1 / 26

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Baytarlıq nizamnaməsi və onun vəzifələri MÜHAZIRƏÇI: dosent Əliyev Rəşid Museyib oğlu Gəncə -2009.

josef
Télécharger la présentation

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Baytarlıq nizamnaməsi və onun vəzifələri MÜHAZIRƏÇI: dosent Əliyev Rəşid Museyib oğlu Gəncə -2009

  2. MÜHAZIRƏNIN PLANI • Baytarlıqda qanunvericilik. • Baytarlıq nizamnaməsi, onun məqsədi, vəzifələri. • Baytarlıq nizamnaməsinin maddələrinin yerinə yetirilməsinə nəzarət. • Baytarlıq işində qanunvericilik və reklam işinin əasasları. • Baytarlıq nizamnaməsinin maddələrinə dair qanunvericiliyin pozulmasına görə məsuliyyət.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • Baytarlıq təbabəti haqqında Azərbaycan Respublikasının qanunu. Bakı, 1995. • Əliyev R.M. –Baytarlıq tədbirlərinin və maddi-texniki təminatı, uçotu və hesabat işləri. AKTA, 1993. • Əlavə ədəbiyyatlar • Səfərov İ.B, Məmmədov T.–Baytarlıq işinin təşkili və iqtisadiyyatı. Maarif, 1977. • Шайхаманов М.Х.- Организация и экономика ветеринарного дела. Москва, 1987.

  4. RESPUBLIKADA BAYTARLIQ MƏSƏLƏLƏRI ÜZRƏ QANUNNAMƏ • Baytarlıq işində bu və ya başqa mövcud olan tədbirləri və onları təlimat əsasında düzgün təşkilini, və hansı metodlarla işin aparılmasını baytarlq qanunlarına uyğunlaşdırılmalıdır. Bu işlər norma və müəyyənləşdirilmiş formalarda vahid təyinat üzrə maddi –texniki təminatı və idarə olunmasını təmin etməlidir. • Qarşıya qoyulmuş irimiqyaslı yenidənqurmanın planlarını həyata keçirmək üçün istehsalatın müasir tələblərinə cavab verən profilaktiki və sanitar –sağlamlaşdırma tədbirlərinin təşkilini yaxşılaşdırmaq və səmərəsini artırmaq üçün baytarlıq qanunvericiliyi normativlərindən düzgün istifadə olunmalıdır. • Baytarlıq xidməti göstərən müəssisələrin, obyektlərin xidmət quruluşu, yerləşməyi, heyvanların baytar-sanitar vəziyyəti, heyvan məhsullarının gigiyeniki normalarla təmin olunması, biopreparatlar, medikamentlər, dezinfeksiya maddələri, baytarlıq xidmətinə aid nəqliyyat vasitələri xüsusi təlimatlar əsasında baytarlıq təbabəti qanunvericiliyi qanunda nəzərdə tutulmuş qaydalar tətbiq olunur. • Bu qanun Azərbaycan Respublikasında baytarlıq təbabəti sahəsində fəaliyyəti beynəlxalq tələblərə uyğun olaraq tənzimləyir, həmçinin baytarlıq təbabəti xidməti strukturunun baytar-sanitariya tələblərinin və baytarlıq təbabəti nəzarətinin hüquqi əsaslarını müəyyənləşdirir.

  5. Baytarlıq işinin inkişafı üçün dövlət tərəfindən müxtəlif qanunlar, əmrlər və qərarlar verilərkən baytarlıq işçiləri və təsrrüfat rəhbərlərinin qarşısında vacib məsələlər qoyulur. Baytarlıq haqqında mövcud olan bütün qanunlar (o cümlədən Baytarlıq Nizamnaməsi), rəhbər baytarlıq orqanları tərəfindən verilən göstərişlər, təlimatlar və s. birlikdə Baytarlıq Qanunnaməsi adlanır. Baytarlıq Nizamnaməsi əsas dövlət qanun olmaqla, baytarlıq tədbirlərinin təşkilat əsaslarını müəyyənləşdirən, heyvan xəstəliklərini, xüsusilə yoluxucu xəstəlikləri, insanların, heyvanların keçici xəstəliklərdən qorunmasında kolxoz, sovxoz rəhbərlərinin və baytar işçilərinin vəzifələrini müəyyənləşdirən sənəddir. • Baytarlıq Qanunnaməsinin əsasını baytarlıq tədbirləri, heyvanların məcbüri saxlanılması, yemləmə və istismar qaydaları, məcbüri müayinə qaydaları, baytarlıq tədbirlərinin məcburi normaları üzrə yerinə yetirilmə materialları və baytarlıq işinin hüquq məsələləri təşkil edir. • Baytarlıq Qanunnaməsi baytarlıq mütəxəssisləri kollektivinin yaradıcı əməyinin məhsuludur. Baytarlıq Qanunnaməsinin əsasını Baytarlıq Nizam-naməsi təşkil edir. Baytarlıq Nizamnaməsində göstərilən maddələrin yerinə yetirilməsi dövlətin digər qərarları kimi bütün nazirliklər və təsisatda olan baytarlıq müəssisələri, digər dövlət müəssisələri və təşkilatları, eyni zamanda bütün fərdi şəxslər üçün məcburidir.

