1 / 88

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. www.themegallery.com. Mövzu 1. Giriş. Mikologiya bir elm kimi, onun məqsəd və vəzifələri, təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov.

Télécharger la présentation

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ www.themegallery.com

  2. Mövzu 1. Giriş. Mikologiya bir elm kimi, onun məqsəd və vəzifələri, təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti • Kənd təsərrüfatı elmləri doktoru, • professor İbrahim Cəfərov

  3. P L A N 1. Mikologiyanın predmeti və vəzifələri. 2. Mikologiya ümumi elmlər sistemində:onun fitopatologiya, tibb, texnika və başqa bioloji elmlərlə əlaqəsi. 3. Mikologiyanın inkişaf tarixinə baxış. 4. Təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti

  4. Əsas ədəbiyyatlar 1.İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, 323 s. 2. Все о грибах / М.В.Горленко, Н.В.Гарибова, И.И.Сидирова и др. М.: Лесн. Пром. Сть., 1986, 280 с. 3.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с. 4.Гарибова Л.Б., Лекомцева С.Н. Основы микологии. М.: 2005, 220 с.

  5. Köməkçi ədəbiyyatlar 1.Cəfərov İ. Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s. 2. Adil Sadiqov Azərbaycanın yeməli və zəhərli göbələkləri. Bakı: “Elm”, 2007, 124 s. 3.Томас Лессо Грибы. Москва: Астрель, 2007, 304 с. 4.Джеффри Кибби Атлас грибов. Санкт-Петербург: Амфора, 2009, 269 с. 5.Грибы /пер. с. итал. Ф.Двин. М.: Астрель, 2009, 384 с. 6.Емцев В.Г., Мишустин Е.Н. Микробиолгия. М.: Юрайт, 2012, 445 с. 7.Тихомиров Ф.К. Ботаника. 2-е изд., перераб. Москва: «Высшая школа», 1968, 414 с.

  6. Mikologiyanın predmetivə vəzifələri Mikologiya yunansözüolub, mykes – göbələk, logos-elm, təlim deməkləgöbələklər haqqındaelmdir.

  7. Mikologiyanın predmeti – göbələklərdir. Botanikanın bir bölməsidir. Ağ göbələk - Boletus edulis

  8. Yer donbalanı – Tuber Yer donbalanı – Tuber Ağ yer donbalanı – Tuber magnatum

  9. Yay dombalanı - Tuber aestivum

  10. Qış yer donbalanı - Tuber brumale

  11. Xüsusi öyrədilmiş itlər dombalan axtarışında

  12. Mikologiyanın əsasvəzifəsi: morfologiya biokimya sistematika ekologiya GÖBƏLƏKLƏRİN coğrafiya biologiya fiziologiya filogenezini öyrənməkvə insanın həyatında rolunuaydınlaşdırmaqdan ibarətdir

  13. Təbiətdə 100000 mindən artıq göbələyə rast gəlinir İngilis alimi Tomas Lesso göstərir ki, göbələklər aləmində növlərin sayı 1,5 milyona yaxındır Mikoloqlar təsdiq edirlər ki, yalnız 80000 göbələk növü qanuni şəkildə qeydə alınmış və təsvir edilmişdir, bu isə mövcud göbələklərin yalnız 5%-i təşkil edir.

  14. K.V.Popkova (2005) göstərir ki, bu gün dünyada qeydə alınan göbələklərin 5000 növü bitkilərdə parazitlik edir və onlar fitopatogen göbələklər adlanırlar.

  15. Fitopatogen göbələklər Sphaerotheca pannosa f. rosae Ustilago zeae

  16. Fitopatogen göbələklər Taphrina deformans Cercospora beticola

  17. bakteriyalarla birlikdə üzvi qalıqları parçalayaraq torpaqəmələgətirmə, torpağın münbit qatı olan humusun formalaşmasında fəal iştirak edirlər. heyvan və bitkilərdə parazitlik edərək, onlarda müxtəlif xəstəliklərə səbəb olurlar, məsələn, bitkilərdə pas və sürmə xəstəlikləri. Göbələklər kənd təsərrüfatı məhsullarında yerləşərək, xammal və yarımfabrikatların çürüməsinə, hətta intoksikasiyasına səbəb olur

