1 / 19

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Giriş. Dişi heyvanlarda cinsiyyət üzvlərinin anatomiya və fiziologiyası

Télécharger la présentation

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Giriş. Dişi heyvanlarda cinsiyyət üzvlərinin anatomiya və fiziologiyası Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • K/t. Heyvanlarında cinsiyyət üzvlərinin anatomiyası və fiziologiyası • Ayrı-ayrı heyvanlarda yumurtalıqların quruluşu • Ayrı-ayrı heyvanlarda balalıq buynuzlarının quruluşu • Heyvanlarda cinsiyyət yetişkənliyi • Cinsiyyət tsikli • Monoestrik heyvanlar • Poliestrik heyvanlar • Tamyararlı və natamam cinsiyyət tsikli

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • A.P.Studentsov- Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986.

  4. GIRIŞ • Respublikamızın heyvandarlıq təsərrüfatlarında ət, süd, yun, yumurta istehsalının artırılmasında baytar həkimlərinin öhdəsinə mühüm vəzifələr düşür. Belə ki, heyvanların sağlamlığının artırılmasında onların rolu böyükdür. Ona görə də baytar işçiləri elmi biliklərə və qabaqcılların iş təcrübəsinə yiyələnməlidirlər. Baytar həkimlər baytarlıq mamalığı, qinekologiya, və kənd təsərrüfatı heyvanlarının süni mayalandırma fənni dərsindən öyrənməlidirlər. Bu fənn hazırda baytarlıq işçilərinin mühüm bir sahəsi olub, heyvanların çoxalmasında, cinsi fəaliyyətində, cinsiyyət üzvlərinin, süd vəzilərinin xəstəliklərindən bəhs edir. Bu fənn bir-biri ilə sıx əlaqədar olan üç bölmədən ibarətdir: 1) baytarlıq mamalığı; 2) baytarlıq qnekologiyası; 3) kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. • Baytarlıq mamalığı-aleoneher sözündən əmələ gəlib mənası doğmaq deməkdir. Bu bölmədə diri və erkək heyvanların cinsiyyət üzvlərinin anatomiyası və fiziologiyasından, doğum və doğumdan sonrakı dövrün normal gedişi və xəstəliklərindən, süd vəzilərinin quruluş, fəaliyyəti və onların xəstəliklərindən, yeni doğulmuş körpələrin xəstəliklərindən bəhs edir.

  5. Baytarlıq qnekologiyası-iki yunan sözündən: gino-qadın və loqos-elm əmələ gəlmişdir. Baytarlıq elminin bu bölməsi dişi cinsiyyət üzvlərinin müayinəsi qaydaları və onların xəstəliklərini, heyvanların qısırlığını və onlarla mübarizə tədbirlərini öyrədir. • Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması-bu bölmə spermanın alınması, qiymətləndirilməsi, saxlanması, bir yerdən başqa yerə göndərilməsi və onun dişi cinsiyyət yoluna yeridilməsi qaydalarından məlumat verir. • Heyvanların çoxalmasının öyrənilməsi mühüm tədqiqat işləri XIX əsrin ortalarında başlayaraq aparılır. Bu sahədə Rus alimləri N.F. Mişkin, A.Y. Tarasayeviç, A.P. Studensov; Azərbaycan alimləri A.A.Ağabəyli, R.A. Rzayev, M. Sərdov; F.M. Qasımov, H.H. Hüseynov, Ə.Q. Əhmədov və başqalarının böyük xidmətləri olmuşdur. • Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sürətlə inkişaf edərək baytarlığın ən mühüm sahələrindən birinə çevrilmişdir. Bu fənn anatomiya, fiziologiya, zoogigiyena, mikrobiologiya, cərrahiyyə və farmakologiya, terapiya fənləri ilə sıx əlaqədardır.

