1 / 7

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI

shanon
Télécharger la présentation

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI MÖVZU: İSTEHLAK MALLARININ EKSPERTİZASININ METODLARININ TƏSNİFATI. ORQANOLEPTİK METODLAR. Mühazirəçi: dos.Bayramov V.Ə. Gəncə-2010 Mühazirənin planı

  2. Mühazirənin planı • Obyektiv və evristik metodlar. • Orqanoleptik metodlar. • Audio metod. • Viziual metod. • Hissiat orqanları • Istifadə olunan ədəbiyyat • 1.Ə.R.Həsənov və b. –Qeyri-ərzaq mallarının ekspertizası. • 1 hissə. “Çalıoğlu” 2006 • 2.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığı üzrə • laboratoriya praktikumu” .Bakı-2001 • 3.Ə.R.Həsənov və b. - “Trikotaj malları əmtəəşünaslığı” • I və II hissə. Bakı-1984 • 4.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığının • nəzəri əsasları. Bakı-2002

  3. Mövzu 6 . İstehlak mallarının ekspertizasının metodlarının təsnifatı. • Orqanoleptik metodlar. • Malların keyfiyyət göstəricilərinin qiymətləndirilməsində növbəti mərhələ ekspertiza mərhələsidir. Bu da istehlak xassələrinn təhlilinin nəticələrinə əsaslanır. • İstehlak mallarının ekspertizasını apararkən malların qiymətləndirilməsinin müxtəlif metodlarından istifadə edirlər. Ekspertiza metodları 2 qrupa bölünür: obyektiv və evristik. • Obyektiv metod – ölçmə yolu ilə malların xarakteristikasının təyin edilməsi və ya qoyulan tələblərə hər hansı uyğunsuzluqları, kənarlaşmanı qeydiyyata alma üsuludur. • Evristik metodlar – məntiqi üsulların məcmusuna və son nəticəsi əldə etmək üçün nəzəri tədqiqatların metodiki qaydalarına əsaslanmış metodlardır. • Orqanoleptik metodlar. Bu metodlar hissiyat orqanları vasitəsilə keyfiyyət göstəricilərinin qiymətinin təyin olunması metodlarıdır. • Keyfiyyət göstəricilərinin qiymətinin təyin edilməsinin sadəliyi və tezliyi , eləcə də ölçü zamanı bahalı cihazlardan istifadə olunmaması bu metodların müsbət cəhətidir. Bir çox adamlar gözəl sensor (hissiyat) qabiliyyətə malikdirlər ki, onlar xarici görünüşün , dadın, iyin və rəngin orqanoleptik qiymətləndirilməsində iştirak edə bilərlər. Lakin elə adamlarda var ki, onların hissiyatı zəifdir. Belə adamlar orqanoleptik metoddan istifadə edə bilən ekspert ola bilməzlər.

  4. Keyfiyyət göstəricilərinin qiymətinin təyin edilməsinin sadəliyi və tezliyi , eləcə də ölçü zamanı bahalı cihazlardan istifadə olunmaması bu metodların müsbət cəhətidir. Bir çox adamlar gözəl sensor (hissiyat) qabiliyyətə malikdirlər ki, onlar xarici görünüşün , dadın, iyin və rəngin orqanoleptik qiymətləndirilməsində iştirak edə bilərlər. Lakin elə adamlarda var ki, onların hissiyatı zəifdir. Belə adamlar orqanoleptik metoddan istifadə edə bilən ekspert ola bilməzlər. • Orqanoleptik metodların çatışmayan cəhətlərdən biri qiymətləndirmənin subyektivliyidir, onun nəticələrinin nisbi olması ( rəng-yaşıl, qırmızı və s., dad – yaxşı seçilən şirin – kəmşirin , dadsız və s.) nəticələrin müqayisə olunmasıdır. İstifadə olunan keyfiyyət göstəricilərindən asılı olaraq orqanoleptik metodlar 5 yarımqrupa bölünür: viziual,qoxu, lamisə,dad və audio metod. • Müxtəlif istehlak mallarini qiymətləndirmək üçün ümumi göstəricilərə onların xarici görunuşü, rəngi və konsistensiyası da daxildir. • Qoxubilmə metodu bütün ərzaq qoxusunun qiymətləndirilməsi üçün , eləcə də qeyri-ərzaq mallarının ayrı-ayrı qrupları üçün, məsələn, ətriyyat, kosmetrika,yuyucu tozlar və s. istifadə olunur. • Dadbilmə metodu bütün ərzaq mallarının qiymətləndirilməsi üçün ümumi və vacib metoddur, qeyri-ərzaq mallarında tətbiq edilmir. Ərzaq mallarının qiymətləndirilməsi zamanı dadbilmə metodu ilə yanaşı qoxubilmə metodundan istifadə edilir.

