1 / 30

İqtisadi Tədqiqatlar Mərkəzi

İqtisadi Tədqiqatlar Mərkəzi. Hesabat Konfransı 200 9 Bakı, K aspian Plaza , 11 Mart 20 10 -c u il. İqtisadi Tədqiqatlar Mərkəzi Hesabat ın Strukturu. Proqramlar Resurslar Məhsullar Donorlar və tərəfdaşlar Maliyyə Çətinliklər Nailiyyətlər Gələcək planlar.

malina
Télécharger la présentation

İqtisadi Tədqiqatlar Mərkəzi

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. İqtisadi Tədqiqatlar Mərkəzi Hesabat Konfransı 2009 Bakı, Kaspian Plaza, 11 Mart 2010-cuil

  2. İqtisadi Tədqiqatlar Mərkəzi Hesabatın Strukturu • Proqramlar • Resurslar • Məhsullar • Donorlar və tərəfdaşlar • Maliyyə • Çətinliklər • Nailiyyətlər • Gələcək planlar

  3. İqtisadi Tədqiqatlar Mərkəzi Missiya • İTM əsasən iqtisadi siyasətlə bağlı qərarların qəbulunda ictimai iştirakçılığın artırılması və iqtisadi inkişafın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. İTM-in başlıca missiyası dayanıqlı iqtisadi inkişafa və yaxşı idarəetməyə yardım etməkdir.

  4. İqtisadi Tədqiqatlar Mərkəzi Strateji Məqsədlər • İTM-in məqsədi sosial-iqtisadi sahədə dövlət siyasətinin aktual istiqamətləri üzrə tədqiqatlar aparmaq və onu daha da təkmilləşdirmək üçün tövsiyələr hazırlamaq, ictimai idarəetməyə əhalinin hər bir təbəqəsinin effektiv və davamlı şəkildə cəlbinə, eləcə də hökumət və vətəndaş cəmiyyəti arasında dialoqa nail olmaqla ölkə vətəndaşlarının zəruri informasiya mənbələrinə çıxışını təmin və ictimai qərarların qəbuluna təsir etməkdir.

  5. İqtisadi Tədqiqatlar Mərkəzi İTM nə ilə məşğuldur? • İTM aşağıdakı hədəflər vasitəsilə dövlət idarəçiliyində dəyişikliklərlə məşğul olur: • İTM siyasət tədqiqatları istiqamətində fəaliyyət göstərən təşkilatdır. • İTM təşkilatçıdır. • İTM etibarlı istinadlara nöqteyi-nəzərdir. • İTM alternativ «zəng»dir. • İTM bilik və siyasət arasında körpüdür.

  6. İqtisadi Tədqiqatlar Mərkəzi Tədqiqat prinsipləri • Mərkəzin daim diqqət mərkəzində saxladığı məsələlər cəmiyyətdə iqtisadi və biznes biliklərinin artırılması, şəffaflıq və hesabatlılığın genişləndirilməsi, vətəndaş iştirakçılığının və əksmərkəzləşdirilmiş idarəetmənin təminatıdır. Tədqiqat istiqamətləri aşağıdakı prinsiplərə əsaslanır: • Keyfiyyətli tədris metodologiyası istər iqtisadi, istərsə də digər sahələrdə təhsil məsələlərinə ənənəvi təlim metodlarından uzaq olan diqqətli yanaşma tələb edir. • Əksmərkəzləşdirilmiş fiskal və inzibati idarəetmə ilə ictimaiyyətin səsini eşidən dövlət idarəçiliyi siyasəti özündə şəffaflığı ehtiva edir. • Cəmiyyəti ümummilli maraqlara xidmət edən məsələlər barədə daim məlumatlı saxlamaq üçün dövlət orqanları tərəfindən müntəzəm hesabatlılıq tələb olunur. • Sosial yönümlü bazar iqtisadiyyatı, sosial təminat və sosial müdafiə istiqamətində xərcləmələrin səmərəliliyi bu sahədə dövlət siyasətinin effektivliyinin göstəricisidir.