  6. Dişi heyvanlarda cinsiyyət üzvlərininAnatomiya və fiziologiyasıCinsiyyət üzvlərinin qurluşu-ORQANA QENITALIA FEMINA • Dişi heyvanlarda cinsiyyət üzvlərinin vəzifəsi erkək cinsiyyət hüceyrəsini- spermatozoidləri qəbul etmək, yumurta hüceyrəsi hazırlamaq və onu spermatozoidlə mayalamaq, dölün inkişafı üçün şərait yaratmaq və balanı balalıqdan kənar etməkdir. Dişi cinsiyyət üzvləri hələ bala anna bətnində olduqda əmələ gəlir və formaya düşür, bala doğulduqdan sonra tədricən inkişaf edir. Dişi cinsiyyət üzvləri iki hissəyə bölünür: 1. xarici cinsiyyət üzvləri-genitalia exterma. t, 2. Daxili cinsiyyət üzvləri genitalia interna xarici cinsiyyət üzvlərinə-xarici cinsiyyət dodaqları, cinsiyyət yarığı, dilcik və balalıq yolunun dəhliz hissəsi daxildir. • Daxili cinsiyyət üzvlərinə-balalıq yolu, balalıq, yumurtalıq boruları (yolları) və yumurtalıqlar daxildir. Kənd təsərrüfatı heyvanlarının növündən asılı olaraq, dişi cinsiyyət üzvlərinin qurluşu müxtəlif xüsusiyyətlərə malik olduğundan hər bir heyvan növündə onun ayrıca öyrənilməsi vacibdir. • Inəklərdə cinsiyyət üzvlərinin qurluşu. • Inəklərdə cinsiyyət sistemi daxili və xarici cinsiyyət üzvlərindən ibarətdir. (şəkil). Xarici cinsiyyət üzvlərinin vəzifəsi daxili cinsiyyət üzvlərini xarici təsirlərdən qorumaqdır. Daxili cinsiyyət üzvləri isə çoxalmada iştirak edir və onun hər bir sahəsinin xüsusi vəzifəsi vardır.

  7. Yumurtalıqlar- Ovaria oophoron cüt, oval şəkilli olub, uzunluğu 2-5 sm, eni isə 1-2 sm-ə, çəkisi 15-20 qrama yaxındır. Yumurtalıq balalıq buynuzları yaxınlığında çanaq boşluğunda yerləşərək, mütəhərikdir. Sağ yumurtalıq sol yumurtalığa nisbətən böyükdür və ağır olur. • Prof. A.Y.Taraseviç bunu sağ yumurtalığın fəaliyyətə nisbətən tez başlanması və daha çox fəaliyyətdə olması ilə izah edir. • Yumurtalıqlar dişi orqanizmdə mühüm cinsiyyət üzvü olub, bütün orqanizm ilə sıx əlaqədardır. Yumurtalıqlar yumurta hüceyrəsi və dişi cinsiyyət hormonları (follikulin, progesteron) hazırlayır. Yumurtalıq iki hissədən ibarətdir: xarici və daxili. • Xarici hissə-daxilində yetişən yumurta hüceyrəsi olan çoxlu follikullar yerləşir. • Daxili hissə-burada çoxlu qan, limfa damarları və sinir lifləri vardır. • Yumurtalıqların follikulyar sahəsində yerləşən ən kiçik follikullar ilk və ya primordial follukullar adlanır. Bu follukulların bir qismi inkişaf edib böyüyür, divarı nazilir, daxilindəki mayenin miqdarı artır. Belə yetişmiş follikullar Qraf qovuqcuğu adlanır. Yetişmiş Qraf qovuqcuğu orta hesabla 1,4 sm-dir. Yetişmiş qovuqcuq partladıqda, oradan yumurta hüceyrəsi azad olur, onun yerində yumurtalıq üzərində Sarı cisim-sopus sutenm əmələ gəlir. Bu da daxili sekresiya vəzisi kimi fəaliyyətdə olub, progesteron hormonu hasil edir. Yumurtalıqlarda yerləşən follikulların bir qismi isə inkişaf etmir, get-gedə kiçilir. Belə hadisə follikulların atreziyası adlanır.