  5. Audiometod (akustik) ən çox qeyri-ərzaq malları üçün işlənir. Ən çox bu metod musiqi alətləri, audio və videotexnika, qab-qacaq üçün istifadə edilir. Göstərilən hər bir orqanoleptik metodlar insanın müəyyən hiss orqanları vasitəsilə həyata keçirilir. Konkret olaraq keyfiyyət göstəriciləri qiymətləndirilir. • Viziual metod – bu metod görmə vasitəsilə obyektiv xarici görünüşünün və rənginin dərk edilməsidir. • Xarici görünüş – kompleks göstəricidir ki, forma, rəng, xarici örtüyün vəziyyəti viziual təyin edilir. Görmə vasitəsilə insan küllü miqdarda informasiya alır (70-80 % ). Viziual qiymətləndirmə xüsusən ticarətdə daha geniş yayılmış və asan qiymətləndirmədir. Ekspert və ticarət işçiləri , alıcılar tərəfindən geniş tətbiq edilir. • Görmə orqanı- gözdür. Gözün işığa həssas hissəsi tor qişasıdır, bu qişa çoxsaylı reseptor toxumalarından ibarətdir. Gözün tor qişasında göy, yaşıl, qırmızı rənglərə reaksiya verən üç tip kiçik kolbacıqlar var. • Hər tip kolbacıq spektirin müəyyən sahəsi arasında işığa reaksiya verir. Adətən , rənggörmə təəsüratları iki qrupa bölünür: axromatik və xromatik. • Axromatik rənglərə təmiz ağ, təmiz qara aiddir. Məs. yüksək dərəcə təmiz ağ, duz, nişasta- təmiz ağ, çovdar, çörəyinin yanmış qabığı, qara çayın bəzi növləri – təmiz qara. • Xromatik rəngləri (sarıya çalar, bozumtul nişasta, rənglərin qarışığı) qiymətləndirərkən mühüm əhəmiyyətə açıq rəng tonu malikdir. Məs. əla növ unların rəngi aşağı növ unların rəngindən aşağıdır. Əsas 7 işıq rəngi mövcuddur: bənövşəyi, göy, mavi, yaşıl, sarı, narıncı,qirmizi. Bu rənglərin qarışığı müxtəlif yeni , rənglərin çalarlarını verir və rəngin rəngə keçidi əmələ gəlir. Rəngin qiymətləndirilməsində dequstatorların fərdi xüsusiyyətlərini, onlar məhsullarla rənglər arasında qəbul etdikləri assosiyaları nəzərə almaq lazımdır.

  6. Dixromatizm- rənglərin bir hissəsini ayırd etmək qabiliyyətinin itirilməsidir. • Daltonizm- rəngləri ayırd etmək qabiliyyətinin itirilməsidir. Belə görmə qüsurları olan insanlar ekspert ola bilməz, bu səbəbdən malları qiymətləndirə bilməz. • Lamisə metodu – bu metod hissiyatların köməyi ilə üst səthin vəziyyətinin tədqiqinə əsaslanır. Formasına, strukturuna görə lamisə reseptorları müxtəlifdir və müxtəlif hissiyatları qəbul edirlər. Daha həssas analizatorlar barmaqların uclarında , ağız boşluğunda, dildə, damaqlarda yerləşir. • Məhsulların konsistensiyası toxunma, barmaqların yüngül basılması ilə təyin edilir, ərzaq məhsulları çeynəmə ilə də təyin edilir. Məhsulun kosistensiyası lamisə hissiyatı ilə təyin edilir. • İybilmə metodu- bu metod qoxunun iybilmə reseptorları vasitəsilə qəbuluna əsaslanır. Bir çox ərzaq və qeyri-ərzaq mallarının iyini və ətrinin qiymətləndirilməsi üçün tətbiq olunur. • Qoxu – burun nahiyyələrində yerləşən iybilmə reseptorlarının qıcıqlanması nəticəsində yaranan təssurətdir. • Dadbilmə - dadbilmə reseptorları vasitəsilə dadın hissedilmə metodur. • Dad – həm keyfiyyət , həm də kəmiyyət üzrə müəyyənləşən dadbilmə reseptorların qıcıqlandırılması zamanı yaranan hissdir. Keyfiyyət üzrə dadın müəyyənləşdirilməsi əsasən dilin ucunda yerləşən dad soğanaqlarına maddənin təsirindən baş verir. Bundan başqa dad soğanaqları selikli ağız boşluğunda, boğazın divarlarında damaq vəziləri üzərində və udlaqda vardır.