  18. Oduncaq dağıdan göbələklər Phellinus tremulae Lentinus lepideus

  19. Göbələklərin vegetativ bədəni mitseldən- güclü budaqlanan hiflərdən ibarətdir. hif Göbələklərin əksəriyyətində xüsusi qidalanma orqanı yoxdur və onlar qida maddələrini bütün bədən səthi ilə əldə edirlər. mitsel

  20. Osmotrof qidalanma xüsusiyyəti göbələyi bütün vegetativ bədəni ilə substrata maksimum yüklənməyi tələb edir, bu halda isə yayılma çətinləşir, göbələk yeni substratları əhatə edə bilmir. Göbələyin çoxalma sporları xüsusi mitsel strukturları vasitəsilə substratın üzərinə çıxarılır. Göbələk hifi Bitki hüceyrəsi Bitki hüceyrəsinin divarı Qaustoriya

  21. Göbələklər üçün ümumi yaşayış yeri olan meyvə bədənləri daxildə formalaşırlar Peritesi Apotesi Kleystotesi

  22. Göbələklər enerji almaq üçün mürəkkəb üzvi birləşmələrdən istifadə edirlər. Böyük molekulyar kütlə hüceyrə örtüyü vasitəsilə sahibin toxumasına daxil ola bilmir. Göbələklər yüksək molekullu polimerləri (polisaxaridlər, nuklein turşuları, zülallar və başqaları) hüceyrəyə daxil olma qabiliyyətli ayrı-ayrı monomerlərə qədər parçalayırlar.

  23. Mikologiya ümumi elmlər sistemində, onun fitopatologiya,tibb, texnika və başqa bioloji elmlərlə əlaqəsi Botanika Fitopatologiya Mikologiya Tibb Sənaye Mikrobiologiya Texnika

  24. Mikologiyanın inkişaf tarixinə baxış xlorofildən məhrumdur saprotrof və ya parazit qidalanırlar Göbələklər əhatəli orqanizm qrupudur, burada 100000 mindən çox növ birləşmişdir

  25. Yunan dilində şampinyon göbələklərin adı “mikos” adlanır və bu haqda qədim yunan mənbələrində bizim eraya qədər III əsrdə Teofrastın əsərlərində xatırlanır. Elə göbələyin latın adı “mikota” və ya “mycetes” də başlanğıcını mikos sözündən götürmüşdür.

  26. Rus dilində göbələk “губы” adlandırılmışdır. “Göbələk” və ya “грибы” adı yalnız XV əsrin sonu və ya XVI əsrin əvvəllərində meydana çıxmışdır. Linqvistlərin mülahizələrinə görə bu söz qədim rus sözü “гьрб”-dan götürülmüşdür. Rus torpağında XVI və XVII əsərlərdə hər iki ad işlənmiş, XVIII əsrin əvvəllərində meydana çıxan “грибы” sözü rus dilinin lüğətinə daxil olmuşdur.

  27. Bəzi mənbələrə görə Azərbaycanda da göbələklər haqqında bilgilər hələ XI əsrdən məlumdur. Adil Sadıqov (2007) yazır ki, XI əsrdə Şamaxıda böyük alim Kafiəddin Şirvaninin yaratdığı Tibb Akademiyasında bir sıra xəstəliklərin müalicəsində müxtəlif tərkibli dərmanlarla yanaşı, “yaşıl kif” də (penisillin) yaraların müalicəsində tətbiq olunurdu.

  28. Teofrastdan sonra göbələklər haqqında xatırlamalara bir sıra qədim Roma klassiklərində Dioskorida, Böyük Pliniy rast gəlinir. Bu alimlər onlara məlum olan iri göbələkləri təsvir etmiş, bəzi xassələrini göstərmişlər.

  29. Pliniy Böyük “Təbii tarix” əsərində göbələkləri yeyilən və yeyilməyənlərə ayırmaqla onların ilk təsnifatını verməyə cəhd etmişdir. Göbələklərin təsnifatına belə yanaşma onu göstərir ki, Qədim Romada göbələklər artıq ərzaqlıq məhsul kimi geniş istifadə olunurdu. Həmin dövrdə muxomor cinsindən olan Sezar göbələyi məşhur idi.

