1 / 9

MÖVZU : MAŞIN HİSSƏLƏRİNİN ETİBARLIĞI, ÜMUMİ MƏLUMAT. MAŞINQAYIRMADA İŞLƏDİLƏN MATERİALLAR.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI INFORMASIYA TEXNOLOGIYALARIL, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKULTƏSİ KƏND TƏSƏRRÜFATI TEXNİKASI VƏ MAŞIN HİSSƏLƏLRİ KAFEDRASI MÜHAZİRƏCİ: DOSENT İSMAYILOV SƏDİ BİNNƏT. MÖVZU : MAŞIN HİSSƏLƏRİNİN ETİBARLIĞI, ÜMUMİ MƏLUMAT.

teagan
Télécharger la présentation

MÖVZU : MAŞIN HİSSƏLƏRİNİN ETİBARLIĞI, ÜMUMİ MƏLUMAT. MAŞINQAYIRMADA İŞLƏDİLƏN MATERİALLAR.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIINFORMASIYA TEXNOLOGIYALARIL, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKULTƏSİKƏND TƏSƏRRÜFATI TEXNİKASI VƏ MAŞIN HİSSƏLƏLRİ KAFEDRASIMÜHAZİRƏCİ: DOSENT İSMAYILOV SƏDİ BİNNƏT MÖVZU : MAŞIN HİSSƏLƏRİNİN ETİBARLIĞI, ÜMUMİ MƏLUMAT. MAŞINQAYIRMADA İŞLƏDİLƏN MATERİALLAR. GƏNCƏ 2009

  2. PLAN: • 1. Ümumi məlumat. • 2. Maşın və onun hissələrinin etibarlığının artırılması üsulları. • 3. Maşınqayırmada işlədilən materiallar.

  3. ƏDƏBIYYAT. • 1. Z.H.Kərimov Maşın hıssələri və yükqaldırıcı-nəqliedici maşınlar. • Maarif , Bakı, 1985. • 2. Д.Н.Решетов. Детали машин. М. “Машиностроение” 1989. • П.И.Орлов и друг. • Основы конструктирование, • М. 1968. • A.H.Abdullayev və başq. • Maşın detalları və konstruksiya etmənin əsasları, • Bakı, 2003

  4. 1. Ümumi məlumat. Etibarlılıq– müəyyən rejim parametirlərinə, istismar, texniki xidmət, təmir, qorunub saxlama və nəql oluna bilmə şərtlərinə əməl olunmaqla, zamandan asılı olaraq obyektin öz istismar göstəricilərini müəyyən hədd daxilində saxlaya bilməsi və öz funksiyasını yerinə yetirə bilməsi xassəsinə deyilir.Bu tərif standarta görə müəyyən edilmişdir.Obyek tin iş qabiliyyətinin pozulması hadisəsinə nasazlıq deyilir.Obyektin öz iş qabiliyyətini fasiləsiz olaraq müəyyən müddət saxlaya bilməsinə isə saz işləmə deyilir. Obyektin öz iş qabiliyyətini saxlamaqla həddi vəziyyətə çatdığı müddətə uzunömürlülük deyilir.Buraya obyektə texniki xidmət göstərilməsi və təmirdən Sonra işlədiyi vaxt da daxildir. Etibarlılıq və uzunömürlülüyün əsas göstəriciləri; saz işləmə ehtimalı P(t), nasazlığın baş verməsinə qədər olan iş müddəti m(t), nasazlıqların intensivliyi λ(t). Nasazlığı hələ meydana çıxmayan obyektlərin sıxlıq funksiyası (şəkil 1.b). Nasazlıqların intensivliyinin istismar müddətindən asılılıq əyrisinin üç xarakte-rik hissəsi vardır. (şəkil 2.).

  5. 2. Maşın və onun hissələrinin etibarlığının artırılması üsulları.Maşın hissələrinin etibarlılığının artırılmasının çox böyük iqtisadi və təsərrüfat əhəmiyyəti vardır.Bu iş bütün mərhələlərdə maşın hissələrinin layihə olunması; hazırlanması və istismarı prosesi nəzərdə tutulmalıdır.Bu mürəkkəb kompleks problem müəyyən fiziki-mexaniki xassələri olan və bu xassələri uzun müddət stabil saxlaya bilən materialların alınması; konstruksiyanın yaradılması üsullarının təkmilləşdirilməsi, eyni zamanda maşının ha-zırlanma texnologiyasına və yığılmasına nəzarət, eləcədə onun işinin tənzinlənməsi məsələlərini əhatə etməyi tələb edir. • Konstruksiyaetmə və hazırlanma texnologiyası işinin formalaşmasının əsasını aşağıdakılər təşkil edir: • Layihə olunan və buraxılan məmulatın texniki səviy-yəsinə nəzarəti elə təşkil etmək lazımdır ki, yeni və on-dan əvvəl mənimsənilib işlədilən məmulatın etibarlığı və keyfiy-yəti sənayenin ən yeni nailiyyətlərini qabaqlamış olsun. • Standartların, normaların, tipajların rolunu artırmaq, konstruksiyaların unifikasiya və qarşılıqlı əvəzolunmasını genişləndirmək; • Texnoloji intizama ciddi riayyət etmək bütün istehsal sahələrində, texniki şərtlərə əməl etmək, texnoloji pro-sesləri. istehsal təlimatlarını, nəzarət üsullarını və qüv-vədə olan texniki sənədlərdəki qaydaları sabitləşdirmək;

