400 likes | 2.45k Vues
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Fakültə : Baytarlıq təbabəti və əczaçılıq Kafedra : Epizootologiya, mikrobiologiya və parazitologiya Fənn : Baytarlıq mikrobiologiyası “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası. Mövzu :
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIFakültə: Baytarlıq təbabəti və əczaçılıqKafedra: Epizootologiya, mikrobiologiya və parazitologiyaFənn: Baytarlıq mikrobiologiyası“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası Mövzu: “MIKROORQANIZMLƏRIN EKOLOGIYASI” Mühazirəçi: dos. Ələsgərov Z.Ə. Gəncə- 2009
PLAN • 1. Mikroorqanizmlərin ekologiyası haqqında anlayış • 2. Müxtəlif mühitlərin mikroflorası və mikrobiosenozlarda mikroorqanizmlər arasında qarşılıqlı münasibət • Torpağın mikroflorası • Suyun mikroflorası • Havanın mikroflorası • Yemin mikroflorası • Südün mikroflorası • Heyvan orqanizmin mikroflorası • 3. Təbiətdə maddələr mübadiləsi dövranında mikroorqanizmlərin rolu. • Azot dövranı • Karbon dövranı • Fosfor, dəmir və kukurd çevrilmələrində mikroorqanizmlərin rolu
Ədəbiyyat siyahısı • 1.R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986. • 2.R.A.Qədimov “K/t heyvanları və quşlarının infeksion xəstəliklərinin bakterioloji diaqnoz üsulları”,Bakı, Azərnəşr, 1984 • 3.V.N.Kislenko,N.M.Koliçev “Baytarlıq mikrobiologiyası və immunologiya”.Moskva, “Kolos”- 2006 • 4. V.N.Kislenko “Baytarlıq mikrobiologiyası və immunologiyasından praktikum.Moskva, “Kolos”,2005
MİKROBLARIN TӘBİӘTDӘ YAYILMASI • Mikroblar tәbiәtdә geniş yayılmışdır. Onlar torpaqda, suda, havada yaşayır. Eyni zamanda bitki vә heyvanlar alәminә mәnsub olan canlılarda, onların mәhsullarında, ümumiyyәtlә, torpaq, su, hava ilә tәmasda olan әşya vә maddәlәrin hamısında mikrob olur. Onlar yaşadıqları şәraitlәәlaqәdar olaraq, müxtәlif dәrәcәdә inkişaf edir.
TORPAĞIN MİKROFLORASI • Tәbiәtdә mikroorqanizmlәr әn çox torpaqda olur. Çünki torpaqda mikroorqanizmlәrin inkişafı üçün tәlәb olunan әsas şәrtlәr vardır. Onların qidalanması üçün üzvi vә qeyri-üzvi maddәlәrin, nәmliyin olması, Günәşin düz düşәn şüalarından qorunması vә s. bu kimi amillәr nәinki mikroorqanizmlәrin torpaqda uzun müddәt qalmasına sәbәb olur, hәtta onların bәzilәrinin artıb-çoxalması üçün dәәlverişli şәrait yaradır. Bir qram torpaqda milyonlarla, hәtta milyardlarla mikrob vardır. 20-25 sm dәrinlikdә bir hektar şumlanmış torpaqda 4-9 tondan çox mikrob kütlәsi ola bilir. • Torpaq, ümumiyyәtlә, «canlı sistem»dir, onda müxtәlif mikroorqanizmlәrdәn başqa fәqәrәsiz heyvanlar vә bitkilәr dә yaşayır. • Torpaqda mikrobların keyfiyyәt vә kәmiyyәtinә onun tәrkibindәki maddәlәr, nәmlik dәrәcәsi, reaksiyası, meteoroloji vә iqlim şәraiti, aqrokimyәvi tәdbirlәr, eyni zamanda mikroblar arasındakı qarşılıqlı münasibәt vә s. amillәr tәsir edir. • Torpağın sәthi quru olduğu, günәşin ultrabәnövşәyi şüalarının tәsirinә mәruz qaldığı, temperatur yüksәk olduğu üçün o şәrait mikrobların inkişafına mәnfi tәsir edir, odur ki, torpağın sәthindә dәrinliyinә nisbәtәn mikrobların sayı az olur. Mikroorqanizmlәr әn çox torpağın 5-15 sm dәrinliyindә olur, dәrinә getdikcә onların sayı azalır, 5-6 m-dә isә onlar tәk-tәk olur.
