Çiyələkdə unlu şeh bütün vegetasiya dövrü inkişaf edir. Xəstəliyin kütləvi inkişafı adəti üzrə çiçəkləmə və meyvəvermə fazalan ilə üst-üstə düşür. Patogen konidi və kisə mərhələlərini əmələ gətirir. Kisə mərhələsi adətən yayın ikinci yarısında tünd-qəhvəyi meyvə bədəni-kleystotesi formasında müşahidə edilir. Hər kleystotesidə hələ payızda bir kisə qoyulur və orada kisəspor formalaşır. Kisə kisəşəkilli, kisəsporlar oval, birhüceyrəlidir.

  9. Konidilər 100% nisbi rütubət, 5-35°S (optimal 20-22°C) temperaturda cücərirlər, inkubasiya dövrü orta hesabla 4-15 gün davam edir • Unlu şeh xəstəliyi həm açıq, həm də örtülü şəraitdə zərərlidir, xəstəliyin təsirindən məhsul itkisi 4-50%-ə çatır • Aqrotexniki tədbirlər kompleksinə düzgün əməl edilməli, artıq suvarmalara, birtərəfli qaydada azotlu gübrələrdən istifadəyə, bitkilərin sıxlığına və zibillənməsinə yol verilməməlidir, xəstəliyin ilkin simptomları müşahidə edildikdə 0,5%-li kumulus, 0,1%-li saprol, 0,05%-li topaz preparatının işçi məhlulları ilə 15 günlük intervalla 2 çiləmə aparmalıdır.

  10. Çiyələkdə boz çürümə- Botrytis cinerea Fr. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Botrytis cinsi Biolojiqrupu: Fakultətiv parazit

  11. Giləmeyvə, yarpaq, qönçə, çiçək, çiçəkayaqcıqları, toxumluq və hamaşçiçəklər yoluxurlar. Giləmeyvələrin üzərində yumşalmış, qonur, xəstəlik törədicinin boz örtüyündən ibarət tez böyüyən ləkə inkişaf edir. Sirayətlənmiş meyvələr dad və aromatı itirir, tədricən quruyur və mumyalaşırlar. Yarpaqlarda iri, dağınıq, tünd boz, qonur ləkələr əmələ gəlir, rütubətli havada onlar üzərində də boz örtük müşahidə edilir. Patogen yaxşı inkişaf etmiş ağac kimi budaqlanan, yüngülcə rəngli konidilərə bərkimə yerlərində kiçik dişli konididaşıyanlar əmələ gətirir, konidilər dairəvi, və ya yüngülcə dartılmış, birhüceyrəlidir. Patogen sklerosiya əmələ gətirir. Onlar müxtəlif ölçülü, anormal formalı qara rənglidir. Yoluxmuş giləmeyvə, yarpaq və başqa orqanlarda sklerosiyalar əmələ gəlir.

  12. Yazda 12°C temperaturda və 95%-dən aşağı olmayan • nisbi rütubətdə sklerosiyalar cücərməyə başlayır • Konididaşıyanlar konidilər formalaşdırır, külək, yağış • damcıları ilə yayılırlar, yay dövrü göbələk 11-12 • konidi nəsli verir • Patogen 5-30°C temperaturda inkişaf edir, lakin 15- • 25°C daha əlverişli hesab edilir • Xəstəliklə yoluxmuş meyvələr dad keyfiyyətlərini və • əmtəəlik qabiliyyətini itirir • Saxlama rejiminə əməl etmədikdə məhsul tam çıxdaş • ola bilir • Kompleks profilaktiki fitosanitar, torpağı becərmək, • əkinin sıxlığım təmin etməli • Xəstəlik güclü inkişaf edən zaman topaz 0,5 l/ha • preparatının işçi məhlulu ilə çiləmələr aparmalı

  13. Çiyələyin fitoftorozu –Phytophthora fragarie Hiekman. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Pythiaceae fəsiləsi, Phytophthora cinsi Biolojiqrupu: Obliqat parazit

  14. Bitkinin bütün yerüstü hissələri yoluxurlar: giləmeyvələr, qönçələr, çiçəklər, hamaşçiçəklər, bundan əlavə rütubətli illərdə gövdənin təpə hissəsi, böyümə nöqtəsində yoluxur. Göbələk ən çoxu giləmeyvələrə ziyan vurur, belə ki, hələ yaşıl vəziyyətdə qonur və qabıqlı olur. Onlar yetişən zaman yumşalır, təbaşir rəngli haşiyəli qəhvəyi bərk qabıqlı ləkələrlə örtülürlər. Xəstə meyvələrə göbələyin mitseli daxil olur və acı tama malik olurlar. Yoluxmuş qönçə, çiçək və hamaşçiçəklərdə ləkələr qeyri bərabər forma alır və qəhvəyi rəngi qəbul edir. Gövdə qonurlaşır, yarpaq saplaqları və kolun rozeti məhv olur. Göbələk kök sisteminə də daxil ola bilir.

