130 likes | 629 Vues
AzÉ™rbaycan DövlÉ™t Aqrar Universiteti FakultÉ™: Aqronomluq Kafedra: Ekologiya mühÉ™ndisliyi vÉ™ meşəçilik Mövzu: Çaylar haqqında ümumi mÉ™lumat Mühazirəçi: KÉ™nd tÉ™sÉ™rrüfatı elmlÉ™ri namizÉ™di, dosent: Mirsalahov Mirnaib Mirqoca oÄŸlu G Æ N C Æ â€“ 2 0 0 9. PLAN. Çay vÉ™ çay sistemi.
E N D
Azərbaycan Dövlət Aqrar Universiteti Fakultə: Aqronomluq Kafedra: Ekologiya mühəndisliyi və meşəçilik Mövzu: Çaylar haqqında ümumi məlumat Mühazirəçi:Kənd təsərrüfatı elmləri namizədi, dosent: Mirsalahov Mirnaib Mirqoca oğlu G Ə N C Ə – 2 0 0 9
PLAN • Çay və çay sistemi. • Çay hövzəsi. • Çay vadisi və məcra. • Azərbaycan ərazisinin çayları və onların su rejimləri. Çaylar haqqında ümumi məlumat.
ƏDƏBİYYAT • Ş.Bağırov, H.Aslanov. Hidrologiya, hidrometriya və axımın nizamlanması. Çaylar haqqında ümumi məlumat.
Çay və çay sistemi Atmosfer yağıntıları və yeraltı sular hesabına yer səthində əmələ gələn və relyefin aşağı hissələrinə toplanaraq ağırlıq qüvvəsinin təsiri ilə maillik istiqamətində baş verən axara çay deyilir. Suyunu bilavasitə dəniz və göllərə axıdan çaya əsas çay deyilir. Əsas çaya qovuşan çaylar onun birinci dərəcəli qolları, birinci dərəcəli qollara tökülən çaylar isə onun ikinci dərəcəli qolları hesab olunur. Əsas çay öz qolları ilə birlikdə çay sistemi adlanır. Çay şəbəkəsinin sıxlığı, şəbəkəyə aid olan çayların ümumi uzunluğunun çay sisteminin əhatə etdiyi F sahəsinə nisbəti kimi müəyyən olunur: Çaylar haqqında ümumi məlumat.
burada D – çay şəbəkəsinin sıxlığı, km/km2; - çay şəbəkəsinin ümumi uzunluğu, km. F – çay şəbəkəsinin əhatə etdiyi sahədir, km2. Aərbaycanda çay şəbəkəsinin sıxlığı coğrafi zonalardan asılı olaraq dəyişkəndir. Çay şəbəkəsinin ən çox sıxlığı Lənkəran (0,84 km/km2), ən az sıxlığı isə Abşeron – Qobustan (0,20 km/km2) zonalarına aiddir. Respublika ərazisində ümumi uzunluğu 33665 km olan çay şəbəkəsinin orta sıxlığı 0,39 km/km2-ə bərabərdir. Çayın və ya çay hissəsinin əyriliyi, onların faktiki uzunluqlarının başlanğıc və son nöqtələrini birləşdirən müvafiq düz xəttin uzunluğuna olan nisbəti kimi başa düşülür. Bu nisbət çayın əyrilik əmsalını (Kə) müəyyən edir: Çaylar haqqında ümumi məlumat.
Çaylarda əyrilik və şaxələnmə Çaylar haqqında ümumi məlumat.
Çay hövzəsi Yer səthi və ona müvafiq torpaq və qrunt qatlarından əmələ gələn sular hesabına çayı qidalandıran sahə çay hövzəsi adlanır. Hövzə anlayışı həm ayrılıqda götürülmüş çaya və həm də çay sisteminə aid edilə bilər. Qonşu çay hövzələrinin sərhədi, bu hövzələr arasında yer səthinin ən yüksək nöqtələrindən keçən suayırıcı xətt ilə müəyyən olunur. Çay hövzəsinin sahəsilə (F) çayın uzunluğu (L) arasında aşağıdakı ümumi korrelyativ asılılıq mövcuddur: F=R Ln Burada R və n – hövzənin relyef vəziyyətindən və sahəsindən asılı olan əmsallardır. Çaylar haqqında ümumi məlumat.