Qumsal, daşlı, killi torpaqlarda, şumlanmış vә çürüntülü torpaqlardakına nisbәtәn mikrobların sayı az olur. Torpaqda olan mikrobların miqdarına bitki örtüyünün tәsiri böyükdür. Belә ki, torpağın bitkilәr olan rizosfera qatında, bitki olmayan sahәlәrә nisbәtәn mikrobların miqdarı daha çoxdur, çünki burada mikroblar bitki kökünün ifrazatından, kök tellәrinin ölmüş epitelindәn qida kimi istifadә edir. Bu zaman üzvi maddәlәr minerallaşaraq, bitkinin qidalanması üçün lazım olan azot, fosfor, kalium vә s. kimi birlәşmәlәrә çevrilir. Torpaqda yaşayan bir çox bakteriyalar azotobakteriyalar, kök yumurcuğunda yaşayan bakteriyalar, köbәlәklәr vә s. vitaminlәr vә hormonlar ifraz edir. Torpaq mikroflorasının bir çox sәbәblәrdәn dәyişmәsinә baxmayaraq, müәyyәn dәrәcәdә onun sabitliyi nәzәrә çarpır. Bunlardan: 1) spor әmәlә gәtirәn aeroblar (Bac.mycoides, Bac.subtilis, Bac.megatherium, Bac.mesentericus vә başqalaları): 2) spor әmәlә gәtirәn anaeroblar: 3) termofil bakteriyalar: (B.termophylus-optimal-60°C): 4) piqment әmәlә gәtirәnlәr (B.citreus, B.floeorescens, B.flavum vә başqaları): 5) piqment vә spor әmәlә gәtirmәyәn Bact.proteus (Bacte.aquatilus, vә s.) mikroorqanizmlәr bәzi torpaqların mikroflorasının 80-96%-ni tәşkil edir. Kürәşәkilli saprofitlәrdәn Microc.albus, Microc.candidans, Micros.cereus flavus, Microc.roseus xüsusilә qeyd olunmalıdır. Bundan başqa, bildiyimiz kimi, torpaqda hәmişә nitrifikasiya vә dinitrifaksiya bakteriyalarına, serobakteriyalara, sellülozanı parçalayan mikroblara da tәsadüf edilir. • Torpağın mikroflorasına, mikroorqanizmlәr arasındakı qarşılıqlı münasibәtdә tәsir göstәrir. • Simbioz-iki müxtәlif növ inkişaf etdikdә, hәr ikisi bir-birinin hәyat fәaliyyәti zamanı әmәlә gәlәn maddәlәrdәn istifadә edәrәk, ayrılıqda olduqlarına nisbәtәn daha yaxşı inkişaf edirlәr.
Metabioz-bu proses bir mikrobun hәyat fәaliyyәti nәticәsindәәmәlә gәlәn birlәşmә digərinin inkişafına şәrait yaradır. Mәsәlәn, ammonifikasiya bakteriyalarının inkişafı zamanı әmәlә gәlәn ammonyakdan, nitrifikasiya bakteriyaları istifadә edәrәk, onu nitrata qәdәr oksidlәşdirir. • Antaqonizm-bir növ mikrobun inkişafı zamanı alınan mәhsul, o birisinә mәnfi tәsir göstәrib, inkişafını dayandırır. Bir növ mikrobun hәyat-fәaliyyәtinin, başqasının ifrazatının tәsirindәn sıxışdırılması prosesi antibioz adlanır. Bununla әlaqәdar olaraq, antibiotik termini yaranmışdır. • Parazitizm-bu növ yaşama şәraitindә bir canlı başqasından qida kimi istifadә edәrәk, ona mәnfi tәsir göstәrir. Mәsәlәn, müәyyәn növ bakteriyalar fuzarium köbәlәklәrinә, onlar isә kәtan bitkisinә parazitlik edir. Bu növ bakteriyalar mikolitik bakteriyalar adlandırılmışdır. • Torpağa tәbii olaraq uyğunlaşan mikroblardan başqa, ora daim küllü miqdarda heyvan vә insan orqanizmindә yaşayan (ifrazatlar vasitәsilә) mikroblar da düşür. Bundan başqa xәstә heyvanların ifrazatı infeksion xәstәlikdәn ölmüş insan cәsәdlәri vә heyvan cәmdәklәri ilә torpaq patogen mikroblarla sirayәtlәnir. Spor әmәlә gәtirәn aerob vә anaerob patogen mikroorqakizmlәr xarici amillәrin tәsirinә daha davamlı olduğundan torpaqda uzun müddәt (illәrlә) yaşaya bilir. Onlardan Bac.anthracis xüsusilә davamlı olub, torpaqda on illәrlә diri qalır, klostridiozun törәdiçilәri -Cl.tetani, Cl.botulinus, Cl.chauvoei, Cl.perfringens, Cl.septicum, Cl.oedematiens, Cl.histolyticus xalis torpaq mikroblarıdır. Spor әmәlә gәtirmәyәn patogen mikroblar da әlverişli şәraitdә, nisbәtәn uzun müddәt yaşayır. Vәrәm çöplәri 5 ay, qarın yatalağının, dizenteriyanın, brusellyozun, qızıl yelin, pasterellozun törәdicilәri 2-3 gün, yaxud da 3 aydan artıq torpaqda öz hәyat fәaliyyәtlәrini davam etdirir. Bu mikroblar su, yem, külәk, gәmirici vә hәşәratlar vasitәsilә bir yerdәn başqa yerә yayıla bilәr. Torpaqda patogen mikrobları müәyyәnlәşdirdikdә, müxtәlif sahәlәrdәn torpaq nümunәlәri götürülüb, qarışdırdıqdan sonra ondan orta nümunә hazırlanılır (torpağın dәrinliyindәn nümunә burğu vasitәsilә götürülür), steril fizioloji mәhlul, yaxud su ilә qarışdırılaraq, emulsiya halına salınır. Alınan emulsiyadan qidalı mühitlәrәәkilir. Orada patogen mikrobların olmasını müәyyәn etmәk üçün tәcrübә heyvanlarına yoluxdurulur. • Torpağa sanitar-bakterioloji cәhәtdәn qiymәt verdikdә kolititr vә perftringensin titri tәyin edilmәklә yanaşı, termofil mikroorqanizmlәr hәm dә mikrobların ümumi miqdarı müәyyәnlәşdirilir. • Bağırsaq çöpü, yaxud Cl.perfringens tapılan әn az miqdar (torpağın qramlarla miqdarı) kolititr, yaxud da prefiringens titr hesab edilir.