  15. Xəstəliyin inkişafına damcı su əlverişli şərait yaradır, patogenin sıçrayışları yağış və şehdən sonra müşahidə edilir • İstehsal edilən məhsulun 20-25%-i xəstəlik nəticəsində itkiyə gedir • Plantasiyalar bitki qalıqlarından təmizlənməli, qalıqlar dərhal məhv edilməli, bitkilər sükunət dövrü 1%-li DNOK-la dərmanlanmalı, vegetasiya dövrü xəstəliyin ilkin simptomları müşahidə edildikdə 0,1% ridomil MS 0,3%-li arserid preparatlarından birinin suspenzi-yası ilə 12-14 günlük intervalla çiləmələr aparılır

  16. Çiyələkdə kələ-kötür ləkəlik - Xanthomonas fragariae Kennedy et King. Təsnifatda yeri: Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi Bioloji qrupu: Fakültətiv parazit

  17. Çiyələkdə mozaika, ksantos və ya sarılıq- Stranberry mosaic virus

  18. 14.3 Qarağat bitkisinin xəstəlikləri • Qarağatda antraknoz – Gloesporium ribis Mont et Desm. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi Biolojiqrupu: Hemibiotrof

  19. Xəstəlik yarpaq və saplaqlar sirayətlənirlər, təsadüfi hallarda xəstəliyin əlamətlərinə cavan zoğ, meyvəayaqcıqğı və gilələrdə təsadüf edilir. Yarpaqlarda kiçik, tünd-qonur, həlqəvi və ya yarım həlqəvi ləkələr əmələ gəlir. Bu ləkələrin üzərində xəstəlik törədicinin qara, parlaq, qabarıq konidi mərhələsi İnkişaf edir. Yarpaq saplaqlarında, meyvəayaqcığı və yaşıl zoğlarda qara, azacıq basıq, zəif sporlu ləkələr, gilələrdə isə qırmızı haşiyəli parlaq-qonur kiçik ləkələr formalaşır.

  20. Azərbaycanın Gəncə- Qazax, Dağlıq Şirvan, Şəki- Zaqatala və Quba- Xaçmaz bölgələrində rast gəlinir • Konidilər bir bitkidən digərinə yağış damcılan və həşəratlar vasitəsilə yayılırlar, onlar yalnız damcı suda cücərirlər, 15-20°C temperaturda xəstəliyin inkubasiya dövrü 8-12 gündür • Xəstəliyinin təsiri atında yarpaqların çox hissəsi vaxtından əvvəl tökülür, cavan zoğlar məhv olur, məhsul kəskin aşağı düşür, məhsuldarlıq 30-75% azalır • Yarpaq tökümündən sonra və ya erkən yazda tumurcuqlar açılmamış nitrafen (30-40 kq/ha), tumurcuqlar şişən zaman 3%-li bordo mayesi ilə göy çiləmə aparmaq, çiçəkləmədən əvvəl və 10-12 günlük intervalla yay dövrü 1% bordo mayesi ilə çiləmələr aparılmalıdır, çiləmələr məhsul toplanışına 20 gün qalmış dayandırılmalıdır

  21. Qarağatda unlu şeh - Sphaerotheca mors-uvae Bert. et Curt. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Euascomycetes sinfi, Erysiphales sırası, Erysiphaceae fəsiləsi, Sphaerothecacinsi Bioloji qrupu: Obliqat parazit

  22. Xəstəliklə yarpaq, zoğ və gilələr yoluxurlar. Unlu şeh xəstəliyinin simptomları cavan təpə yarpaqlarda və böyüyən zoğlarda əmələ gəlir. Yoluxma yerlərində ağ torvarı örtük inkişaf edir. Bu göbələyin konidi sporlarından ibarətdir. Müəyyən zaman müddətindən sonra səthi mitsel qonurlaşır və göbələyin qara meyvə bədəni (kleystotesilor) ilə örtülür. • Parazitin konidi mərhələsi qısa budaqlanmayan konididaşıyan-larla və zəncir formasında düzülmüş birhüceyrəli, rəngsiz, ellipsvarı konidilərlə təmsil olunmuşdur. Onlar şarşəkilli, qəhvəyidir. Kleystotesilərdə bir yumurtaşəkilli kisə formalaşır. Hər kisədə 8 kisəspor əmələ gəlir.

