410 likes | 710 Vues
VIII BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: XARİCİ TİCARƏT SİYASƏTİ. Müəl. Elşen BAĞIRZADE Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 20 1 1.
E N D
VIIIBÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: XARİCİ TİCARƏT SİYASƏTİ Müəl. Elşen BAĞIRZADE Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 2011 Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfındən yazılmış “International Economics: Theory and Policy”və Halil Seyidoğlu tərəfindən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
Mündəricat • Giriş ........................................................................................................................................................................................... 3 • Xarici iqtisadi siyasətin predmeti .............................................................................................................................................. 4 • Xarici iqtisadi siyasətin növləri ................................................................................................................................................. 5 • Xarici iqtisadi siyasətin məqsədləri ........................................................................................................................................... 6 • Xarici iqtisadi siyasətin vasitələri .............................................................................................................................................. 7 • Xarici ticarət siyasəinin predmeti .............................................................................................................................................. 8 • Xarici ticarət siyasətinin məqsədləri .......................................................................................................................................... 9 • Xarici ticarət siyasətinin vasitələri ........................................................................................................................................... 10 • Tariflər ..................................................................................................................................................................................... 11 • Ad Valorem gömrük vergiləri ................................................................................................................................................. 12 • Spesfik gömrük vergiləri ......................................................................................................................................................... 13 • Gömrük vergisinin iqtisadi təsirləri ......................................................................................................................................... 14 • Gömrük vergilərininrentatəsiri .............................................................................................................................................. 16 • Gömrük vergilərininmakro iqtisadi təsirləri (Ümumi Tarazlıq Yanaşması) .......................................................................... 17 • Gömrük vergilərinin əksi olunması problemi .......................................................................................................................... 18 • Qeyr-tarif tədbirləri ................................................................................................................................................................. 19 • İdxalat kvotalarının iqtisadi təsirləri ........................................................................................................................................ 26 • Gömrük tariflərinin idxalat kvotaları ilə müqayisəsi ............................................................................................................... 27 • Xüsusi gömrük rejimləri .......................................................................................................................................................... 28 • Xarici ticarət siyasətinin növləri.............................................................................................................................................. 33 • Proteksionizmin iqtisadi və siyasi arqumentləri...................................................................................................................... 34 • Proteksionizmin müəyyən şərtlərdə qüvvədə olma səbəbləri .................................................................................................. 35 • Proteksionizmlə bağlı şəxsi mənafelərə əsaslanan fikirlər ...................................................................................................... 36 • Aktiv proteksionizm ................................................................................................................................................................ 37 • Mənbələr ................................................................................................................................................................................. 38
Giriş • Bu bölmədən etibarən beynəlxalq iqtisadiyyatın ticarət nəzəriyyəsi və monetar nəzəriyyəsindən sonra gələn ən mühüm bölməsini – xarici ticarət siyasətini araşdırmağa başlayırıq. • Bu zaman əvvəlcə xarici ticarət siyasətinə nəzər salınacaq, sonra bu çərçivədə xarici ticarət siyasəti araşdırılacaqdır.
Xarici iqtisadi siyasətin predmeti • İstər Azərbaycanca, istərsə İngiliscə ədəbiyyatda xarici iqtisadi siyasət (foreign economic policy) ilə beynəlxalq iqtisadi siyasət (international economic policy) terminləri əsasən bir-birinin əvəzinə və sinonim kimi istifadə olunur. • Xarici iqtisadi siyasət ümumi iqtisadi siyasətin bir istiqamətidir. • Geniş mənada xarici iqtisadi siyasət və ya beynəlxalq iqtisadi siyasət, hökumətlərin ticarət və istehsal faktorları axınlarının istiqamətinə, struktur və həcminə müdaxilə etmək məqsədilə həyata keçirdiyi bütün fəaliyyətlərin məcmusudur. • Dar mənada xarici iqtisadi siyasət hökumətlərin xarici ticarəti, daxili və xarici investisiyaları məhdudlaşdırması, tənzimləməsi, təşviq etməsi və ya bunlara yol göstərməsi kimi qəbul edilir.