SUYUN MİKROFLORASI • Su bir sıra mikroorqanizmlәrin tәbii mәskәni olmaqla, başqa növ mikroblar üçün müvәqqәti yaşayış yeridir, çünki suda müxtәlif üzvi vә qeyri-üzvi maddәlәrin olması vә mәnimsәnilәn hala asanlıqla keçә bilmәsi onu mikroblar üçün tәbii şәraitә çevirir, ona görә dә ora düşәn mikroblar nәinki yaşayır, hәtta artıb çoxala bilirlәr. Suya mikroblar әsasәn torpaqdan, müәyyәn qәdәr dә havadan çəkәn toz vasitәsilә düşür, eyni zamanda su ilә tәmasda olan canlılar onu müxtәlif növ mikroblarla sirayәtlәndirirlәr. • Suya tәsadüfәn düşәn mikroblardan başqa, orada uyğunlaşaraq yaşayan mikroorqanizmlәrә dә rast gәlinir. Onlardan Bact.aquatilus.Bact.fluorescens, Bact.violaceus,Micros.candidans vә başqa saprofitlәri göstәrmәk olar. Bunların yaşaması üçün suda cüzi miqdarda üzvi maddәlәrin olması kifayәtdir. Adәtәn, tәmiz sularda kok, çirkli sularda isә çöp formalı, o cümlәdәn spor әmәlә gәtirәn mikroorqanizmlәr çox olur. Suyun daimi sakinlәrindәn biri vibrionlardır.
Suda yaşayan canlılar, suyun üzvi maddәlәrlә zәnginlik dәrәcәsi vә bu maddәlәrin minerallaşma mәrhәlәsi onun saprobluğu adlanır. Suda әmәlә gәlәn mürәkkәb biokimyәvi proseslәr nәticәsindә onun saprobluğu dәyişir. Bu üç cür olur. • 1)Polisaprob zona. Bu zonada üzvi birlәşmәlәrin miqdarı çox, oksigenin miqdarı isә azdır, 1 ml suda mikrobların miqdarı 1000 000 vә daha çox olur. Bunlar içәrisindә çürümә vә qıcqırma prosesini әmәlә gәtirәn bağırsaq çöplәrinin vә anaerobların miqdarı üstünlük tәşkil edir. • 2) Mezasaprob zona. Burada suyun çirklәnmә dәrәcәsi nisbәtәn az olur, üzvi maddәlәr mikrobların tәsiri nәticәsindә intensiv surәtdә minerallaşır, oksidlәşir. Biokimyәvi proseslәr içәrisindә nitrifikasiya çox mühüm әhәmiyyәtә malikdir. 1 ml suda 100 000-ә qәdәr mikrob tapılır. Bağırsaq çöplәrinin miqdarı nisbәtәn az olur. • 3) Oliqosaprob zona. Burada su tәmizlәnmişdir. Adәtәn, üzvi maddәlәrin miqdarı yox dәrәcәdәdir. Odur ki, bir çox mikroblar (xüsusilә heterotroflar) qidalana bilmәdiyindәn inkişaflarını dayandırır. Burada 1 ml suda onlarla bәzәn dә yüzlәrlә mikrob olur. Bunların da әksәriyyәtini dәmir dövranında iştirak edәn bakteriyalar tәşkil edir (autotroflar), orada bağırsaq çöplәrinә rast gәlinmir. • Suda, saprofit mikroorqanizmlәrdәn başqa, müxtәlif növ-patogen mikroblara da tәsadüf olur. Bunlardan qarayara, tulyaremiya çöplәri, pasterella vә brüsellalar, manqo çöplәri, qızılyel törədicisi, saqqo streptokokları, anaerob infeksiyanın törәdicilәri vә leptospirlәr xüsusilә diqqәti cәlb edirlәr. Mәsәlәn, suyun tәrkibindәn axın sürәtindәn, onun temperaturundan, o cümlәdәn su mәnbәyinin çirklәnmә dәrәcәsindәn asılı olaraq, patogen mikroblarda müәyyәn müddәt suda yaşaya bilir. • Demәli, suda infeksion xәstәliklәrin törәdicilәri müәyyәn müddәt yaşaya bildiklәrinә görә, belә mikroblarla çirklәnmiş sular bir sıra epidemiyaların vә epizootiyaların baş vermәsinә sәbәb ola bilәr.