  6. Baytarlıq işinin əsası Baytarlıq Nazamnaməsində verilmişdir. Nazamnamə baytarlıq xidmətinin əsas qanunudur. Nizamnamədə baytarlıq mütəxəssislərinin hüquq və vəzifələri, müəssisə rəhbərlərinin və fərdi şəxslərin heyvanlarının sağlam saxlanılması, inkişaf etdirilməsi və məhsuldarlığının artırılması kimi vəzifələr göstərilmişdir. • Baytarlıq Nazamnaməsi doqquz bölmədən 62 maddələn ibarətdir. • Birinci bölmədə Respublikada baytarlıq xidməti və onun vəzifələri göstərilir. Baytarlıq xidmətini dövlət baytarlığı təşkilatları, müəssisələri, Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq orqanları Muxtar Respublika Kənd Təsərrüfat Nazirliyi, vilayət kənd təsərrüfatı idarələri və onların tabeliyində olan baytarlıq idarələri, baytarlıq müalicəxanaları, sahələr, laboratoriyalar, ət-çüd və yeyinti nəzarəti laboratoriyaları və dövlət təsisatlı baytarlıq orqanlarının başqa təşkilat və müəssisələri fermer təsərrüfatların baytarlıq həkimləri yerinə yetirilir. • Dövlət baytarlığı müəssisə və taşkilatları fəaliyyət göstərdiyi sahədə, yerləşmiş bütün müəssisə, təşkilat və idarələri vasitəsilə öz yunksiyasını yerinə yetirir.

  7. Baytarlıq təşkilatları və müəssisələri həmçinin fermer və vətəndaşların təsərrüfatlarında yoluxucu və yoluxmayan xəstəliklərin qarşısının alınması və ləğv edilməsində baytarlıq tədbirlərini təşkil etmək və həyata keçirmək əhalini yüksək keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin etmək insanları heyvanlardan keçən xəstəliklərdən qorumaq, xarici ölkələrdən daxil ola biləcək yoluxucu heyvan xəstəliklərindən mühafizə olunması vəzifəsini görür. • Baytarlıq müəssisə, təşkilatlarda, həmçinin fərdi və fermer təsərrüfatlarında baytarlıq-sanitariya, profilaktika, müalicə və epizootiya əleyhinə tədbirlərin vaxtında təlimat əsasında aparılmasına nəzarəti. • Kənd təsərrüfat heyvan məhsulları, yumurta, balıq, arıçılıq məhsulları, köbələk və başqa bitki məhsulları və s. tədarükü zamanı baytarlıq-sanitariya ekspertizası və baytarlıq tədbirləri, bazarlarda satış yerlərinin sanitriya vəziyyətinə nəzarət etmək. Heyvan mənşəli xammalın və məhsulların tədarük edilməsi və saxlanması, həmçinin bütün növ nəqliyyatlarda daşınmasına, heyvan mənşəli xammalın emalı və tədarükünü icra edən təşkilatlar baytarlıq-sanitariya qaydalarına riyaət etməsinə nəzarət etmək.

  8. Ikinci bölümdə baytarlıq xidmətinə rəhbərlik və heyvandarlıqda baytarlıq xidmətinin təşkili göstərilir. • Azərbaycan Respublikasında baytarlıq xidmətinə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Baytarlıq Idarəsi və eyni zamanda Baş Dövlət Baytarlıq Müfəttişliyi rəhbərlik və nəzarət edir. • Bununla əlaqədar olanaq Kənd Təsərrüfatı Nazirliyi ölkənin ərazisini və heyvandarlığın baytarlıq-sanitariya vəziyyətini öyrənir, baytarlıq-müalicə işini təşkil edir, yoluxucu və yoluxmayan xəstəlikləri ləğv etmək, heyvanlarda qısırğıla-qarşı mübarizə üzrə tədbirlər görür. • Insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən mühafizə üzrə, Shiyyə Nazirliyi və başqa nazirliklərlə birlikdə tədbirlər hazırlayır və həyata keçməyini təmin edir. • Xarici ölkələrdən daxil ola biləcək heyvan xəstəliklərindən Respublika-mızın ərazisini mühafizə etmək üzrə tədbirlər hazırlayıb həyata keçirirlər. Heyvan məhsulları və heyvan mənşəli xammal və başqa məhsullar, heyvan-ların idxal və ixracatı zamanı aidi təşkilatlarla birlikdə baytarlıq-sanitariya tədbirlərini yerinə yetirir, həmçinin, öz səlahiyyəti daxilində baytarlıq üzrə xarici ölkələrlə bağlanmış müqavilə və sazişlərdəki tədbirlərin, respublikada təşkilatları, idarə və müəssisələri tərəfindən yerinə yetirilməsinə nəzarət edir. • Heyvanların saxlanmasına, qorunmasına, profilaktika və baytarlıq-sanitariya qaydalarına əməl olunmasına, balıq, arı xəstəlikləri ilə mübarizə işlərinə ümumi rəhbərlik edir. Baytarlıq məsələləri üzrə elmi-tədqiqat işlərini planlaşdırır və əlaqələndirir, nazirlik və idarələrin, elmi-tədqiqat baytarlıq müəssisələrinin fəaliyyətinə nəzarət edir.