  7. İqtisadi Tədqiqatlar Mərkəzi Tədqiqatlar və təşəbbüslər • “Büdcə şəffaflığı və büdcəyə nəzarət” Proqramı (2004-cü ildə başlayıb və hal-hazırda davam edir). Layihəyə Böyük Britaniyanın Oxfam və Açıq Cəmiyyət İnstitutu Yardım Fondu dəstək verir. Proqramın birinci hissəsində büdcə şəffaflığının artırılması yolu ilə dövlət büdcəsindən ilkin səhiyyəyə ayrılmış vəsaitin təhlili və monitorinqi həyata keçirilib. Proqramın ikinci hissəsi cəmiyyətin müxtəlif qruplarının büdcə marağının artımına yardım edən büdcəyə dair nəşrlərlə(“Vətəndaşın büdcə bələdçisi”) bu sahədə məlumatlılığın artırılmasına təsiri gücləndirmək məqsədi daşıyır. •  «İqtisadi təhsilə yardım» proqramı (2004-cü ildə başlayıb və hal-hazırda davam edir). Layihəyə ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurası maliyyə dəstəyi verir. Proqram iqtisadi təhsildə aktiv tədris üsullarının irəli sürülməsini, ali və orta məktəblərdə iqtisadiyyatın tədrisinin keyfiyyətinin artırılmasını qarşıya məqsəd qoyub.

  8. İqtisadi Tədqiqatlar Mərkəzi Tədqiqatlar və təşəbbüslər • “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərinin işlənilməsi” layihəsi 2010-cu ildən başlayıb. Layihəyə maliyyə dəstəyini İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi verir. Proqram çərçivəsində əsas diqqət Azərbaycanda inflyasiya səviyyəsinə təsir edən amillərin rolunun müəyyənləşdirilməsinə yönəldilir. Eyni zamanda 22 regionda istehlak qiymətləri indeksində baş verən dəyişikliklərin müşahidəsi aparılır. • «Azərbaycanda yerli özünüidarəetmə orqanlarının gücləndirilməsi» proqramı. Layihəyə Böyük Britaniyanın (BB) Oxfam, Hollandiyanın İCCO təşkilatı maliyyə dəstəyi verir. Proqramın məqsədi icmanın bələdiyyələrə qarşı inamını yüksəltmək, hökumət ilə dialoqda bələdiyyələrin mövqeyini gücləndirmək və maliyyə vasitələrinin artırılması yolu ilə Azərbaycanda yerli özünüidarəetmə orqanlarının gücləndirilməsinə nail olmaqdır.

  9. İqtisadi Tədqiqatlar Mərkəzi Tədqiqatlar və təşəbbüslər • “Dövlət büdcə xərcləmələrinin makroiqtisadi tarazlıq perspektivindən sosial sahəyə təsirinin qiymətləndirilməsi” layihəsi 2009-cu ildən başlayıb. Maliyyə dəstəyi Counterpart Təşkilatı Vətəndaş Cəmiyyəti Layihəsi və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondundandır. Layihə çərçivəsində dövlət büdcəsinin sosial istiqamətli xərclərinin təhlilinə başlanıb, ölkədə həyata keçirilən pensiya islahatlarının mahiyyəti, səmərəliliyi və pensiyaçılara təsirləri araşdırılıb. Ünvanlı sosial yardım, məşğulluq və yoxsulluq layihənin araşdırma predmetinə daxildir. • “Ev təsərrüfatlarının büdcə müayinəsi metodologiyasının təkmilləşdirilməsi” layihəsinə (2008-2010) maliyyə dəstəyini ABŞ Beynəlxalq İnkişaf Agentliyi, təşkilati dəstəyi isə Counterpart və “World Learning” təşkilatları verib. Layihə çərçivəsində görülən əsas iş 3 min ev təsərrüfatı arasında sorğunun keçirilməsi olub. Layihə Azərbaycan hökumətinin yoxsulluğun ixtisarı və regionların inkişafı proqram strategiyasının güclənməsinə, habelə ev təsərrüfatlarının büdcə müayinəsinin metodoloji cəhətdən təkmilləşdirilməsinə xidmət edir. • «

  10. İqtisadi Tədqiqatlar Mərkəzi Proqramları • “Azərbaycanda Holland xəstəliyi: Xəstəlikdirmi?” tədqiqat xarakterli layihəni ABŞ Dövlət Departamenti maliyyələşdirir. Layihəni ABŞ Şimali Karolina Universiteti ilə İqtisadi Tədqiqatlar Mərkəzi birlikdə həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda “Holland xəstəliyi”nin təsirləri araşdırılıb, Azərbaycanda fəaliyyət göstərən biznes subyektləri arasında xüsusi sorğu keçirlib. 300-ə qədər müəssisənin iştirak etdiyi sorğunun nəticələri 2009-cu il 10 dekabrda Şimali Karolina Universitetində təqdim olunub. • “Aqrar bazarın araşdırılması” layihəsi 2009-cu ildən başlayıb. Maliyyə dəstəyi Oxfam-Novib təşkilatındandır. Layihə çərçivəsində aqrar siyasətin təhlili aparılıb, ölkədə həyata keçirilən aqrar islahatlarının mahiyyəti, səmərəliliyi və sosial təsirləri araşdırılıb.