Xarici iqtisadi siyasətin növləri • Xarici ticarət siyasəti • Tədiyyə balansı siyasəti(balance of payments policy) – hökümətlərin tədiyyə balansını tarazlıqda saxlamaq və ya tarazlığı pozulduğu halda tarazlığa gətirmək üçün həyata keçirdiyi bütün fəaliyyətləri əhatə edən bir siyasətdir. • Xarici investisiya siyasəti(foreign investment policy) – beynəlxalq uzun müddətli kapital investisiyaları ilə bağlı qərarları əhatə edir. • Xarici yardım siyasəti(foreign aid policy) – hökumətdən hökumətə olan və yardım alan ölkədə infrastrukturun qurulması, iqtisadi inkişafın təmin edilməsi və ya müdafiə qüdrətinin yüksəldilməsini nəzərdə tutan borc və əvəzsiz yardımları əhatə edir.
Xarici iqtisadi siyasətin məqsədləri • Özünü təminat • İqtisadi rifah • İqtisadi proteksionizm • Tam məşğulluğu təmin etmə • Tədiyyə balansında tarazlıq • İqtisadi inkişaf
Xarici iqtisadi siyasətin vasitələri • Tariflər • Qeyri-Tarif məhdudiyyətləri • İxracatı təşviq yardımları • Valyuta nəzarəti
Xarici ticarət siyasətinin predmeti Azərbaycan dilinə “ticarət siyasəti” kimi tərcümə edə biləcəyimiz İngiliscə “commercial policy” ilə “trade policy” veya “international trade policy” teriminləri eyni mənalı istifadə olunur. Xarici ticarət siyasəti tədiyyə balansının cari əməliyyatlar hesabında ixracat və idxalat qələmləri üzərindəki bütün hökumət fəaliyyətlərini əhatə edən bir növ xarici iqtisadi siyasətdir.
Xarici ticarət siyasətinin məqsədləri • Tədiyyə balansındakı qeyri-tarazlıqların aradan qaldırılması • Xarici rəqabətdən qorunma • İqtisadi inkişaf • Bazar çatışmazlıqlarının aradan qaldırılması • İqtisadiyyatın liberallaşdırılması • Daxili iqtisadi sabitliyin təmin edilməsi • Xəzinəyə gəlir təmin etmək • Xarici bazarlarda monopol gücündən faydalanma • Avtarkiya • Sosial və siyasi səbəblər • Xarici siyasi məqsədlər
Xarici ticarət siyasətinin vasitələri • Dövlətin xarici ticarətə müdaxilə etmək məqsədilə istifadə etdiyi ənənəvi vasitələri üç yerə ayrılır: • I. Tariflər (Tariffs): • Malların ölkəsərhəddindən keçidi zamanı alınan vergilərdir. • II. Qeyri-tarif tədbirləri (Non-Tariff Barriers): • Tariflərin xaricində qalan və ölkədən valyuta çıxışına səbəb olan əməliyyatları məhdudlaşdırmaq məqsədilə həyata keçirilən tədbirlərdir. • III. Xüsusi gömrük rejimləri: • Daşıdıqları xüsusiyyətlərdən irəli gələrək, ölkənin normal gömrük rejiminə aid olmayan mallar, xüsusi gömrük rejimlərinə aid olurlar.
Tariflər • "Tarif", bir ölkəyə idxal edilən mallara tətbiq edilən gömrük vergisidir (çox nadir hallarda ixrac mallarına da tətbiq edilir) • Tariflər • Daxili bazarda istehsal olunan məhsullara, idxal ekvivalentləri qarşısında qiymət üstünlüyü təmin etmək; • Dövlət büdcəsinə gəlir təmin etmək üçün tətbiq edilir. • Tariflərin tətbiqi yerli istehsalçının xeyrinə, ancaqistehlakçının əleyhinə nəticələr verir. • Tariflərin tətbiqi resursların səmərəsiz istifadəsinə yol açır. • Gömrük tarifləri ‘ad valorem’, ‘spesfik’ və ‘qarışıq’ tariflər olmaqla üç növdür. • “Ad valorem” malın dəyərindən (faiz əsasına görə), • “Spesfik” isə malın fiziki vahidindən alınır.