  9. Farmaseptik və bioloji preparatları baytarlıq təcrübəsində sınaqdan keçirir və tətbiq edir və heyvanlara baytarlıq xidməti göstərilməsinin normalarını hazırlayır və təsdiq edir. • Mərkəzi statistika idarəsinin razılığı ilə baytarlıq üzrə statistik hesabaalma və hesabalamanı təşkil edir. • Beynəlxalq baytarlıq təşkilatları və xarici öləkələrin baytarlıq təşkilatları ilə müəyyən olunmuş qaydada əlaqə saxlayır və əməkdaşlıq edir. • Respublika Kənd Təsərrüfat Nazirliyi öz səlahiyyəti daxilində əmrlər, təlimatlar və baytarlıq məsələləri üzrə göstərişlər verir ki, bu da idarələr, təşkilatlar, müəssisələr, həmçinin vətəndaşlar tərəfindən icbari yerinə yetirilməlidir. • Respublika Kənd Təsərrüfat Nazirliyi, öləkdə baytarlıq xidmətinə, baş baytarlıq idarəsi və nazirliyin sisteminə daxil olan başqa baytarlıq orqanları, həmçinin, başqa nazirlik və idarələrin baytarlıq təşkilatları və müəssisələri vasitəsi ilə rəhbərlik edir. • Kənd Təsərrüfat Nazirliyi baş baytarlıq idarəsinin rəisi, vəzifəyə görə eyni zamanda Dövlət baş baytarlıq müfəttişidir, baş baytarlıq idarəsi rəisinin müavinləri isə Dövlət baş baytarlıq müfəttişinin müavinləridir. Dövlət baş baytarlıq müfəttişləri müvafiq səlahiyyətləri daxilində baytarlıq xidməti və nəzarəti ilə əlaqədar mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq xidmət etdikləri inzibati ərazidə yerləşən idarə, müəssisə, təşkilatlara və onların obyektlərinə maneəsiz daxil olmaq, baytarlıq –sanitariya yoxlanışları aparmaq və yerinə yetirilməsi məcburi olan göstərişləri vermək. • Baytarlıq-sanitariya tələblərinə cavab verməyən heyvandarlıq məhsullarının qida üçün istifadəsini və heyvan mənşəli xammalın emalını dayandırmaq. Epizootiya əleyhinə tədbirlər, yoluxucu və yoluxmayan heyvan xəstəliklərinin qarşısının alınması və ləğvi üzrə tədbirlərin təşkil olunması və keçirilməsinin düzgünlüyünü, həmçinin, xarici ölkələrdən daxil ola biləcək yoluxucu heyvan xəstəliklərindən dövlətimizin ərazisinin mühafizə olunması planlarının yerinə yetirilməsinə nəzarət etmək.

  10. Üçüncü bölümdə heyvanların yoluxucu xəstəliklərinin qarşısını almaq və onların ləğv edilməsində təsərrüfat və müəssisə rəhbərlərinin heyvan saxlayan vətəndaşların və baytar işçilərinin vəzifələri göstərilmişdir. • Heyvandarlığın vəziyyətinə cavabdeh olan fermerlər və başqa idarə, təşkilat, müəssisə rəhbərləri və vəzifəli şəxslər, yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısını almaq, həmçinin, xəstəlik baş verdikdə onu ləğv etmək üçün tədbirlərin vaxtında keçirilməsini təmin etməyə borcludurlar. Heyvandarlıq fermalarının yoluxucu heyvan xəstəliklərindən mühafizə olunmasını təmin etmək. Bu məqsədlə lazımi çəpərlər və müvafiq baytarlıq-sanitariya obyektlərindən baytarlıq-sanitariya buraxılış yerləri, təcridxanalar, ətlik kəsilmə məntəqələri tikmək, həmçinin təsərrüfata kənardan heyvan gətirilməsinə və təsərrüfat daxilində baytarlıq mütəxəssislərinin icazəsi olmadan yerlərinin dəyişdirilməsinə, baytarlıq-sanitariya cəhətdən yoxlanılmamış yemlərin fermaya gəğtirilməsinə və istifadəsinə yol verməmək, kənar şəxslərin fermalara daxil olmasını məhdudlaşdırmaq. Təsərrüfata daxil olan heyvanlar 30 gün müddətində ayrı saxlamaq və ayrı istifadə etmək heyvandarlıq fermalarını, heyvan mənşəli xammalın və məhsulların emalı və saxlanması üçün, heyvanlar üçün binaları və tikililəri lazımi baytarlıq-sanitariya vəziyyətində saxlamaq vaxtında profilaktiki dezinfeksiya edilməsini, həmçinin heyvan cəmdəklərinin vaxtında yığılması, texniki utilizasiyası və ya məhv edilməsini təmin etmək.

  11. Baytarlıq sanitariya və zoogigiyeniki qaydalarının yerinə yetirilməsini təmin etmək üçün o cümlədən heyvanların yemlənməsi, saxlanması, qaydaları, heyvanlar xəstələndikdə isə onları vaxtında müalicəyə, profilaktiki mədbirlərin aparılmasına yardım etmək və xəstəliyi ləğv etmək üçün ölçü götürmək. Kənd təsərrüfatı Nazirliyinin müəyyən etdiyi normalara əsasən təsərrüfatlarda baytarlıq aptekləri, məntəqələr, müalicəxanalar, laboratoriyalar və s. tikilməsini təmin etmək, həmçinin, heyvandarlıq fermalarında həmin ferma işçiləri üçün məişət xidməti binaları tikmək və lazımi sanitariya vəziyyətində saxlamaq, heyvan saxlayan fərdi təsərrüfatlarda, yeni alınan heyvanları 30 gün müddətində ümumi sürüyə buraxmamaq, alınmış heyvan barədə yaşadığı yer üzrə baytarlıq müəssisələrinə xəbər vermək; • Baytar mütəxəssislərinin tələbi üzrə heyvanları diaqnoz tədqiqi, qoruyucu peyvəndlər, müalicə-profilaktika müayinəsi üçün göndərmək; • Heyvanlar arasında qəflətən tələf olduqda və ya yoluxmaya şübhəli olduqda, təcili olaraq təsərrüfata xidmət edən baytar mütəxəssislərinə xəbər vermək, xəstə heyvanları təcrid etmək;