  11. İqtisadi Tədqiqatlar Mərkəzi İdarəetmə Strukturu

  12. İqtisadi Tədqiqatlar Mərkəzi Siyasət və qaydalar • Uçot siyasəti • İctimai əlaqələr üzrə qaydalar • Keyfiyyətə nəzarət standartları • Kommunikasiya strategiyası • İnsan resursları üzrə qaydalar • Beynəlxalq əlaqələr üzrə qaydalar

  13. İqtisadi Tədqiqatlar Mərkəzi İnformasiya resursları İTM zəngin informasiya və məlumat bazasına malikdir. Bu bazanın böyük bir hissəsi Mərkəzin öz tədqiqatları (İstehlak Qiymətləri İndeksi üzrə 22 regionda 3 illik statistik müşahidənin, 3 min ev təsərrüfatı arasında keçirilmiş sorğunun, qlobal maliyyə böhranının biznesə təsirlərinin öyrənilməsi məqsədli 300-dək biznes subyekti arasında keçirilmiş sorğunun nəticələri və sair) əsasında formalaşdırılıb.

  14. İl ərzində İTM tərəfindən müxtəlif məsələlərlə bağlı 9 dəfə konfrans (o cümlədən 1 beynəlxalq konfrans), 9 dəfə dəyirmi masa, 12 dəfə təqdimat və ictimai müzakirələr, 2 təlim və seminar, 1 radiodebat təşkil olunub. İctimai xarakterli tədbirlərin hər birində orta hesabla 30-dan yuxarı xarici və yerli mütəxəssis, beynəlxalq təşkilat və xarici ölkə səfirliklərinin, həmçinin 15-dək KİV nümayəndələrinin iştirakı təmin olunub. Mərkəzin İctimaiyyətlə əlaqələr departamenti tərəfindən müxtəlif fəaliyyətlər üzrə 14 dəfə mətbuat üçün açıqlama hazırlanaraq yayılıb. Mərkəzin ekspertlərinin bu və ya başqa məsələlərlə bağlı rəy və müsahibələri hər ay orta hesabla 70-80 dəfə mətbuatda yer alıb. Eyni zamanda 2009-cu ildə İTM-in fəaliyyətinə dair 9 məlumat bülleteni iki dildə (Azərbaycan və ingilis), Mərkəzin nəşri olan “Ekspert” jurnalının 7 sayı çap olunub, bütün tərəfdaşlara yayılıb. İqtisadi Tədqiqatlar Mərkəzi İctimai müzakirələr

  15. İqtisadi Tədqiqatlar Mərkəzi İctimai əlaqələr

  16. İqtisadi Tədqiqatlar Mərkəzi Tədbirlər

  17. İqtisadi Tədqiqatlar Mərkəzi Beynəlxalq Tədbirlərdə İştirak • 05 dekabr 2008 – 06 yanvar 2009, ABŞ Laurence, Missisipiştatı, Kansas Universiteti • 11 yanvar– 23 May 2009-cu il, ABŞ Çapel Hill, Şimali Karolina Universiteti • 06-11 mart 2009-cu il, Fillippin, Manila şəhəri, AİBİ-nin konfransı • 23-29 mart 2009 –cu il, Türkiyə, İstanbul şəhəri, Soros Fondu Nyu York ofisi • 20 iyul-15 avqust 2009-cu il, Bolqarıstan, Sofiya Açıq Cəmiyyət İnstitutu təqaüd proqramı • 22-23 oktyabr 2009-cu il, Türkiyə, İstanbul şəhəri, NATO tədqiqat konfransı • 24-25 oktyabr 2009-cu il, Ukraina, Lvov şəhəri, PASOS illik konfrans • 29-30 oktyabr 2009-cu il Rumıniya, Buxarest şəhəri, Qara dəniz QHT Forumu • 16-17 noyabr 2009-cu il, Avstriya, Brüssel şəhəri, Şərq Tərəfdaşlıq QHT Forumu • 16-8 noyabr 2009-cu il, Kanada, Montreal şəhəri, Ödədiyini açıqla İllik Konfrans • 05-11 dekabr 2009-cu il, ABŞ Çapel Hill, Şimali Karolina Universiteti • 18-21 dekabr 2009-cu il, Qazaxıstan, Almatı şəhəri, NUPİ seminarı.