Suyu sanitariya cәhәtdәn qiymәtlәndirmәk lazım gәldikdә aşağıdakı müayinәlәr aparılmalıdır: 1) suda mikrobların ümumi miqdarının tәyini: 2) koli-titr, yaxud koli-indeksin tәyini: 3) suda patogen mikroblarının olub-olmamasının müәyyәn edilmәsi. • Bakterioloji müayinә aparmaq üçün, steril butulkaya 400- 500 ml su tökülüb ağzı steril pambıq tıxacla bağlanır. Açıq su hövzәlәrindәn su nümunәsi 10-15 sm dәrinlikdәn, kiçik su hovuzlarından isә dibindәn 10-15 sm yuxarı sәviyyәdәn götürülür. Kran sularından nümunә götürmәk lazım olduqda әvvәlcә ondan 10 dәqiqә su axıdılmalı, sonra kran alova tutularaq dezinfeksiya edilmәlidir. Su nümunәlәri 1-3 saata qәdәr bakterioloji laboratoriyaya çatdırılmalıdır. • Suda mikrobların ümumi miqdarının tәyini. Suyun ümumi mikroblarla çirklәnmә dәrәcәsini müәyyәnlәşdirmәk üçün, 1 ml suda olan mikrobların miqdarı müәyyәn edilir. • Müayinә edilәn su çirklәnmә dәrәcәsindәn asılı olaraq 1:10,1:100 vә s. nisbәtlәrdә steril su ilә durulaşdırılır vә steril şәraitdә Petri kasalarına tökülmüş ӘPA-a әkilir. 24 saat termostatda saxlandıqdan sonra әmәlә gәlmiş koloniyaların miqdarı sayılır vә 1 ml suda olan mikrobların ümumi miqdarı hesablanır. Su kәmәri suyunun 1 ml-dә 100-dәn, quyu vә açıq su hövzәlәrindә olan suyun 1 ml-dә isә 1000-dәn çox mikrob olmamalıdır.
Koli-titr vә koli-indeksin tәyini. Bağırsaq çöplәri insan vә heyvanların bağırsağında daimi yaşayır. Odur ki, bağırsaq çöplәrinin suda tapılması, suyun nәcislә çirklәnmәsini göstәrir. Suda bağırsaq çöplәrinin miqdarı nә qәdәr çox olursa, orada bir o qәdәr dә patogen mikrobların olmasına şübhә yaranır. Belә suyun bağırsaq çöplәri ilә nә dәrәcәdә çirklәnmәsi koli-titr vә yaxud da koli-indekslә müәyyәnlәş-dirilir. Yoxlanan suyun bağırsaq çöplәri tapılan әn az miqdarı (mayedә millilitrlә, quru maddә isә qramla) onun koli- titri hesab edilir. • Koli-indeksi tәyin etdikdә 1 litr suda, yaxud 1 kq quru maddә olan bağırsaq çöplәrinin ümumi miqdarı müәyyәnlәşdirilir. Koli-indeksi, koli-titrә çevirdikdә koli-titrdә alınan rәqәmi 1000-ә, koli-titri, koli-indeksәçevirdikdә isә 100-i koli-titrdә alınan rәqәmә bölmәk lazımdır. • Dövlәt standartına (DÜİST-5216-50) әsasәn bağırsaq çöplәrinin miqdarını müәyyәn etmәk lazım gәldikdә, ikifazalı qıcqırma üsulundan istifadә edirlәr. • Membranlı filtr üsulu ilә koli-titri müәyyәnlәşdirdikdә su nisbәtәn tәmiz (şәffaf) olmalıdır. Filtr 35 mm diametri olan nitrosellülozdan hazırlanmış dairәcikdir. İri vә xırda (1, 2, 3, 4, 5) mәsamәli olur. Suyu süzmәk üçün 3 №-li filtr mәslәhәt görülür. Suyu süzmәzdәn әvvәl filtri aspesti 50-60°C-yә qәdәr qızdırılmış distillә olunmuş suya 2-3 dәfә salıb 10-15 dәqiqә qaynadırlar. Sonra müayinә edilәn suyu Zeyts filtrinә yerlәşdirib, süzürlәr (su kәmәri suyundan 300-500 ml, açıq çirkli su mәnbәlәrindәn götürülmüş sudan 10 ml süzmәk lazımdır). Filtrasiyadan sonra filtr asbest çı-xarılıb, Petr kasasına tökülmüş Endoqidalı mühitin sәthinә yerlәşdirilir. 24 saat 37°C temperaturda saxlandıqdan sonraq bağırsaq çöplәrinin tipik koloniyaları sayılır. 2-3 koloniya seçilәrәk qram üsulu ilә boyadılır. Tәfriq etmәk üçün alınmış kulturadan qlükozalı peptonlu (Eykman mühitinә) mühitәәkilir. Bu mühitdә mikrobun inkişaf etmәsi (bulantı vә qaz) onların bağırsaq çöplәri olmasını göstәrir. Bundan sonra koli-titr vә koli-indeks xüsusi cәdvәl vasitәsilә hesablanır.