  12. Baytar mütəxəssislərinin icazəsi olmadan heyvanların ətlik kəsilməsi, qida məhsulu kimi istifadə olunması, kəsilmiş heyvanın ətinin və başqa məhsullarının satılması, həmçinin xəstə və xəstələnməsi şübhəli olan heyvanların və onlardan alınmış süd, yumurta və başqa heyvan mənşəli məhsulların satılmasına yol verməmək. • Rayonun baş baytar həkimi və baytar mütəxəssisləri rayon ərazisi üzrə baytarlıq mütəxəssisləri, təşkilatlarda xidmət etdikləri təsərrüfatlarda heyvan xəstəliklərinin qarşısını ala biləcək profilaktika və baytarlıq sanitariya tədbirləri təşkil etməyi və həyata keçirməyə borcludurlar, təsərrüfatlara daxil olarkən onlara profilaktika karantin təyin edir, həmin karantin dövründə quvvədə olan təlimata əsasən lazım olan baytarlıq tədbirlərini təşkil edir. • Təsərrüfatlarda bütün heyvanları müayinədən keçirmək, xəstələnmə dərəcəsini təyin etmək, xəstə və xəstəliyə şübhəli heyvanları təcrid etməklə saxlanmasını təşkil etmək, infeksiya mənbələrini tapmaq üçün ölçü götürmək və xəstəliyə tutulmaya şübhəli olan heyvanlara göz qoymaq. • Yoluxucu xəstəliklər müşahidə edildikdə rayonun baş baytar həkimi isə öz növbəsində icrayyə hakimiyyətinə məlumat verməklə həmin təsərrüfatların ərazisində məhdudiyyət və karantin qoymaq və s. xəbər verməlidir.

  13. Dördüncü bölümdə heyvanların yoluxucu xəstəlikləri zamanı karantin qoyulması və götürülməsi qaydası haqqında məlumat verilir. • Yoluxucu və xroniki xəstəliklər zamanı karantin və məhdudlaşdırma tədbirləri aparılır. Heyvanlarda yoluxucu xəstəliklər baş verdikdə ayrı-ayrı fərdlər, sürülər, ilxılar, fermalar, hovuzlar, arıxanalar, quş fabrikləri, yaşayış məntəqələri, damazlıq ocaqları, cıdır meydanları tədarük bazaları təsərrüfat şöbələri həmin yoluxucu xəstəlik cəhətdən qeyri-salamat hesab olunur. Təhlükəli nizamnamənin 25-ci maddəsində göstərilən xəstəliklər aşkar edildikdə isə onlara dərhal karantin qoyulur. • Lazım gələn hallarda gəmir yolu stansiyaları, dəniz və çay mamırları və körpüləri, aerolimanlar, şəhərlər və başqa yaşayış məntəqələri, rayon, bir qrup rayon, vilayət, ölkə, qeyri-salamat elan edilir və karantin qoyulur. Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi siyahı üzrə heyvanların ayrı-ayrı yoluxucu xəstəlikləri zamanı karantin qoyulan obyektin ətrafında təhlükəli zona müəyyən olunur. • Heyvanların yoluxucu xəstəliyi ilə qeyri-salamat olması və onlarda karantin qoyulması rayonun (şəhərin) baş baytar həkiminin təqdimatına görə rayon (şəhər) icrayyə hakimiyyətlərinin qərarı ilə elan edilir, sonra bir gün müddətində vilayət, ölkə, kənd təsərrüfatı nazirliyi baş baytarlıq idarəsinə, həmçinin müəssisə və təşkilatların aid olduqları yuxarı orqanlara xəbər verilir.

  14. Müəssisə, təşkilat və idarələrin rəhbərləri lazımi qaydada karantin qoylana kimi, yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq və onu aradan qaldırmaq üçün dərhal lazımi tədbirlər görülür. • Karantin qoyularkən müəyyən olunan hallarda, ərazidə heyvanların, heyvan mənşəli məhsulların və xammalın, quru otun, küləşin və başqa qaba yemlərin tədarük edilməsi qadağan olunur. Karantin qoyulan ərazi daxilində bazarlar bağlanır, yarmarkalar, heyvan sərgiləri keçir, həmçinin xəstə heyvanı sağlam heyvanla otarmaq, bir suvatdan süvarılması və başqa cür təmasda olması qadağan olunur. • Baytar həkiminin icazəsi olmadan təsərrüfatın daxilində qruplaşdırma aparmaq qadağan olunur və eləcə də tələf olan heyvanların leşi, təlimata əsasən dərhal məhv olunmalı və ya utilizasiya edilməlidir. • Karantin qoyulan ərazidə mühafizə-karantin və başqa baytarlıq-sanitariya tədbirlərinin keçirilməsi qaydası, təhlükəli zonada məhdudlaşdırıcı və xəbərdaredici tədbirlərin həyata keçirilməsi təlimatlar ilə müəyyən olunur. • Karantin qoyulan ərazi hüdudunda olan müvafiq baytarlıq xidməti təşkilatı rəisi ilə birlikdə bütün karantin dövrü ərazidə yoluxucu xəstəliyin aradan qaldırılmasına yönəldilən baytarlıq-sanitariya tədbirləri görməyə borcludurlar.