  6. 3.Materialların, yarımfabrikatların, komplektləşdirici məmulatın və buraxılan məhsulun keyfiyyətinə nəzarət sistemini müəyyənləşdirmək və ona ciddi əməl olunmasını təmin etmək; 4.Müəsisənin bütün işçilərini yüksək keyfiyyətli məhsul istehsal etmək hərakatına yaxından cəlb etmək lazımdır. Bu istehsal əməliyyatından başlamış məhsulun texniki nəzarət şöbəsinə və istehlakçıya birinci təlabatdan yüksək keyfiyyətlə təqdim olunmasınadək bütün işləri əhatə edir. Maşın və mexanizmlərin keyfiyyət, etibarlılıq və resurs göstəricilərini ilk gündən tə-min etmək üçün konstruksiyanın nümunəsini yaradıb, onu təcrübi sınaqlardan keçirmək lazımdır.Sınaqların nəticəsinə görə konstruksiyadakı qüsurları aşkara çıxarıb aradan qal-dırmaq, yeni və mütərəqqi istehsal texnologiyasını müəyyənləşdirmək: keyfiyyət və eti-barlılığı qiymətləndirmək;obyektiv üsulları işləyib hazırlamaq başlıca məsələlərdən sayılır. 3. Maşınqayırmada işlədilən materiallar. Maşın hissələrinin hazırlanması üçün bu və ya digər material və uyğun texniki emal növü seçilir.Materialların dəyəri maşanın ümu-mi dəyərinin əsas hissəsini təşkil etdiyi üçün onların düzgün seçilməsinin çox böyük iq-tisadi əhəmiyyəti vardır.Oynaqlarda və yeyilmə təhlükəsi olan hallarda sürtünmə cütünün materialı elə seçilməlidir ki, yeyilmə az olsun. Sürüşmə yastıqlarında val poladdan,yastıq içliyi isə yeyilməyə davamlı material olan tuncdan hazırlanır və əksər hallarda içliyin üst səthi yeyilməyə daha davamlı material olan tuncdan hazırlanır və əksər hallarda içliyin üç səthi yeyilməyə daha davamlı material ilə babbitlə örtü-lür.Tormozlarda isə sürtünən hissələr arasında daha çox sürtünmə qüvvəsi tələb olunur.belə hallarda metal–keramika və qeyri–metal materiallardan istifadə edilir.

  7. Konstruksiya poladları: Polad–tərkibində 2% qədər karbon olan dəmir–karbon ərinti sidir.Konstruksiya poladları maşınqayırmada çox geniş yayılmış materialdır. • Karbonlu konstruksiya poladları da iki qrupa bölünür.Birinci qrupa adi keyfiyyətli karbonlu poladlar, ikinci qrupa isə keyfiyyətli karbonlu konstruksiya poladları aiddir. • Tərkibindəki karbonun miqdarına görə karbonlu poladlar üç qismə ayrılır: • Azkarbonlu poladlar-bu poladların tərkibində karbon 0,25% gədər olur; • Orta karbonlu poladlar-bu poladların tərkibində karbonun miqdarı 0,2-0,6% qədər olur. • Çoxkarbonlu poladlar bu poladlarda karbonun miqdarı 0,6%-2% qədər olur. • Poladlar dişli çarx, ox, val, sonsuzvint,ulduzcuq və digər maşın hissələrinin hazırlanma • sında işlədilir. • Çuqunlar maşınqayırma materialı kimi çoxgeniş yayılmışdır.Nisbətən ucuz olması, kifayət qədər möhkəmliyi və metaltökmədə yaxşı axıcılıq xassəsi çuqunların geniş tətbiqinə səbəb olmuşdur. Tərkibindəki karbonu qrafit şəklində olan çuquna boz çuqun,sementint (Fe3C) şəklində olan çuquna isə ağ çuqun deyilir Ağ çuqunu əridib bişirdikdə çuqunda sərbəst sementit əvəzinə qrafit əmələ gəlir ki, belə çuquna döyməçuqundeyilir.