Ad Valorem gömrük vergiləri • Ad Valorem Vergilər: Malın dəyərinin müəyyən bir faizi formasında alınır. • Ad valorem vergilər tətbiq olunduğu zaman bir malın dəyərinin müəyyənləşdirilməsi üçün iki metoddan istifadə edilir. • F.O.B. (Free On Board – Güvertede Teslim):Malın ixracatçının limanında gəmiyə yükləndiyi andakı qiymətdir. • C.I.F. (Cost, Insaurance and Freight – Maliyet, Sigorta ve Yükləmə-boşaltma) :Qiymət, malın idxalatçı ölkənin limanına vardığı andakı qiyməti olmaqla, xərclə birlikdə daşınma və sığorta xərclərinin məcmusundan ibarətdir.
Spesifik gömrük vergiləri • Spesifik Vergilər:Vahid və çəki kimi malların fiziki göstəriciləri üzərindən alınan vergilərdir. • Spesifik vergilər, • Vergidə ədalətlilik prinsipilə uzlaşmır • İnflyasiyaya qarşı mübarizəni ad valorem vergilər qədər təmin edə bilmirlər.
Gömrük vergisinin iqtisadi təsirləri • İstehsal effekti • Gömrük vergisi idxal malının daxili qiymətinin yüksəlməsinə səbəb olur. Xarici bazar rəqabətindən qorunan ölkədaxili istehsal artır. • Bu hal resursların israf edilməsinə səbəb olur. Tam məşğulluq şəraitində idxalata rəqib malları istehsal etmək üçün zəruri resurslar ixracat sektorundan çəkilir.
Gömrük vergisinin iqtisadi təsirləri • İstehlak effekti • Gömrük tarifləri daxili qiymətləri yüksəldərək bir tərəfdən yerli istehsalı təşviq etdiyi halda, digər tərəfdən istehlakın məhdudlaşmasına yol açdığından istehlak itkisi yaradır. • Xarici ticarət effekti • İstehsaldakı artım və istehlakdakı azalma səbəbilə idxalatta daralma yaradır. • Gəlir effekti • Gömrük tarifləri idxalat həcmini sıfıra endirəcək qədər yüksək olmadığı müddətdə xəzinəyə gəlir təmin edir. • Bölgü effekti • Gömrük tarifləri, milli gəlirin istehlakçılardan istehsalçılara yenidən bölgüsünə səbəb olur.
Gömrük vergilərininrenta effekti • İstehlakçı rentası • İstehlakçıların bir malın bir vahidi üçün verməyə razı olacaqları ən yüksək qiymətlərlə faktiki ödədikləri qiymət arasındakı fərqdir. • İstehsalçı rentası • İstehsalçıların müəyyən bir istehsalı təşkil etmək üçün uzun müddətdə onlara edilməsi zəruri olan ödəmədən artıq miqdarı göstərir.
Gömrük vergilərininmakro iqtisadi təsirləri (Ümumi Tarazlıq Yanaşması) • Tədiyyə balansı kəsiri, gömrük tariflərinin idxalatı məhdudlaşdırdığı həcmdə (ölkənin valyuta rezervlərindən qənaət etmək) örtülür. • Tariflər məcmu tələbi xarici mallardan yerli mallara yönəldərək, himayə olunan sektorda hasilatı və dolayı olaraq, milli gəliri artırır. • Gömrük tarifləri ticarət hədlərini, onu tətbiq edən böyük ölkə lehinə dəyişdirməkdədir. • Xarici ticarət siyasətilə hədəflənən digər bir məqsəd isə yoxsul təbəqələrə əlavə gəlir qazandırmaq üçün zəngin təbəqənin istehlak ettiyi lüks mallara tariflər qoyulmasıdır.
