1 / 12

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 1 1 - ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: Бирляпяли биткилярин эювдясинин морфоложи-анатомик гурулушу dos. B.M.ƏLİYEV GƏNCƏ. PLAN l. GÖVDƏ VƏ ZOĞ 2 .TUMURCUQLARIN TİPLƏRİ 3.BUDAQLANMA QAYDALARJ

teleri
Télécharger la présentation

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 11-ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: Бирляпялибиткиляринэювдясинин морфоложи-анатомикгурулушу dos. B.M.ƏLİYEV GƏNCƏ

  2. PLAN l. GÖVDƏ VƏ ZOĞ 2 .TUMURCUQLARIN TİPLƏRİ 3.BUDAQLANMA QAYDALARJ 4. YARPAQLARIN DÜZÜLÜŞÜ 5.ZOĞUN FORMALARI VƏ TİPLƏRİ 6.BİTKİLƏRİN ÖMRÜNÜN UZUNLUĞU 7.GÖVDƏNİN ANATOMİK QURULUŞU 8.BIRLƏPƏLİ BİTKİLƏRİN GÖVDƏSİNİN ANATOMİK QURULUŞU

  3. ƏDƏBİYYAT • Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967. • ТутюгB.X. Анатомия и морфология растений. М., 1980 • Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000. • Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı, 1959. • Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984. • Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976. • Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980. • Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ, 2007. • Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008. • WWWBSU. az • WWWtim.acad.RU • WWW ANİ. az

  4. GÖVDƏ VƏ ZOĞ Bitkinin digər mühüm orqanı gövdədir. Gövdə kök vasitəsi ilə torpaqdan alınan suyu və mineral duzlan bitkinin yarpaqlarına və bütün yerüstü hissələrinə çatdırır. Eyni zamanda gövdə, yarpaqda hazırlanmış üzvi qida maddələrini də kökə ötürür. Beləliklə, gövdə kök ilə yarpaqlar arasında six əlaqə yaradır və yarpaqları öz üzərində saxlayır. Bitkinin yaşayış tərzindən asılı olaraq gövdə ehtiyat qida toplayan orqana da çevrilə bilər. Beləliklə, gövdə bitkinin bütün yerüstü hissələrini (yarpaqları, budaqları, zoğları və s.) daşıyan, qida maddələrini bitkinin hər bir yerinə ötürən, ehtiyat maddə hazırlayan və toplayan, eləcə də bitkinin vegetativ çoxalmasına xidmət edən orqandır. Gövdənin yarpaqla örtülü hissəsinə zoğ deyilir. Yarpağın zoğa birləşdiyi yer buğum, zoğım ilk qonşu buğum arasındakı hissəsi isə buğumarası adlanır. Buğumlar bir-birindən aralı yerləşdikdə zoğ uzanmış olur. TUMURCUQLARIN TİPLƏRI Tumurcuqlar gövdənin üzərində tutduqlanrı mövqeyə görə iki qrupa - təpə və ya tumurcuqlara və yan tumurcuqlara ayrılır. İstər təpə tumurcuqları, istərsə də yan tumurcuqlar yarpaqların qoltuğunda yerləşir və qoltuq tumurcuğu adlanır. Zoğ ilə yarpaq arasında əmələ gələn bucağa yarpaqqoltuğu deyilir. Budaq qırıldıqda və ya onu şaxta vurduqda yatmış tumurcuqlar dərhal fəaliyyətə başlayır və ondan zoğ inkişaf edir. Yatmış tumurcuqların bu xüsusiyyətlərinə əsaslanaraq meyvəçilikdə və bəzək bağçılığında ağacların çətirlərinə istənilən formanı verdikdə və qoca ağacları cavanlaşdırdıqda, gövdənin və zoğların müəyyən edilmiş budama qaydalarından istifadə edilir. Tumurcuqlar formalarına görə bir-birindən fərqlənir. Onlar iri, xırda, sivri, küt, yumru və sair şəkillərdə olur. Tumurcuqlar zoğ üzərində iki qayda üzrə düzülür: 1) növbəlı və уa spiral düzülüş, 2) qarşı-qarşıya düzülüş. Məlum olduğu kimi, tumurcuqlar yarpaq qoltuqlarında inkişaf edir. Yarpaqlar töküldükdən sonra onların yerində düşmüş yarpağın çapığı qalır. Yarpaq çapığı kiçik meydança şəklində olur və yarpaqyastığı adlanır. Hər yarpaq yastığında gövdədən saplağa keçən topalar kiçik nöqtələr şəklində nəzərə çаrpır. Onlara yarpaq izləri deyilir.