  30. Sezar göbələyi - Amanita caesarea

  31. Məşhur Avstriya botaniki XVI əsrin sonu XVII əsrin əvvəllərində Kluzius 100 növdən artıq göbələyi təsvir etmiş, həmin dövr üçün vacib olan göbələklərin şəkillərini çəkmiş və onu “Kluziusun Kateksi” adlandırmışdır. 1729-cu ildə italyan alimi Mikeli vacib bir kəşf etdi: papaqlı göbələklərdə sporları gördü və onları “toxum” kimi təqdim etdi, göstərdi ki, onlar bu toxumlarla çoxalırlar. Fransız botaniki Dyutroşe papaqlı və başqa göbələklər yalnız meyvələrdir, onlar isə yerin altında olan budaqlanan hiflərdən əmələ gəlir. Həmin hifləri biz indi mitsel adlandırırıq.

  32. Alman botaniki X.Bokun “Otluqda” 1595-ci il kitabında göbələklərə cəmi bir fəsil ayrılmış, həmin fəsildə isə 10-a qədər papaqlı və qov göbələklərinin təsviri verilmişdir.

  33. Mikeli ilk dəfə göbələklərdə sporları aşkar etdikdən sonra, onları toxum adlandırdı. Spor adı isə 1778-ci ildə alman botaniki Qedviq tərəfindən təklif olunmuşdur. spor Spordan hifin inkişafı

  34. XVII əsrdə Huk və Malpigi kimi mikroskopçular mikroskop altında pas göbələklərini müşahidə etdilər. Lakin pas göbələklərinin əmələ gəlməsini yarpağın özünün şəkildəyişməsi kimi izah etdilər. 1833-cü ildə Frans Unqerin “Bitkilərdə səpgilər” kitabında parazit mikroskopik göbələklər haqqında oxşar nəzəriyyə inkişaf etdirilmişdir. Unqer yazırdı: “Şirənin xəstəlik vəziyyəti xəstəliyin səbəbidir, göbələk orqanizmləri – nəticədir”. Yalnız İsveç botaniki E.Friz (1794-1878) ilk dəfə bitkilərin xəstəlik törədicilərinin mikroskopik göbələklərə aid olduğunu və xəstəlik bitki hüceyrəsindən başlayır fikrini təsdiq etdi.

  35. Karl Linney - İsveç təbiətşünası (1707 – 1778) Karl Linney 1735-ci ildə yazdığı “Təbiətin sistemi” kitabında 95 növ göbələyi təsvir etmiş, lakin təsnifləşdirə bilməmişdir. O zaman alim yazırdı: “Göbələklərin sırasında xaos var”.

  36. E.Friz – Niderland botaniki (1848–1935) E.Frizin 1821-1832-ci illərdə yazdığı “Mikologiyanın sistemi” adlı fundamental kitabda bir neçə min göbələk növləri təsvir edilmişdir.

  37. Anton de Bari – Alman morfoloq, mikoloq və anatomu (1831–1888) Sürmə, pas, kartofda fitoftoroz kimi əhəmiyyətli parazit göbələklərin öyrənilməsi, eksperimental xarakterli işlərin aparılması istiqaməti fransız botanikləri Tülyan qardaşlarına və alman alimi Anton de Bariyə məxsusdur. Anton de Bare haqlı olaraq “Mikologiyanın atası” hesab olunur.

  38. A.Sakkardo - İtalyan botaniki və mikoloqu (1845 – 1920) İtalyan alimi P.A.Sakkardo 1882-1931-ci illərdə 25 cildlik kitablarını həmin dövrdə mövcud olan 80 minə qədər göbələyin latın dilində təsvirinə həsr etmişdir.

  39. M.S.Voroninin- Rus botaniki, mikoloqu və fitopatoloqu (1838 - 1903) Rusiyada mikologiyanın inkişafı (1838-1903) adı ilə bağlıdır. Onu haqlı olaraq rus mikologiyasının atası adlandırırlar. Tədqiqatçının kələmdə kila, günəbaxanda pas, bir sıra tərəvəz bitkilərində ağ çürümə xəstəliklərinin törədiciləri olan göbələklər haqda verdiyi bilgilər bu gün də aktuallığını saxlayır.