  8. Tərkibindəki karbonu qrafit şəklində olan çuquna boz çuqun,sementint (Fe3C) şəklində olan çuquna isə ağ çuqun deyilir. Ağ çuqunu əridib bişirdikdə çuqunda sərbəst sementit əvəzinA qrafit əmələ gəlir ki, belə çuquna döyməçuqundeyilir.Boz çuqunun standart üzrə aşağıdakı markaları vardır: SÇ10, SÇ15; SÇ20, SÇ25; SÇ30, SÇ35; SÇ40, SÇ45. SÇ sonra gələn ədəd kq/mm2 dartılmaya möhkəmlik həddini göstərir. Ağ çuqunlarboz çuqunlara nisbətən pis tökülür, çox bərk olur və çətin kəsilir.Ona görədə ondan nisbətən az istifadə olunur.Azçuqunlardan əsasən maşınların çox yeyilən hissələrini (tormoz kolodkalarını, yüksək temperatura və kimyavi təsirə məruz qalan hissələri-ocaq qəfəsini, kimya sənayesində işlənilən armaturaları) Hazırlayırlar. Döymə çuqun KÇ30-6, KÇ33-8, KÇ35-10,KÇ37-12; KÇ45-6, KÇ50-4, KÇ60-3.KÇ sonra gələn ədədlər yüksək möhkəm çuqunda olduğu kimi dartılmada müvəqqəti müqaviməti və nisbi uzanmanı (%) göstərir. Əlvan metal ərintilərinəmis ərintiləri, babbit, yüngül ərintilər aiddir. Mis ərintilərinə-bürünc və tunc daxildir.Onlar korroziyaya qarşıyüksək davamlı olmaq la yanaşı, polad və ya çuqunla birlikdə sürtünmə cütü təşkıl etdikdə həmdə yüksək antifriksion xassələri ilə fərqlənir. Ona görədə sürtünmə qovşaqları, misal üçün, sürüşmə yastıqlarının içlikləri, sonsuzvint və sonsuzvint çarxı,yük və işçi vintlərin qaykaları əksər hallarda tuncdan hazırlanır.Tuncun markası BR ilə başlayır.Sonra gələn hərflər leqirləyici elementlərin rus dilində baş hərfini, rəqəmlər isə onların faizini göstərir.Tərkibin qalan hissəsi misdən ibarət olur.Misal üçün BROF10–1,10% qalay, 1% fosfor, qalanı isə mis olan bürüncün markasıdır.

  9. Babbit əlvan metalların ərintisindən ibarətdir və onun yüksək antifriksion xassəsi vardır.Babbitdən sürüşmə yastıqlarında içliyin üst qatı kimi istifadə edilir. Pəstahı təzyiq altında emal olunmaqla alınan materiallardan ən geniş yayılanı düraliminiumdur. Düraliminium–aliminium, mis, maqnezium və marqansın ərintisindən ibarətdir.O, yüksək mexaniki xassəsi və xüsusi möhkəmliyi ilə fərqlənir. Plastik kütlələr irimolekullu sintetik və ya təbii qatran əsasında alınan üzvü birləşmələrdir.Müxtəlif mexaniki və fiziki xassələri almaq üçün onlara bəzi əlavələr qarışdırılır.Belə əlavələrlə misal olaraq asbest, üyüdülmüş kvars, ağac unu və s. göstərmək olar.Plastik kütlələrin əsas üstünlüyü onların kiçik sıxlığa malik olması, friksion və antifriksion xassəsi, istiliyi və elektriki izola etmə, rəqssöndürmə qabiliyyəti, sürtünmə və korroziyaya davamlılığı, asan və az itki ilə müxtəlif formalara düşə bilməməsi, asan yonulması və ucuz olmasıdır. Metal–keramika materialları– metal ovuntusu metallurgiyası üsulu ilə hazırlanır.Bu üsulun əsas mahiyyəti ondan ibarətdir ki, metal ovuntusu və qeyri metal ovuntusu alınır, qarışdırılır, qəliblərə tökülüb preslənir və bişirilir.Bu üsulla alınan hissəni əlavə emal etməyə ehtiyac qalmır və ona görədə yüksək iqtisadi səmərəlilik təmin edilmiş olur. Rezin–təbii və süni kauçuk, kükürd və digər əlavələrlə işləmə üsulu ilə alınır.Rezinin yüksək, elastik xassəsi, daxili sürtünməsi, kiçik elastiklik modulu, yeyilməyə və mühitin təsirinə davamlılığı, yaxşı dielektrik xassəsi onun texnikada geniş tədbiqinə sə bəb olmuşdur. Maşınqayırmada qayışları, amortizatorları, muftaların elastik elementlə-rini və s. hissələri rezindən hazırlayırlar.

More Related