Gömrük vergilərinin əks olunması problemi • İdxalatçı gömrük vergisini ödədikdən sonra, onu qismən və ya tamamilə malın qiymətinəəlavə edərək son istehlakçılara ödəddirir. • Bəzi hallarda isə idxalatçı ölkənin gömrük vergisi tətbiq etməsi, ixracatçını qiymət sındırmağa zorlaya bilər və nəticədə vergi xaricilər tərəfindən ödənmiş olar.
Qeyri-tarif tədbirləri • Miqdar məhdudiyyətlərilə bağlı vasitələr: • İdxal kvotaları (Import Quotas) • Kvota, hökumətlərin idxal ediləcək mal həcminə qoyduğu fiziki miqdar və ya dəyər miqdarı məhdudiyyətlərinə deyilir. Kvotalar, müəyyən müddətlərə görə tənzimlənir (bir il ərzində idxal ediləcək xarici avtomobillərin sayını min ədəd və ya dəyərini bir milyon dollar formasında müəyyənləşdirmək kimi). Praktikada kvotalar müəyyənləşdirilmiş xarici ticarət şirkətlərinə bölüşdürülərək nəzarət edilir. • Tarif kvotaları (Tariff rate Quota) - Tarif və kvotanın birlikdə tətbiq edildiyi vasitədir. Kvotadaxilindəhəyata keçirilən idxalata aşağı, kvotanı keçən idxalata isə yüksək tarif tətbiq edilir.Bu vasitə daha çox kənd təsərrüfatı sektorunda həyata keçirilir.
Qeyri-tarif tədbirləri • Könüllü ixracat məhdudiyyətləri (Voluntary Export Restraints-VER) • Kvotaya bənzər bir vasitədir. Əsasən idxalatçı sənayeləşmiş ölkə ilə, ixracatçı inkişaf etməkdə olan ölkələr arasında tətbiq edilən iki və ya çox tərəfli anlaşmalara əsaslanır. Zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkə ixracatına kvota tətbiq edir, beləliklə inkişaf etmiş ölkə kvota tətbiq etməmiş kimi görünür. Ən çox bilinən nümunə 1981-ci ildə Yapon hökumətinin ABŞ-a ixrac edəcəyi avtomobillərinin sayını ildə 1,68 milyon ədəd ilə məhdudlaşdırmasıdır. • Kvota və ya VER kimi miqdar məhdudiyyətlərilə bağlı vasitələrin təsiri idxal malın, idxalatçı bazarda qiymətinin artması formasında ortaya çıxır. 1981-85-ci illər arasında tətbiq edilən VER-in ABŞ istehlakçılarına ildə 1milyard dollar zərər verdiyi hesablanmışdır. Bu zərər ekvivalent əlavə mənfəəti Yapon avtomobil istehsalçılarına ötürülmüşdür. • İstehsalçıların kvotalarla təklifin məhdudlaşdırıldığı nəticəsində əldə etdikləri əlavə mənfəətə kvota rentası (quota rent) adı verilir.
Qeyri-tarif tədbirləri • Maliyyə vasitələri yolu ilə məhdudiyyətlər: • İstehsal subvensiyaları (Production Subsidies) • Hökumət tərəfindən yerli istehsalçıya ödəmələrdir. Nağd əvəzsiz ödəmələr, aşağı faizli kreditlər, vergi güzəştləri və.sformada tətbiq edilir. İxrac məhsullarına qarşı yerli istehsalçını qorumaq üçün tətbiq edilir. • İxracat subvensiyaları (Export Subsidies): • Yeni ixracat bazarları təmin etmək və mövcud ixracbazarlarında bazar payını artırmaqməqsədilə, ixracatçıya vergi qaytarılması, birbaşa ödəmə, aşağı faizli kredit, ucuz istehsal resursu təmin edilməsi, gəlir vəmənfəət vergisi güzəşti v.sformasında tətbiq edilir. Beləliklə, ixrac malının istehsal xərcinin aşağı salınması təmin edilir. • DTTməlumatlarına görə dövlətlər 2005-ci ildə subvensiyalara 300 milyard dollar xərcləmişlər; ancaq bu xərclərin 250 milyard dolları, 21 sənayeləşmiş ölkə tərəfındən çəkilmişdir. • Subvensiyaların çoxu kənd təsərrüfatı sektorunda həyata keçirilir. AB bu sektora ildə orta hesabla 50, ABŞ isə 20 milyard dollar subvensiya verir.