HAVANIN MİKROFLORASI • Havada daima mikroorqanizmlәrin olmasına baxmayaraq, hava mikrobların yaşaması üçün әlverişsiz mühitdir. Havada qidalı maddәlәr yoxdur, eyni zamanda onlar günәş şüalarının (xüsusilә ultrabәnövşәyi şüaların) qurumanın, hava cәrәyanının vә s. amillәrin tәsirinә mәruz qalır. • Havanı mikroblarla çirklәndirәn, әsasәn torpaq vә müәyyәn dәrәcәdә sudur. Eyni zamanda havanın çirklәnmәsindә canlılar vә bir sıra cansız әşyalar da iştirak edir. • Havada olan mikrobların miqdarı vә növü sabit deyildir. Bu әsas etibarilә torpağın mikroflorasından asılıdır. Külәk vasitәsilә toz hissәlәri 11 km yüksәkliyә yәni stratosferin aşağı qatına qәdәr qalxa bilәr. Hava nә qәdәr şәffaf-olarsa, mikrobların miqdarı da bir o qәdәr az vә hava nә qәdәr tozlu vә dumanlı olarsa, bir o qәdәr mikroblarla çox çirklәnmiş olacaqdır. Belә ki, hәr toz zәrrәsinә müәyyәn qәdәr mikroorqanizmlәr yapışmış olur. 1 q tozda 1 milyona qәdәr bakteriya ola bilir. • Havanın torpağa yaxın qatında mikroblar çox olur. Ondan yuxarı tәrәfә uzaqlaşdıqca onların miqdarı tәdriclә azalır. Mәsәlәn, Y.K.Muşistin Moskvada 500 m hündürlükdә olan havanin hәr 1 m3-dә 1100-2700 mikrob, 2000 m-dә isә 400-500-ә qәdәr mikrob olmasını müәyyәn etmişdir. Havada olan mikrobların miqdarı geniş mlqdarda dәyişir. • Yüksәk dağların, çәmәnliklәrin, meşәliklәrin, su ilә örtülmüş sahәlәrin, yaşayış mәntәqәlәrindәn uzaq olan yerlәrin havasında mikroblar olduqca azdır. Hava cәrәyanı olmayan vә sanitariya tәdbirlәri aparılmayan örtülü binalarda mikrobların miqdarı daha çox olur. Müxtәlif yerlәrin havasının mikroflorası kәmiyyәt vә keyfiyyәt etibarilә sabit deyildir. Mәsәlәn, Arktikada 20 m3 havada 2-3 mikrob olduğu halda, böyük sәnaye şәhәrlәrinin 1 m3 havasında mikrobların miqdarı hәdsiz dәrәcәdә çox olur.