  15. Icrayyə hakimiyyətlərinin qaraına əsasən karantin qoyulan ərazidə və təhlükəli zonada müvafiq təsərrüfatlar keçid yollarını göstərməklə xəbərdaredici işarələr asmalı və gözətçi qoymağa borcludur. • Heyvanlar yoluxucu xəstəliklərdən tamamilə sağaldıqdan və müəssisə təşkilatlarda, vətəndaşların təsərrüfatlarında müvafiq müddəti qurtardıqdan və lazımi baytarlıq-sanitariya tədbirləri götürüldükdən sonra götürülür. Karantin götürülməsi, təhlükəli zonanın müəyyən olunması haqqında qərarın geri götürülməsi, müvafiq baytarlıq orqanlarının təqdimatı ilə karantin qoyan icrayyə hakimiyyətləri tərəfindən həyata keçirilir. • Karantin qoyulması karantin qaydalarına riayət olunması, təhlükəli zonada məhdudlaşdırma və xəbərdarlıq tədbirlərinin keçirilməsi, karantinin vaxtında götürülməsi, təhlükəli zonanın müəyyən olunması barədə qərarın geri götürülməsi barədə baytarlıq təqdimatının vaxtında və düzgün verilməsi üzərində nəzarət müvafiq olaraq baş, böyük dövlət baytarlıq müfəttişləri tərəfindən onların hüququ dairəsində, yerinə yetirilir.

  16. Beşinci bölmədə xarici ölkələrdən yoluxucu heyvan xəstəliklərinin gətirilməsinin qarşısını almaq barədə məlumat verilir. Respublikaya ancaq Nazirlər Kabinetinin və Kənd Təsərrüfatı Nazirliyi baş baytarlıq idarəsi tərəfindən müəyyən olunan baytarlıq –sanitariya qaydalarına xarici dövlətlər arasında bağlanan müvafiq müqəvilələrdə nəzərdə tutulan şərtlərə riayət etməklə, yoluxucu xəstəliklərdən salamat olan təsərrüfatlardan alınan yalnız sağlam heyvanların və habelə sağlam heyvanlardan alınan heyvani mənşəli məhsulların və xammalın gətirilməsinə yol verilir. • Xaricdən heyvan almaq, həmçinin ət və heyvan mənşəli başqa məhsullar, xammallar və alov almaq və onu ölkəmizə gətirməklə əlaqədar olan əməliyyatları Kənd Təsərrüfatı Nazirliyinin razılığı ilə yol verilir. • Heyvanların heyvani mənşəli məhsullar, xammallar və alafıq dövlət sərhəddindən daşınmasına ancaq Kənd Təsərrüfatı Nazirliyinin sərhəd baytarlıq nəzarət məntəqələri olan yerlərdə və həmin məntəqələrin nəzarəti ilə yol verilir.

  17. Heyvani mənşəli məhsulların və xammalın gətirildiyi yerlərin heyvanların yoluxucu xəstəliklərindən sağlam olduğunu təsdiq edən və ölkənin dövlət xidmətindən olan baytar həkimləri tərəfindən verilən baytarlıq şəhadətnamə-ləri (sertifikatı) olduqda yol verilir. Dövlət baytarlıq xidməti olmayan xarici dövlətlərdən göstərilən heyvanların, heyvani mənşəli məhsulların və xammalın baraxılmasına hər bir halda yalnız Kənd Təsərrüfatı Nazirliyinin icazəsi olduqda yol verilir. Sərhəd baytarlıq nəzarət məntəqəsində karantin cəhətdən yoxlama keçirilən, idxal olunan heyvanlara təsərrüfat xidmətini gətirilən heyvanları alacaq təşkilatlar yerinə yetirirlər. • Respublikamızdan ancaq yoluxucu xəstəliklərdən sağlam olan ərazidən sağlam heyvanlar, həmçinin sağlam heyvanlardan alınan heyvani mənşəli məhsullar, xammalların aparılmasına yol verilir. Dövlət sərhəddi vasitəsi ilə xarici dövlətlərə heyvanların, ətin, heyvan mənşəli məhsulların xammalın və alafın buraxılmasına Kənd Təsərrüfatı Nazirliyinin sərhəd baytarlıq nəzarət məntəqələrinin baytar həkimləri tərəfindən verilən baytarlıq sertifikatı olduqda mümkündür.

  18. Altıncı bölümdə heyvanların sürülüb aparılmasına, habelə heyvanların və heyvan mənşəli məhsulların və xammalların daşınmasına baytarlıq-sanitariya nəzarətindən bəhs edir. Heyvanlar, quşlar, xəzdərili heyvanlar, balıqlar, arılar və heyvan məhsulları, heyvan mənşəli başqa məhsulların, xammalların hər cür nəqliyyatda daşınması, heyvanların sürülüb aparılması Kənd Təsərrüfat Nazirliyi baş baytarlıq idarəsinin təlimatlarına riayət etməklə nəzarəti altında həyata keçirilir. Baytarlıq qaydalarına riayət etməklə, xəstə xəstə heyvanların xüsusi təcridxanalar, kəsim meydançalarına və s. daşınması, təlimatları nəzərdə tutulan hallar istisna olmaqla, yoluxucu xəstəliklərlə xəstələnmiş heyvanların daşınmasına və sürülüb aparılmasına yol verilmir. • Sürülüb aparılan heyvanlara, hər cür nəqliyyat vasitəsilə daşınan heyvanlara, heyvan mənşəli məhsullar və xammalara, həmin heyvanların, məhsulların və onların aparıldığı yer yerlərin yoluxucu heyvan xəstəliklərindən salamat olduğunu təsdiq edən baytarlıq şəhadətnaməsi verilməlidir. Baytarlıq şəhadətnamələrini dövlət baytarlıq təşkilatları, idarələrin, quş fabriklərinin və soyuduxuların baytar həkimləri tərəfindən nəzərdə tutulmuş qaydada formada doldurulub verilir. Hərbi hissələrin heyvanların daşınmasına baytarlıq şəhadətnaməsi həmin hissələrin baytar həkimləri tərəfindən verilir. Heyvanların yoluxucu xəstəlikləri cəhətdən salamat olan mövcud rayonun yaşayış məntəqələrində tədarük olunan heyvanların, ətin, yunun və heyvan mənşəli başqa xammalların rayonun daxilində daşınması baytar həkimlərinin və ya baytar feldşerlərinin arayışı ilə yerinə yetirilir.