  8. Yumurtalıqlar onların üzərindəki yetişmiş follikullar və Sarı cisim rektal müayinə zamanı aydın hiss edilir. • Inəklərdə yumurta hüceyrəsinin diametri 0,13-0,14 mm olub, üç hissədən-gilafdan, protoplazmadan və nüvədən ibarətdir. • Yumurtalıq yolları- oviductus, tuba foliopil, tubanterza, salpınx. Yumurtalıq yolları yumurtalıq ilə balalıq buynuzu arasında yerləşir. Ensiz, uzun ləru olub, bir ucu balalıq buynuzuna, digər ucu isə qarın boşluğuna tərəf uzanır. Bu hissə qıfvari şəkil alaraq azad olmuş yumurta hüceyrəsini qəbul edir. Yumurta yolları üç təbəqədən (selik, əzələ və seroz) təşkil olur. Daxili selikli qişa slindrik titrək epiteli toxumasından ibarətdir. Bu toxuma yumurta hüceyrəsinin və rüşeymin balalığa doğru hərəkətinə kömək edir. Yumurtalıq yolları hər iki cinsin hüceyrəsini qəbul edir, döllənmə üçün şərait yaradır və rüşeymi balalığa itələyir. Yumurtalıq yollarının uzunluğu 25-30 sm olur. Yumurtalıq yolları normal halda düz bağırsaqdan müayinə zamanı çətin tapılır, ancaq yumurtalıq yollarında iltihab prosesi dedikdə və müxtəlif şişlər əmələ gəldikdə onlar qalınlaşır və həcmcə böyüyür, luna görə də onlar asan müayinə olunur. • Balalıq uterus husterus. Rüşeymin balalıq divarına yapışıb inkişaf etməsinə, bala formasına düşməsinə və onun orqanizmdən kənar olunmasına xidmət edir. Balalıq 2 buynuzlu və haçaladır. Balalıq üç hissədən ibarətdir: balalıq buynuzları, balalığın gövdəsi və balalıq boynu. • Balalıq buynuzları- cornuauteri nisbətən bərk olur, onların yumurtalıq yollarına birləşən hissəsinin diametri get-gedə kiçilir. Müayinə zamanı balalıq buynuzları arasında xüsusi şırım hiss edilir.

  9. Balalığın gövdəsi- corpus uteri-2-3 sm uzunluqda yumşaq və qısadır. • Balalıq boynu- cervitis uteri 12 sm uzunluqda olub, bərk və silind şəklindədir. Balalıq boynunun daxili deşiyi (orificium uteri internum) balalığın gövdəsinə, xarici deşiyi isə (orificium uteri externum) balalığın yoluna açılır. Balalıq boynunun balalıq yoluna açılan hissəsi-portio vagina lis uteri adlanır. Bu isə çox doğmuş inəklərdə çiçəklənmiş kələmi xatırladır. Balalığın bütün hissələri selik-endometrik, əzələ miyomitsit və seroz perimetrit təbəqələrdən təşkil olunur. Balalıq gövdəsinin və buynuzlarının selikli qişası üzərində xüsusi birləşdirici toxumadan əmələ gələn sıxıntılar vardır ki, bunlar balalıq karunkulları adlanır. Bu karunkullar 4 cərgədə yerləşərək 80-120-yə qədər olur. Karunkullar yumru, 14-18 mm uzunluğunda, 10-24 mm enində olur. Bunlar boğazlıq dövründə 10-15 dəfə böyüyür və Balanı balalıqla əhatə edən damarlı təbəqə üzərindəki sıxıntılarla (kateledonlarla) sıx birləşərək, balanın ana bətnində qanla təchiz edilməsində və qidalandırılmasında yaxından iştirak edir. Balalıq çanaq boşluğunda, sidik kisəsinin üzərində, düz bağırsağın altında yerləşir və düz bağırsaqdan asan müayinə edilir. • Balalıq yolu. Vaginal colpas, enli, qalın divarlı boru olub, vagina dəhlizi ilə balalığı birləşdirir. Vagina selik, əzələ və seroz təbəqələrdən təşkil olunur, onun uzunluğu 22-23 sm-dir. Vagina ilə onun dəhlizi arasında aydın nəzərə çarpan sərhəd olur; buranın aşağı divarında isə sidikburaxıcı kanalın deşiyi yerləşir. Vagina cütləşmə orqanı hesab edilir.

