1 / 13

METROLOGIYANIN ƏSASLARI § 8. Y OXLAMA (KALIBRLƏMƏ) ÜSULLARI VƏ YOXLAMA SXEMLƏRI

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standart - laşdırma və sertifikasiya kafedrası. METROLOGIYANIN ƏSASLARI § 8. Y OXLAMA (KALIBRLƏMƏ) ÜSULLARI VƏ YOXLAMA SXEMLƏRI

thad
Télécharger la présentation

METROLOGIYANIN ƏSASLARI § 8. Y OXLAMA (KALIBRLƏMƏ) ÜSULLARI VƏ YOXLAMA SXEMLƏRI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIİnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standart-laşdırma və sertifikasiya kafedrası METROLOGIYANIN ƏSASLARI § 8. YOXLAMA (KALIBRLƏMƏ) ÜSULLARI VƏ YOXLAMA SXEMLƏRI Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu GƏNCƏ -2010

  2. P L A N 1. Bilavasitə tutuşdurma sxemləri. 2. Yoxlama sxemləri. 3. Maddələrin və materialların tərkib və xas-sələrinin standart nümunələri.

  3. Ə D Ə B İ Y Y A T 1. СмитлзК. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с. 2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. – СПБ.: Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»). 3. Аристов А.И. Метрология, стандартизация и сертификация: Учебник для стад. Высш. УчеДаведений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.: Издательский центр «Академия», 2006. -384 с. 4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. –671 с.

  4. Ölçü vasitələrinin yoxlanılmasında (kalibrlənmə-sində) dörd üsulun tətbiq olunmasına icazə verilir: • etalonla bilavasitə tutuşdurulma; • komparatorun köməyi ilə tutuşdurma; • kəmiyyətin birbaşa ölçülməsi; • kəmiyyətin dolayı ölçülməsi. Yoxlanılan (kalibrlənən) ölçü vasitələrinin uyğun dərəcəli etalonla bilavasitə tutuşdurulma üsulu müxtəlif sahələrdə tətbiq edilir, məsələn, elektrik və maqnit ölç-mələrində, gərginliyin, cərəyan tezliyi və qüvvəsinin təyin olunmasında üsulun mahiyyəti ondan ibarətdir ki, fiziki kəmiyyət eyni vaxtda yoxlanılan (kalibrlənən) və etalon cihazla ölçülür.

  5. Bu zaman etalon cihazın göstəricisini kəmiyyətin həqiqi ölçüsü kimi qəbul edərək, etalon və yoxlanılan cihazların göstəricilərinin fərqini xəta kimi qəbul edirlər. Bu üsulun üstünlüyü onun sadəliyində, əyaniliyində, avtomatik yoxlamanın tətbiqinin mümkünlüyündə, mü-rəkkəb avadanlığa ehtiyac olmamasındadır. İkinci üsul üçün xüsusi cihaz –komparator tələb olunur. Bu müqayisə cihazının köməyi ilə yoxlanılan (kalibrlənən) və etalon ölçü vasitəsi tutuşdurulur.Komparatordan o zaman istifadə olunur ki, eyni kəmiy-yətin göstəricilərini tutuşdurmaq mümkün olmur, məsələn iki voltmetrdən birinin sabit cərəyanı, digəri isə dəyişən cərəyanı ölçmək üçün istifadə olunmasında.

  6. Belə hallarda yoxlama (kalibrləmə) sxeminə ara-lıqzvenosu –komparator daxil edilir. Yuxarıda göstərilən misal üçün istifadə edilən potensiometr elə komparator kimi qəbul edilir. Yoxlanılan (kalibrlənən) və etalon ölçü vasitəsinin siqnallarına eyni reaksiya verən istənilən ölçü vasitəsinə komparator kimi baxmaq olar. Mütəxəssislərin fikrincə bu üsulun üstünlüyü iki kəmiyyətin zaman çərçivəsində ardıcıl olaraq müqayisə olunmasındadır. Birbaşa ölçmələr üsulu sınaq olunan və etalon cihazarın müəyyən ölçü hüdudlarında tutuşdurulması mümkün olduqda tətbiq edilir. Bütövlükdə bu üsulun mahiyyəti bilavasitə tutuşdurma üsulunun mahiyyəti ilə eynidir,lakin birbaşa ölçmələr üsulu ilə hərbir diapa -

  7. zonun ədədi nişanlamalarında tutuşdurma apar-maq mümkündür. Birbaşa ölçmələr üsulunu, mə-sələn, sabit cərəyan voltmetrlərinin yoxlanıl-ması yaxud kalibrlənməsi üçün tətbiq edirlər. Ölçülən kəmiyyətlərin həqiqi qiymətlərini bir-başa ölçmələrlə təyin etmək mümkün olmadıqda və yaxud dolayı yoxlamalar daha dəqiq olarsa, dolayı yoxlama üsulundan istifadə edirlər. Bu üsulu axtarılan xarakteristikadan əvvəl onunla müəyyən asılılıqla başlı olan digərləri təyin edilir. Axtarılan xarakteristikanı hesabat yolu ilə təyin edirlər.