  7. Ərzaq məhsullarının dadını bildirən bütün məhsullar suda həll olmur, ancaq həll olunmuş vəziyyətdə onlar dadbilmə aparatinin kimyəvi analizatorlarına təsir göstərə bilər. • Siqnalın reseptor tərəfindən qəbulunu təmin edən, tənzimlənən və tənzimlənməyən sistem insan beyinidir. • Dadın hormonikliyi. Ərzaq məhsulları ya hər hansı dada ( şəkər-şirin , xörək duzu, şor, turşu- turş) ya da əsas duzların birləşməsindən alınan dada malik olur. Müxtəlif növlü dadlar birləşdikdə bir-birini yumşalda və ya qücləndirə bilər. Belə ki, şirin dad şor və turş dadı yumşalda bilər, turş dad şor və acı dadları gücləndirir, ancaq şirin isə yumşaldır. Qidanın çeynənilməsi zamanı üçucu maddələr ağız boşluğundan burun boşluğuna keçərək iybilmə orqanını qıcıqlandırır. Zökəm olduqda qida nisbətən dadsız olur, çünki iybilmə qismən və yaxud tamamilə inirilmiş olur. • Audiometod - eşitmə orqanı tərəfindən səslərin qəbul olunub istifadə edilməsi metodudur. O, musiqi mallarının, audio-vidio avadanlığının keyfiyyətinin qiymətləndirilməsində istifadə edildiyindən böyük əhəmiyyət kəsb edir. Audio metod vasitəsilə şüşə, çini, kaşi və keramik qabların saflığı,avto-nəqliyyat vasitələrinin mühərriklərinin işinin keyfiyyəti, həmçinin soyuducuların, paltar yuyan maşınların və başqa məişət texnikasının mühərriklərinin səssiz işlənməsi və ya az səslə işləməsini qiymətləndirir. • Eşitmə orqanı- qulaq xarici , qulaq seyvanı, orta qulaq və daxili qulaq seyvanı, orta qulaq və daxili qulaqdan ibarətdir. Qulaq pərdəsi elastik və kifayət qədər möhkəm quruluşa malikdir. Səs dalğaları tarım çəkilmiş qulaq pərdəsində titrəyişlər yaradır. Eyni zamanda qulaq pərdəsi orta qulaqı tozdan, mikroblardan , sudan qoruyaraq baryer funksiyasını yerinə yetirir. • Eşitmə orqanı səsi aşağıdakı kimi qəbul edir: səs dalğası qulaq seyvanına düşərək qulaq pərdəsini tərpədir. Bu titrəmələr orta qulağın mexanizmindən məsaməli labirintə düşür və reseptor toxumaları tərəfindən qəbul edilir və öz növbəsində mexoni dalğalardan elektrik impulusuna keçərək beyin qabığına verilir. Beyin qabığının xüsusi toxumalarında elektrik rəqsləri şifrləri emal olunaraq açılır və eşitmə hissinə çevrilir. • Orqanoleptik qiymətləndirmənin aparilmasının ümumi şərtlərinə analiz üçün probların seçilməsi, xüsusi jtaqa olan tələnlər, nümunələrin hazırlanıb təcrübələrin aparılması, həmçinin müxtəlif metodlarla ekspertlərin sensor bacarıqlarının təyin olunması daxildir.

More Related