Müxtәlif şәraitdә olan havanın 1 m3-dә olan mikroorqanizmlәrin miqdarı (Votkeyeviçә görә) aşağıda göstәrilir: • Heyvandarlıqla mәşğul olan yerlәrdә 100.000-2.000.000-ә qәdәr bakteriya • Yaşayış mәnzillәrindә ... .20 000-ә qәdәr • Şәhәr küçәlәrindә..... 5 000 • Şәhәr parkında......200 • Dəniz havasında......1-2 • Yağış vә ya qar yağdıqdan sonra, havada mikrobların miqdarı nәzәrә çarpacaq dәrәcәdә azalır. İlin fәsillәrindәn asılı olaraq havadakı mikroblar hәm miqdar, hәm dә keyfiyyәt etibarilә dәyişir. Mәsәlәn, qışda 1 m3 havada olan mikrobların miqdarı vahid hesab edilsә, yazda ondan 1,7, yayda 2; payızda isә 1,2 dәfә çox olur. Demәli, yay fәslindә mikrobların miqdarı çox (iyul, avqust aylarında), qışda isә (dekabr, yanvar aylarında) az olur. Çünki qar vә buzla örtülmüş yer sәthindәn havaya toz qalxmır vә hәm dә soyuq hava mikrobların inkişafına mәnfi tәsir göstәrir. Bağlı bikaların havası isәәksinә, qışda mikroblarla daha zәngin olur. Bu da qış aylarında qapı vә pәncәrәlәrin uzun müddәt bağlı olması vә içәridәki havanin, bayırdakı tәmiz hava ilә dәyişdirilmәsi ilәәlaqәdardır. Ümumiyyәtlә, otaq havasında, mikroblar açıq yerlәrin havasına nisbәtәn çox olur. Hava cәrәyanı yaranması üçün şәraiti olmayan, sanitariya tәdbirlәri aparılmayan binaların havasında mikroblar daha çoxdur. Odur ki, yaşayış binalarının havasının mikroflorası sanitar- gigiyenik rejimlә sıxı surәtdәәlaqәdardır. • Quru vә sәliqәsiz yığışdırılan mәnzillәrdә hava tozlanır vә saysız hesabsız mikroblar toz hissәciklәri ilә havaya qalxır. İnsanların sıxlığı, havanın pis mübadilәsi, zәif işıq havada mikrobların çox olmasına sәbәb olur. Sıx adam olan yerlәrindә havanın 1 m3-dә 13 000-dәn 300000-ә qәdәr mikrob olur.
Tövlә havasının 1 m3-də 1120-dәn 182 350-yә qәdәr bakteriya olur ki, bunun 70-80%-ni kokklar, 15-20%-ni qrammüsbәt və 5%-ә qәdәrini qrammәnfi mikroblar tәşkil edir. (Çaykovski vә Yuqorski, 1954). Toyuq hininin 1 m3 havasında 10.800-dən 660.000-ә qәdәr mikrob olur (V. S. Yarnıx), havadakı mikrobların növ tәrkibi spesifik deyildir. Ümumiyyәtlә, havada, tor-paqda, suda vә canlı orqanizmlәrdә yaşayan müxtәlif növ saprofit vә patogen mikroblar tapılır. Lakin saprofit mikroblar daha çox müşahidә olunur. Onlardan: piqment әmәlә gәtirәn saprofitlәri (mikrokko, sarsina), basillәri (ot, kartof çöplәri), aktinomisetlәri, kif köbәlәklәrini, mayaları vә s. göstәrmәk olar. • Örtülü binaların havasında patogen mikroblardan -stafilokklara, streptokoklara, vәrәm çöplәrinә, qarayara basillәrinә vә onların sporlarına, pnevmokokklara, bağırsaq çöplәrinә, irin törәdәn çöplәrә, qazlı qanqrenanın törәdicilәrinә, tulyaremiyanın törәdicisinә, Ku-isitmәsi törәdicisinә vә s. tәsadüf etmәk olar. Ümumiyyәtlә, yoluxucu xәstәliyә tutulmuş orqanizmlәrlә tәmasda olan havada hәmin xәstәliyin törәdicilәri olur. Havaya patogen mikroblar bilavasitә xәstәlәrdәn başqa, infeksiya gәzdirәn canlılardan, o cümlәdәn, gәmirici vә hәşәratlardan da keçә bilәr. Heyvanlara bir çox yoluxucu xәstәliklәrin törәdicilәri havadan keçir (qoyunların çiçәyinin, toyuqların larinqotroxeit, taunun, qaramalın peripnemoniyasının törәdicilәri vә s.). Xәstә insan vә heyvan öskürüb-asqırdıqda, ağız-burun seliyi, bәlğәm vasitәsilә havaya külli miqdarda patogen mikrob ifraz edir. Asqıran zaman ağızdan çıxan damlalar 2-2,5 m mәsafәyә qәdәr yayıla bilәr. • Havada mikrobların uzun müddәt yaşaması üçün, әlverişli şәraitin olmamasına baxmayaraq, patogen mikrobların qısa müddәtdә orada olması sağlam orqanizmi yoluxdurmaq üçün kifayәtdir. • Havada olan xırda zәrrәciklәr «aerozol» adlanır.