  10. Balalıq yolu dəhlizi - vestibulum vaginal, cinsiyyət yarığından vaginayadək enli, qalındivarlı yol olub, selik, seroz və əzələ təbəqəsindən ibarətdir. Burada selik təbəqə üzərində, kiçik və böyük selik vəzlərinin axarları vardır. Ona görədə vagina dəhlizi həmişə selikli olur. Aşağı divarla iki mağarlı cisimdən əmələ gələn dilcik-elitor yerləşir ki, onun uzunluğu bəzən 12 sm-dir. Cinsiyyət yarığı vulva adlanır. • Cinsiyyət dodaqları.- labla vulval-cinsiyyət yarığı vasitəsilə 2 hissəyə bölünür, tər və Piy vəziləri ilə zəngindir dərisi. Cinsiyyət yarığı anus dəliyindən bir neçə santimetr aşağıda yerləşir. • Camışlarda cinsiyyət üzvlərinin qurluşu. • Camışlarda cinsiyyət üzvlərinin qurluşu inəklirinkinə bənzəyir. Lakin bunlarda balalıq böyük və qalındır, yumurtalıqlar inəklərə nisbətən iri və dəyirmidir. S. A. Xəlilov 5-7 aylıq camış balalarında (balaqlarda) yumurtalıqlar 5-8 q olduğunu göstərir. Camışlarda yumurtalıq 11-12 aylıqda əsli fəaliyyətə başlayır. Camışlarda Qraf qovuqcuqları inəklərə nisbətən iri olur. Cinsiyyət dodaqları yumşaq, üzərindəki qırşıqların sayı çox, tüklər isə xırda olur. • Camışlarda cinsiyyət üzvlərin inəklərin cinsiyyət üzvlərinə nisbətən gec fəaliyyətə başlayır və uzun müddət fəaliyyətdə olur.

  11. Qoyunlarda cinsiyyət üzvlərinin quruluşu • Qoyunlarda cinsiyyət üzvlərinin qurluşu inəklərdə olduğu kimidir. Lakin balalıq yolu, balalıq, yumurtalıq boruları və yumurtalıqlar nisbətə kiçikdir. • Balalığın gövdəsi 1-2 sm, balalıq buynuzları 16-18 sm, balalıq boynu 7-10 sm uzunluğunda olur. Balalığın selikli qişası üzərindəki karukullar ovalşəkilli olub, onların sayı 88-96-ya çatır. • Boğaz olmayan qoyunla balalıq 50-100 q, boğazlıq dövrünün axırında isə 900-1200 q olur. Yumurtalıq borularının uzunluğu 15-16 sm, eni isə 1,1 m-dir. N. M. Xilkeviç göstərir ki, qoyunlarda balalığın orta venası olmur. Qan ön və arxa balalıq venaları vasitəsi ilə hərəkət edir. • Donuzlarda cinsiyyət üzvlərin qurluşu. • Donuzlarda cinsiyyət üzvlərin qurluşu digər heyvanlardan seçilir. Bu isə onların çox bala verməsi ilə əlaqədardır. Yumurtalıqlar xarici səti girintili çıxıntılıdır. Uzunluğu 1-11 sm. onların üzərində çoxlu follikula və Sarı cismi var. Balalıq buynuzları 1-2 sm-dir. Yumurtalıq yolları 12-23 sm, balalığın boynu 8-21 sm, balalıq yolu 10-12 sm, vagina dəhlizinin uzunluğu 5-15 sm. dilcik uzun və nazikdir. • Madyanlarda cinsiyyət üzvlərin qurluşu. • Madyanlarda yumurtalıqlar oval və ya lobya formasındadır. Uzunluğu 2-15 sm-dir. Balalıq buynuzlarının uzunluğu 14-30 sm. balalıq boynu 4-8 sm. vagina 16-24 sm. cinsiyyət dodaqları çox zərifdir. • Dəvələrdə cinsiyyət üzvlərinin qurluşu • Yumurtalıqlar dairəvi olub 1-1,5 sm. Balalıq buynuzları 12-14 sm. Balalığın gövdəsi 5-6 sm. vaginanın uzunluğu 24-25 sm.