Qeyri-tarif tədbirləri • Kompensasiya edici vergiler (Counterveiling Duties) • İstehsalçı firmalara tətbiq edilən istehsal və ya ixrac subvensiyalarının üstünlüklərini ortadan qaldırmaq üçün subvensiyalı idxalata tətbiq edilən vergilərdir. • Anti-dempinqvergiləri (Anti-Dumping Duties): • İstehsalçı firmanın, malını xarici bazarda, daxili bazardan və ya maya dəyərindən daha aşağı bir qiymətdən satmasına dempinq deyilir. Hökümətlər dempinqtədbirlərinə qarşı, anti-dempinq vergiləri qoyaraq daxili bazarda istehsal olunan malla idxal edilən malın qiymətini bərabərləşdirirlər. • Kompensasiya edici və Anti-dempinq vergiləri əsasən təsbit olunan bir mala müəyyən bir müddət ərzində qoyulan xüsusi əlavə tarif formasında həyata keçirilir.
Qeyri-tarif tədbirləri • Xarici valyutalı əməliyyatların məhdudlaşdırılması • İdxalatı məhdudlaşdırmanın digər bir yolu da, valyuta nəzarəti və ya məzənnə siyasətidir.Valyuta nəzarəti, valyuta ilə bağlı əməliyyatlar üzərinə hökumətin qoyduğu məhdudiyyətlərə deyilir. Bu sistem əsasən idxalat kvotaları iləbirgə tətbiq edilir. Kvotalar mal axınlarını, valyuta nəzarəti isə valyuta əməliyyatlarını məhdudlaşdırır. • Sərt şəkildə tətbiq edilən valyuta nəzarətində, hər cür valyuta əməliyyatı hökumətin inhisarında olur. Valyuta alqı-satqı əməliyatlarını Mərkəzi Bank həyata keçirir.Valyuta gəliri əldə edənlər bu gəlirlərini müəyyən müddət ərzində, Mərkəzi Banka satmağa məcburdurlar. • Çoxlu məzənnə sistemi • Müxtəlif mal və xidmətlərin ticarətinə, müxtəlif valyuta kurslarının tətbiqinə əsaslanan bir sistemdir. Bu sistemdə, bəzi mallara yüksək kurs tətbiq edilərək, onların idxalatına mane olunur.
Qeyri-tarif tədbirləri • İnzibati və texniki maneələr yolu ilə məhdudiyyətlər: - Bütün ölkələrdə, vətəndaşların sağlamlıq və təhlükəsizliyini ya da ekologiyanı qorumaq kimi məqsədlərlə, hökumətlərin çıxardıqları çoxlu sayda inzibati aktlar vardır. Bu normalar aid olduqları məhsulların xarici ticarətinə maneə ola bilər. • Sağlamlıq, təhlükəsizlik və ekoloji standartlar (görünməz əngəllər): • Əsasən məhsullarla bağlı milli standartlar inkişaf etdirilərək idxal ediləcək malların bu standartları daşıması şərti tələb olunur.Standartlara cavab verməyən malların ölkəyə daxil olmasına icazə verilmir. • Dövlət qurumlarının satınalma siyasətləri: ölkə daxili pay məcburiyyəti (Local Content Requirements) • Qəbul edilən qanunlarla, dövlət qurumları və yerli hakimiyyət orqanlarının satın alacaqları mallarda müəyyən miqdar və ya dəyərdə yerli payın olması məcburiyyəti qoyulur.(Məsələn, bir avtobusun 75%-nin yerli hissələrdən emal edilmiş olması və ya dəyərinin 75%-nin yerli istehsal olması). • Beləliklə qanun çərçivəsindəki qurumların idxal mal istifadə etməsi əngəllənir. • Məsələn, ABŞ-da “Buy America Act” dövlət qurumlarını Amerikan malı satın almağa məcbur edir. Bu qanunun tərifinə görə bir malın Amerikan malı sayılabilməsi üçün ən azı 51% yerli payı olması zəruridir.