Damla fazasında bakterial aerozollar nisbәtәn iri olub 100 mkm vә ondan böyük ola bilәr. Bu fazada bir neçә mikrob hüceyrәlәri su, yaxud da tәrkibindә duz olan maye ilәәhatә olunur. Maye hissә quruduqdan sonra bakterial aerozol sonrakı fazaya yәni damla-nüvә fazasına keçir. Bu fazada zәrrәciyin üzәrindә cüzi miqdarda duz, zülal vә s. (ondakı su buxarlanmamışdan әvvәl olan maddәlәr) qalır. Böyüklüyü 100 mkm-dan az olur. Qurumuş bakterial damla özünün holloidal vә kimyәvi xüsusiyyәtlәri ilәәlaqәdar olaraq davamlı olur. Bu vәziyyәtdә onlar uzun müddәt havada asılı olaraq qalır. Hava cәrәyanı ilә tәnәffüs yollarına asanlıqla keçir. • Bakterial aerozolun toz fazası, havadakı damla nüvәlәrinin toz ilә birlәşmәsidir. Bu isә mikroorqanizmlәrin tozla birlikdә çökmәsinә sәbәb olur. Belәliklә, tozlu әşyalarda, o cümlәdәn, döşәmә üzәrindә mikroblar çox olur. Üzәrindә canlı olan (mikrob) belә hissәciklәr bioloji aerozollar adlanır. Bu cür bioloji aerozollar heyvanlar saxlanılan örtülü binalarda yem paylanılan zaman, heyvan öskürdükdә, fınxırdıqda әmәlә gәlir vә yayılır. • Bakterial aerozollar fiziki amillәrin tәsirindәn müәyyәn dәrәcәdә dәyişirlәrsә dә patogenliyini uzun müddәt saxlayır, әlverişli şәraitdә insan vә heyvanları yoluxdurur.
Havanın bakterioloji müayinәsi. Havanı sanitariya-gigiyenik cәhәtdәn yoxladıqda, müayinә iki istiqamәtdә aparılır: • 1) havanın 1 m3-dә olan mikrobların ümumi miqdarını müәyyәnlәşdirmәk. Yaşayış binalarının 1 m3 havasında ümumi mikrobların sayı 500-dәn 1000-ә qәdәr olduqda, onun çirkli olmasını göstәrir. • 2) havada patogen mikrobların olmasını aydınlaşdırmaqdır. Havanın nә dәrәcәdә çirklәnmәsinin sanitariya göstәricisi hemolitik streptokokklardır ( vә tipli). Hәmişә havada müxtәlif patogen mikrobların olması yoxlanılmır. • Havada olan mikrobların ümumi miqdarı müxtәlif üsullarla yoxlanılır. • Sedimentasiya yaxud kasa üsulu. Bu üsul 1881-ci ildә R.Kox tәrәfindәn ilk dәfә tәklif edilmişdir. Bu üsul sadә olub, az dәqiqdir, yalnız ehtimaledici әhәmiyyәtә malikdir. • Hava cәrәyanının mühitә zәrbә ilә toxundurulması. Bu mәqsәd üçün Y.A.Korotov aparatından istifadә edilir, içәrisindә bәrk qidalı mühit olan bakterioloji kasa aparatı yerlәşdirilir. Aparatdan 2 dәqiqә müddәtindә tәxminәn 50 l hava sorulur. Sorulan hava zәrbә ilә qidalı mühitә toxunaraq keçir. Bu zaman havada olan aerozollar, o cümlәdәn, mikroblar qidalı mühitin sәthinә yapışıb qalır. 37°C-dә temperaturda bir-iki gün saxlandıqdan sonra koloniyalar sayılıb, 1 m3 havada olan mikrobların miqdarı müәyyәnlәşdirilir.
HEYVAN ORQANİZMİNİN MİKROFLORASI • Yeni doğulan normal balalar mikrobsuz olur. Lakin, bala doğulduqdan sonra, xarici mühitdən: təmasda olduğu havadan, toxunduğu müxtəlif əşyalardan, o cümlədən, qəbul etdiyi süddən, Sudan və s. müxtəlif növ mikroblarla sirayətlənir. Bu mikroorqanizmlərdən bir qismi, orqanizmə uyğunlaşaraq, onun müxtəlif nahiyyələrində, xüsusilə həzm və tənəffüs yollarında sidik- tənasül üzvlərində , gözdə, həmçinin dəridə ömrü boyu yaşayır və artıb çoxalır. Belə mikroblara orqanizmin « normal mikroflorası» deyilir.
SÜDÜN VƏ SÜD MƏHSULLARININ MİKROBİOLOGİYASI • Südün tərkibində müxtəlif tərkibli zülallar, karbohidratlar. Yağ, vitaminlər, mineral maddələr, mikroelementlər olduğuna görə o insan və heyvanlar üçün yüksək keyfiyyətli qida məhauludur. EYni zamanda südün belə qidalı maddələrlə zəngin olması, onda mikroorqanizmlərin inkiaşfı üçün də şərait yaradır. Odur ki, süddə həmişə çoxlu miqdarda mikroblar olur. Əlverişli şəraitdə onlar inkişhaf edərək, südün xarab omlasına - çürüməsinə, qıcqırmasına səbəb olur. • Süddə mikroorqanizmlərin inkişaf dövrləri: • 1 dövr. Süddə bakterisid maddələr parçalandıqdan sonra süd antiğbakterial xüsusiyyətini itirir və bakterisid dövr qurtarır.Belə südü 10oC-dən yuxarı temperaturda, ondan olan çürüdücüÖ sül turşusu bğakteriyaları və başqa növ mikroobralırn inkişafının qarışıq dövrü adlanır, lakin bu dövrdə çürüdücü bakteriyalar üstünlük təşkil edir. Bu dövrün sonuna yaxın süd turşusu bakteriyaları inkişafa başladığı üçün süd xoşagəlməy Ən turş dada malik olur. Körpələr onu içdikdə enterit əmələ gəlir.