  12. Ətyeyən heyvanlarda dişi cinsiyyət üzvlərin qurluşu • Ətyeyən heyvanların cinsiyyət üzvlərinin xarakterik cəhətlərindən biri də vagina dəhlizinin yan tərəfində yaxşı inkişaf etmiş mağarlı cismin yerləşməsidir. Yumurtalıqlar 1-2 sm uzunluğundadır. Cinsiyyət üzvlərin qurluşu heyvanların cinsindən aslı olaraq dəyişir. • Dişi cinsiyyət üzvlərinin qanla təchizi • Dişi cinsiyyət üzvləri əsas hissəsi, yəni yumurtalıqlar, yumurtalıq boruları və balalıq 3-cüt arteriya qan damarları vasitəsi ilə qanla təchiz edilir. • Dişi cinsiyyət üzvlərinin innervasiyası • Madyan, inək, donuz, it simpatik və parsimpatik sinir şaxələri ilə innervasiya olunur.

  13. Dişi cinsiyyət sisteminin fiziologiyasıCinsiyyətyetişgənliyi-pubertas. • K/t heyvanlarının balaları inqkişaf edərək müəyyən yaşa çatdıqdan sonra cinsiyyət fəaliyyətinə başlayırlar. Bu yaşa isə cinsiyyət yetişgənliyi dövrü deyilir. Dişi heyvanlarda ilk hövrəgəlmə, erkəkdə cütləşməyə meyil. Cinsiyyət yetişgənliyi heyvanların növü, cinsi, yemləmə, saxlanma və əqlinlə əlaqədardır. Isti yerlərdə tez soyuq yerdə gec başlayır. Heyvanlarda cinsiyyət yetişgənliyinin başlanmasına baxmayaraq, hələ orqanizmi tam inkişaf etmiş olmur. Ona görə belə heyvanları cütləşməyə buraxılmır. • Onlarda orqanizmin sonrakı dövrü zəifləyir. Doğulan balalar zəif olur, süd məhsuldarlığı aşağı olur. Heyvan tez qocalır və s. • Göstərilən vaxtda heyvanları cütləşməyə buraxmaq lazımdır. Gec buraxmaq isə faydalı deyil.

  14. Heyvanlarda cinsiyyət yetişgənliyi, cütləşməyə ilk dəfə buraxılma vaxtı, cinsi fəaliyyət müddəti.

  15. Cinsiyyət tsikli • Ceyvanlarda cinsiyyət yetişkənliyindən sonra cinsiyyət sistemi fəaliyyətə başlayır. Cinsiyyət sistemində gedən proseslərin mahiyyətini hələ XIX əsrin axırlarında öyrənməyə başlamışlar. Ilk dəfə Xipp və Unterberger cinsiyyət sistemində gedən dəyişiklikləri elmi cəhətdən əsaslandırmağa çalışmışlar. Bu alimlərin fikrincə bir xərəaxıtma dövründən digər cərəaxıtma dövrünədək cinsiyyət sistemində gedən dəyişikliklərin cəminə cinsiyyət tsikli deyilir. • Tsikl-yunan sözü kıklos (latın dilində isə tsıklyus deyilir) olub, dairə, zəncir mənası verir. Bunların fikrinə görə cinsiyyət tsıkli 4-dövrdən ibarətdir: • 1.Cərəaxıtmadan qabaqkı dövr - Mroestrus • 2.Cərəaxıtma dövrü – Oestrus • 3.Cərəaxıtmadan sonrakı dövr- Meteostrus • 4.Sakitlik dövr- Anoestrus, dıoestrus. • Prof. A.P. Studentsov Y.P. Pavlov təliminə əsaslanaraq cinsiyyət sistemində gedən dəyişiklikləri 3-əsas dövrə bölür. 1-oyanma dövr; 2- tormozlanma dövr; 3- müvazimət dövrü. A.P. Studensova görə bir cinsiyyət oyanması ilə digər cinsiyyət oyanması arasında gedən fizioloji dəyişikliklərin cəminə cinsiyyət tsıkili deyilir.