Qeyri-tarif tədbirləri • Sənaye, ticarət vəintellektual mülkiyyət hüquqlarının qorunması: • Yaradıcı xüsusiyyətə malik insanların, sənətkar və ya yazarların oraya qoyduqları bir yenilik, ixtira və ya oxşar əsərlər intellekt məhsulu və ya intellektual mülkiyyət kimi qəbul edilir. Bu əsərlərin sahiblərinə bunlar üzərindəmüstəsna istifadə hüququ verilir (müəllif hüququ, patent, ticarət ünvanı). İdxal mallar üzərində bu cür hüquqlar olduğu arqumenti ilə ticarət əngəllənə bilər. • İdxal qadağaları: • İqtisadiyyat üçün önəmsiz və ya lüks sayılan malların idxalına icazə verilməyərək, qıt valyuta resurslarına qənaət etmək, yerli istehsalçını xarici rəqabətdən tam şəkildə qoruya bilmək üçün və cari kəsrlərin örütlə bilməsi kimi iqtisadi səbəblərlə, idxalata qadağa qoyulur. • Əhali sağlamlığına, sosial əxlaqa və ictimai nizama zərərli maddələrin ölkəyə girişinin qarşısını almaq məqsədilə də qadağalar qoyula bilər.
İdxalat kvotalarının iqtisadi təsirləri • Kvotalarla gömrük vergilərinin təsirləri arasında mühüm bir fərq mövcuddur. • Kvotalar, xarici malın təklifi mədudlaşdırıldığından idxalatçı ölkədəki qiymətini və ya qıtlıq rentasını hədsiz formada yüksəldir. • Qıtlıq rentası kimlər tərəfindən bölüşdürülür? • İdxalatçılar (əsasən) • İxracatçılar (qarşı ölkədəki ixracatçılar malın xarici bazarında tam nəzarətə sahibdirsə) • Xəzinə (Hökümətin hərracla ilə satması halında)
Gömrük tariflərinin idxalat kvotaları ilə müqayisəsi • Kvota tətbiq edilən bir malın idxalatını icazə veriləndən çox artırmaqimkanı yoxdur. Gömrük tariflərində isə yüksək qiymətdən də olsa tələb artırıla bilər. • Kvotalar və çox yüksək gömrük tarifləri mal qaçaqçılığını vəqara bazarı təşviq edə bilər. • Kvotalarda şəffalıq yoxdur.Tətbiqi və nəzarəti hədsiz bürokratik fəaliyyət tələb edir.
Xüsusi gömrük rejimləri • Daşıdıqları xüsusiyyətlərdən irəli gələrək, ölkənin normal gömrük rejiminə aid olmayan mallar, xüsusi gömrük rejimlərinə aid edilirlər. • Müvəqqəti idxalat və ixracat • Daha sonra təkrar ölkə xaricinə çıxarılmaq şərtilə, ölkəyə daxil olmasına icazə verilən mallar müvəqqəti idxalat çərçivəsində qəbul edilir. Bu çərçivədə yer alan mallardan gömrük vergisi alınmır. • Əksinə, daha sonra təkrar ölkəyə geri gətitilməsi şərtilə,ölkədən ixrac edilən mallar isə müvəqqəti ixracat rejimi çərçivəsində qiymətləndirilir. Bu cür mallara vergi qaytarma ödəmələrihəyata keçirilmir. • Bu cür mallar, təmir olunacaq malları, inşaatlarda istifadə edilmək məqsədilə kirayə götürülən maşın, sərgi vəyarmarkalarda göstəriləcək əşyalar, sirk və teatr kollektivlərinin özlərilə gətirdikləri vasitələr, ticarət nümunələri və.s ola bilər. • Geri ödəmə sistemində təkrar ölkə xaricinə çıxardılmaq şərtilə idxal olunan mallara, ölkəyə girişləri anında normal gömrük tarifləri tətbiq edilir. Daha sonra alınan bu vergi və rüsumlar həmin malların ölkədən çıxışı zamanı geri ödənir.