2 dövr. Bu dövrdə süd turşusu bakteriyaları, xüsusilə streptokokklar daha sürətlə inkiaşf edir. Odur ki, bu dövrdə streptokokların inkiaşfı ilə əlaqədar olaraq.s üdə. Süd turşusu toplanır. Süd turşusunun miqdarı süddə 1%-ə çatdıqda çürüdücü bakteriyaların inkişafı zəifləyir və müəyyən dərəcədə sıradan çıxır. Süd turşusunun təsirindən kazein parakazeinə çevrilərək, şişir. Pıxtalaşır. • 3 dövr. Süddə, süd turşusu çoxaldıqca çörvarı süd turşusu bakteriyalarının inkiaşfı sürətlənir. Buna görə də bu dövrə süd turşusu bakteriyalarının inkişaf dövrü deyilir. Bu zaman süd turşusu 2, 5-3,5%=ə qədər çata bilir. Süd turşusunun təsirindən streptokokk və bağırsaq çöpləri inkişaf edə bilməyib sıradan çıxır. • 4 dövr. Bu dövrdə süd turşusunun miqdarı yüksək dərəcədə olur. Toplanan süd turşusu, süd turşusu bakteriyalarının özünün də inkişafını dayandırır, nəticədə pıxtalaşmış süddə mikrobların miqdarı kəskin azalır. • Süd vasitisilə keçən yoluxucu xəstəliklər. Süd infeksiyanı yayan amillərdən biridir. O, bəzən bakterial və virus xəstəliklərinin mənbəyi ola bilər. Çünki bəzi yoluxucu xəstəliklərin törədiciləri xəstə heyvanların südü vasitəsilə ifraz olunur. • Südlə keçən patogen mikroblar iki əsas qrupa ayrılır. Birinci qrup heyvan və insanlar üçün ümumi olan ( antropozonoz) xəstəliklər - vərəm, brusellyoz, qarayara, dabaq, quduzluq, çiçək salmonello0z , stafilokokkoz, stroptokokkoz, leptospiroz, listerioz aiddir. • İkinci qrupa yalnız insanlara aid olan xəstəliklər daxildir. Onlar aşağıdakılardan ibarətdir: dizenteriya, uşaq ishalı, vəba, qarın yatalağı, paratiflər, septiki angina, skarlatina , qripp, qızılca və s. Bu xəstəliklərin törədiciləri südlə təmasda olan xəstə və bakteriya daşıyan şəxslərdən ( sağıcı, satıcı və b.) südə düşür.
YEMİN MİKROFLORASI • Heyvanların yemləndirilməsində istifadə olunan yemlər bitki və heyvan mənşəlidir. Ən çox isə bitki mənşəli yemlərdən istfiadə edilir. • Yemin siloslaşdırma üsulları. Hazırda yemi soyuq və isti üsullarla siloslaşdırırlar. • Soyuq üsulla silos hazırladıqda bitkilər çiçəklənməyə yaxud tumurcuqlama dövoründə ( yəni çox qalıb ötməmiş) biçilir. Silos quyuları qısa müddətdə (təsərrüfatın imkanından asılı olaraq 2-5 günə) doldurulur və daxildəki havanın çıxması üçün təzyiqlə sıxlaşdırılır. Üstdən keyfiyyətli saman ya polietilen pərdə ilə örtülür, yaxud da silosun üst hissəsinə çovdar əkilir. Bu, sıx dolaşmış kök və gövdələri ilə silos quyusunun üstünü bağlayır. • İsti üsulla yemi siloslaşdırdıqda doğranılmış yem silos quyusuna hissə-hissə doldurulur. Quyuda əvvəlki qatın üstünə yeni qat əlavə edildikd, altdakı qata təzyiq edərək, onun sıxlaşmasına və oradakı havanın çıxmasına səbəb olur. Bu zaman orada anaerob şərait yaranır. Bununla əlaqədar olaraq termofil və başqa çürüdücü bakteriyaların həyat fəaliyyəti dayanır, süd turşusu qıcqırma üçün optimal şərait yaranır. Axırıncı qat doldurulduqdan sonra təzə samanla, polietilen pərdə ilə, yaxud da doğranılmış quru bitki kütləsi ilə örtülür.