  16. Oyanma dövrü – Dişi heyvanda bu dövr cinsiyyət proseslərinin ən aydın nəzərə çarpan və şiddətli dövr hesab edilir. Belə ki, bu dövrdə dişi cinsiyyət üzvləri qızarır, balalıq boynu açılır, yumurtalıqlar üzərindəki follukullar böyüyərək, Qraf qovuqcuqları halına düşür və tam yetişir. Dişi heyvan erkəyi yaxına buraxır və cütləşməyə meyl göstərir. Dişi cinsiyyət sistemində spermatozoidlərin aktiv hərəkəti və yumurta hüceyrəsinin bölünməsi üçün tam şərait yaranır. • Tormozlanma dövrü. Bu dövrdə heyvanda oyanma dövrün sönməsilə səciyyələnir. Cinsiyyət üzvlərində qızartı və şişginlik tədricən itir balalıq böyüməsinin xarici dəliyi bağlanır. Yumurtalıq üzərindəki partlamış qraf qovucuğu yerində sarı cismi əmələ gəlir. Dişi heyvan erkəyi yaxına buraxmır. • Müvazinət dövrü. Cərəaxıtma, hövrəgəlmə olmur. Ancaq cinsiyyət üzvlərində yeni oyanma dövrü üçün hazırlıq gedir, Sarı cismi tədricən sorulmağa başlayır. • Cinsiyyət tsıklı gedişinə görə 2 qrupa bölünür. • Tamyararlı cinsiyyət tsıklı belə halda cinsiyyət oyanması zamanı ərəaxıtma, hövürəgəlmə və ovulyasiya normal gedir. • Natamam cinsiyyət tsıklı belə halda heyvanda cinsiyyət tsıklının müəyyən dövrü olmur. • Cinsiyyət tsıklında cərəaxıtma olmursa, belə tsıkıl anestral cinsiyyət tsıklı adlanır. Cinsiyyət tsıklın də hövürəgəlmə olmadıqda alıbıd, ovulyasiya olmadıqda anovulyator, ümumi oyanma nişanələri olmadıqda areaktin cinsiyyət tsıkli adlanır. Cinsiyyət tsıklinə görə heyvanlar 2 qrupa bölünürlər 1) Monosestrik heyvanlar. Belə heyvanlarda bütün il ərzində cinsiyyət tsıkli bir dəfə baş verir. Bu qruppa it, pişik və vəşi heyvanlar daxildir. Bu heyvanlarda cinsiyyət tsıkli yaz və ya payız fəslinə düşür.

  17. Poliesterik heyvanlar. Belə heyvanlarda cinsiyyət tsıklı müəyyən vaxtda 1 ilə qədər təkrar olunur. Bu qruppa- inək, donuz, at edilir. Camış, qoyun, keçi və dəvələr il ərzində ardıcıl olaraq cinsiyyət tsıkli bir neçə dəfə nəzərə çarpır. • Cinsiyyət sisteminin fəaliyyətində iştirak edən hormonlar 2 qrupa bölünür. • Honadotrop hormonları Hipofiz vəzi ifraz edir. Hipofiz vəzinin ö paycığı follikul stimuasiyaedici və lyutenləşdirici hormon olan proliktin ifraz edir. • Prolaktm – yelmin fəaliyyətinin tənzimində iştirak edir. Bundan başqa, prolaktik boğazlıq baş verdikdə, sarı cismin sorulmasının qarşısını alır. • Hipofiz vəzinin arza paycığının ifraz etdiyi hormonlardan cinsiyyət tsıkli üçün əhəmiyyətli olan pıtutrini, onun fraksiyaları- oksitotsin və vazopressini göstərmək olar. Bu hormonlar balalığı təqəllüsünü artırır. • Honodal (ovarial) hormonlar yumurtalıqların əsas hormonlardır. Bunlara follikulin, protesterin, və ralyaksin hormonları aiddir. • Follikulin hormon follıkullarda əmələ gəlir. Bu hormon dişi orqanizmdə meydana çıxdıqda cərəaxmasına, qanda miqdarı artdıqda isə hövrəgəlməyə səbəb olur. • Prokesteron. Sarıcismin hormonudur. Heyvan boğaz olduqda Sarı cismin sorulmasının qarşısını alır və boğazlıq üçün şərait yaradır. • Relyoksin. Sarı cismin hormonu olmaqla, doğum aktı üçün çox əhəmiyyətli olan çanaq bağlarının boşalmasına səbəb olur. • Dişi heyvanların cinsiyyət tsıklinə xarici şəraitin 3 əsas amili təsir edir. 1) yemləmə; 2) işığın; 3) erkək heyvanın təsiri. • Heyvan yaşa dolduqca cinsiyyət tsıkli zəifləyir və nəhayət tam kəsilir. Buna klimaks dövür adlanır. Klimaks dövrü inəkdə 15-20 yaşda, camışda 17-22 yaşda, davarda 8-9 yaşda, madyanda 20-25 yaşda, itlərdə 8-10 yaşda başlayır. Inəklərdə döllənmə getmirsə, cinsiyyət tsıkli orta hesabla 21 gündən bir təkrar olur. Oyanma dövrü 1-8 gün tormozlanma dövrü 5-7 gün, müvazimət dövrü isə 6-14 gün davam edir.