  8. Ölçü vahidləri ölçülərinin düzgün olaraq etalondan işçi ölçü vasitələrinə ötürmək üçün yoxlama sxemləri təşkil edirlər. Bu sxemlər dövlət, dərəcə etalonlarının və işçi ölçü vasitələrinin metroloji tabeçiliyini müəyyən edirlər. Yoxlama sxemləri dövlət və lokal tipli olurlar. Dövlət ölçü sxemləri ölkədə istifadə olunan bütün ölçü vasitələrinə tətbiq edilir. Lokal ölçü sexləri nazirlik-lərin metroloji orqanlarına və onların tabeçiliyində olan müəssisələrin ölçü vasitələrinə şamil edilir. Bunlardan başqa lokal sxem konkret bir müəssisədə istifadə olu-nan ölçü vasitələri üçün də tərtib oluna bilər. Bütün lokal yoxlama sxemləri, dövlət yoxlama sxemi ilə mü-əyyən olunmuş tabeçilik tələblərinə uyğun olmalıdırlar.

  9. Dövlət yoxlama sxemləri dövlət etalonlarının sahibi olan Rusiya Federasiyası Dövlət standartının elmi – tədqiqat institutları tərəfindən işlənir. Bəzi hallarda bir etalonla kəmiyyətin tam diapazonunu əks etdirmək mümkün olmur. Belə hallarda ölçü şkalasını tam əks etdirən bir neçə ilkin etalon nəzərdə tutulur. Məsələn 1,5 dən 1,105K temperatur şkalası iki dövlət etalonu ilə əks etdirilir. Dövlət yoxlama sxemləri RF Dövlət standartı tərə-findən təsdiq olunur, lokal sxemlər isə - idarə metroloji qulluq yaxud müəssisə rəhbərliyi tərəfindən Dövlət yoxlama sxeminin ümumi görünüşü sxem 1 –də veril-mişdir. Etalonların və işçi ölçü vasitələrinin adı adətən düz-

  10. bucaq ikikonturlu olur). Buradaca sxemin həmin pilləsi üçün metroloji xarakteristikaları göstərilir. Sxemin aşağı hissəsində işçi ölçü vasitələri göstərilir. Bu ölçü vasitələri dəqiqlik dərəcəsinə görə beş kateqoriyaya bölünür: ən yüksək dəqiqlik; yüksək dəqiqlik; böyük dəqiqlik; orta dəqiqlik; aşağı dəqiqlik. Ən yüksək dəqiqlik dövlət etalonunun ölçü vasitəsinin xətası ilə müqayisə oluna bilən dərə-cəsidir. Yoxlama üsullarının adları ovallarda yerləşir. Bura-da eyni vaxtda yoxlama üsulunun buraxıla bilən xətası göstərilir. Kəmiyyət vahidinin ölçüsünün etibarlılığının əsas göstəricisi yoxlama sxeminin yuxarı və aşağı pil-lələrində ölçü vasitələrinin xətalarının nisbətidir. İdealda bu nisbət 1: 10 – dır, lakin praktikada bunu əldə etmək

  11. mümkün deyil və minimum buraxıla bilən nisbət 1:3 qəbul edilir. Bu nisbət nə qədər böyük olarsa, ölçü cihazının etibarlığı aşağı olur.

  12. Dövlət etalonu Ötürmə üsului Etalon- sürət Ötürmə üsulu 1-cidərə\cəli etalon Ötürmə üsulu Ötürmə üsulu 2-ci dərəcəli etalon Daha yüksək dəqiqlik Ötürmə üsulu Ötürmə üsulu 3-cüdərəcəli etalon Orta dəqiqlik Ötürmə üsulu Ötürmə üsulu Ən yüksək dəqiqlik 4-cü dərəcəli etalon Ötürmə üsulu Ötürmə üsulu Yüksək dəqiqlik Aşağı dəqiqlik

  13. Diqqətinizə görə çox sağ olun. TƏRTİBAÇI İSMAYILOVA HİCRAN

More Related