Xüsusi gömrük rejimləri • Sərbəst Bölgələr (Free zones) • Sərbəst Bölgələr, bir ölkənin siyasi sərhəddləri daxilində olmaqla birlikdə, gömrük sahəsi xaricində sayılır, vergi, məzənnə və standartlarla bağlı müddəalar tətbiq olunmur və ya qismən tətbiq edilir. Qanunla müəyyən edilmiş sahələrdir. • Sərbəst bölgədəki fəaliyətlərləbağlı hər cür ödəmələr xarici valyuta ilə aparılır. • Sərbəst bölgə fəaliyyətlərindən əldə edilən qazanc və gəlirlər məzənnə rejiminə və hər hansı bir icazəyə tabe olmadan, ölkə xaricinə və ya ölkəyə transfert edilə bilir. • Qiymət, keyfiyyət və standartlarla bağlı olaraq, dövlət qurumlarına verilən səlahiyyətlər sərbəst bölgələrdə tətbiq edilmir. • Sərbəst bölgələr gömrük bölgəsi xaricində sayıldığından, sərbəst bölgələr iləölkə arasında həyata keçirilən ticarətdə xarici ticarət rejimi hökmləri tətbiq edilmir.Başqa sözlə, ölkədən sərbəst bölgəyə satılan mallar ixracat rejiminə, sərbəst bölgədən alınan mallar isə idhalat rejiminə tabedir. • Sərbəst bölgəistifadəçiləri ölkədən ƏDV-siz mal və xidmət satın ala bilirlər. • Mallar sərbəst bölgədəvaxt məhdudiyyəti olmadan saxlanıla bilər. • Sərbəst bölgələrin başlıcaməqsədi,ölkələrdə ixracata istiqamətlənmiş investisiya və istehsalı artırmaq, xarici sərmayə və texnologiya daxilolmalarını təşviq etməkdir.
Xüsusi gömrük rejimləri • Antrepolar: • Xarici malların vergi ödəmədən, gömrük idarələrinin nəzarəti altında uzun müddət mühafizə edilməsinə yarayan qapalı sahələrdir.Bu depolar gömrük idarələri tərəfındən işlədilənlər (həqiqi antrepo) vəxüsusi şəxslər tərəfindən işlədilənlər (fiktiv antrepo) olmaqla 2 yerə ayrılırlar. • Antrepoda saxlanmaq məqsədilə ölkəyə daxil olan mallardan gömrük vergisi alınmır. Ancaq, bu malların daha sonra evsahibi ölkə tərəfındən idxal edilməsilə, gömrük rejimi tətbiq olunacaqdır (məsələn, idxalatçı malı yerində görmək istədiyi zaman və ya kiçik partiyalar halında idxal etmək və ya bazara çıxarmaq istədiyi zaman bu imkanı əldə edirlər. Digər tərəfdən ixracatçı malı bazara çıxarmaq üçün uyğun zamanı gözləyə bilər) • Tranzit nəqliyyat - Bir ölkədən, bir digərinəgöndərilən malların yol üzərində üçüncü ölkə sərhəddləri arasından keçməsidir. Əvvəllər tranzit nəqliyyat üzərindən də vergi alındığı halda, 1959 –cu il Cenevrə TIR sazişi tələblərinə əsasən alınan bütün vergi, rüsum və.s ortadan qaldırılmışdır. • Tranzit ticarət: - Bir firmanınöz ölkəsinin valyuta ehtiyatlarından istifadə edərək, başqa bir ölkədən satın aldığı malları, üçüncü bir ölkəyə satmasına tranzit ticarət deyilir.
