1 / 9

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti. Azərbaycan Tarixi, fəlsəfə və hüquq kafedrası B.M.-X.Rafael. “Azərbaycan Respublikası Konstitusiyası və hüququnun əsasları” interaktiv Mühazirələr... (Bakalavrlar üçün). Gəncə 2009.

ramona
Télécharger la présentation

Azərbaycan Dövlət Aqrar Universiteti

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Tarixi, fəlsəfə və hüquq kafedrası B.\M.-X.Rafael “Azərbaycan Respublikası Konstitusiyası və hüququnun əsasları” interaktiv Mühazirələr... (Bakalavrlar üçün) Gəncə 2009

  2. Azərbaycan Respublikasının vətəndaşları və onların vəzifələri Plan Vətəndaşlıq anlayışının tarixi kökləri. Dövlətlə vətəndaş arasında qarşılıqlı əlaqələr. İkili vətəndaşlıq Azərbaycan vətəndaşlığından məhrum etmənin yolverilməzliyi. Vətəndaşlığın əldə edilməsi və xitamı əsasları İnsan və vətəndaşların Konstitusiya vəzifələri Ədəbiyyat Azərbaycan Respublikasının Konstitusiyası. Bakı:Qanun, 2009, 99 səh. Əsgərov Z. Konstitusiya hüququ. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002 , 632 səh. İsmayılov İ. Azərbaycan Respublikası Konstitusiyası və hüququnun əsasları. Bakı: Qanun, 2002, 180 səh. Mustafayev R. Üçüncü minilliyin cəmiyyəti. Dirçəliş XXI əsr jurnalı, N-73, 2004, səh. 92-102.

  3. Azərbaycan Respublikasının vətəndaşları və onların vəzifələri “ Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. (maddə 52) Ölkəmizdə həm dövlətin vətəndaş qarşısında, həm də vətəndaşın dövlət qarşısında müəyyən hüquq və vəzifələri vardır. Hüquqda ikili vətəndaşlıq (bibatrizm) və vəndaşlığın olmaması (apatrizm) anlayışları da vardır. Vətəndaşlıq müəyyən prinsiplərə söykənir.Həmin prinsiplərə : • Torpaq hüququ prinsipi; • Qan hüququ prinsipi aiddir. Vətəndaş dövlətin “insan kapitalını” təşkil edir.

  4. Vətəndaşlığın əldə olunması və xitamı əsasları Vətəndaşlıq məsələlərini həll etmək səlahiyyəti Azərbaycan Respublikasının Prezdentinə məxsusdur (AR Konstitusiyasının 109-cu maddəsinin, 20-ci bəndi) Vətəndaşlığın əldə edilməsinin əsas üsulları aşağıdakılardır: • FİLİASİYA - fərdin doğulduğu andan dərhal vətəndaşlıq əldə etməsinə deyilir. • NATURALİZASİYA - fərdin könüllü olaraq bir dövlətin vətəndaşlığını qəbul etməsinə deyilir. • ORTASİYA - fərdin bir neçə dövlətin vətəndaşlığından birini seçib qəbul etməsinə deyilir. • TRANSFERD - dövlətlərarasında ərazi dəyişmələri zamanı və ya yeni dövlət yarandıqda əhalinin yeni dövlətin vətəndaşlığını əldə etməsinə deyilir.

  5. Vətəndaşlığı təsdiq edən dövlət sənədlərinə aşağıdakılar aiddir: • Doğum haqqında şəhadətnamə; • Azərbaycan Respubilkası vətəndaşının şəxsiyyət vəsiqəsi; • Azərbaycan Respublikası vətəndaşının pasportu. Pasport özü 3 kateqoriyaya bölünür: • Ümumvətəndaş; • Xidməti; • Diplomatik; Vətəndaşlıq fərdin özünün istəyi əsasında vətəndaşlığı itirdikdə,beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydada xitam olunur.

  6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu Konstitusiya hüququnda həm əcnəbilərin, həm də vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu tənzimlənir. (maddə 69 və 70) Əcnəbilərlə bağlı 3 hüquq rejm mövcuddur: • Liberal rejim; • Xüsusi rejim ; • Milli rejim; Siyasi sığınacaq hüququ da yalnız əcnəbilərlə əlaqədar nəzərdə tutulub.Qanunvericilikdə əcnəbilər 2 qrupa bölünürlər: • Azərbaycan Respublikası ərazisində daimi yaşayanlar, • Azərbaycan Respublikasında müvəqqəti yaşayanlar. BMT-nin Nizamnaməsinə uyuğun olaraq siyasi cinayyət törətmiş şəxslərə siyasi sığınacaq hüququ verilmir. Bunlara: • Terror aktları törədən; • İrqi – ayrıseçkilik (rasizm) çıxışları edən; • İctimai qaydanı pozan və əhalinin sağlamlığı, mənəviyyatı üçün təhlükə olan şəxslər aiddir.

  7. Siyasi sığınacaq almış şəxsləri qaçqınlardan fərqləndirmək • lazımdır.1951-ci il tarixli “Qaçqınların statusu haqqında • Konvensiya”yagörə qaçqınlar aşağıdakı xüsusiyyətlərə • malikdirlər: • Öz ölkələrindən kənarda yerləşirlər; • 2. Öz ölkələrinə qayıtmaq və ya onun müdafiəsindən istifadə • etmək istəmirlər; • 3.Bu imtinanın səbəbi öz ölkələrində onları gözləyən təqib • və təhlükə ilə bağlıdır; • Onların öz ölkələrində təqibi dini,irqi,milli ayrı - seçkilik • səbəbindəndir.

  8. Vətəndaşların əsas vəzifələri Azərbaycan Respublikasının konstitusiyasının 72-ci maddəsində deyilir: “Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır” Vətəndaşların əsas vəzifələri aşağıdakılardır: • Vergilər və başqa dövlət ödənişləri(maddə 73) • Vətənə sədaqət (m.74) • Dövlət rəmzlərinə hörmət (m.75) • Vətəni müdafiə (m.76) • Tarix və mədəniyyət abidələrinin qorunması (m.77) • Ətraf mühitin qorunması (m.78) • Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi(m 79) • Məsuliyyət (m.80)

  9. Son

More Related