  5. Шякил 1. Буьдабиткисининэювдясининанатомикгурулушу

  6. BUDAQLANMA QAYDALARI Təpə tumurcuğunun böyüməsi nəticəsində əsas gövdə, qoltuq tumurcuqlarından isə birinci dərəcəli yan budaqlar əmələ gəlir. Bitkilərin təkamül tarixində aşağıdakı budaqlanma qaydalan müəyyən edilmişdir. 1.Dixotomik və ya çəngəlşəkilli budaqlanma. Bu budaqlanmada böyüməni zoğun təpəsində yerləşmiş bir cüt inisial-meristematik hüceyrə təmin edir. Ümumiyyətlə, bitkilərin bir çoxunda və bəzi çılpaqtoxumlularda təsadüf edilir. Əsil dixomatik budaqlanmaya həmin bitkilərin nümayəndələrində təsadüf edilir. Onlarda inisial hüceyrə bir deyil, iki olduğu üçün zoğ haçalanıb çəngəl şəklındə budaqlanır. Belə hallarda böyümə konusu da haçalanır. Belə budaqlanmaya dixotomikbudaqlanma deyilir. Dixotomik budaqlanma, təkamüldə ən qədim budaqlanma qaydası hesab olunur. 2.Monopodial budaqlanma. Monopodial budaqlanma təpə tumurcuğu həmişə fəaliyyətdə olur və zoğun simmetrik çətir əmələ gətirməsinə səbəb olur. Yan tumurcuqlar da təpə tumurcuğu kimi öz fəaliyyətini həmişə davam etdirir. 3.Simpodial budaqlanma. Bu budaqlanma qaydasında təpə tumurcuğu çox tezliklə fəaliyyətdən düşür; bu zaman budağın irəliyə doğru böyüməsini təpə tumurcuğunun yanında yerləşmiş yan tumurcuq davam etdirir. Nəticədə, gövdə sim­metrik hündür şəkil ala bilmir. Onun əsas və yan budaqlan ayrı-ауrı dirsəklərdən simpodilərdən ibarət olur. Simpodial budaqlanmaya örtülütoxumlu bitkilərdə daha çox rast gəlinir. Bitkilərin bir çoxunda monopodial və simpodial budaqlanma qarışıq halda müşahidə edilir. 4.Yalançı dixotomik budaqlanma. Yalançı dixotomik budaqlanma qaydasına çiçəkli bitkilərin bəzi nümayəndələrində təsadüf edilir. Burada da təpə tumurcuğu çox tez fəaliyyətdən düşür. Çiçək acdığı üçün onun böyüməsi dayanır. Zoğun və ya budağın böyüməsini təpə tumurcuğunun yanında qoşa yerləşmiş iki yan tumurcuq davam etdirir; nəticədə zoğ yenə də haçalanır. Yalançı dixotomik qayda ilə budaqlanmaya qərənfilçiçəklilərdə, yasəməndə, at şabalıdında, ağcaqayındarda, kəndəlaşda və digər bitkilərdə təsadüf edilir.

  7. Шякил 2. Гарьыдалыбиткисининэювдясининанатомикгурулушу

  8. Yarpaqların düzülüşü Zoğun üzərində yarpaqlar üç qaydada düzülür: Növbəli və ya spiralşəkilli, qarşı-qarşıya və topaşəkilli. Müxtəlif yarpaq düzülüşlərinin ümumi xüsusiyyəti ondan ibarətdir ki, yarpaqlar zoğun üzərində sərbəst yerləşib bir-birinə kölgə salmır. Zogun formaları və tıplərı Müxtəlif bitkilərin zoğlan müxtəlif quruluşda olur. Onlar bir-birindən eninə kəsiklərinin şəkillərinə, xarici görünüşlərinə, yumşaqlığına, odunlaşmasına və digər xüsusiyyətlərinə görə fərqlənir. Bitkilərin çoxunda gövdənin eninə kəsiyi dairəvi şəkildə olur (məsələn, alma, palıd, fıstıq, pambıq, qarğıdalı, badımcan və i.a.) Bəzi bitkilərin gövdəsi üçbucaqlı (cillərdə), bəzilərininki - dördbucaqlı (dalamaz gicitkanda, nanədə, reyhanda və dodaqçiçəklilər fəsiləsinin digər nümayəndələrində), nadir hallarda isə çoxbucaqlı və qabırğalı olur. Ot bitkiləri aşağıdakı tiplər şəklində yer kürəsinin müxtəlif ərazilərində yayılmışdır. l.Birillik otlar. Bir vegetasiya dövründə böyüyüb çiçəkləyir, toxum verir və tələf olur. 2.İkiiIIik otlar. Birinci il yeraltı və yerüstü vegetativ orqanlar əmələ gətirir və həmin ilin sonunda yerüstü orqanlanrı tələf olur. Ikinci il yeraltı orqanlarından yeni gövdə əmələ gəlir, bitki çiçəkləyir və toxum verir. Toxum yetişdikdən sonra bitki tələf olur. İkiillik bitkilərin yeraltı hissəsi, adətən, soğanaqdan və ya kök meyvəsindən ibarət olur. 3.Сохillik otlar. Çoxillik otlar iqlim şəraitindən asılı olaraq iki qrupa ayrılır. Mülayim iqlim və Arktika iqlimi şəraitində yayılmış çoxillik otların əksəriyyətinin yerüstü hissəsi, yəni gövdəsi bir vegetasiya müddətində ömür sürür. Yeraltı hissələri isə çoxillik olur. Bu bitkilərə üçyarpaq yoncanı, yemliyi, çayırı, bənövşəni, zəncirotunu, südləyənlərin bir çoxunu, qanqalı, yarpızı, baldırğanı və bir sıra digər çoxillik otları misal göstərmək olar. 3.Сохillik otlar. Çoxillik otlar iqlim şəraitindən asılı olaraq iki qrupa ayrılır. Mülayim iqlim və Arktika iqlimi şəraitində yayılmış çoxillik otların əksəriyyətinin yerüstü hissəsi, yəni gövdəsi bir vegetasiya müddətində ömür sürür. Yeraltı hissələri isə çoxillik olur. Bu bitkilərə üçyarpaq yoncanı, yemliyi, çayırı, bənövşəni, zəncirotunu, südləyənlərin bir çoxunu, qanqalı, yarpızı, baldırğanı və bir sıra digər çoxillik otları misal göstərmək olar.