Xüsusi gömrük rejimləri • Sərhədd və Sahil ticarəti: • Ölkənin ortaq quru və dəniz sərhəddi olan dövlətlərlə həyata keçirdiyi, əsasən xüsusi rejimə tabe olan bir ticarət formasıdır. Şərtləri, qonşu ölkələr arasında həyata keçirilən qarşılıqlı anlaşmalarla tənzimlənir. Əsas məqsədi bu bölgələrdə yaşayanların ehtiyaclarını qarşılamaqdır. • Sərhədd ticarəti, o bölgələrdəolan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Bu ticarət üçün ixracat və ya idxalat sənədi tələb edilmir, gömrük bəyannamələri tərtib edilmir. Müvafiq bölglərin yerli idarəetmə orqanlarının nəzarətində həyata keçirilir. • Əvəzsiz idxalat: • Kommersiya xarakteri daşımayan, ölkə xaricində çalışan vətəndaşların və ya dövlət qulluqçularının xarici ölkələrdə əldə etdikləri qazanclarla satın aldıqları peşə vasitələri və ya fərdi malların gömrüksüz və ya gömrüklü formada ölkəyə idxalına imkan verən ticarət növüdür. • Burad “əvəzsiz” anlayışından başa düşülən həmin malların idxalı üçün idxal edilən ölkədən xaricə hər hansı bir xarici valyutanın transfertinin olmamasıdır. • Valyuta rezervindən istifadə etmədən, ölkədəki mal təklifini artırdıqlarından, anti-inflyasiya effektinə malikdir. Ancaq yerli istehsala da ziyan vere bilərlər.
Xarici ticarət siyasətinin növləri • Proteksionist ticarət siyasətiRəqabətə maneə olurResursların səmərəli bölgüsünə mane olurSahibkarları durğunluğa və təmbəlliyəyönəldərMonopoliya yaradırBürokratik əməliyyatları artırırRüşvətə vəresurs israfına yol açar. • Sərbəst ticarət siyasətiBeynəlxalq ixtisaslaşmanı təşviq edirSərbəst qiymət mexanizmini gücləndirirOptimal resurs bölgüsünü təmin edir.
Proteksionizmin iqtisadi və siyasi arqumentləri • Bir ölkədə proteksionist xarici ticarət siyasətləri həyata keçirilməsində hökümətlərin istifadə etdiyi bağlıca arqumentlər aşağıdakılardır: • Yerli sektorları və məşğulluğu qorumaq (gəncsektor tezisi), • Milli təhlükəsizliyi qorumaq(müdafiə istiqamətli sektorlarla bağlıdır) • İstehlakçıları etibarlı olmayan mallardan qorumaq, • Proteksionist siyasət tətbiq edən ölkələrə cavab vermək, • Siyasi hədəflərə çatmaq üçün təsir göstərmək, • İnsan haqqlarını qorumaq.
Proteksionizmin müəyyən şərtlərdə qüvvədə olma səbəbləri • Tədiyyə balansının yaxşılaşdırılması və işsizliyin qarşısının alınması • Ticarət hədlərinin yaxşılaşdırılması • Milli sövdələşmə gücünü artırma
Proteksionizmlə bağlı şəxsi mənafelərə əsaslanan fikirlər • Xaricdəki aşağı əmək haqqı • İstehsal xərclərini bərabərləşdirmə (elmi tarif -scientific tariff) • Milli bazar fikri
Aktiv proteksionizm • Hər hansı bir sektora tətbiq edilən həqiqi proteksionizmin ölçüsü kimi yalnız son mallar üzərindəki tarif dərəcəsini götürmək doğru deyildir. Bunun üçün həm son mal, həm də onun istehsalında istifadə edilən resursların tarif dərəcələrini nəzərə almaq zəruridir. • Bu iki növ tariflərə əsaslanaraq, hesablanan real proteksionizm səviyyəsinə “aktiv proteksionizm” səviyyəsi deyilir.
Mənbələr • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2009. • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009.