  19. Heyvanların bir rayondan başqasına sürülüb aparılması, Kənd Təsərrüfatı Nazirliyi, rayon icrayyə hakimiyyətli tərəfindən ayrılmış yol ilə keçirilməlidir. • Heyvan sürülüb aparılan yolların baytarlıq-sanitariya vəziyyətinə rayon, şəhərə baş baytar həkimləri nəzarət edir. Həmin yolların yaxınlığında örüş yeri, suvat və heyvanların gecələməsi üçün yer ayrılır, nəzarət baytarlıq –baxış məntəqələri təşkil edir və sürülüb aparılan heyvanların yerli əhalinin heyvanları ilə birgə otarılması saxlanması və süvarılmasına yol vermək üçün tədbirlər görülür. • Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilmiş siyahı üzrə heyvanların dabaq və başqa yoluxucu iti sürətdə yayılan xəstəliklərlə xəstələnmə halları olarsa, heyvanların və heyvan mənşəli məhsulların və xammaların bir rayondan başqasına daşınmasına müvafiq rayon, respublika baytarlıq orqanının icazəsi ilə yol verilir. Heyvanları, heyvani mənşəli məhsulları və xammalları daşımaq üçün nəqliyyat vasitələri ayrılan zaman müvafiq avadanlıqla təchiz edilməlidir. Heyvanların, heyvan mənşəli məhsulları və xamalların yüklənməsi, daşınması və boşaldılması üzərində nəzarətini həyata keçirmək üçün baytarlıq-sanitariya məntəqələri təşkil edilir. • Heyvanların, heyvani məhsulların daşınması qurtardıqdan sonra təlimatlara müvafiq olaraq dövlət baytarlıq idarələri, təşkilatlarının nəzarəti altında baytarlıq-sanitariya cəhətdən dezinveksiya edilir. Hər cür nəqliyyat ilə daşınma zamanı yoluxucu xəstəliklər aşkara çıxarılan hallarda müvafiq baytarlıq xidməti idarələri ilə birlikdə, yol qurşağından kənarda salamat olmayan heyvan qrupu üçün məhdudlaşdırma və ya karantin təşkil edir.

  20. Respublika baytarlıq orqanlarının göstərişi ilə bütün heyvan partiyasını sanitar kəsilmək üçün yaxınlıqdakı ət kombinatına göndərir, eyni zamanda başqa baytar-sanitariya və epizootologiya əleyhinə lazımi tədbirlər görülür. Karantinin qoyulması zamanı salamat olmayan heyvan qrupu kəsimə göndərilməsi haqda məlumatlar müvafiq baytarlıq xidməti orqanları Kənd Təsərrüfatı Nazirliyinin Baş baytarlıq idarəsinə məlumat verilir. • Yeddinci bölümdə – heyvanların tədarükü və kəsilməsi üzərində, heyvan mənşəli məhsulların, xammalların, saxlanması, emalı və onların ticarəti üzərində baytarlıq-sanitariya nəzarəti barədədir. Tədarük məntəqələrinə və bazarlara, yarmarkalara satılmaq üçün daxil olan heyvanlar, quşlar, balıqlar və heyvan mənşəli məhsullar və xammalar mütləq baytarlıq-sanitariya baxışından keçirilməli və lazımi hallarda isə müvafiq sürətdə müayinə edilməlidir. Satılmaq üçün bazarlara, yarmarkalara ancaq heyvanların yoluxucu xəstəliklərindən salamat olan təsərrüfatlardan sağlam heyvanlar buraxılır ki, bu da baytarlıq şəhadətnamələri və arayışları ilə təsdiq edilir. • Heyvanların ət üçün kəsilməsi baytar işçilərinin nəzarəti altında Kənd Təsərrüfat Nazirliyinin Baş baytarlıq orqanları tərəfindən müəyyən etdiyi baytarlıq –sanitariya qaydalarına riayət etməklə yerinə yetirilir.

  21. Kəsmək üçün daxil olan heyvanları hər gün baytar həkimi mütləq baxışdan keçirir, heyvanın bədəninin temperaturunu ölçməklə, kəsilməkdən qabaq ümumi vəziyyət yoxlanılaraq müayinə edilir. • Kəsildikdən sonra cəmdəyə baxmaq, onu baytarlıq-sanitariya ekspertizasından keçirmək, heyvanların daxili orqanlarını baytar həkiminin yoxlamasından keçirmək və donuz ətini trixinelloz cəhətdən mütləq müayinədən keçirilməlidir. • Müəssisənin müdiriyyəti, fermer təsərrüfatlarının rəhbərləri və yaşayış məntəqələrindəki təsərrüfatlarda baytar mütəxəssislərinin göstərilən baxışları, ekspertizanı və damğalamanı keçirmək üçün lazımi şərait yaratmalıdır. Heyvanların kəsildiyi yerlərdə və müəssisələrdə kəsimə daxil olan heyvanların səlis hesabatı aparılmalıdır ki, texnoloji prosesin hər hansı bir mərhələsində heyvan tədarükünün yeri müəyyən oluna bilsin. Müəyyənləşdirilmiş siyahı üzrə, finnoz, trixinelloz və ya başqa yoluxucu xəstəliklərlə xəstələnmiş, heyvan aşkar edildiyi və onların kəsildiyi yerə baytarlıq orqanları tərəfindən müvafiq məlumat göndərilir. Bazarlarda, yarmarkalarda mal-qara, quş, ət, süd, yumurta, balıq və başqa məhsulları, heyvan mənşəli başqa məhsulları satılmaq üçün yerlər bazarın yarmarkanın müdiriyyəti tərəfindən dövlət baytarlıq nəzarəti orqanları ilə razılaşdırılaraq müəyyən edilir.