  9. Шякил 3. Ютцрцъцтопанынгурулушу

  10. Ot bitkilərinin ömrü ən çoxu 100 ilə yaxın davam etdiyi halda, müxtəlif ağac bitkilərinin ömrü bir neçə əsr hətta bir neçə min il davam edir. Ədəbiyyatda verilən məlumatlara əsasən yer kürəsində ən uzun ömür sürən ağac baobab və əjdaha ağacı hesab edilirdi. Afrika baobablarından birinin 5150 yaşı, əjdaha ağaclarından birinin isə 6000 yaşı olduğu müəyyən edilmişdir. Son illərdə 12000-15000 il ömür sürmüş Avstraliya makromisiyası və 10000 il yaşamış Meksika sərvi təsvir edilmişdir. Aşağıdakı cədvəldə müxtəlif ağac cinslərinin ömürlərinin uzımluğu göstərilir: Mamont ağacı Sərv ağacı qaraçöhrə Şabalıd Ardıc • Livan sidri • Sibir şamı (sidri) • Sequoia gigantea 5000 ilə kimi • Cupressus fastigiata. 3000 ilə kimi • Taxus baccata. 2000 ilə kimi • Castanea sativa 2000 ilə kimi • Juniperus communis 2000 ilə kimi • Cedrus LibanL. 2000 ilə kimi • Pinus sibirica 1200 ilə kimi Birləpəli bitkilərm gövdələrinin anatomik quruluşu Birləpəli bitkilər yer kürəsinin müxtəlif qitələrində ot, ağac bitkilərinin tək-tək nümayəndələri şəklində yayılmışdır. Birləpəli bitkilərin ağac nümayəndələrinə ancaq ekvator boyu, tropik ölkələrdə rast gəlmək olur. Birləpəli otların bir çoxu zanbaqçiçəklilər və dənli bitkilər fəsilələrinə aiddir. Birləpəli ağaclar - palmalar, zanbaqçiçəklilər (yukkalar, aloya və s.) və başqa fəsilələrdən bu qrupa aid ot bitkilərinin gövdəsi enə doğru böyümür və birinci quruluşlu olur. Ağac bitkilərinin gövdələri yoğunlama qabiliyyətinə malikdir, ancaq ikiləpəli ağaclardan fərqli olaraq bu bitkilərin gövdəsini əsil kambi enləndirmir. Əksər palmalarda gövdə birinciquruluşlu olur. Onların gövdələrində ilkin əmələ gəlmiş topalar da qapalı olmaqla yarpaq izlərindən ibarət olur, çünki bunlar gövdədən yarpağa keçir. Palmalar öz vətənlərində çox hündür ağaclardır. • Birləpəli otların gövdəsinin anatomik quruluşu. Birləpəli bitkilərin böyümə konuslannda əmələ gələn prokambi topalan bütünlüklə lifli-borulu topalara çevrilir. Bu zaman topada törədici hüceyrə qalmadığından, topa qapalı olur və onun başqa topalarla bilavasitə əlaqəsi olmur.

  11. Шякил 4. Зяфяранбиткисининэювдясининанатомикгурулушу

  12. Шякил 5. Ъроъуссативус

More Related