Çay vadisi və məcra Yer səthində çay boyunca uzanan və onun mənbəyindən mənsəbinə doğru olan, adətən planda əyri-üyrü görünən çökəkliklərə çay vadisi deyilir. Vadinin əmələ gəlməsində ərazinin iqlim şəraiti, tektonik aşınma, buzlaşma və karst hadisələri rol oynayır. Çay vadisi dib, subasar, məcra, yamac, terras və qaş hissələrindən ibarətdir. Vadinin ən aşağı hissəsi dib və ya yataq adlanır. Vadinin yanları müxtəlif maillikli yamaclardan və yamaclar da öz növbəsində dibdən müxtəlif hündürlükdə yerləşən, nisbətən üfiqi çıxıntılı səthlərdən –terraslardan ibarətdir. Terraslar 1-ci, 2-ci və s. dərəcəli olur. Çayda su səviyyəsinin yüksək vəziyyətində su altında qalan 1-ci terrasa çayın subasarı, vadinin normal və aşağı su səviyyələrində su altında qalan hissəsi isə məcra, yamacların başlanğıc nöqtələrinə qaş nöqtəsi, həmin nöqtələrdən keçən düz xəttə isə qaş xətti deyilir. Çaylar haqqında ümumi məlumat.
Çay vadisinin en kəsiyi 1- yamac; 2-məcra; 3-subasar; 4-aşağı su səviyyəsi; 5-yüksək su səviyyəsi; 6-terras. Çaylar haqqında ümumi məlumat.
Azərbaycan ərazisinin çayları və onların su rejimləri Azərbaycan ərazisində 8350-yə qədər çay axır. Bu çayların əksəriyyəti kiçik və azsuludur. Uzunluğu 5 km-dən az olan çayların sayı 7550-dir. Qalan 800 çaydan yalnız 64-nün uzunluğu 50 km-dən çox, 736-nın uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir. Öz mənbələrini Azərbaycanın sərhədlərindən kənarda başlayan Kür və Araz çayları respublikanın su arteriyasını təşkil edir. Kür çayı Qafqazın ən böyük çayıdır. Uzunluğu 1515 km, hövzəsinin sahəsi 188 min km2-dır. O, öz mənbəyini Türkiyənin Qızıl-Gədik dağının şimal-şərq yamacından alır. Kür çayı Türkiyə ərazisində 200 km, Gürcüstan ərazisində 335 km, Azərbaycan ərazisində isə 980 km məsafədə axaraq Xəzər dənizinə tökülür. Çayın axımının 50 %-ə qədəri qar, 30 %-i yeraltı, 20 %-i isə yağış sularından əmələ gəlir. Çaylar haqqında ümumi məlumat.
Çay hissəsinin planı və uzununa profili 1-quytul; 2-aşırım; 3-keçid; 4-izobat. Çaylar haqqında ümumi məlumat.
Başlanğıcını Türkiyənin Bingəldağ silsiləsinin şimal yamacından götürən Araz çayının uzunluğu 1072 km, hövzəsinin sahəsi 101,9 min km2-dir. Araz çayı özünün Axura qolu ilə qovuşandan sonra MDB ərazisinə daxil olur və buradan Muğan düzünə qədər 600 km məsafədə MDB-nin Türkiyə və İranla dövlət sıərhəddini təşkil edir. Azərbaycan ərazisindən axan çayları hidroqrafik xüsusiyyətlərinə görə birinci üç qrupa daxil olan çayları yaz gursulu, yay və qış azsulu və payız daşqın fazalı çaylar qrupuna daxil etmək olar. Dördüncü qrupa daxil olan çaylar isə payız-qış gursulu və yay az sulu fazaları keçirir. Bu qrupa daxil olan çaylardan əvvəlki qruplardan fərqli olaraq buzlaşma müşahidə edilmir. Göstərilən qruplardakı çaylar içərisində Kür çayının sol qoları daha sulu olub, onların axım modulları 25-30 l/(san-km2)-a çatır. Kür-Araz ovalığından axan çaylar isə az sulu olduğu üçün yay aylarında quruyur. Çaylar haqqında ümumi məlumat.
DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN! Çaylar haqqında ümumi məlumat.