  22. Satışa daxil olan ət, balıq, süd məhsulları və başqa ərzaq məhsulları baytarlıq-sanitariya yoxlanışından və ət-süd və ərzaq məhsulları nəzarət laboratoriyasının müayinəsindən keçirilməlidir və baytar mütəxəssisləri tərəfindən müayinə olunur. qida üçün yararlı olan ətin üstünə ət süd və ərzaq məhsulları nəzarət laboratoriyasının və ya ekspertiza aparan başqa baytarlıq idarəsinin damğası vurulur, süd, süd məhsulları və başqa ərzaq məhsulları olan üstünə baytarlıq idarəsinin ştammı olan etiketka yapışdırılır. • Damğası (möhürü) olmayan ətin və yoxlanmış südün, süd məhsulları və başqa ərzaq məhsullarının ticarəti qadağan olunur. Qida üçün yarımayan ət, balıq və kəsilmiş quş müsadirə olunur və məhv edilir, qida üçün şərti yararlı sayılan ət və kəsilmiş quş satışa ancaq zərəsizləşdirilmiş şəkildə buraxılır. • Keyfiyyətsiz sayılan süd, süd məhsulları məhv olunmalı və Kənd Təsərrüfat Nazirliyinin müəyyən etdiyi qaydada təlimat əsasında denaturasiya edilməlidir. Heyvani mənşəli məhsulların, xammalların tədarükü, saxlanması və emal ilə məşğul olan müəssisələr öz işlərində, müəyyən olunmuş baytarlıq-sanitariya qaydalarına riayət etməli, tələblərə uyğun olaraq istehsalat binaları və həmin məhsulları xammalları emal etmək və zərərsizləşdirmək üçün şəraiti olmalıdır. Baytarlıq –sanitariya nəzarətini həyata keçirən baytarlıq müvəkillərinə ixtiyar verilir ki, baytarlıq normalarına uyğun olmayan məhsulların müəssisədən buraxılması qadağan etsin, həmçinin sexlər baytarlıq-sanitariya qaydalarını pozduğu hallarda lazımi tədbirlər görülənə kimi, onların işini dayandırsın ki, bu qadağanı yalnız yuxarı dövlət baytarlıq müvəkkilliyi tərəfindən ləğv edilə bilər. Yoluxucu xəstəliklərdən tələf olan heyvanların gön-dərisinin soyulması müvafiq təlimat əsasında yol verilir.

  23. Kəsim meydançalarından alınmayan (yığılan) gön və xəz xammal tədarük olunan yerlərdə və emaledici müəssisələrin anbarlarında ayrıca-saxlanılır, emal olunana kimi qara yara cəhətdən müayinə edilərək, müayinə barəsində müvafiq işarə (damğa) vurulur. • Mal-qara və quşlar kəsilərkən heyvanların cəmdəyi və tullantıların utilizasiyasına ancaq daimi baytarlıq-sanitariya nəzarəti altında olan xüsusi təchiz olunmuş utilizasiya qurğularında cəmdəkdən soyulan dərilər mütləq dezinfeksiya olunmalıdır. • Səkkizinci bölmə- müalicə-profilaktika, diaqnostika, bioloji boy preparat-ları istehsalı heyvandarlıq və baytarlıqda tətbiqi və onların keyfiyyəti üzərində nəzarətdən bəhs edir. Baytarlıq profilaktika, kütləvi müalicə tədbirləri və diaq-nostika müayinəsi, heyvanların böyüməsi və inkişafı üzrə tədbirlərin keçiril-məsi üçün tətbiq olunmasına Kənd Təsərrüfatı Nazirliyi Baş baytarlıq idarə-sinin icazəsi olan bioloji və başqa preparatlardan istifadə etməyə yol verilir. • Heyvandarlıqda və baytarlıqda tətbiq olunan müalicə, profilaktika, diaqnostika və bioloji boy maddələri xüsusi dövlət müəssisələrində və Baş Baytarlıq idarəsinin razılığı ilə elmi tədqiqat institutlarında, baytarlıq laboratoriyasında və ya bioməntəqələrdə hazırlanır. Həmin preparatlar təsdiq olunan təlimatlar və texniki şərtlərə əsasən hazırlanır.