  40. S.Q.Navaşin – rus botaniki (1857 - 1930) S.Q.Navaşin bir çox göbələklərin inkişaf tsikllərini öyrənməklə mikologiya elminə müəyyən töhfələr vermiş, bu sahədə akademikliyə qədər yüksəlmişdir.

  41. A.A.Yaçevski – rus botaniki, mikoloqu və fitopatoloqu (1863 - 1932) A.A.Yaçevski 1915-ci ildən başlayaraq bütün ölkə üzrə bitki xəstəlikləri haqqında məlumatları toplayaraq «Mikologiya və fitopatologiya üzrə materiallar» nəşr etdirməyə başladı. A.A.Yaçevski eyni zamanda bütün dünya mikoloq və fitopatoloqları tərəfindən qəbul edilən məşhur kitabların müəllifidir: «Rusiyada dənli taxıllarda pas», «Fitopatologiya (bitkilərin xəstəlikləri)», «Göbələklərin təyini», «Mikologiyanın əsasları» və başqaları.

  42. N.A.Naumov – Rus botaniki, mikoloqu və fitopatoloqu (1888 – 1959) N.A.Naumovun 25 cinsə daxil olan 200-dən çox göbələk növünü təsvir etmişdir. O eyni zamanda mikoloq və fitopatoloq kadrlarının yetişməsinə böyük diqqət verirdi: «Mikoloji və fitopatoloji tədqiqat üsulları», «Leninqrad vilayətinin göbələk florası», «Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri» kitabları bunun üçün bir vasitə idi.

  43. Amerikan mikoloqlardan (1850-1942) bir sıra botaniki və mikoloji taksonların müəllifidir. Botanik nomenklaturada bu adlar “Artur” ilə tamamlanır. Artur Cozef Çarlz (1850-1942)

  44. Bert Eduart Anqus amerikalı mikoloq olmaqla Şimali Amerikanın bazidial göbələklərini öyrənmişdir. Bert Eduart Anqus (1859 - 1939)

  45. Rolf Zinger alman mənşəli botanik alim Qərbi Avropa, SSRİ, ABŞ, Argentina və Çilidə işləmişdir. XX əsrin ən görkəmli mikoloqlarındandır. Aqar göbələklərinin sistemini işləmiş, 2450 yeni göbələk növü təsvir etmişdir. 9 dildə nəşr edilən 400 əsərin müəllifidir. Rolf Zinger (1906-1994)

  46. Şveynits Lyus Devid (1780-1834) Şimali Amerika mikologiyasının atası adlandırılır. Alman mənşəli mikoloqdur. Şimali Amerikada 4000 minə qədər göbələk növünü təsvir etmişdir.

  47. Təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti Torpaq göbələkləri vahid taksonomik qrup deyil, onlar ən müxtəlif ekoloji - trofik qruplara mənsubdurlar: mikoriza əmələ gətirənlər saprotroflar yırtıcı göbələklər bitki patogenləri Hamısının vahid yaşayış məskəni – torpaqdır

  48. Göbələk hiflərininmiqdarı torpaqda çox zəngindir Qarışıq meşə sahəsinin 1 qram torpağında 600 minə çatır, elə həmin miqdar torpaqda mitsel hiflərinin ümumi uzunluğu bir neçə yüz metrlərlə ölçülür. Bəzi meşə torpaqlarının bir hektarının 4-5 sm dərinliyində göbələk biokütləsi 50-320 kq-a çatır. Çox quru səhra qumlarında da göbələklər qeydə alınır.

  49. Göbələklərəksər torpaq tiplərində əsasən torpağın5-10sm dərinliyindətoplanırlar Torpaqda külli miqdarda üzvi maddələr toplanır, burada rütubət və havalanma da optimaldır Torpaq göbələklərinin əksəriyyəti üçün 24-28°C temperatur optimal hesab edilir Aspergillus, Mucor, Humicola kimi cinslərə daxil olan növlər 35-40°C-də yaşayırlar, onlara termofil göbələklər deyilir

  50. su radiasiya günəş Torpaq göbələklərinin yayılmasında göstərilən amillər rol oynayır: temperatur

More Related