  18. İqtisadi Tədqiqatlar Mərkəzi Nəşrlər

  19. İqtisadi Tədqiqatlar Mərkəzi İnformasiya Bülletenləri

  20. İqtisadi Tədqiqatlar Mərkəzi

  21. Бялядиййяверэи калкулйатору иля iстянилян шяхсяйерли верэиляри – физики шяхслярин торпагвя əмлак, бялядиййя mцяссисялярининмянфяят вя бялядиййя бцдъясиня юдянилян йерли ящямиййятли тикинтиматериаллары цзря – mядян верэилярини щесаблайа биляр. İqtisadi Tədqiqatlar Mərkəzi Bələdiyyə vergi kalkulyatoru

  22. Инфлйасийа калкулйатору фярдигайдада истещлак гиймятлярииндексини щесабламаьа iмкан верир. Бунун цчцн iстещлак едилян mалларынсийащысы вя мцгайися едиляндювр сечилир. Алынан нятиъяСизин билаваситя iстифадяетдийиниз мящсуллар вя sечдийиниз дюврляр цзряинфлйасийа сявййясиниэюстярир. İqtisadi Tədqiqatlar Mərkəzi İnflyasiya Kalkulyatoru

  23. İqtisadi Tədqiqatlar Mərkəzi Tərəfdaşlar İTM Ödədiyini Açıqla (Publish What You Pay) Beynəlxalq Koalisiyası, Açıq Cəmiyyətlər üzrə İctimai Assosiasiya (PASOS), Vətəndaş iştirakçılığı üzrə Dünya Alyansı (CİVİCUS), Avropa yerli özünüidarəetmə Konqresinin Təlim Şəbəkəsi (ENTO), Yerli Demokratiya Qurumları Assosiasiyası (ALDA), Qara Dəniz QHT Forumunun üzvüdür. Mərkəz yerli səviyyədə vətəndaş cəmiyyəti koalisiyalarının - Milli Büdcə Qrupu, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası, Sağlamlığa Çağırış İctimai Alyansı, Yoxsulluqla Mübarizəyə Çağırış Milli Koalisiyası, Bələdiyyə Alyansı – yaradıcılarından biridir.

  24. İqtisadi Tədqiqatlar Mərkəzi Donorlar

  25. İqtisadi Tədqiqatlar Mərkəzi Maliyyələşmə mənbələri, faizlə

  26. İqtisadi Tədqiqatlar Mərkəzi Dövlətə vergi və ayırmalar, AZN-lə

  27. İqtisadi Tədqiqatlar Mərkəzi Nailiyyətlər • Mərkəzin araşdırmalarının nəticələrinə istinadlar artıb (məsələn: The Economist, Financial Times, CNN, AlJaazera və s.); • Beynəlxalq əlaqələr genişlənib (ENTO, Chatam House, WTTN və s.); • Diplomatik korpuslar, beynəlxalq təşkilatlarla, vətəndaç cəmiyyəti institutları və KİV-lərlə əməkdaşlıq əlaqələri daha da inkişaf edib; • Akademik dairələr, universitetlər və tədqiqat institutları ilə əlaqələr inkişaf etməyə başlayıb; • Dövlət orqanları ilə əməkdaşlıq imkanları artıb, siyasət qərarlarına təsir imkanları yaranıb.

  28. İqtisadi Tədqiqatlar Mərkəzi Çətinliklər • Dövlət Proqramlarında iştirakın məhdudluğu; • Özəl bölmə ilə tərəfdaşlıq imkanlarının zəifliyi; • İnsan və maliyyə resurslarının çatışmazlığı; • VCİ inkişafı ilə baglı problemlərin çoxluğu , azad mətbuata qarşı basqıların olması, müstəqil fikri yayan mətbu orqanların və jurnalistlərin təqib olunması, bəzi hallarda isə həbs edilməsi; • İqtisadiyyatdan yazan jurnalistlərin peşəkarlıq səviyyəsinin yetərli olmaması; • Elektron KİV-lərin siyasi hakimiyyətdən asılılığı şəraitində İTM-in tədqiqatları barədə məlumatları onların səhifə və verilişlərində yerləşdirməyin çətinliyi; • Bir sıra mühafizəkar hökumət məmurlarının İTM ekspertləri ilə açıq debatlardan, müzakirələrdən yayınması.

  29. İqtisadi və kommersiya fəaliyyətinin genişləndirilməsi; • Dövlət sifarişlərində və tenderlərə müraciətlərin edilməsi; • Tədqiqat təşəbbüslərinin və proqramlarına fokusun artırılması; • Beyin məhsullarının sayının və keyfiyyətinin artırılması; • Dünya beyin mərkəzləri ilə iki tərəfli əlaqələrin qurulması. İqtisadi Tədqiqatlar Mərkəzi Gələcək planlar

  30. İqtisadi Tədqiqatlar Mərkəzi Təşəkkür Edirik Bakı, Azərbaycan AZ1065Cəfər Cabbarlı 44, Kaspian Plaza 3, mərtəbə 9Telefon: (+99412) 437 32 30Fax: (+99412) 437 32 40web-site: www.erc-az.orge-mail: office@erc-az.org,erc-az@azeurotel.com

More Related