  23. Xəstəlik Azərbaycan şəraitində də geniş yayılmışdır • Bitkilərin konidilər və mitsel vasitəsilə yoluxması üçün optimal temperatura 17-20°C, havanın nisbi rütubətinin 90-100% olması tələb olunur, 30°C-dən yuxarı temperaturda xəstəliyin inkişafı zəifləyir, ətraf mühit şəraitindən asılı olaraq, göbələk 10-a qədər konidi spor nəsli əmələ gətirir • Yarpaqlarda assimilyasiya səthi aşağı düşür, transpirasiya güclənir, meyvələrin yoluxması nəticəsində onların keyfiyyət göstəriciləri pisləşir, məhsuldarlıq 10-15%, epifitotiya illərində isə 30-35% aşağı düşür • Xəstəliyin ilkin simptomları göründükdə kumulus (5-6 kq/ha), Topaz (0,5 l/ha), Skor (0,2 l/ha) və s. preparatlardan biri ilə çiləmə aparılır, axırıncı çiləmə məhsul toplanışına 20 gün qalmış dayandırılır

  24. Qarağatda mozaika- Curront mosaic Xəstəlik yarpaq damarları arasında sarı ləkələr formasında əmələ gəlir. Sirayətlənmiş yarpaq tamamilə saralır və soluxurlar. Mozaika xəstəliyinin Curront mosaic əmələ gətirir. Mənənələr vasitəsilə yayılır. Xəstə bitkilər inkişaf etmir və meyvə vermirlər. Yoluxmuş bitkiləri yandırırlar. Xəstəliyin yayılmasına səbəb olan mənənələrə qarşı insektisidlərdən biri ilə kimyəvi mübarizə aparılmalıdır.

  25. 14.4 Moruq bitkisinin xəstəlikləri • Moruğun antraknozu - Gloesporium venetum Sreg. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi Biolojiqrupu: Fakültətiv parazit

  26. Yarpaqlar, saplaq, zoğ və meyvələr sirayətlənirlər. Yarpaqlarda çox kiçik həlqəvi ləkələr əmələ gəlir. Ləkələr çox vaxt ortası boztəhər olmaqla geniş al-qırmızı haşiyə ilə əhatə edilmişdir. Çox iri ləkələr bəzən qovuşurlar. Müəyyən hallarda köhnə ləkələrdə olan yoluxmuş toxuma tökülür. Saplaqlarda kiçik qovuşan yaralar formasında ləkələr əmələ gəlir. Gövdədə geniş al-qırmızı haşiyə ilə əhatəyə alınmış dərin yaralar formalaşır. Güclü yoluxma zamanı ləkələr qovuşurlar və qonurtəhər rəng alır, mantarlaşır və partlayır. Belə bütöv mantarlar adətən bic zoğların uclarında, meyvəverən budaqlarda əmələ gəlir və onları məhv edir. Payızda və qışda belə bütöv yoluxmuş toxuma bozarır və xəstəliyin bu mərhələsinə "boz qabıq" deyirlər.

  27. Ölkəmizin rütubətlə zəngin Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz bölgələrində rast gəlinir • 70-80% nisbi rütubətdə, 18-20ºC temperaturda daha fəal inkişaf edir, xəstəliyin inkubasiya müddəti 8-12 günə başa çatır • Meyvələr yoluxan zaman dad keyfiyyətlərini itirir, əmtəəlik qabiliyyət aşağı düşür, ümumi məhsulun azalması ilə istehsal olunan əmtəənin maya dəyəri də yüksəlir • 2%-li nitrafen məhlulu ilə (30-40 kq/ha) qabaqlayıcı çiləmələr aparılmalıdır, vegetasiyanın əvvəllərində çiçəkləmədən əvvəl və məhsul dərimindən sonra 1 %-li bordo mayesi (1000-1200 1/ha) • 0,4%-li misxloroksidi (4 kq/ha), 0,5%-li kaptan preparatının suspenziyası (5 kq/ha) çiləmələr aparılmalıdır

  28. Moruğun ağ ləkəlik və ya septoriozu – Septoria rubi West. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Sphaeropsidales sırası, Sphaeropsidaceae fəsiləsi, Septoria cinsi Biolojiqrupu: Fakültətiv parazit

  29. Moruq bitkisinin yarpaqlarında çoxsaylı həlqəvi, qəhvəyitəhər ləkələr əmələ gəlir. Az sonra onlar ağarır və al-qırmızı haşiyəli olur. Zaman ötəndən sonra ləkələr qovuşur, dağılır və tökülürlər. Patogen yarpaqların üst tərəfində olan ləkələrin üzərində piknidlər əmələ gətirir. Piknidlərdə sapvari, rəngsiz, 3-4 aydın olmayan arakəsməli piknosporlar formalaşır. Onlar piknidlərdən çəhrayı-qırmızı lent kütləsi şəklində çıxırlar. Göbələk kisə mərhələsi də əmələ gətirə bilir və bu halda onu Mycosphaerella rubi Roak. adlandırırlar. Kisələr silindrik olub, 8 kisəsporu var.

More Related