  18. Cərəaxıtma 6-33 saat, hövrəgəlmə dövrü 3-36 saat • Camışlarda doğumdan sonra 18-65 gündən sonra başlayır. Əksər camışlar doğandan 45-50 gün sonra hövrə gəlir. Camışlarda hövrəgəlmə çox şiddətli keçir. Hövrəgəlmə dövrü 5-40 saat əksərən 18-22 saat davam edir. Cütləşmə dövrü mövsümü xarakter daşıyır. Dağ rayonlarda iyun-iyul; aran rayonlarda isə mart-sentyabr aylarında olur. • Qoyunlarda Cinsiyyət tsıkli il boyu təkrar olur. • Onlar mövsümü xarakter daşıyır. Cinsiyyət tsıkli 16-18 gün davam edir. Hövrəgəlmə orta hesabla 38-6 saat davam edir. • Keçilər. Qoyunlarda olduğu kimidir. • Donuzlar. Cinsiyyət tsıkli 20-21 gün davam edir. • Hövrəgəlmə 24-48 saat (8 günədək də davam edə bilir) • Madyanda. Cərəaxıtmaorta hesabla 5-7 gün • Hövrəgəlmə 2-12 gün davam edir. • Eşşəklərdə. Hövrəgəlmə 2-5 gün davam edir. • Dəvələrdə. Cinsiyyət tsıkli 9-50 gündən bir təkrar olunur. Bunlarda hövrəgəlmə çox şiddətli olur. • Itlərdə. Cinsiyyət tsıkli 3-6 ay davam edə bilir. • Oyanma dövrü ildə 1-2 dəfə. • Inəklərdə hövrəgəlməni düzgün təyin etmək üçün sınaqçı buğalardan istifadə edilir. Sınaqçı məqsədlə kazektomiya edilmiş buğalar seçilir, döllüyə yararsız, lcəld və cinsiyyət fəal buğa, onun hər iki toxum borusundan 3-4 sm kəsilir. Belə erkək 10-15 gündən sonra sınaqçı məqsədlə istifadə edilir. • Şipilov, Bəşirov, cərrahi yolla buğada xarici cinsiyyət üzvünün adi hərəkət və yerləşmə yerini dəyişərək, qarınaltı nahiyədə yeni sahə düzəldirlər və belə buğalar sınaqçı məqsəd kimi, onlarda sperma almaq üçündə istifadə edilməsini məsləhət görürlər.

  19. Sınaqçı məqsədlə qoçların qarınaltına xalat bağlayırlar, bundan başqa kraska da istifadə edirlər, çənəaltına xüsusi rəngli nişanə asılır və belə qoç hövrəgəlmiş, qoyunun üzərinə tullanarkən onun arxa hissəsində xüsusi iz-nişanə buraxır. Belə nişanələnmiş qoyunlar seçilir, cins qoçlarla mayalanır. Hər 100 baş boğaz qoyuna 1-2 baş belə qoçlar olmalıdır. • Donuzlarda. Hövrəgəlmə və cərəaxıtma onların əlamətlərinə görə təyin edilir. • Madyanlarda. Hövrəgəlməni və cərəaxıtmanı təyin etmək üçün onlara ayrılmış sınaqçı məqsədlə ayrılmış ayqırlardan istifadə edirlər.

More Related