  24. Heyvandarlıq və baytarlıqda tətbiq olunmaq üçün istehsal olunan bioloji preparatların standarta uyğun olması aktivlik, sterillik, təmizlik, zərərsizliyi Kənd Təsərrüfatı Nazirliyinin Dövlət elmi-nəzarət baytarlıq preparatları institutu tərəfindən yoxlanılır. Baytarlıqda tətbiq olunan kimyəvi –terapevtik preparatlar da, baş baytarlıq idarəsinin siyahısı üzrə, müvafiq yoxlamadan keçirilir. • Göstərilən bioloji preparatların tətbiq olunmasına ancaq Dövlət elmi Nəzarət baytarlıq preparatları instğitutunun yoxlama barədə qeydi olduğundan sonra icazə verilir. • Baytarlıq –preparatlarının fiziki və hüquqi şəxslər tərəfindən mal-qarada və digər heyvanlarda tətbiqinə, habelə saxlanmasına və yararlıq müddəti keçmiş preparatlarının məhv edilməsinə dövlət baytarlıq xidməti nəzarət edir. • Doqquzuncu bölmədə baytarlıq müəssisələrinə dair qanunvericiliyin pozulmasına görə məsuliyyətdən bəhs edilir. Baytarlıq nizamnaməsində, həmçinin yerli rayon, icrayyə hakimiyytlərinin qərarlarında epizootiya ilə mübarizə məsələlərinə dair baytarlıq-sanitariya qaydalarının və heyvanların karantini üzrə qaydaların pozulmasına görə müqəssirlər: xəbərdarlıq, inzibati cinayət məsuliyyətinə cəlb edilməlidir. • Əgər həmin pozulma halları mövcud qanunvericiliyə görə cinayət məsuliyyəti törətmirsə vəzifəli şəxslər və vətəndaşlar nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilərək intizama –təsuliyyəti tətbiq olunur. inzibati yolla cərimə qoymaq hüquq olan və dövlət baytarlıq nəzarətini yerinə yetirən vəzifəli şəxslərin ixtiyarı var ki, cərimə əvəzinə qanunu pozan şəxsə xəbərdarlıq etsin, yaxud onun materiallarını yoldaşlıq məhkəməsinə və ya ictimai təsir göstərmək üçün onun iş yerinə və yaşayış yerinə məlumat versin.

  25. Qanunun pozulmasına görə nizamnamədə göstərilən cərimələr rayon, şəhər, icrayyə hakimiyyətinin nəzdində olan inzibati komissiyalara müraciət edilmədən Baş dövlət Baytarlıq Müfəttişinin və onun müavinləri, şəhərlərin, rayonların dövlət baytarlıq müfəttişləri, sərhəd nəzarət baytarlıq məntəqələrinin rəisləri, dezinfeksiya –yuyucu stansiyalarındakı və məntəqələrindəki baytarlıq nəzarəti rəisləri, sahə baytarlıq müalicəxanalarının, baytarlıq sahələrinin müdirləri, nəqliyyat baytarlıq-sanitariya sahələrinin rəisləri, bazarlardakı ət-süd və ərzaq nəzarət laboratoriyalarının müdirləri tərəfindən vəzifəli şəxslər və vətəndaşlar cərimə olunurlar. • Göstərilən vəzifəli şəxslər yalnız öx xidməti vəzifələrini yerinə-yetirərkən və ancaq riyaət olunması onlara tapşırılan qaydalar, qərarların və təlimatlar pozulmasına görə cərimə edilə bilərlər. Cərimənin məbləği törədilən, xətanın ağırlığından, şəxsiyyətindən və müqəssirin əmlak vəziyyətindən asılı olaraq müəyyən olunur. • Baytar təbabəti haqqında qanunvericilikdə nəzərdə tutulan qaydalarn pozulmasına bazarlarda heyvanlarla, heyvani mənşəli məhsullar və xammallarla və başqa ərzaq məhsulları ilə ticarət zamanı baytarlıq-sanitariya pozulduqda nəzərə alınır. • Dəmir yol, su yolu və hava nəqliyyatında, şose və torpaq yollarda, irizlərdə, heyvan mənşəli məhsullar və xammallarla və başqa ərzaq məhsulları ilə ticarət zamanı baytarlıq-sanitariya pozulduqda intizam, inzibati cinayət və digər məsuliyyt daşıyırlar.

  26. Dövlət sərhəddində-xarici ölkələrdən heyvanların yoluxucu xəstəliklərinin respublikamızın ərazisinə gətiriməsinə qarşı mühafizə üzrə baytarlıq –sanitariya qaydalarını pozulduqda məsuliyyətə cəlb edilir. • Həmin Nizamnaməyə müvafiq olaraq alınan cərimələr dövlət büdcəsinə keçirilir. • Baytarlıq idarə və orqanları tərəfindn müxtəlif xstəliklərin qarşısının alınması və ləğvinə dair təlimatlar, əsasnamələr göstərişlər, qaydalar, metodiki göstərişlər nəşr olunur. Onlarda baytarlıq nizamnaməsində olduğu kimi kəndli fermer təsərrüfatlarda, müəssisələrdə təşkilatlarda hansı ki, heyvandarlıq ilə məşğul olur və eləcə də heyvan məhsulları və xammalları emal edilən müəssisələrin rəhbər və vəzifəli şəxslər üçün, həmçinin baytar mütəxəssisləri tərəfindən qəbul edilməlidir. • Baytarlığa aid təliamtlar vahid formada nəşr edilməklə əsas dövlət sənədidir ki, əsas yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərinə yönəlir. Məsələn, «Qarayaraya qarşı mübarizəyə» aid təlimat. • Baytarlıq işində hər hansı texnika və metodla istifadə etməklə xəstəliyə diaqnoz qoyulur ki, buna göstəriş və ya metodiki göstəriş adlanır. Məsələn, «Quş və mal-qara tuberkulyozun diaqnozunda tuberkulindən istifadəsində metodiki göstəriş».

More Related